Azərbaycan Respublikası Təhsil Nazirliyi


MİKROPROSESSORDA TİPİK FUNKSİYALARIN


Download 5.01 Kb.
Pdf ko'rish
bet97/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   93   94   95   96   97   98   99   100   ...   157
Bog'liq
2014-2730 (2)

11. MİKROPROSESSORDA TİPİK FUNKSİYALARIN
YERİNƏ YETİRİLMƏSİ QURĞULARI 
11.1. Mikroprosessorlu sistemlərin tipik funksiyaları
İdarə və nəzarət obyektləri ilə əlaqədar olan istənilən MP sisteminin tipik 
məsələlərindən biri verilənlərin toplanması və emalı (VTE) məsələsidir. Belə 
sistemin ümumiləşmiş strukturu şəkil 11.1-də göstərilmişdir. Sistem MP, sistem 
kontrolleri və yaddaş modulundan ibarət nüvəyə malik olur. Nəzarət obyekti ilə 
əlaqə üçün kanallar (4x1) kommutatoru K və ARÇ istifadə olunur. Rəqəm 
informasiyanın indikasiyası 7 seqmentli HG1-HG4 indikatorlarında həyata 
keçirilir. K1-K4 açarları sistemə diskret informasiyanı daxil etmək üçündür.
Şəkil 11.1. Verilənlərin toplanması və emalı
sisteminin ümumiləşdirilmiş strukturu 
Sistemin nüvəsi ilə xarici qurğular arasında verilənlərin mübadiləsi 
verilənlər şini VŞ və KA, KB, KC və KE kimi 4 bir istiqamətli 8 - dərəcəli 
portları vasitəsi ilə həyata keçirilir. KE portu iki məqsəd üçün – E0-E1 
dərəcələri ARŞ-ni kommutatorla idarə etmək və E4-E7 dərəcələri K1-K4 
açarlarından informasiyanı daxil etmək üçün istifadə edilir. Portların təyinatları 
və onların ünvanları cədvəl 11.1-də verilmişdir. 


201
Cədvəl 11.1 
Portun 
kanalları 
Ünvan
Təyinatları 
KA 
KB 
KC 
KE 
EA 
EB 
EC 
EE 
ARÇ-dən rəqəm kodunun daxil edilməsi 
G1 və G2 indikatorlarına rəqəmlərin çıxarılması 
G3 və G4 indikatorlarına rəqəmlərin çıxarılması 
E0, E1 dərəcələri - kommutatorun idarə olunması 
E2 dərəcəsi – ARÇ-nin işə salınması 
E4-E7 dərəcələri – K1-K4 açarlarından informa-
siyanın daxil edilməsi 
KE portunun hər bir dərəcəsinin təyinatı şəkil 11.2 – də göstərilmişdir. 
Göstərilən sistem müxtəlif funksiyaları yerinə yetirə bilər. Onun kommutasiya 
olunan 4 kanaldan növbə ilə daxil edilən analoq gərginliyin 4 qiymətindən orta 
ikilik kodu tanımaq xüsusiyyətinə malik olan halına baxaq. Sistem istifadəçisi 
açarlardan biri tərəfindən daxil edilən nömrəyə malik kanalı kommutasiya edə 
bilər və onu indikatorda əks etdirə bilər. 
Şəkil 11.2. KE portunun dərəcələrinin paylanması 
Sistemin yaddaşına analoq gərginliyi daxil etdikdən sonra operator 
(oyunçu) HG3 və HG4 indikatorlarında nəzarət olunan gərginliyin rəqəm 
kodunu, HG2 indikatorunda isə ? işarəsini görə bilər. Bu işarəyə əsasən operator 
növbəti kanalın nömrəsini daxil edir. 4 kanalın sorğusundan sonra sistem bütün 
indikatorları təmizləyir və K1-K4 açarları ilə oynayan oyunçu tərəfindən 8-4-2-
1 kodunda ikilik ədədin daxil edilməsini gözləyən rejimi-nə keçir. Bu kod bütün 
dörd sorğu aparılan kanalların analoq gərginliklərinin orta qiymətinə ekvivalent 
olur. Oynayanın cavab variantı HG3, HG4 indikatorlarına çıxarılır. HG2 
indikatoruna nəticənin “E” simvolu, HG3 və HG4 indikatorlarına onluq ədəd 
formasında nəticənin özü çıxarılır. HG3 indikatoruna onluq ədədin tam hissəsi 
və vergül, HG4 indikatoruna isə onluq ədədin kəsr hissəsi çıxarılır. 
Sistemin işləməsi alqoritmini təhlilindən görünür ki, əsas proqram 
modulları aşağıdakılar ola bilər:


202

nəzarət olunan parametrlərin kanallarının kommutasiyası; 

ARÇ-nə xidmət; 

nəzarət olunan parametrlərin qiymətlərinin hesablanması; 

kodların çevrilməsi; 

hesab əməliyyatlarının yerinə yetirilməsi; 

zaman gecikmələrinin proqramlaşdırılması. 
Bu məsələlərin həll olunması üsulları və texniki realizə edilmə 
qurğularının bir qisminə növbəti paraqraflarda ətraflı baxılır. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   93   94   95   96   97   98   99   100   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling