Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet93/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   89   90   91   92   93   94   95   96   ...   157
Bog'liq
2014-2730 (2)

 
 
Ümumi şinə malik interfeysin əsas üstünlüyü HQ-na müraciət üçün əmrlər 
yığımının genişləndirilə bilməsi imkanıdır. Bu isə mübadilə üçün lazım olan 
proqram əmrlərinin ixtisarı hesabına sistemin məhsuldarlığını artırmağa imkan 
verir. Ümumi şinə malik interfeys ünvanlanan HQ-nın sayını artırmaqla bərabər 
birbaşa ünvanlanan yaddaşın həcmini azaldır. Lakin bu çatışmazlıq deşifrasiya 
sxemini bir qədər mürəkkəbləşdirməklə və səhifə üzrə ünvanlamanın təşkili ilə 
aradan qaldırıla bilər. Səhifə üzrə ünvanlama makro- və mikro-EHM 
qurğularında istifadə edilir.
10.2.3. MK interfeysinin strukturu. Funksional müxtəlifliyinə 
baxmayaraq, daxili interfeyslər ünvanlanan qurğunun seçilməsinin eyni 
qaydasından – ünvan kodunun dekodlaşdırılmasından istifadə edir. Şəkil 10.5-də 


193
daxili (yaddaşa müraciət üçün) və xarici (HQ-na müraciət üçün) interfeyslərin 
qarışıq struktur sxemi göstərilmişdir. Hər iki halda deşifrator bir məqsəd üçün – 
onun girişində ünvan kodunu dekodlaşdırmaq və çıxış siqnalının aktiv 
səviyyəsinin köməyi ilə ünvanlanan qurğunun seçimini təmin etmək üçün 
istifadə edilir. Deşifrasiya sxemlərinin müxtəlifliyi ünvan şininin dərəcəsi ilə, 
deşifratorun prinsipial sxemi ilə və əlbəttə ki, qurğunun ünvanı ilə fərqlənirlər. 
Şəkil 10.5. MK interfeyslərinin struktur sxemi 
Yaddaş blokunun həcmi onun mikrosxemlərinin dərəcəsi ilə müəyyən 
edilir. Belə ki, yaddaş yuvasının ünvanı üçün K dərəcə tələb olunursa, onda 16-
dərəcəli ünvan şininin 16-K sayda dərəcəsi sistemin müxtəlif yaddaş bloklarının 
ünvanlanması üçün istifadə oluna bilər. Bu məqsəd üçün çox vaxt ünvan şininin 
böyük dərəcələri istifadə olunur. Deşifratorun çıxış siqnalları yaddaş 
mikrosxeminin KS (kristalı seçmə) girişinə verilir. 
Xarici interfeysin strukturu müəyyən qədər fərqlənir. İnterfeys, 
deşifratordan əlavə verilənləri müvəqqəti yadda saxlamaq üçün bufer 
registrlərinə malik olur. Bufer registrləri verilənlərin MP və HQ arasında 
mübadiləsinə imkan yaradırlar (keçid rolunu oynayır və bu keçiddən mübadilə 
həyata keçirilir). Bu registrlər giriş-çıxış portları da adlanırlar. Çıxış portunu 
təşkil etmək üçün portun nömrəsini təyin edən idarə siqnalı və informasiyanın 
ötürülməsi istiqamətini təyin edən sistem idarə siqnalı lazımdır. Şəkildən 
göründüyü kimi, bufer registrlərinin girişinə “HQ-nu oxuma” idarə siqnalı daxil 
olur. Bu siqnal 1 və 2 portlarını giriş portları kimi müəyyən edir. Əksinə, 3 və 4 


194
portları isə çıxış portları olur, çünki onların BR3 və BR4 bufer registrlərinin 
girişlərində “yaddaş qurğusuna yazma” idarə siqnalı qoşulmuşlar. Bufer 
registrlərinin dərəcəliyi verilənlər şininin dərəcəsi ilə razılaşdırıla bilər . Bəzi 
hallarda ondan fərqli də ola bilər. Bu halda proqram vasitələri ilə verilənlərin 
MP-yə verilənlər şini ilə daxil edilməsi zamanı istifadə olunmamış dərəcələri 
təmizləmək lazımdır. 
HQ-nin çıxış kodunun dərəcəsi verilənlər şininin dərəcəsindən böyük 
olarsa, bu halda HQ-dən daxil olan verilənləri formalaşdırmaq üçün bir neçə 
əlavə əmrdən istifadə etmək lazım gəlir.
Bufer registri eyni zamanda güc gücləndiricisi kimi də istifadə olunur və 
MK-nın verilənlər şininin xarici qurğunun kiçik Omlu çıxışı ilə uzlaşmasını 
asanlaşdırır. Bəzən giriş-çıxış portlarında bufer registrləri olmur. Bu hallarda 
onlar şin formalaşdırıcıları əsasında qurulur. Bu halı sistemin proqram təminatı 
işlənən zaman nəzərə almaq lazım gəlir.
İnterfeysin işləməsi alqoritmi aşağıdakından ibarətdir. HQ-na müraciət 
əmrinin yerinə yetirilməsi zamanı MP-nin ünvan şininə HQ-nun ünvanı 
yerləşdirilir. Deşifrator ünvan kodunu deşifrasiya edir və deşifratorun çıxışından 
uyğun siqnalla verilənlərin qəbul dövrəsi hazırlanır. Əmrin sonrakı taktında 
verilənlər MP-dən ünvanlanan bufer registrinə ötürülür və “yaddaş qurğusuna 
yazma” idarə siqnalı ilə seçilmiş bufer registrinə yazılır. Bundan sonra verilənlər 
HQ üçün açıq, mümkün olur.
MP ilə HQ arasında qarşılıqlı əlaqə xüsusi interfeys BİS-adapterlərdən 
istifadə etməklə sadələşir. İnterfeys BİS-adapterlər verilənlərin mübadiləsinin 
müxtəlif üsullarını təmin edir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   89   90   91   92   93   94   95   96   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling