Azərbaycan Respublikası Təhsil Nazirliyi


İzolə edilmiş şinlərə malik (ünvanlanmış) interfeys


Download 5.01 Kb.
Pdf ko'rish
bet92/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   88   89   90   91   92   93   94   95   ...   157
Bog'liq
2014-2730 (2)

10.2.1. İzolə edilmiş şinlərə malik (ünvanlanmış) interfeys. Bu növ
interfeysin fərqli xüsusiyyəti yaddaşın və xarici qurğuların ayrı-ayrılıqda 
ünvanlanmasındadır. Belə ki, KP580 MP bazasında qurulan sistemlərdə 
yaddaşın ünvanlanması zamanı bütün 16-dərəcəli ünvan şini və sistem 
kontrolleri SK vasitəsi ilə formalaşdırılan “Oxuma” və “Yazma” idarə siqnalları 
istifadə olunur (şəkil 10.3). Bu zaman MP ilə yaddaş arasında verilənlər 
mübadiləsi üçün mikroprosessorun kifayət qədər böyük sayda əmrlərindən 
istifadə olunur. 
Xarici qurğuların ünvanlanması üçün isə ünvan şininin 8 dərəcəsi və 
“Oxuma” və “Yazma” idarə siqnalları istifadə olunur. MP ilə HQ arasında 
verilənlərin mübadiləsi üçün ancaq iki xüsusi əmrdən – verilənlərin daxil 
edilməsi - İN ADR və verilənlərin çıxarılması – OUT ADR əmrlərindən istifadə 
edilir. Bu əmrlər verilənlərin mübadiləsini MP-nin akkumulyatoru vasitəsi ilə 
həyata keçirirlər. Bu cür mübadilə sistemin ümumi məhsuldarlığını aşağı salır, 
çünki yaddaşla HQ arasında verilənlərin mübadiləsi üçün əlavə olaraq bir neçə 
əmrdən istifadə etmək lazım gəlir. Bu əmrlər HQ ilə mübadiləyə qədər 
akkumulyatorun məzmununun saxlanmasını və mübadilədən sonra bərpa 
edilməsini təmin etməlidir. 
Şəkil 10.3. İzolə edilmiş şinlərə malik interfeys 


192
Bu növ interfeyslərin müsbət cəhəti yaddaşın ünvanlanması üçün bütün 
ünvan şininin istifadə olunmasındadır ki, bu da maksimum həcmə malik yaddaş 
modulunun qurulmasına (təşkilinə) imkan verir. Belə ki, 16-dərəcəli ünvan şini 
yaddaşın 64K yuvasının ünvanlanmasına imkan verir.
10.2.2. Qarışıq ünvan şinlərinə malik interfeys
Bu növ interfeyslər həm yaddaşın, həm də xarici qurğuların üçün bütün 
ünvan şinindən istifadə etməyə imkan verir. Bu interfeysi bəzən ümumi şinə 
malik interfeys adlandırırlar. Bu interfeysin üstünlüyü verilənlərin MP və HQ 
arasında mübadiləsi zamanı yaddaşla mübadilə üçün tətbiq edilən bütün 
əmrlərdən istifadə etməyə imkan verməsindədir. Ünvan şininin bir dərəcəsi
(məsələn, yüksək A15 dərəcəsi) yaddaşa və ya HQ-na müraciətin ayrılması üçün 
istifadə edildikdə (şəkil 10.4), ümumi şinə malik interfeysin modifikasiyası 
mümkündür. HQ-na müraciət üçün idarə siqnallarının formalaşdırılması 
mikroprosessorun birbaşa müraciət (BM) və BD siqnallarından və ünvan şininin 
A15 dərəcəsindən istifadə etməklə mümkündür.
Şəkil 10.4. Ümumi şinə malik interfeys 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   88   89   90   91   92   93   94   95   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling