Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet100/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   96   97   98   99   100   101   102   103   ...   157
Bog'liq
2014-2730 (2)

 
 
11.4. Say funksiyasının yerinə yetirilməsi sxemi və alqoritmi 
 
 
Say funksiyası MP-un ən sadə funksiyasıdır. Sayın təşkil edilməsi üçün 
ÜTR-dən birinə sayğac kimi baxılır. Bu registr uyğun əmrin köməyi ilə 
müəyyən sabit yüklənir. Bu sabit sıfır qiyməti alınana qədər ondan 1 vahid 
çıxılır. Sayğacın sıfır məzmunu sıfır üzrə şərti keçid əmr ilə müəyyən edilir. Bu 
funksiya bəzi MP-da daha sadə yerinə yetirilir. Belə ki, registr sayılacaq ədədin 
əlavə koduna yüklənir və onun məzmunu hər dəfə 1 vahid artırılır. Bu proses 
registrdə sıfır qiyməti alınana qədər davam etdirilir. Hər iki halda nəticə eyni 
olacaqdır. Boş registr olmadığı halda bu məqsəd üçün OYQ-nun yuvalarından 
biri istifadə oluna bilər.
Say, adətən, proqramın dövrü hissəsi ilə və ya hər hansı bir xarici hadisə 
ilə bağlı olur. MP-da sayın təşkilinin iki üsulu mümkündür. Birinci üsulda 
əvvəlcə əsas funksiya yerinə yetirilir, sonra isə say və sayğacın vəziyyətinin 
yoxlanması həyata keçirilir (şəkil 11.7,a). İkinci üsulda əsas funksiya say və 


208
sayğacın vəziyyətinin yoxlanmasından sonra yerinə yetirilir (şəkil 11.7,b). 
Burada fərq ondadır ki, birinci halda əsas funksiya heç olmasa bir dəfə yerinə 
yetirilir, ikinci halda isə yerinə yetirilməyə də bilər. 
Birinci üsulla tərtib olunmuş və əsas funksiyanı 10 dəfə yerinə yetirən 
proqram aşağıdakından ibarət olur:
Bilavasitə yükləmə A, -10 ; registrin A sabitinə yüklənməsi.
Yerinə yetirilmə: ………………; proqram sahəsi 
………………Əsas funksiyanın yerinə yetirilməsi. 
1 vahid artırma A ; say. 
ŞK0 ; sıfra görə ŞK (şərti keçid). 
Ş-zK (şərtsiz keçid) Say 
Çıxış: ……………………………… 
Bu məsələnin ikinci üsulla yerinə yetirilməsi A registrinə yüklənən sabit 
qiyməti ilə fərqlənəcəkdir:
Bilavasitə yükləmə A, -11 ; registrin A sabitinə yüklənməsi. 
Say: 1 vahid artırma A ; Say. 
ŞK0 Çıxış ; sıfıra görə ŞK (şərti keçid). 
Yerinə yetirilmə: ………………………… ;
Əsas funksiyanın yerinə yetirilməsi. Ş-zK (şərtsiz keçid) Say 
Çıxış: ……………………………… 
Şəkil 11.7 Sayın təşkili alqoritmlərinin blok sxemi 


209
Baxdığımız alqoritm və proqramlar registrin dərəcəsi ilə məhdudlaşır, 
məsələn, 8-dərəcəli registr halında əsas funksiya 256-a qədər aparıla bilər. 
Böyük saylar üçün ikiqat və daha çox uzunluğa malik registrlərdən və ya yaddaş 
yuvalarından istifadə oluna bilər. İkiqat uzunluğa malik registrlərdə say artıq 
2
16
=65 536-a qədər aparıla bilər. İkikaskadlı sayğacın təşkili alqoritminin blok 
sxemi şəkil 11.8-də göstərilmişdir. Burada registrlərdən biri Sayğac1, ikincisi isə 
sayğac 2 kimi istifadə olunur. 
Şəkil 11.8. İki kaskadlı sayğacın təşkili alqoritminin blok sxemi 
Məsələ. 8-dərəcəli MP-da əsas funksiyanın 12 000 dəfə erinə yetirilməsini 
təmin edən proqramı təşkil etməli. 
Bir kaskadın həcmi 2
8
-dir. 2
8
< 12 000 < 2
2x8
olduğundan proqram 
sayğacını 12 000–ə qədər təşkil etmək üçün iki kaskad tələb olunur. Sayın 
başlanmasından əvvəl sayğaclar K
1
və K
2
sabitlərinə yüklənməlidirlər. Bu 
əmsalların qiymətləri aşağıdakı kimi təyin edilir: 
N=K
1
+K

x 2
8
, burada K
1
< 2
n
olmalıdır. 


210
N=12 000 və n=8 olduğundan K
1
= 224 və K
2
=46 alarıq. 12 000-ə qədər 
say proqramı, əvvəlki proqramlardan fərqli olaraq, 1 vahid azaltma 
əməliyyatından istifadə edir: 
Bilavasitə yükləmə A, 24 ; Sayğac1-in başlanğıc vəziyyəti
Bilavasitə yükləmə B, 46 ; Sayğac2-nin başlanğıc vəziyyəti 
Yerinə yetirilmə: …………....; Əsas funksiyanın yerinə yetirilməsi. 
Say 1 1 vahid azaltma A ; Sayğac 1-də say. 
ŞK0 Say 2
Ş-zK (şərtsiz keçid) yerinə yetirilmə 
Say 2 1 vahid azaltma B ; Sayğac 2-də say. 
ŞK0 Çıxış
Ş-zK (şərtsiz keçid) yerinə yetirilmə 
Çıxış: ………………………………………

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   96   97   98   99   100   101   102   103   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling