Azərbaycan Respublikası Təhsil Nazirliyi


Kanalların kommutasiyası qurğusu


Download 5.01 Kb.
Pdf ko'rish
bet99/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   95   96   97   98   99   100   101   102   ...   157
Bog'liq
2014-2730 (2)

11.3. Kanalların kommutasiyası qurğusu 
 
Çoxkanallı MP sistemlərin strukturuna multipleksor qoşulur. 
Multipleksor soruşulan kanalı ARÇ-nin girişinə qoşur. Kanalların 
kommutasiyası proqramçısı tərəfindən verilən idarəedici proqrama görə və 
yaxud operator tərəfindən həyata keçirilir. Birinci halda kanallar ARÇ-nin 
girişinə müəyyən ardıcıllıqla qoşulur. İkinci halda kommutasiya olunan kanalın 
kodu MK pultundan daxil edilir. Bu halda kommutasiya prosesi iki 
təşkiledicidən ibarət olur: kommutasiya olunan kanalın kodunun təyin edilməsi 
və bilavasitə onun kommutasiyası. Kommutasiya olunan kanalın kodu MK-nın 
yaddaşına ikilik açarlar yığımının köməyi ilə daxil edilir.
Verilənlərin toplanması və emalı sistemində kanalların qoşulma-sının 
idarə edilməsi üçün KE portunun E0 və E1 dərəcələrinin kod kombinasiyası ilə 
idarə olunan analoq multipleksoru K istifadə edilir. Kanalın nömrəsinə uyğun 
kod kombinasiyası şəkil 11.5–də göstərilmişdir. 
Nəzarət olunan kanalın ARÇ-nin girişinə qoşulması prosesi ARÇ-nin işə 
salınmasından əvvəl olmalıdır. Odur ki, kommutatorun girişinə kod 
kombinasiyası verildikdə E2 bitinin “0” vəziyyətində olmasını gözləmək 
lazımdır. 1-4 kanallarının ARÇ-nin girişinə ardıcıl qoşulması proqramı kanallar 
sayğacına malik olmalıdır. Bundan əlavə, əgər kanallar kommutatoru böyük 
gecikməyə malik olarsa, məsələn, açar elementləri kimi elektromaqnit relelərdən 
istifadə etdikdə, proqram tsiklində relenin etibarlı işə düşməsini təmin etmək 
üçün zaman gecikməsi nəzərdə tutulmalıdır. 
Şəkil 11.5. Verilənlərin toplanması və emalı sistemində 
kanalın nömrəsinə uyğun kod kombinasiyası 


206
Zaman gecikməsinə malik qoşulma proqramı aşağıda verilmişdir. 
; Kanalların ardıcıl kommutasiyası proqramı 
COM: MVI C, 04 ; kommutasiya olunan kanalların sayının
göstəricisi 
MVI B, 00 ; X1 kanalının kodunu göstərməli 
TOM2: MOV A, B ; X1 kanalını qoşmalı 
OUT EE 
INR B ; növbəti kanalın kodunu göstərməli 
TOM1: MVI A, 5A ; kommutasiyaya gecikmə 
DCR A 
JNZ TOM! 
DCR C ; əgər 0 deyilsə növbəti kanala keçməli 
JNZ TOM2 ; davam etməli 
Operatorun istəyi ilə kanalların qoşulması ikilik say sistemi ilə işləyən 
açarların köməyi ilə yerinə yetirilir. Tək-tək olan ikilik açarlar MK-nın portunun 
girişinə şəkil –11.6-da göstərilən sxemə uyğun qoşula bilərlər. Fərq ondadır ki, 
K açarının MK-nın giriş portunun dərəcəsinə qapanmasından sonra “1” siqnalı 
verilir. R rezistoru giriş cərəyanını məhdudlaşdırmaq üçündür. 
Şəkil 11.6. İkilik açarın qoşulma sxemi 
Açarın vəziyyətini müəyyən edən alqoritm registrin məzmununu MK-nın 
giriş portuna daxil edilməsinə və K açarı qoşulan portun dərəcəsinin 
məzmununun təhlilinə gətirib çıxarır. Alqoritmin proqram təminatı K açarının 
qoşulması sxemindən asılıdır. Əgər fərz etsək ki, açar F0 portunun A3 
dərəcəsinə qoşulub, bu halda açarın qapanmasını gözləyən proqram aşağıdakı 
kimi yazıla bilər: 
WAIT: IN F0 ; açardan siqnalı daxil etmək 
AN1 04 ; A3 bitini ayırmaq 
JZ WAIT ; açar açıqdırsa, daxil etməni təkrarlamalı 


207
Əgər portun girişinə ikilik vericilər qrupu qoşulubsa və onlardan birinin 
bağlı vəziyyətini təyin etmək tələb olunursa, bu halda gözləmə proseduru 
eynidir və porta daxil edilmiş kodun açarın qoşulmuş halına uyğun kod 
kombinasiyası ilə müqayisəsinə gətirilib çıxarılır.
K1-K4 açarlarının köməyi ilə operator pultdan kanalların kommutasiyası 
üçün kanalın nömrəsinə uyğun kod kombinasiyası MK-ya xəbər verir. Məsələn, 
X4 kanalını kommutasiya etmək üçün 8.2. cədvələ uyğun 0011 kodunu yığmaq 
lazımdır (nəzərdə tutsaq ki, K1 açarı kiçik dərəcədir). 
Kanalların kommutasiyası proqramı kodun daxil edilməsini, onun kiçik 
tetradada yerdəyişməsini və E2 bitinin (“ARÇ-nin işə salınması”) 
təmizlənməsini təmin etməlidir. 
; Kanalların seçmə yolu ilə kommutasiya proqramı 
COMB: IN EE ; KE portundan daxiletmə 
RRC ; kanalın kodunu kiçik tetrada sürüşdürməli 
RRC ; 
RRC ; 
RRC ; 
ANI 04 ; E2 bitini təmizləməli 
OUT EE ; X kanalını qoşmalı 
TOM1 : MUI A, 5A ; kommutasiya üçün gecikmə 
DCR A
JNZ TOM1

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   95   96   97   98   99   100   101   102   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling