Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet91/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   87   88   89   90   91   92   93   94   ...   157
Bog'liq
2014-2730 (2)

 
 
10.2. Mikroprosessorlu sistemlərin tipik interfeysləri 
 
İstənilən mikrokontroller konkret bir obyektin fiziki parametrlərinə 
nəzarət və onların idarə funksiyalarını yerinə yetirmək üçün nəzərdə tutulur. 
İdarə və nəzarət funksiyaları idarə obyektindən daxil olan ikilik rəqəm 
informasiyanı emal və ondan sonra istifadə etməyi nəzərdə tutur. Bu 
informasiya idarə obyektindən MK-nın obyektə qoşulan müxtəlif qurğularından 
əlaqə xətti ilə ötürülür. Belə qurğular kimi müxtəlif analoq fiziki parametrlərin 
çeviriciləri və onlarla əlaqədar olan normallaşdırıcı elektrik siqnal çeviriciləri, 
analoq-rəqəm çeviriciləri, müxtəlif rəqəm informasiya çeviriciləri və s. ola bilər. 
İnformasiyanın MK-dan verilməsi zamanı MK ilə rəqəm indikatorları, icra 
mexanizmləri, displeylər, rəqəm - çap qurğuları və informasiyanın emalı 
nəticələrinin yadda saxlanması, qorunması və istifadə olunması vasitələri ilə 
qarşılıqlı əlaqədə olur. 
Çoxlu sayda müxtəlif xarici qurğuların MK şinləri ilə birləşməsi 
interfeyslər vasitəsi ilə həyata keçirilir. İnterfeys müxtəlif qurğuların vahid 
sistemdə birləşməsi vasitəsidir.
İstənilən interfeys iki məsələnin həllini təmin etməlidir. Birinci, interfeys 
öz aparat hissəsi ilə müxtəlif elektrik və konstruktiv parametrlərə malik xarici 
qurğuların konkret mikrokontrollerin şin sistemi ilə elektrik birləşməsini təmin 
etməlidir. Bu zaman əlaqə xətlərinin sayı, elektrik siqnallarının səviyyələri və 
gücü, və s. kimi parametrlər nəzərə alınmalıdır. 


191
İkinci, interfeys bütün qoşulan xarici qurğuların çevik proqram idarəsini 
təmin etməlidir. Bu hissədə interfeys nəinki hesab qurğusunun iş qabiliyyətini, 
həm də mərkəzi MP ilə müxtəlif hesab qurğularının cəldliyə görə uzlaşmasını 
təmin etməlidir.
Beləliklə, interfeys dedikdə, MP ilə bir vahid sistemdə birləşmiş xarici 
qurğular arasında informasiya mübadiləsinin təşkili üçün nəzərdə tutulan 
unifikasiya olunmuş proqram-aparat qurğusu başa düşülür.
İnterfeyslər təyinatına görə daxili və xarici olurlar. Daxili interfeys MK 
BİS-i, yaddaş modulunu və giriş-çıxışın idarə vasitəsini birləşdirir. Xarici 
interfeys MK-nın informasiya şinlərinin xarici qurğulara qoşulmasını təmin edir. 
MP idarə sistemlərinin yaradılması zamanı təcrübədə iki növ sistem 
interfeyslərindən istifadə edilir: izolə edilmiş şinlərə malik interfeys; qarışıq 
şinlərə malik interfeys. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   87   88   89   90   91   92   93   94   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling