Azərbaycan Respublikası Təhsil Nazirliyi
Zaman gecikmələrinin proqramlaşdırılması
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
11.8. Zaman gecikmələrinin proqramlaşdırılması Tələb olunan indikasiya müddətini təmin etmək üçün, sistemin diskret elementlərində gedən keçid proseslərinin sonunu gözləmək üçün, verilmiş davametmə müddətinə malik zaman intervalları formalaşdırmaq üçün və s. zaman gecikmələri tələb olunur. Bir neçə takt sərhədində zaman gecikmələri müəyyən əmrlər hesabına təmin etmək olar. Bu halda sistemdə dəyişiklik baş vermir. Bu məqsəd üçün 4, 5, 7, 13 takt hesabına yerinə yetirilən uyğun NOP (boş əməliyyat), MOV Ri,Rj (registr-registr), CP1 00 (müqayisə), XTH (göndərmə) və s. kimi əmrlərdən istifadə etmək olar. Böyük gecikmələr bir kaskadlı və ya kənardan daxil edilən (qoşulan) tsikllər hesabına yerinə yetirilə bilər. Bir kaskadlı tsikl əsasında qurulan sadə gecikmə alqoritmi və uyğun proqram şəkil 11.12-də göstərilmişdir. Proqramın giriş parametri B registridir. 222 Şəkil 11.12 Zaman gecikmələri alqoritminin blok – sxemi və proqramı Zaman gecikməsi proqramı TIME : MOV D , B ; T1 = 5 takt M1 : NOP ; T2 = 4 takt DCR D ; T3 = 5 takt JNZ M1 ; T4 = 10 takt Hər bir əməliyyatın yerinə yetirilməsi üçün lazım olan taktların sayını nəzərə almaqla gecikmə müddətini təyin etmək olar. Fərz etsək ki, giriş parametri 0-dan 255-ə qədər olan diapazonda istənilən N ədədi ola bilər, onda gecikmənin ümumi müddəti T gec. = T1+N*(T2+T3+T4)=5+19 =24 taktla təyin edilə bilər. Minimum gecikmə müddəti N=1 halına uyğun gəlir və T gec. min =5+19=24 takt olur. Maksimum gecikmə müddəti N=0 halına uyğun gəlir (yeni N=N-1 kəmiyyətini əlavə kodda hesabladıqda bir baytlı rəqəm üçün N=N-1=255 alırıq) və tsikldəki təkrarlamaların sayını bir vahid artırmaq lazım gəlir. Bu halda T gec.max =5+19*256 = 4869 takt alınır. 223 Taktın müddəti konkret MK və ya MP üçün məlum olur və onun takt generatorunun tezliyi ilə təyin edilir. Məsələn, takt impulsları generatorunun 1 MHs tezliyində (bir taktın müddəti 1 mksan olur) maksimum gecikmə müddəti T gec. max =4869*1 mksan = 4869 mksan + 4,869 msan olur. Aydındır ki, “boş əməliyyat” –NOP əmrlərinin sayını dəyişməklə tsikldə gecikmənin müddətini 4 takt dəqiqliklə dəyişmək olar. Böyük gecikmələr tələb olunan hallarda əlavə xarici tsikl təşkil etmək olar. Bu hal giriş parametri 25FA ünvanlı yuvada olan tənzimlənən zaman gecikmələri TIMER alt proqramında yerinə yetirilir. ; tənzimlənən zaman gecikmələri altproqramı TIMER : PUSN B ; BC, DE, A cütlərinin məzmununu yadda saxlamalı PUSN H PUSN PSW LDA 25 FA ; davametmə müddətini göstərməli MOV B, A ; gecikmələr M2 : LXI H, 0FFFFH; M1 : DCX H ; daxil edilən (kənardan daxil edilən) tsikl MOV A, L ORA H ; kənardan daxil edilən (qoşulan) tsiklin ; qurtarmasının yoxlanması JNZ M1 ; xarici tsiklin sonunun yoxlanması DCR B JNZ M2 POP PSW POP H POP B RET ; altproqramdan geri qayıtma. TIMER altproqramı ilə zaman gecikmələrinin qiymətini 0-FFH giriş parametrinin qiymətini dəyişmək hesabına 300 msan – 1san diapazonunda dəyişmək olar. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling