Azərbaycan Respublikası Təhsil Nazirliyi


 İdarəedici siqnalların formalaşdırılması


Download 5.01 Kb.
Pdf ko'rish
bet106/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   102   103   104   105   106   107   108   109   ...   157
Bog'liq
2014-2730 (2)

11.9. İdarəedici siqnalların formalaşdırılması 
 
İstənilən idarəedici MK-in idarə obyekti ilə qarşılıqlı təsiri, bir tərəfdən,
MK-ya obyektin cari vəziyyəti haqqında informasiyanın daxil edilməsi və onun 
emalı, digər tərəfdən, obyektə idarə funksiyalarını həyata keçirən idarəedici 


224
təsirlərin formalaşdırılması ilə əlaqədardır. MK-nın idarə obyektinə qarşılıqlı 
təsiri tənzimləmə orqanlarına malik müxtəlif icra mexanizmləri vasitəsi ilə 
həyata keçirilir.
Müxtəlif texnoloji prosesləri təmin edən məişət texnikası obyektlərində 
icra mexanizmləri (İM) kimi sabit və dəyişən cərəyan elektrik mühərrikləri, 
maqnit işə salanları; tənzimləyici orqanlar (TO) kimi pnevmo- və hidro 
klapanlar, tiristor çeviriciləri, tənzimləyici qapayıcıları geniş istifadə edilir. 
Məişət REA qurğularında İM və TO funksiyalarını cərəyan və ya gərginlik 
gücləndiriciləri yerinə yetirirlər.
İM-in idarəolunma qaydaları onların iş prinsipləri ilə müəyyən edilir. 
“Bağlı-açıq” prinsipində işləyən sadə İM-lərin idarəolunması “0” və “1” kimi iki 
məntiq səviyyələrinə malik idarə siqnallarının formalaşdırılmasına gətirilir. MK-
nın çıxışına belə İM qoşulması çıxış portunun bir dərəcəsi vasitəsi ilə optron 
cütdən istifadə etməklə həyata keçirilir (şəkil 11.13).
Şəkil 11.13 . İcra mexanizminin MK-ya qoşulması sxemi 
Çıxış portunun digər dərəcələrinə, lazım olan hallarda, digər analoji İM 
qoşula bilər. İdarəedici təsirlərin aktiv səviyyələrinin davametmə müddəti U
i
proqram yolu ilə zaman gecikmələrinin daxil edilməsi hesabına dəyişdirilə bilər 
(proqram fraqmentində göstərilən kimi). 
YPR: MVI A, 02 ; akkumulyatora İM idarə baytının yazılması 
OUT ADR İM ; idarəedici təsiri ADR İM çıxış portunun 
; D1 bitinə verməli 
CALL TIME I ; tələb olunan uzunluğun zaman gecikməsi 
MVI A, FD ; tullama (geriqayıtma) baytını göstərməli 
OVT ADR İM ; İM dövrədən açmalı 
CALL TIME 2 ; zaman gecikməsi
Proqramın yerinə yetirilməsi nəticəsində idarəedici təsirlər dəyişəcəklər
(şəkil 11.13,b ). TIME1 və TMIE2 zaman gecikmələri altproqramlarını və ya 


225
idarəolunan zaman gecikmə proqramlarının giriş parametrlərini dəyişməklə 
idarəedici təsirlərin istənilən davametmə müddətini təmin etmək olar. Analoji 
qayda ilə impuls idarəedici təsirlərin və ya istənilən davametmə müddətinə və 
dərinliyə malik impulslar formasında təsirlərin formalaşdırılmasını təmin etmək 
olar.
Tiristor çeviricilərinə malik İM-in idarə olunmasını interval taymeri BİSi 
həyata keçirmək daha rahatdır (sərfəlidir). Bu halda tiristorun açılma bucağının 
idarə olunması idarə impulsunun proqram yolu ilə dəyişdirilməsi hesabına 
təmin edilir. Məsələn, “1” rejimində işləyən taymerin St1 kanalının B1 
çıxışında. Taymerin B1 çıxışında idarə impulsunun davametmə müddətini 
taymerin St1 sayğacının ünvanına görə operandları dəyişməklə asan idarə etmək 
olar. Proqramın aşağıda verilən fraqmenti elektrik mühərrikinin fırlanma 
sürətinin MK-nın OYQ-nun yuvasında yerləşən ədədi dəyişmək hesabına 
tənzimlənməsini təmin edir.
PRIV: MVI A, 52 ; taymerin idarəedici sözü 
OUT RUS ; RUS ünvanına göndərməli 
LDA 2200 ; sürəti müəyyən edən say (ədəd) 
OUT KAN 1 ; taymerin St1 ünvanına göndərməli 
2200 yuvasında yerləşən ədədin dəyişməsi hesabına elektrik mühərrikinin 
fırlanma sürətinin sıfırdan nominal qiymətə qədər səlist dəyişməsini təmin 
etmək olar. Bu fraqment əsasında elektrik mühərrikinin fırlanma sürətinin 
dəyişməsi proqramını tərtib etmək olar.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   102   103   104   105   106   107   108   109   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling