Azərbaycan Respublikası Təhsil Nazirliyi


PIC-mikrokontrollerlərı əsasında qurğular və onların


Download 5.01 Kb.
Pdf ko'rish
bet109/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   105   106   107   108   109   110   111   112   ...   157
Bog'liq
2014-2730 (2)

12.2. PIC-mikrokontrollerlərı əsasında qurğular və onların 
sxemotexnikası 
 
PIC-mikrokontrollerlər əsasında öz uyğunlaşa bilməsi və maneə 
davamlılığı ilə seçilən bir sıra qurğular yaratmaq olar. Belə ki, PİC-kontroller 
əsasında daha çox asanlıqla idarə oluna bilmək (elastiklik) qabiliyyətinə malik 
olan dördrəqəmli voltmetr qurmaq olur. Belə voltmetrin bir sadə variantını, PİC-
kontrollerindən və kənar tranzistorlar istifadə etmədən idarə olunan yeddi 
seqmentli işıqdiodlarından istifadə etməklə yaratmaq olar. Bunun üçün 
mikrokontrollerin seçilməsinə xüsusi əhəmiyyət vermək lazımdır. Sxem üçün 
minimal periferiyalara malik olan PIC16F628A mikrokontrollerini seçirik.
PIC16F628A mikrokontrollerinin çıxışlarının yerləşmə sxemi şəkil 12.5-
də verildiyi kimidir. 
Sxemdə Vdd — qida gərginliyinin “+” qoşulması çıxışı, Vss isə qida 
gərginliyinin “-” (ümumi şinaya) qoşulması çıxışıdır. 
Qeyd olunanlar MK-nın işləməsi üçün minimum tələblərdir. 
MK-nın qalan 16 çıxışları rəqəmli giriş/çıxış portları kimi nəzərdə tutulmuşdur. 


233
Qurğunun (voltmetrin) sxemi şəkil 12.6 - da göstərilmişdir. Sxemdə 
voltmetrin ölçmə diapazonunu genişləndirmək üçün sahə tranzistoru əsasında 
qurulmuş analoq girişi istifadə olunmuşdur. Bu sxem ardıcıl çıxışa malikdir, bu 
isə ölçülən parametrin eyni zamanda bu çıxışdan kompüterə ötürülməsinə imkan 
yaradır. 
Şək.12.5. PIC16F628A mikrokontrolleri və onun çıxışlarının yerləşmə sxemi 
Proqram hər bir yeddiseqmentli işıqdiodunu bir dəfə RA0 və RB7 
çıxışları ilə idarə edir. RA) çıxışında “1” qoyuluşu və RB7-nin giriş kimi istifadə 
olunması DS3 ümumi anodlu indikatorunu aktivləşdirir. RA0 çıxışına “0” 
qoyuluşu və RB7-nin giriş kimi istifadə edilməsi DS2 ümumi katodlu 
indikatorunu aktivləşdirir. RA0 ucunun giriş kimi istifadə olunması və RB7 
çıxışının “1”-ə qoyulması DS1 ümumi anodlu indikatorunu aktivləşdirir, RA0 
ucunun giriş kimi istifadə olunması və RB7 çıxışının “0”-a qoyulması isə DS0 
katodlu indikatoru aktivləşdirir. İndikatorlardan birinin aktivləşməsindən sonra 
RB0 … RB6 xətləri çıxış kimi konfiqurasiya olunaraq uyğun yeddi seqmentli 
indikatoru idarə edir. Bu sxem gərginliyə görə məhdudiyyət tələb etmir, (3V-dan 
çox, yaxud az) çünki, işıqdiodları qarşı-qarşıya paralel qoşulub, ona görə də bir 
dioddakı düzünə gərginlik düşküsü o birindəki əks gərginliyi məhdudlayır. 
Qırmızı işıq diodlarının istifadə olunması 1,6V tələb edir. Məhz, ümumi anodlu 
və ümumi katodlu yeddi seqmentli işıqdiodlarının istifadə olunması hesabına, 
mikrokontrollerin daxiletmə/çıxarma portları əlavə komponentlər istifadə 
etmədən birbaşa indikatorları idarə edə bilərlər. 
PIC16F628A mikrokontrollerinin əsas istismar-texniki xarakteristikaları 
aşağıdakılardır: 

mikrokonrtoller 4MHs tezlikli daxili generatora malikdir, həmçinin 
20MHs-li xarici kvars da qoşmaq olar; 

mikrokontrollerin 16 çıxışı (uclu) rəqəmli giriş/çıxış kimi, qalan iki 
çıxışı isə qida gərginliyinin verilməsi üçün nəzərdə tutulub;


234

iki analoq komparatoru

3 taymeri; 

CCR modulu; 

USART(Universal Synchronous/Asynchronous reseiver/ transmitter 
(interface) – Universal sinxron asinxron interfeys

128 bayt enerjidən asılı olmayan EEPROM yaddaşı var; 
12.6.PİC-kontroller əsasında 4-rəqəmli voltmetrin sxemi 
Voltmetr üçün seçilmiş mikrokontrollerin proqramının yazılması aşağıdakı 
ardıcıllıqla yerinə yetirilir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   105   106   107   108   109   110   111   112   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling