Azərbaycan Respublikası Təhsil Nazirliyi


BROWNOUT — Qida gərginliyinin normadan aşağı düşdüyü halda MK- nın sıfırlanması.  MCLR


Download 5.01 Kb.
Pdf ko'rish
bet112/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   108   109   110   111   112   113   114   115   ...   157
Bog'liq
2014-2730 (2)

BROWNOUT — Qida gərginliyinin normadan aşağı düşdüyü halda MK-
nın sıfırlanması. 
MCLR — MK=nın xarici sıfırlanmasının aktivləşməsi. 
MK-nın sıfırlanması üçün pin 4-ü yerə (ümumi şinə) qapayan düyməni işə 
salmaq kifayətdir.
LVP — aşağı gərginlik olanda proqramlaşdırma imkanının 
aktivləşdirilməsi
Aktivləşdirmə zamanı rəqəmli girişlərdən biri (pin 10) LVP rejiminə 
çevrilir. Əgər bu çıxışa (uca) 5V verilsə, MK proqramlaşdırma rejiminə keçir.
MK-nın normal işi üçün onun bu çıxışında 0V saxlamaq (yerə birləşdirmək) 
lazımdır.
Baxılan hal üçün artırılmış gərginlik istifadə edən proqramator istifadə 
edirik, ona görə də LVP –ni aktivləşdirmək tələb olunmur.
CPD —EEPROM-in pqoqramatorın saymasından qorunmasıdır. 
CP —FLASH (proşivka – tikilmənin) pqoqramatorın saymasından 
qorunmasıdır. 
Konfiqurasiyanı qoyulan məsələyə uyğun dəyişirik:
 
pragma target clock 4_000_000 –zaman hesablanmasının bir sıra funksiyalar 
üçün zəruri olan işçi tezliyini göstəririk; 
 -- mikrokontrollerin konfiqurasiyası
pragma target OSC INTOSC_NOCLKOUT – daxili generatoru istifadə edirik
pragma target WDT disabled – gözətçi taymer söndürülüb
pragma target PWRTE disabled – qida taymeri söndürülüb 
pragma target MCLR external – xarici sıfırlama söndürülüb 
pragma target BROWNOUT disabled – qida gərginliyi azaldıqda sıfırlama
pragma target LVP disabled – aşağı gərginliklə proqramlaşdırma söndürülüb
pragma target CPD disabled -- защита EEPROM-in qorunması söndürülüb 
pragma target CP disabled – kodun mühafizəsi (qorunması) söndürülüb 


238

 
Düymənin basılmasını göstərən işıqdiodunun yanıb-sönməsini göstərən 
rejimin təmin olunması üçün proqramda uyğun əlavələr edilir.
Bu məsələni həll edərək rəqəmli portların həm giriş rejimində, həm də 
çıxış rejimində işləmək qaydalarını öyrənmək olar. 
Rəqəmli çıxış. 
MK-nın istifadə olunmayan hər hansı bir girişini, məsələn, RB5(pin 11) 
seçirik. Bu uc (çıxış) əlavə funksiyalara malik deyil, ona görə də başqa hal üçün 
lazım olmayacaq.
Rəqəmli çıxış rejimində MK ucuna (çıxışa) qida şininin, yaxud yer şininin 
qoşulması təmin olunur.
ÇIxışdan yük dövrəsinə həm müsbət, həm də minus qoşmaq olar. Fərq 
onda olacaq ki, birinci halda cərəyan MKönın mıxışından yerə, ikinci halda isə 
+5V-dan MK-nın girişinə axacaq.
MK-nın çıxışı üçün maksimal yol verilə bilən cərəyanın 25mA qədər ola 
bidiyini nəzərə alaraq, hesabladıqda cərəyna məhdudlayıcı R1 rezistorunun 
qiymətini 125Om alırıq. Nəzərə alsaq ki, işıq diodları 5-10mA cərəyanlarda da 
normal işıqlanma verir, MK-nı çox yükləməmək üçün R1=510Om seçmək olar. 
Rəqəmli giriş.
İkinci heç bir hal üçün istifadə olunmayan RB4 (pin 10) ucunu (bir-
ləşdirici çıxışını) istifadə edirik. 
Rəqəmli giriş rejimində mikrokontroller iki halı saya bilər: gərginliyin 
olmasını, yaxud olmamasını. Ona görə də düymə elə qoşulmalıdır ki, düymənin 
bir vəziyyətində MK-nın birləşdirici ucuna müsbət, ikinci vəziyyətində isə 
minus qütbü (yer) qoşulsun.
Bu halda rezistor girişi mənbə ilə razılaşdırmaq üçün nəzərdə tutulub və 
10kOm həddində seçilir. Bəzi hallarda bu rezistoru istifadə etməmək də olar, 
çünki bütün girişlər (RB0-RB7) məhdudlayıcı - uzlaşdırıcı rezistorlara 
malikdirlər.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   108   109   110   111   112   113   114   115   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling