Azərbaycan Respublikası Təhsil Nazirliyi


Mikrokontrollerlərin çıxışlarının təsviri


Download 5.01 Kb.
Pdf ko'rish
bet115/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   111   112   113   114   115   116   117   118   ...   157
Bog'liq
2014-2730 (2)

12.3.1. Mikrokontrollerlərin çıxışlarının təsviri: 
VCC — qida mənbəyinin çıxışı; GND — ümumi xətt («yer») (şək.12.9) 
PORTВ (РВ7...РВ0) —В portu 8-bitli ikiistiqamətli, daxili uyğunlaşdırıcı 
rezistorlara malik olan paralel daxiletmə/çıxarma portudur. Portun çıxışlarında 
daxili uyğulaşdırıcı rezistorlar nəzərdə tutulmuşdur (onları hər bit üçün ayrılıqda 
qoşmaq, yaxud ayırmaq olar). РВО və РВ1 çıxışları həmçinin analoq 
komparatorunun daxil edilmiş (AIN0) müsbət və (AIN1) mənfi girişləridir. B 
portunun çıxış buferləri 20mA-ə qədər cərəyan götürə bilər və birbaşa işıqdiodlu 
indikatorları idarə edə bilər. Bu o deməkdir ki, mikrokontroller, çıxış portunda 
“0” məntiqi vəziyyəti olduqda 20mA-ə qədər yükü idarə edə bilər. Beləliklə, 
işıqdiodunun idarə olunması üçün onun bir ucunu mikrokontrollerin portunun 
çıxışına, o biri ucunu isə qida gərginliyinə - +Vcc birləşdirmək lazımdır. 
Beləliklə işıqdiodu uyğun portun xəttində 0 olduqda işıqlanacaq (deməli, 
cərəyan tələb edəcək). Əgər РВ0...РВ7 portları giriş kimi istifadə olunurlarsa və 
kənardan aşağı vəziyyətə keçirilirlərsə, onlar daxili uyğunlaşdırıcı rezistorlar 
qoşulduqda cərəyan mənbələri olurlar. Bundan əlavə B portu aşağıda təsvir 
edilmiş bir sıra xüsusi funksiyalara xidmət edir. 


242
D portu (PD6...PD0) - D portu 7-bitli iki istiqamətli, daxili uyğunlaşdırıcı 
rezistorlara malik olan paralel daxiletmə/çıxarma portudur. D portunun çıxış 
buferləri 20mA-ə qədər cərəyan götürə bilər. Əgər uyğunlaşdırıcı rezistorlar 
qoşulubsa, onda D portunun çıxışları, aşağı səviyyəyə keçirilmiş girişlər kimi 
cərəyan mənbələri olurlar. Bundan əlavə D portu bir sıra xüsusi funksiyalara da 
xidmət edir. 
RESET — atma (sıfırlama) girişi. İki maşın tsikli (dövrü) ərzində girişdə 
aşağı səviyyənin saxlanılması (əgər takt generatoru işləyirsə) mikrokontrolleri 
təkrar işə salır. 
Şək.12.9. AVR seriyalı AT90S2313 tipli mikrokontrollerin çıxışlarının təsviri 
XTAL1 — generatorun invertləyici gücləndiricisinin girişi və xarici takt 
siqnalının girişidir. 
XTAL1 və XTAL2 çıxışları, üzərində takt impulsları generatorunun yığıla 
biləcəyi invertləyici gücləndiricinin giriş və çıxışıdırlarıdır (şək.12.10). Həm 
kvars, həm də keramik rezonatorlar istifadə etmək olar. Əgər xarici takt siqnalını 
istifadə etmək lazımdırsa, onda siqnal XTAL1 girişinə verilir, XTAL2 isə bu 
halda qoşulmamış qalır. 
Xarici kvars rezonatoru mikrokontrollerin takt impulsları mənbəyinə 
qoşulur. Bu isə uyğun daxiletmə/çıxarma portu ilə yerinə yetirilir. Portların 
təyinatını ətraflı nəzərdən keçirək.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   111   112   113   114   115   116   117   118   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling