254
Fəsil 13. AVİASİYA TEXNİKASINDA TƏTBİQ
OLUNAN RƏQƏM QURĞULARI
13.1. Hava gəmilərinin avionika sistemlərində istifadə olunan məntiq
elementləri və qurğuları
“Avionika” sözü “aviation electronics” söz birləşməsindən əmələ gəlib
“Aviasiya elektronikası” deməkdir. Təyyarənin avionikası dedikdə bortunda
olub, uçuşların idarə olunmasına xidmət edən bütün elektron sistemlər başa
düşülür. Geniş mənada isə həm bortda, həm də yerdə uçuşların idarə olunmasını
təmin edən bütün elektron sistemlər avionika sistemləri adlanır.
Digər tərəfdən avionika bir elm və texnika sahəsi olub, fizika, ektronika,
ölçmə texnika və s. kimi digər elm sahələri ilə sıx əlaqədə olaraq, avionika
elektron qurğularının işlənib hazırlanması və onların aviasiya sahəsində tətbiqi
məsələləri ilə bağlı olan praktiki tədqiqatları həyata keçirən bir sahədir.
Do'stlaringiz bilan baham: