Azərbaycan Respublikası Təhsil Nazirliyi
Avionika sistemlərində geniş tətbiq olunan məntiq elementləri
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- 13.1.2. Hava gəmilərində tətbiq olunan məntiq qurğuları.
13.1.1. Avionika sistemlərində geniş tətbiq olunan məntiq elementləri.
Hava gəmilərində istifadə olunan elektron qurğularında məntiq elementləri və rəqəm mikrosxemləri geniş tətbiq tapmışdır. Məntiq elementlərinin xarici texnika avadanlığının sxemlərində qəbul edilmiş şərti işarələnməsi və onlar əsasında qurulan məntiqi açar sxemləri şək.13.1-də verilmişdir. 13.1.2. Hava gəmilərində tətbiq olunan məntiq qurğuları. Hava gəmilərində quraşdırılan dəyişən cərəyan generatorlarının iş rejimlərinə nəzarət üçün müxtəlif məntiq sxemləri istifadə olunur. Bu sxemlərdən biri şəkil 13.2 - də verilmişdir. Sxem, mühərrikin dövrlərinin normadan aşağı olduğu halda, generatorun işçi gərginliyinin və tezliyinin yol verilə bilən həddən az olduğu halda uyğun olaraq generatorun qoruyucu avtomatını (GQA) və qoruyucu relesini (GQR) işə salmaq üçün lazım olan məntiq siqnallarını formalaşdırır. Aşağı sürət monitorundan verilən siqnal zaman relesini işə salır bu rele isə 0,1s- 256 dən sonra GQA-nı işə salmaq üçün məntiq siqnalı verir. Sxemə daxil olan məntiqi “VƏ” elementləri və çıxışda qoşulmuş “YAXUD” elementinin köməyi ilə sürət vericisindən daxil olan aşağı sürət, digər vericilərdən daxil olan aşağı tezlik və aşağı gərginlik siqnallarının hesabına GDR-ə verilən məntiqi “1” idarəetmə siqnalı formalaşır. a) b) c) Şək. 13.1. Məntiq elementləri əsasında məntiq açarlarının sxemləri: a) “VƏ” ;b) “YAXUD” c) “YOX” Şək.13.2. Generatorun idarəolunmasının məntiq sxemi Şassi və qapıların bağlanmasına nəzarətin məntiq sxemi. Nəzarət olunan parametrlərin çoxluğu və nisbətən mürəkkəbliyi ilə seçilən təyyarənin şassisinin və qapılarının bağlanmasını xəbərdar etmənin məntiq sxemi şəkil 13.3 – də verilmişdir. 257 Şək.13.3. Şassisinin və qapıların bağlanmasını xəbərdar etmənin məntiq sxemi Şəkil 13.4-də köməkçi güc qurğusunun (APU - auxillary power unit) iş rejimlərini müəyyənləşdirən məntiq sxemləri verilmişdir. Bu sxemdə normal uçuş zamanı çıxışda məntiqi “0” mövcud olduğundan APU işləmir (şək.13.4,a). Digər hallarda, məsələn, “APU Start” düyməsi qoşulduqda köməkçi güc qurğusu (APU) işə düşür (şək.13.4,b). a) Normal uçuş: APU işləmir. b) APU starter düyməsi qoşulub: APU starter motoru işləməyə başlayır. Şək.13.4. APU qoşulmasının məntiq sxemi. 258 Təyyarələrdə tətbiq olunan ən vacib məntiq sxemlərindən biri buzlaşmanı aşkarlama və onun xəbərdar etmə sxemidir (şək.13.5). Şək.13.5. Buzlaşmanı aşkarlama və xəbərdaretmə sxemi. Şəkil 13.6 – da yerdən qalxmanı xəbərdar etmə sisteminin funksional sxemi (a) və onun məntiq sxemi (b) verilmişdir. a) b) Şək.13.6. Yerdən qalxmanı xəbərdar etmə sisteminin sxemi. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling