Nino Nijaradze Keysi Makleyn
Download 2.82 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Nino Nijaradze Keysi Makleyn Tereza Bol Nino Qoqiçadze Teona Lodia
- Tamar Qoderdzişvili Layihənin koordinatoru: Eter Qvelesiani
- Sinif otağının mebeli və ölçüləri.
- Fiziki mühitdən istifadə etməklə kommunikasiya
- Əhvalatlar ¸³ë³ñ³ÝÇ Ï³é³í³ñÙ³Ý á× ¸³ë³ñ³ÝÇ Ï³é³í³ñÙ³Ý á× Zəng I.
- Demokratik – hansı
1 III 2008 TƏD RİS TƏDR İS VƏ VƏ PEŞ ƏKA R M ÜHİ T PEŞƏ KAR MÜH İT 2 kitav “Vətəndaş İnteqrasiyası və Millətlərarası Əlaqələr Mərkəzi”nin “Təhsil İslahatı Prosesində Milli Azlıq Məktəblərinə Dəstək” layihəsi çərçivəsində tərcümə edilir. Layihə ATƏT-in Milli Azlıqlar Üzrə Ali Komisarlıq Ofi si tərəfi ndən dəstəklənir. Tərcümə etdi: Qızxanım Əhmədova wigni iTargmna `samoqalaqo integraciisa da erovnebaTSorisi urTierTobebis centris~ mier proeqtis `ganaTlebis reformis procesSi umciresobaTa skolebis mxardaWera~. proeqti dafin- ansebulia euTo-s erovnul umciresobaTa umalesi komisris ofi- sis mier. Targmani gizxanum axmedovasi The book was translated by the Center for Civil Integration and Inter-Ethnic Rela- tions within the framework of the project `Methodological Materials for Minority School Teachers`. The project is fi nanced by OSCE High Commissioner on National Minorities. translated by Gizkhanum Akhmedova Müəllifl ər: Nino Nijaradze Keysi Makleyn Tereza Bol Nino Qoqiçadze Teona Lodia Konsultasiya şurası: Ketevan Mexuzla, Simon Canaşia Redaktorlar: Natia Natsvlişvili Sopio Qorqodze Illustrasiya, dizayn: Qiorqi Qamezardaşvii Kompüter təminatı: Tamar Qoderdzişvili Layihənin koordinatoru: Eter Qvelesiani © Müəllimlərin Peşəkar İnkişaf Mərkəzi, 2008. ISBN 978-9941-0-0674-6 ISBN 978-9941-0-0677-7 3 Sinif otağının fi ziki mühiti Bu fəsillə tanışlıqdan sonra siz biləcəksiniz: Sinif otağının fi ziki mühiti dərs prosesinə hansı təsiri göstərir; Sinif otağının bölünməsinin hansı prinsipləri mövcuddur; Sinfi n fi ziki mühitinin planlaşdırılmasında müəllimə hansı rol həvalə edilib; Nə etmək lazımdır ki, sinif otağının fi ziki mühiti şagirdlərin fərdi xüsusiyyətlərinə uyğun olsun. ***** Sinif otağının fi ziki mühiti tədris məsələlərinin yerinə yetirilməsinə xidmət edir. Bu məsələlər şagirdin maksimal şəkildə məktəb işlərinə cəlb olunmasının təminatı məqsədini daşıyırlar. Digər ölkələrin təcrübələri göstərirlər ki, hələ ötən əsrin 70-ci illərində müəllimlər sinif otaqlarını müstəqil şəkildə tərtib etmək imkanına malik idilər. Buna baxmayaraq, onlar yenə də “ənənəvi”, standart qayda ilə sinfi tərtib etməyə sadiq qalırdılar. Sinif otağında şkafl arın, rəfl ərin və stolların düzülüşü azad yerdəyişmə üçün maneəçilik törədirdi və şagirdlər parta arxasında yazılı tapşırığın yerinə yetirilməsinə çox vaxt ayırmalı olurdular. Sinif otağının bölgüsünün iki əsas yanaşması mövcuddur. Birinci yanaşma sinif otağına elə bir yer kimi baxır, hansında şagird, sinfi n tərtibat xüsusiyyətindən irəli gələrək, əsasən fərdi 4 işləri yerinə yetirir, ikinci yanaşma isə, sinif otağını müxtəlif tədris təyinatlı zonalara ayırır. Fərdi işin yerinə yetirilməsinə yönəlmiş sinif otağında şagirdin özünün yeri var və o, tapşırığın çox qismini yerindən qalxmayaraq yerinə yetirə bilər. Müəllim belə bir “ənənəvi” planlaşdırmaya hətta ümumi sinif tədrisində də müraciət edir. Sinif otağının dərs təyinatlı zonalara bölünməsi zamanı şagirdlər müxtəlif məsələni yerinə yetirmək üçün sinif otağında sərbəst şəkildə yerlərini dəyişirlər. 5 Əhvalat Eteri müəllimə öz şagirdlərini yaxşı tanıyır. Tətillərdən sonra onları qəbul etməyə xüsusilə hazırlaşır; uşaqları sinifdə yeni partalar, rəfl ər, lövhə və kompüter gözləyir. Eteri müəllimə yeni mebeli elə yerləşdirməyi planlaşdırır ki, şagirdlərin xüsusiyyətləri və ya xüsusi ehtiyacları nəzərə alınsın. Eyni zamanda düşünür ki, müxtəlif dərs təyinatı olan bir neçə zona düzəltsin: giriş, iş yeri, vəsaitlərin yerləşdiyi yer, sərgi, kitabxana və texnoloji zona. O, bunun üçün plan da işləyib: “Sinif otağının qapısının yanında asılqanlar düzəldəcəm, şkafın yanında dərs cədvəlini yapışdıracam və sinif qəzeti üçün yer ayıracam. Bura - giriş zonası olacaqdır ”. Giriş zonası şagirdlərə imkan verir ki,bir mühitdən başqa mühitə keçə bilsinlər. Belə bir yeniliyin, səciyyəvi mühit üçün hazırlığın yaxşı nümunəsi idman zalıdır, xüsusilə də, şagirdlərin paltarlarını dəyişib idman üçün hazırlaşdıqları soyunma otağı.. Sərgi zonası estetik funksiyanı daşıyır və dərs materialının vizual şəkildə təqdiq edilməsinə xidmət edir. Amma, həmin yerin istifadə edilməsi müəyyən diqqət tələb edir. Sərgi təşkil edən zaman hər bir materialın təyinatı müəyyən olunmalıdır və eləcə də yerin, sərgi vaxtının və mnüddətinin seçilməsi müəyyən edilməlidir. Uzun zaman sərgidə yerləşən material şagird üçün aktuallığını itirir və artıq bir vəsaitə çevrilir. “İndi, gəl, masalar və rəfl i kiçik şkafl arla otağın arasını bölək. Örtülü rəfə iş materialını qoyacam, açıq rəfə isə, kitabları. Sandronun fərdi dərs planı vardır. O, şəkilli kitablarla işləyir. Sandro kitabların yapışdırılması-yeniləşdirilməsi ilə məşğul ola bilər. Bu zona Sandroya lazım olan dərs mühitini yaradacaqdır”. 6 Kitabxana zonası elə bir yerdir, hansı ki, şagirdə istədiyi vəsaiti sərbəst şəkildə axtarmaq imkanını yaradır. Kitabxana yalnız dərsliklər və ya dərs materialı ilə əhatə olunmamalıdır. Kitabxana şagirdə imkan verməlidir ki, sinif otağından kənara çıxmayaraq vizual, audio və ya video materialı əldə edə bilsin. Ehtiyat zonası dərs prosesində istifadə olunan vəsaitlərin intizamlı şəkildə saxlanılmasına xidmət edir. Ehtiyat zonasının səliqəyə salınmasında iştirak etmək şagirdlərə kömək edir ki, istifadə etdikləri materialı saxlamağa adət etsinlər və eyni zamanda sinifdə səliqə-səhmanın saxlanılması məsuliyyətinin bölüşdürülməsinə təkan verir. Şəxsi dərs ləvazimatlarına qulluq etmək və sinifdə özünəxidmət bacarığının formalaşdırılması bir çox hallarda xüsusi dərs ehtiyacları olan şagirdlər üçün başlıca məsələlərdən biridir və bu cəhətdən, bu zona sizə çox yardım edəcəkdir. “Nutsa yazıya çox vaxt ayırır və onun üçün münasib bir guşə hazırlamalıyam, harada o, tək işləyə bilər. Kaxa tapşırığı yaxşı anlasın deyə, onu özümə yaxın yerdə, Tamunanın yanında oturdacağam. Onlar bir-birlərini yaxşı anlayırlar və Tamuna ona yardım edər. Lövhənin və öz stulumun yerini elə dəyişdirəcəm ki, mən də, şagirdlər də rahat hərəkət edə bilək”. İş zonası fərdi və kiçik qruplarda iş üçün nəzərdə tutulubdur. Bu, yazı, şəkil çəkmək, nəyisə düzəltmək üçün münasib və rahat yerdir. İş zonasını sərgi və ehtiyat zonalarının elementlərindən və mebeldən istifadə etməklə yaratmaq olar. “Özümdən bir az aralıda kompüteri qoyacam və Lukanı onun yaxınlığında oturdacam. Luka belə şeyləri yaxşı bilir və ehtiyac olduğu halda, mənə də yardım edə bilər”. 7 Texnoloji zona şagirdin maraqlandırılmasına xidmət edir. Belə bir zonanın mövcud olmasında şagird hesab edir ki, məktəb kifayət qədər müasir və texnologiyalarla zəngin olan bir yerdir. Texnoloji zonada hər şey ola bilər – hesablayıcı maşından tutmuş, videokamera və kompüter də daxil olmaqla. Müəllimlər bir çox hallarda texnologiyalardan istifadə etməkdən tərəddüd edirlər. Qorxurlar ki, avadanlıq xarab ola bilər. Və yaxud da, sadəcə, ondan istifadə etməyi bacarmırlar. Şagirdlər müəllim üçün köməkçi funksiyasını yerinə yetirə bilərlər. Bu halda, həmin məsuliyyətin şagirdlərə həvalə edilməsi yaxşı olardı. Eteri müəllimə sinif otağının tərtibatını bitirdi və digər müəllimləri dəvət etdi ki, onların təəssüratları ilə tanış olsun. Müəllimlərdən bir çoxu onun işini bəyəndilər, amma bəziləri qeyd etdilər ki, şagirdlər üçün bu qədər hərəkət imkanını verməyi məqsədəuyğun hesab etmirlər. Sinfi n fi ziki mühitinin effektiv istifadəsində müəllimə qrupların idarəsinin başqa-başqa texnikası və tədrisin interaktiv texnologiyalara malik olması yardım edəcəkdir. Fiziki mühitin planlaşdırılması. Gürcüstanda düzbucaqlı forması olan sinif otaqları geniş yayılmışdır. Bununla belə, müasir sinif otaqlarının başqa formalarına da təsadüf edirik. Adətən, müəllim fi ziki elementləri dəyişdirə bilmir, lakin sinfi n struktur bölgüsü onun səlahiyyətlərinə aid edilir. Sinif otağının mebeli və ölçüləri. Məktəb otaqlarının mebeli yüngül və şagirdin ölçüsünə uyğun olmalıdır ki, şagirdlər asanlıqla onun yerini dəyişə bilsinlər; şagirdlər onların ölçülərinə uyğun olmayan ölçüdə mebeldən istifadə etməli olduqda, bu, narahatçılıq, narazıçılıq hisslərinin yaranmasına səbəb olur və şagirdin cəlb edilməsinə təsir göstərir. bax səh. 35 8 Əhvalat 2 Natia tənəffüsdə Soponun yanına getdi. Soponun sinfi ndəki stullar və stollar fərqlidirlər. “Sopo, olarmı, sənin partanda oturum. Buradan heç durmaq da istəməzdim, necə rahatdır və həm də, görürsən, necə yüngüldür”. Sinif otağındakı mebel dərs işlərinin yerinə yetirilməsində müəyyən bir funksiya daşımalıdır. Bu funksiyanı sinif otağında həmin mebelin şagird tərəfi ndən istifadə etmə tezliyi çox yaxşı göstərir. Sinif otağındakı mebel şagirdə imkan verməlidir ki, yazılı və ya digər iş üçün münasib bir yeri və dayağı olsun. Onun dirsəkləri stoldan aşağı düşməməli və ikinci şagirdə də maneəçilik törətməməlidir. Şagirdin stulu onun yaşına uyğun ölçüdə olmalıdır. Əhvalat 3. Dato solaxaydır. O, sol əli ilə divara yaxın oturanda özünü narahat hiss edir, çünki bu vəziyyətdə onun əlinin azad hərəkəti üçün kifayət qədər yer qalmır. Dato vəziyyəti müəllimə izah etdi və Eka ilə yerini dəyişdirdi. Rezonun fi ziki hərəkətlə əlaqədar problemi vardır, müəllim ona az sürüşkən olan stolu məsləhət gördü, həmin stolun ayaqaltısı vardır. Bununla müəllim çalışır ki, Rezoya daha münasib yer seçsin. Hərəkət azadlığı Hərəkət üçün boş yerin yaradılması çox əhəmiyyətlidir ki, şagirdlər özlərini darısqallıqda hiss etməsinlər. Sinif otağında hərəkət zamanı onlar bir-birləri ilə toqquşmalı deyillər. 9 Əhvalat 4. Nato sinifdə əlil arabası ilə gəzən yeganə şagirdir, onun masasının ayaq hissəsi kifayət qədər hündürdür və araba maneəsiz hərəkət edə bilir. Bu sinifdə partalar və digər mebel də elə bir məsafədədir ki, Nato sinifdə sərbəst şəkildə hərəkət edə bilir. Fiziki mühitdən istifadə etməklə kommunikasiya Sinifdə müəllimin yeri həm fi ziki mühitin xüsusiyyətləri, eləcə də onun şagirdlərlə ünsiyyətinin seçilmiş üslubu ilə müəyyən edilibdir. Sinif otağının fi ziki mühitinin tərtibatı ilə, konkret sinfi n işlərindən irəli gələrək müəllimin imkanı olur ki, sinifdə özünə münasib yeri tutsun. Əhvalat 5. Qiorqi müəllim şagirdləri cütlərə ayırıb tapşırıq verdi. Şagird dairədə oturublar. Onlar, cütlük yoldaşları ilə arxa-arxaya oturub söhbət edirlər. Qiorqi müəllim növbə ilə hər bir cütlüyə yaxınlaşıb, onlara qulaq asır. Cürtlüklərdən biri yardım istədi, o, yerinə yetirilən məsələnin şərtini bir də izah etdi. Cütlükləri gəzdikdən sonra müəllim ümumiyyətlə dairədən çıxır və kənarda dayanır. Tapşırıq üçün ayrılan vaxtın bitməsi ilə müəllim yenə də dairəyə daxil olur və elə yerdə durur, haradan ki, bütün şagirdləri yaxşı görür və onlar da onu yaxşı anlaya bilirlər. Sinif otağının fi ziki mühiti müəllm üçün şagirdlərlə, valideynlərlə və başqa müəllimlərlə komunikasiyanın köməkçi vasitəsidir. Otağın fi ziki mühiti sinif fəallığının əyani nümunəsidir. O, həm müəllimlər üçün, eləcə də müəllim və valideynlər üçün cəlbedici olmalıdır. bax səh. 12 10 Sinif otağının dərs məqsədlərinə uyğun olaraq təşkil edilməsi və gözəlləşdirilməsi müəllimin avtoritetinin formalaşmasına dəstək göstərməlidir. İnsani mühit İnsani mühitdə hər bir şagirdin sosial-mədəni xüsusiyyəti nəzərə alınmalıdır. Otaqda şagirdləri bölən zaman diqqət yetirin ki, bütün insanların şəxsi sahələri olsun. Əhvalat 6. Salomenin yanında yeni şagirdi, – Teonanı əyləşdiriblər. Teona Salomeyə tərəf əyilir və stulunu da ona tərəf çəkir. Salome özünü narahat hiss edir. O, müəllimi dinləməkdə və tapşırığı yerinə yetirməkdə çətinlik çəkir. Salome əvvəllər də, müəllimin onun partasına çox yaxınlaşdığı zaman. belə narahatçılıq duyurdu. Fərdi sahə bizlə başqa adamın arasında olan məsafədir, hansı ki, bizim üçün rahatlıq və təhlükəsizlik mənbəyi hesab edilir. İnsanlar bir-birindən fərdi sahələrinin ölçüsünə əsasən fərqlənirlər. Böyük fərdi sahəsi olan insanlar üçün gərəkdir ki, başqaları onlardan bir metrdən çox aralı məsafədə olsunlar. Fərdi sahənin pozulması, digər isanların bizlə çox yaxınlığı, emosional gərginliyə səbəb ola bilər, bu isə, işi diqqətlə yerinə yetirdikdə maneələr yaradır. Müəllim fərdi sahənin pozulmasının mümkünlüyünü nəzərə ala bilər, amma şagirdin ikinci insanın onun şəxsi sahəsinə daxil olmağına icazə verməsinə hazırlığından asılıdır. Şəxsi münasibət amili və sinifdə sosial mövqelər yeniyetmə yaşlarında həlledicidir, bu zaman şagirdlər açıq şəkildə ayırd edirlər ki, kiminlə yaxınlıq etmək və kimdən uzaq olmaq istəyirlər. Bu amil müəllim tərəfi ndən yaxşı düşünülmüş və nəzarət edilmiş olmalıdır. Əgər şagirdlərə imkan versəniz ki, sinifdə özlərinə iş 11 yerini müstəqil olaraq seçsinlər, bir sıra hallarda, onlarla həmin yerin dəyişdirilməsi ilə əlaqədar narazıçılıq yaranacaqdır. Kəskin formalaşdırılmış “bu mənim yerimdir” dərs zonaları prisipinin istifadə edilməsi hallarında maneələr yaradır. Əhvalat 7. İvane xüsusi tədrisə ehtiyacı olan bir uşaqdır. Onun yerini dəyişdikdən sonra, müəllim görür ki, İvane yerində otura bilmir, ora-bura fırlanır. Xüsusi tədrisə ehtiyacı olan uşqlar sinifdə yerlərinin dəyişdirilməsinə çox həssas yanaşa bilərlər. Ola bilsin ki, bu uşaqlar ümumiyyətlə, sinif otağında yerdəyişməyə heç razılıq verməsinlər, buna görə də onların ehtiyaclarının əvvəlcədən nəzərdə tutulması sizə imkan verəcək ki, sinif fəallıqlarını elə planlaşdırasınız ki, bu cür maneələr yaranmasın. Əsas nəticələr və tövsiyyələr: sinif otağının fi ziki mühiti ümumi dərs iqliminin • əhəmiyyətli hissəsidir və şagirdlərin dərs proseslərinə cəlb olunmalarına böyük təsir göstərir; sinif otağının fi ziki mühiti sizin nəzarətinizə tabedir; • şagirdlərə elə bir mühit yaradın, hansı ki, təhsil və təcrübənin əldə edilməsi üçün şagirdlər üçün ən əlverişlidir; sinfi n fi ziki mühitində dəyişikliklər edərkən nəzərə • allın ki, bu dəyişikliklər nəyə xidmət edirlər və mütləq şagirdlər və həmkarlarınızla onları razılaşdırın. 12 Sinfi n idarəetmə tərzi Bu fəsli oxuduqdan sonra siz biləcəksiniz: Dərsdə effektiv tədris abu-havasını yaratmaq üçün sinfi n idarə edilməsinin hansı üslubu daha optimaldır; Sinfi n idarə edilməsinin demokratik üslubu nəyi nəzərdə tutur; Niyə şagirdlərlə əməkdaşlıq münasibətləri vacibdir; Sinifdə həm fərdi, eləcə də qrup məsuliyyətinin inkişafına şərait yaradan abu-hava yaratmaq üçün necə hərəkət etməliyik. Çalışın ki, növbəti suallara cavab verəsiniz: Dərs qaydalarının hazırlanmasında, məqsədlərin təyin 1. edilməsində, fəallıqların seçilməsində şagirdlər iştirak edə bilərlərmi və ya yox? Necə etməliyik ki, dərsdə şagirdlərin əxlaq problemlərini 2. minimuma endirək və bunun üçün ciddi nəzarət gərək olmasın? Əməkdaşlıq münasibəti nəyi bildirir? 3. Şagirdin müstəqillik və məsuliyyət hissinin inkişafına 4. imkan yaratmaq üçün nə etməliyik? Sizə üç növ dərs təqdim edirik: 13 Əhvalatlar ¸³ë³ñ³ÝÇ Ï³é³í³ñÙ³Ý á× ¸³ë³ñ³ÝÇ Ï³é³í³ñÙ³Ý á× Zəng I. çalınır, uşaqlar sinfə doğru qaçırlar, onlar bilirlər ki, indi tarix dərsidir və tarix müəllimi tərəfi ndən təyin edilən qaydaları pozan hər bir şagird ciddi şəkildə cəzalanacaqdır. Müəllimin bircə baxışı kifayət edir ki, sinfə tam sükut çöksün. Dərs hər zaman müəllim tərəfi ndən işlənmiş plana və qaydalara əsasən davam etdirilir. Qiorqi dərsin qaydalarını heç bir zaman pozmur və bu cəhətdən müəllimin töhmətini də heç bir zaman qazanmayıbdır. Təbiətinə xas olan aşağı tempdən irəli gələrək, informasiyanı dərk etmək üçün ona vaxt gərək olur və müəllimin verdiyi suala cəld cavab verməyə cəhd göstərəndə səhvlər buraxır. Bununla yanaşı, ona imkan verilmir ki, düzgün çıxış yolunu özü tapa bilsin. Müəllim onu tez yerinə əyləşdirir və bütün sinfə düzgün cavab verməyi təklif edir və ya həmin sualla digər şagirdlərə 14 yanaşır. Sinif yoldaşları tənəffüsdə bu cür hallara görə ona istehza ilə yanaşırlar və Qiorqi qərara alır ki, tarix dərsində oxşar təşəbbüslərdən boyun qaçırsın. Doğrudur, sinifdə tam nizam-intizam hökm sürür, vaxt hədər getmir və müəllim tam informasiyanı çatdıra bilir, lakin sinifdə tarix dərsini müsbət emosiyalarla qarşılayan şagirdlərin sayı azdır. Tarix dərsindən sonra gürcü dərsi gəlir. II. Şagirdlər tənəffüsdə çalışırılar ki, sinfi hazırlasınlar, stolların və stulların yerlərini dəyişirlər, lövhəyə mövzunun başlığını yazırlar, layihənin təqdimatında kimin hansı rolu yerinə yetirəcəyini razılaşdırırlar, bu layihə üzərində onlar müəllimlə birlikdə uzun müddətdir birlikdə 15 çalışıblar. Müəllim söz verdiyi kimi, əlində proektorla sinfə daxil olur və şagirdlərlə həvəslə salamlaşır. Ona aparaturanı quraşdırmaqda o şagirdlər köməklik edirlər, hansılar ki, bugünkü təqdimatda iştirak etmirlər. Bu qaydanı uşaqların özləri hazırlayıblar. Elə bu zaman zəng çalınır və qruplar işlərinə başlayırlar. Müəllim şagirdlərdən birinin yanında əyləşir. O, əsasən, dinləyici rolundadır, ara-sıra cəhd edir ki, səsini qaldırsın və hər bir şagirdin eyni iştirakını tənzimləsin. Təqdimat bitdikdən sonra hər bir şagirdin öz mövqeyini bildirmək imkanı var və əgər mövqelərdən biri çoxluğun mövqeyi ilə uyğun deyilsə, o zaman heç kim onun fi krini dəyişdirməyə cəhd göstərmir. Yenə də, onların hazırladıqları qaydaya əsasən, bir nəfər danışan zaman başqaları dinləyirlər. Dərsdə hər bir şagirdin özünün rolu və məsuliyyəti var: bəziləri mövzu barədə informasiya toplayıbdır, bəziləri – fotoşəkillər, bəziləri kompüter variantını hazırlayıbdır. Biologiya dərsində fərqli bir şəkildir. Zəng çalınır, müəllim III. daxil olur, amma bu, şagirdlər üçün kifayət etmir ki, parta arxasında əyləşib dərsə hazırlaşsınlar. Bəziləri söhbət edir, bəziləri şəkilli albomu nəzərdən keçirir, bəziləri isə, başqa dərsin tapşırıqlarını yerinə yetirirlər. Müəllim bütün sinfə müraciət edir: “- Oturun aşağı və dərsə hazırlaşın!” Şagirdlər tələsmədən partalarına doğru yaxınlaşırlar. Müəllim indi tək-tək, adları ilə onlara müracəit edir ki, sakitləşsinlər. Bu zaman iki şagird daxil olur, onlar dərsə gecikiblər. İş abu- havasının yaradılmasına çox vaxt gedir. Müəllim sual verir, cavabı eşitmək çətindir, çünki hamı birlikdə cavab verməyə çalışır. Müəllimin xahişi ilə şagirdlərdən biri lövhəyə yaxınlaşır və dərsi danışmağa başlayır, müəllim yenə də şagirdləri sakit olmağa çağırır, çünki yerlərdən səs eşidilir, bəziləri yenə də başqa işlərlə məşğuldurlar. Doğrudan da, bu dərsdə müəllimin xoş yanaşması, şagirdlərin sərbəstlik dərəcəsi hiss olunur, amma qaydalar və sədlərin olmaması üzündən dərsdə konkret məqsədə nail olmaq, şagirdləri eyni iştirak etmə imkanları ilə təmin etmək çətindir. Sizin fi krinizcə, yuxarıda qeyd edilən hansı növ dərs şagirdlərin müstəqil və yaradıcılıq işləri, əməkdaşlıq, dərsə müsbət yanaşmaq, 16 fərdi və qrup məsuliyyəti kimi əhəmiyyətli vərdiş-bacarıqlarını inkişaf etdirir? Sinfi n idarə etməsi – dərsin manəesiz gedişatını və şagirdlərin xoşagəlməz davranışının qarşısının alınması məqsədini daşıyan bir prosesdir. Sinfi n effektiv idarəçiliyi məqsədyönlü tədris və təhsil üçün şərtlərin yaradılmasını nəzərdə tutur. Bu prosesdə müəllimə və onun sinfi idarə etmə üslubuna əhəmiyyətli funksiya həvalə olunur. Əgər başqa-başqa müəllimlərin dərsini müşahidə etsək, o zaman onlar arasında fərqləri görmək çətin olmaz. Bu, şagirdlərin davranışlarında, dərsə olan münasibətlərində, ümumiyyətlə, şagirdin dərsdə əhval-ruhiyyəsində və dərs fəallıqlarının növlərində özünü göstərir. Müəllim tərəfi ndən sinfi n idarə etmə üslubu qeyd edilən fərqləri əhəmiyyətli şəkildə müəyyən edir. Onlardan bir neçəsini təhlil edək: Demokratik – hansı ki, şagird-müəllimin bərabərhüquqluluğuna əsaslanır. Hər iki tərəf dərsin nəticəsinin müəllifi və məsuliiyət daşıyanıdır. Müəllim hər bir şagirdin fi krini qiymətləndirir, sərbəstlik və özünü ifadəetmə imkanlarını verir, fərdi imkanlarından irəli gələrək hər bir şagirdin cəlb edilməsini təmin edir. Hər bir səhvi həm müəllim eləcə də digər şagirdlər tərəfi ndən cəza yox, yardım gözləyir. Sinfi n idarəedilməsinin demokratik üslubu müəyyən qaydaları, dərs çərçivələrini və ya öhdəlikləri nəzərdə tutur, onların hazırlanmasında şagirdlər fəal iştirak edirlər və onların hər birindən eyni ilə həmin qaydalara riayət etmək tələb olunur. Download 2.82 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling