Nino Nijaradze Keysi Makleyn
Download 2.82 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Peşəkar inkişaf
- hə / yox / belə də / bitərəfəm 2. İstifadə olunan material (dərsliklər, kserosurətlər, əlavə oxu vəsaiti) maraqlımı idi hə / yox / belə də / bitərəfəm
- Qeydlər üçün
Əhvalat 2. Mişanın yüksək akademik nailiyyətləri var, amma dərsdə öz nadincliyi ilə diqqəti cəlb edir. Hiss edəndə ki, müəllim baxmır, partasından başqalarına kağız atır. Bu hərəkətə görə müəllim məzəmmət edəndə, uşaqlar gülüşürlər və bu da, Mişanı daha çox dəcəllik etməyə sövq edir. Müəllim çox cəhd göstərsə də heç bir nəticə əldə edə bilmədi. Necə düşünürsünüz, müəllim necə davranmalıdır? Mişanın müəllimi aşağıda verilən variantlardan birini seçə bilər: Mişanı direktorun yanına apara bilər və qəti şəkildə onu 1. cəzalandırmağı tələb edə bilər. Məsləhət almaq üçün həmkarına müraciət edə bilər. 2. Əvvəllər belə bir şagirdlərlə işləmiş müəllimlər yaxşı məsləhət verə bilərlər. Bu növ problemlərə məktəbin müdiriyyətini cəlb etmək arzu olunmur. Amma, ailə üzvləri ilə əlaqə saxlamaq və ya ciddi intizam ölçülərini götürmək lazım gələrsə, o zaman yaxşı olardı ki, direktoru vəziyyətdən xəbərdar edəsiniz. Direktorun vəzifələrindən biri əməkdaşlarının işlərini nəzarət etməkdir. Bu, bir çox hallarda dərs prosesinin idarəsi ilə əlaqədar şərhləri nəzərdə tutur. Yaxşı olardı ki, tədris üslubu və ya peşəkar bacarıqlar üzrə onun qeydlərini müsbət qəbul edəsiniz. Peşəkar 143 irəliləyişin ön şərtlərindən biri məhz dəyişikliklər üçün hazır olmaqdır. Əhvalat 3. Direktor üçüncü sinifl ə əlaqədar məsələləri həll etmək üçün Mayanı öz kabinetinə dəvət edir. O, bir neçə gün əvvəl Mayanın dərsini müşahidə edib. Direktor qeyd etdi ki, Maya fənni yaxşı bilir və şagirdlər də onu sevirlər. Amma, onu da qeyd edir ki, dərs zamanı şagidlərdən bir neçəsi öz partaları arxasında əyləşməmişdilər. Onlar söhbət edir, müəllimə qulaq asmır və başqa işlərlə məğul idilər. Ümumi vəziyyət xaotik idi. Direktor Mayadan soruşur ki, sinfi daha yaxşı necə idarə etmək mümkündür. Aşağıda Mayanın göstərdiyi reaksiyanın bir neçə variantını təklif edirik: Maya direktora söyləyir ki, o, yalnız bir dərsi müşahidə 1. edib. Ümumiyyətlə isə, onun dərsə nəzarəti çox yaxşı alınır. Əslində isə, uşaqların bu cür davranışlarının səbəbi qonşu otaqdan gələn səs-küy idi. Həmin sinfi n şagirdlər hər vaxt dəhlizdə olur və səs salırlar. Maya etiraf edir ki, davranışı idarə etməkdə çətinlik çəkir. 2. O, problemin həlli ilə əlaqdar öz fi krini direktora söyləyir. Onun fi krincə, məsləhət üçün sinfi daha yaxşı idarə etməyi bacaran müəllimə müraciət etməlidir və yaxşı olardı əgər direktor ona praktikada həyata keçirmək üçün hər hansı bir stategiya təklif etsin. Əlbəttə ki, ikinci variant daha yaxşıdır. Mayanın direktora cavabı onu göstərir ki, göstərişləri düzgün anlayıb və onun reaksiyası da dəyişiklik üçün hazır olmağını göstərir. Birinci variantda Maya özünü müdafi ə etməyə çalışdı. O, problemi danmağa və başqalarını günahlandırmağa çalışdı və problemin həllinə heç maraq göstərdiyini də bildirmədi. Məktəbə, dərs prosesinin idarə olunmasında, müəllimlərdən 144 əlavə başqa işçilər də lazım gəlir: psixoloq, sosial işçi, kitabxanaçı, katib, xidmətçi və s. Psixoloqlar və sosial işçilər xüsusi diqqətə ehtiyacı olan şagirdlərlə işləyirlər, onlar müəllimin yardımı olmadan uşağın problemlərini düzgün təyin edə bilmirlər. Bu cür hallarda, əməkdaşlıq münasibətləri çox nəticəli olur. Bundan əlavə, onlar uşaq haqqında elə bir informasiyaya malik ola bilərlər, hansının məxfi liyi qorunmalıdır. Əgər uşağın problemlərini başqa müəllimlərə söyləmiş olsaq, o zaman şagiridn hüquqlarını pozmuş olarıq. Texniki işçilər dərs prosesinə birbaşa cəlb olunmurlar, amma onlar məktəb həyatının əhəmiyyətli məsələlərini təmin edirlər. Onlar da, adətən, hörmətlə yanaşmağa layiqdirlər. Əhvalat 4. Elza məktəbdə xidmətçi işləyirdi. Müəllimlərdən biri onunla saymazyana rəftar edirdi; bir dəfə həmin müəllim sinfi n və digər əməkdaşların yanında Elzanı sinif otağındakı lövhəni yaxşı silmədiyinə görə sözlə təhqir etdi. Məlum olur ki, şagirdlər tənəffüs zamanı lövhədə şəkil çəkiblərmiş, lövhədə həmin müəllimin də karikaturası çəkilibmiş. Bu faktdan hiddətlənən müəllim vəziyyəti ayırd etməyə cəhd belə göstərmədi və acığını xidmətçiyə tökdü, şagirdlərin və digər əməkdaşların qarşısında onu alçaltdı. Problemin həllinin mümkün variantı: Elza məktəb direktorunu vəziyyətdən xəbərdar etdi və baş verənləri ətrafl ı təsvir etdiyi yazılı ərizəsi ilə ona müraciət etdi. Bundan sonra məktəbin direktoru məktəbin intizam komitəsinə müraciət etdi ki, daxili nizamnamə ilə təyin olan qaydalara əsasən müəllimin davranışına baxılsın. İntizam komitəsinin qərarına əsasən, müəllimə töhmət verildi. Prolemin bu cür həlli düzgündür. Elzanın etirazı tam haqlı idi, çünki müəllim vəziyyətdən sui istifadə edib xidmətçini təhqir etdi. Bundan irəli gələrək, aydın şəkildə görünür ki, müəllim Elzanın dəyərlərini alçaldıb. Məktəb direktoru məcbur idi ki, Elzanın şikayətinə reaksiya göstərsin, çünki direktor məktəbin işçiləri (eləcə də xidmətçilərlə) ilə əmək müqaviləsi imzalayır. Bundan 145 əlavə, direktorun səlahiyyəti çatır ki, şikayətə özü baxsın və ya intizam komitəsinə müraciət etsin. Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab verə bilərsiniz. Suallara qayıdın və cavab verin. Əsas nəticələr və tövsiyyələr: Müəllimlər və məktəbin digər işçiləri arasında səmimi • münasibətlər uğurlu dərs prosesini əhəmiyyətli şəkildə müəyyən edir; Fənn səriştəsindən əlavə, müəllimin peşəkarlığı • başqalarına qarşı əməkdaşlıq münasibətləri və mehriban davranışla müəyyən edilir. Bu, başqalarının hüquqlarına hörmətlə yanaşmağı, peşəkar (işgüzar) mühitin yaradılmasını və saxlanılmasını və münaqişəyə anlayışlı yanaşmanı nəzərdə tutur; Müəllim borcludur ki, məktəbin işçilərinin dəyərlərini • qorusun və onlara hörmətlə yanaşsın. 146 Peşəkar inkişaf Bu fəsli oxuduqdan sonra siz biləcəksiniz: Peşəkar inkişaf nəyi nəzərdə tutur; Müəllimlər üçün peşəkar inkişafa qayğı göstərmək nə dərəcədə əhəmiyətlidir; Peşəkar inkişafın hansı vasitələri mövcuddur; Peşəkar inkişaf planının hansı əhəmiyyəti vardır. Aşağıda verilən suallarla tanış olun və cavablar üzərində düşünün: Peşəkar bacarıqlarınızın yaxşılaşdırılması üçün hansı 1. yollara müraciət edərdiniz? Müəllim peşəkar inkişaf planını hansı tezliklə 2. yeniləşdirməlidir? Niyə müəllimin özqiymətləndirməsi əhəmiyyətlidir və o, 3. dərs prosesində nə kimi təsir göstərir? 147 ***** Müəllimlik peşəsi dinamikdir və daim dəyişikliklərə tabe olunur. Peşəkar inkişaf peşəkar irəliləyişə yönələn tədbirləri nəzərdə tutur. “Ümumi təhsil haqqında” Gürcüstan qanununa əsasən, peşəkar inkişafın vasitələridir: akreditasiya keçmiş peşəkar inkişaf proqramlarını a) keçmək; müəllim sertifi kasiya imtahanını verdikdən 6 il sonra uyğun b) müəllim sertifi kasiya imtahanını vermək; tədris və ya pedaqoji məhsulunu yaratmaq (dərslik, təhsil c) proqramının müəllifl iyi, təhsil layihıəsinin hazırlanması və yaxud həyata keçirilməsi, stajer-müəllim və ya digər müəllimlərlə biliyini paylaşmaq və sairə). Peşəkar səriştə yalnız fənn biliyini deyil, eləcə də peşəkar vərdiş-bacarıqları və yanaşmaları da özündə birləşdirir. O, məsələn, həm təhsil materialının çatdırılması və tapşırıqları qiymətləndirmək bacarığını, eləcə də geyim üslubunu əks etdirə bilər. Müəllimin peşəkar məsuliyyəti təhsil sahəsində baş verən yenilikləri bilməyi və pedaqoji təcrübənin inkişafını nəzərdə tutur. Müəllim həri il peşəkar yüksəliş planını işləyib hazırlamalı və onu həyata keçirməlidir. Peşəkar inkişaf planında bütün o fəallıqlar yazılmalıdır, hansıları həmin il üçün müəllim yerinə yetirməlidir. Plan müəllim üçün bələdçilik rolunu oynayır. Bu bir reseptdir, hansı ki, şərtsiz olaraq yerinə yetirilməlidir. Planın təhlil və təkmilləşdirilməsi qüzərində iş isə, peşəkar inkişafın bir hissəsidir. Özünü analiz etmək texnikası müəllimə imkan verir ki, peşəkar inkişaf prosesini planlaşdırsın. Plan sistematik yanaşmadır, hansı ki, konkret tədbirlərdən ibarətdir. Bu, lazımi ədəbiyyatın öyrənilməsi, başqa müəllimlərin dərsində iştirak etmək, tədris kursları və ya internetdə materialın axtarışı ola bilər. 148 Peşəkar yüksəliş planının işlədikdə, Milli Tədris Planlarını və təhsil sahəsində Gürcüstan qanunvericiliyini nəzərə almaq vacibdir. Aşağıda peşəkar inkişafa dəstək göstərən fəallıqlar və strategiyalar verilibdir, hansılar peşəkar inkişafa şərait yaradır və həm fərdi, eləcə də qrup peşəkar inkişaf planının hissəsi şəklində həyata keçirilə bilər. Şəxsi təcrübəsinin analizi (refl eksiya) peşəkar inkişaf üçün xüsusilə əhəmiyyətli bacarıqdır. Özünü analiz etməyi bir neçə mərhələlərə ayırmaq olar: problemin eyniləşdirilməsi, bu zaman müəllim özünun iş 1. fəaliyyətindən elə bir problemi və ya sualı ayırır, hansını həll etmək istəyir. İnformasiya toplamaq, bu zaman müəllim onun üçün 2. maraqlı məsələ ətrafında məlumatlar toplayır; Analiz və qərarın qəbul edilməsi, bu zaman müəllim çalışır 3. ki. toplanılmış material üzərində düşünsün və onların hərtərəfl i öyrənilməsi əsasında qərar qəbul etsin; 149 Praktiki fəaliyyət, bu zaman müəllim özünün peşəkar 4. inkişafını planlaşdırır. Bundan sonra o, cədvəl işləyir, hansına cari ilin məqsədlərini köçürür. Özqiymətləndirmə peşəkar inkişafın srategiyalarından biridir. Müəllimin fəaliyyətinə yeni başlamasına və yaxud da müəllimin böyük təcrübəsinə baxmayaraq, zəif və güclü tərəfl ərin qiymətləndirilməsi və bu informasiyanın düzgün istifadəsi dərs prosesinə müsbət təsir göstərir. Özqiymətləndirmənin üstünlüyü ondan ibarətdir ki, bu zaman başqalarının fi kirlərinim təsiri altına düşmürsünüz və sərbəst şəkildə öz bacarıqlarınızı qiymətləndirib analiz edə bilərsiniz. O, çox zərərsiz bir metoddur və buna uyğun olaraq onu istifadə etdikdə səmimiyət, realistik qiymətləndirmə və saktiliyin saxlanılmasının ehtimalı da böyükdür. Əldə edilən nəticələrə əsasən, peşəkar inkişafın daha mükəmməl planını da tərtib etmək olar. Əhvalat 1. Nato 7 ildir ki, müəllim işləyir. Peşəkar inkişaf məqsədilə o, qərara alıb ki, özqiymətləndirmə metoduna müraciət etsin. Aşağıda verilən əlamətlərə əsasən qiymətləndirmə sxemini tərtib edib və öz imkanlarını 3-ballıq sistemlə qiymətləndiribdir. 1 = bu konkret bacarığı inkişaf etdirmək lazımdır; 2 = müəyyən təcrübəyə malikəm, amma daha çox çalışmalıyam; 3 = bu baxımdan imkanlarımın maksimumuna çatmışam. Şagirdlər və həmkarlarla münasibət zamanı iradənin gücü • və səbr; Enerjili olmaq və zəhmətkeş olmaq; • Dəqiq və intizamlı olmaq; • Ədalətli olmaq; • Diqqətsiz və passiv uşaqların dərs prosesinə cəlb olunma • bacarığı; Qərarın vaxtında qəbul edilməsi bacarığı; • Vaxtdan effektiv istifadə etmək bacarığı; • 150 Şagirdlərin motivasiyalarının yüksəldilməsi bacarığı; • Tədrisin müxtəlif metod və strategiyalarının effektiv çəkildə • istifadə etmək bacarığı; Sosial və qrup qərəzsizliyi; • Öz fənni və şagirdlərlə əlaqədar entuziazm; • Dərsin və ya konkret tədbirin effektiv şəkildə planlaşdırılması, • təşkil edilməsi və idarəsi bacarığı; Dərsin məqsədini təyin etmək bacarığı; • Məsləhət və yardımı xahişi etmək məqsədilə həmkarlarla • əməkdaşlıq etmək; Öz təcrübəsini başqaları ilə bölüşmək bacarığı. • Qzqiymətləndirmə nəticələrindən irəli gələrək, planlaşdırılmış tədbirlər Natonun nailiyyətlərinə müsbət təsir göstərəcəkdir, bu isə, şagirdlərin nəticələrində özünü göstərəcəkdir. Özqiymətləndirmədən əlavə, sizin peşəkar inkişafınız üçün şagirdlər tərəfi ndən qiymətləndirməni effektiv şəkildə istifadə edə bilərsiniz. Əgər bilmək istəyirsinizsə ki, şagirdlər sizin keçirdiyiniz dərslər haqqında nə düşünürlər, xüsusilə nəyi bəyənirlər, yaxud da dərs barədə hansı qeydləri və fi kirləri ola bilər, o zaman aşağıda verilən qiymətləndirmə formasından istifadə edə bilərsiniz. Fənnin xüsusiyətindən irəli gələrək, qiymətləndirmə formasını dəyişə bilərsiniz. Yaxşı olardı ki, həmin formadan trimestrin sonu və ya konkret materialı başa vurduqdan sonra istifadə edəsiniz. Şagirdlərə izah edin ki, qiymətləndirmə anonimdir və onların qiymətlərinə təsir göstərməyəcəkdir. Izah edin ki, qiymətləndirmə formasını doldurmaqla, onlar sizə dərs prosesini daha yaxşı planlaşdırmaqda yardım edəcəklər. Qiymətləndirmə formasında bu dərs haqqında öz təəssüratlarınızı ifadə edin. Hər bir sualla diqqətlə tanış olun və istədiyiniz cavabı dairəyə alın. 151 1. Dərs yaxşımı təşkil edilmişdi hə / yox / belə də / bitərəfəm 2. İstifadə olunan material (dərsliklər, kserosurətlər, əlavə oxu vəsaiti) maraqlımı idi hə / yox / belə də / bitərəfəm 3. Bu dərs fənni yaxşı qavramaqda mənə yardım etdi hə / yox / belə də / bitərəfəm 4. Müəllimin qiymətləndirməsi ədalətli idi hə / yox / belə də / bitərəfəm 5. Müəllim yerinə yetirdiyim işi obyektiv qiymətləndirirdi və səhvlərin təhlilində mənə yardım edirdi hə / yox / belə də / bitərəfəm 6. Dərs çətin idi hə / yox / belə də / bitərəfəm 7. Ev tapşırığının həcmi çox böyük idi hə / yox / belə də / bitərəfəm 8. Müəllim hər bir şagirdə hörmətlə yanaşırdı hə / yox / belə də / bitərəfəm 9. Şagirdlər müəllimə hörmət edirdilər hə / yox / belə də / bitərəfəm 10. Müəllim olduqca ciddi idi hə / yox / belə də / bitərəfəm 11. Dərs maraqlı idi hə / yox / belə də / bitərəfəm 12. Dərsə yüksək qiymət verirəm hə / yox / belə də / bitərəfəm 152 Sizə dərsdə ən çox təəssüratı nə verdi? Dərsdə nəyi bəyənmədiniz? Siz müəllim olsaydınız, dərsi necə yaxşılaşdırardınız? Dərslə əlaqədar istənilən məsələ üzərində öz fi krinizi bildirə bilərsiniz. 153 Peşəkar inkişafın effektiv yollarından biri peşəkar ədəbiyyatla tanışlıq və onu öyrənməkdir. Bu forma ilə yeni informasiyanı əldə etmək və və özünün bilik və təcrübəni dərinləşdirmək olar. Peşəkar inkişafın vasitələrindən birini dərs prosesini müşahidə etmək təqdim edir. Müəllimlər müşahidəni genişləndirmək məqsədilə, eləcə də özünün pedaqoji yanaşmalarını təkmilləşdirmək üçün həmkarlarının dərs prosesində iştirak edirlər. Əhvalat 2. Teona tarix müəllimidir. O, təqdimat bacarığını yaxşılaşdırmağı çox istəyir. Onun dərsində uşaqlar tez darıxırlar və idarəetməz olurlar. Tamriko başqa sinifdə tarix dərsini tədris edir. Teona əvvəlcədən Tamriko ilə razılaşıb və dərsdə onun təcrübəsi ilə paylaşmaq məqsədlə iştirak edir. Teona qeyd edir ki, Tamriko yaxşı müəllimdir və materialı da yaxşı bilir. Amma ən əsası isə, onun tədris metodudur. Divarlara bir çox rənglu şəkillər vurub, bunlardan bir çoxu şagirdlər tərəfi ndən çəkilən şəkillərdir. Sinif qarşısında durmaq və mühazirə keçmək əvəzinə, Tamriko partalar arasında gəzir. Teona qərara alır ki, Tamrikonun dərsindən götürdüyü bir neçə metodu öz dərsində istifadə etsin və görsün ki, bu metodlar şagirdlərdə hansı effekti göstərəcəklər. Dərs planının qruplarda işlənməsi müəllimlərə fənləri ilə əlaqədar məsələləri dərinliklərinə qədər axtarmaq imkanını verir. Birlikdə işləməklə müəllimlər dərs materiallarını, tədris metodologiyasını, yeni resursları və qiymətləndirmə mexanizmlərini yaratmaq imkanlarlına malik olurlar. Bu, onların peşəkar inkişafına çox kömək edər. Peşəkar inkişafın alternativ vasitəsi konfranslar və digər iş görüşlərində iştirak etməkdir. Əhvalat 3. Nana və Qiorqi riyaziyyat dərslərini tədris edirlər. Qiorqi riyaziyyat tədrisinin strategiyalarını öyrənməyi qərara alır. O öyrənib ki, universitetlərdən birində seminar keçirilir, hansının 154 vasitəsilə o, öz bacarıqlarını təkmilləşdirə bilər. Qiorqi istəyir ki, Nana da bu işgüzar görüşdə iştirak etsin, amma Nana hazırkı mərhələdə öz biliyi və bacarıqlarının səviyyəsindən tamamilə razıdır. İşgüzar görüşdə Qiorqi uşaqlar üçün cəbr bərabərsizliklərinin izahatı metodunu, xüsusilə də, riyaziyyatda çətinlik çəkən uşaqlar üçün effektiv metodları öyrənir. Aydındır ki, bu baxımdan Qiorqinin işi daha bəhrəli olacaqdır, nəinki Nananın. Peşəkar inkişaf eləcə də internetdə materialların axtarılması yolu ilə mümkündür. Amma internetdə aparılan araşdırma bir neçə istiqamətdə məhdud ola bilər. Mınimal texniki bacarıqlı hər bir insan informasiya yerləşdirə bilər. Bundan əlavə, internet-səhifələr sahiblərinin zövqünə əsasən yaradılır və dəyişilir. Bəzi səhifələr ekspertlərin fi kirlərini ifadə edir, digərləri isə sadəcə diletantların. Bunun üçün də, belə bir material çox da etibarlı olmurlar. 155 Yenicə başlayan müəllimlərə bir çox hallarda dərs prosesini idarə etməkdə və tədris bacarıqlarını təkmilləşdirməkdə yardım lazım gəlir. Təcrübəli müəllim də onlara peşəkar vərdiş-bacarıqlarını təkmilləşdirməklərində məsləhət verə bilər. Peşəkar inkişaf üçün stajor-müəllimlərlə və digər müəllimlərlə təcrübəni paylaşmaq da çox vacibdir. Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab verə bilərsiniz. Suallara qayıdın və cavab verin. Əsas nəticələr və tövsiyyələr: Müəllim hər zaman öz peşəkar inkişafının qayğısına • qalmalıdır; Peşəkar inkişafın müxtəlif vasitələri mövcuddur; • Peşəkar inkişafın iş planı üzərində iş müəllimə çox yardım • edir; Peşəkar inkişafı bir dəfəlik tədbir kimi deyil, ardı-arası • kəsilməyən bir proses kimi müzakiə etməliyik. 156 İstifadə olunmuş ədəbiyyat: “Ümumi təhsil - haqqında” Gürcüstan qanunu, 2004-cü il. Müəllimlərin Peşəkar İnkişaf Mərkəzi. (2008-ci il). - Müəllimin Peşəkar Standartı. Tbilisi. Milli Tədris Planları və Qiymətləndirmə Mərkəzi. (2007). Milli Tədris - Planı. Tbilisi. Milli Tədris Planları və Qiymətləndirmə Mərkəzi. (2007). - Şagirdlərə düşünməyi necə öyrədək (I his.). Tbilisi. Milli Tədris Planları və Qiymətləndirmə Mərkəzi. (2007). - Təhsil işçiləri üçün izahatlı lüğət. (I his.) Tbilisi. Gürcüstan Konstitusiyası. - İnsan Hüquqları və Əsas Azadlıqların Müdafi əsinin Avropa - Konvensiyası. “.H. and others v. Czech Republic” işi, İnsan Hüquqlarının Müdafi əsi üzrə - Avropa Məhkəməsi, 13/10/2007. Ascher, M.B, 2004, Teacher understanding children, Washington, DC: - American Pshiqological Association: Bandura, A. , 1997, Self-efficacy: the exzecize of control, New York: - Freeman Betger, A.T, 1997, Parent and and school relationship: Clinical, experimental - and theoretical aspects, New York: Hoeber Blatchford, P., Baines, E., Rubie-Davies, C., Bassett. P., & Chowne, A.. - (n.d¤ Improving the effectiveness of pupil group work: effects on pupil- pupil interactioans, teacher-pupil interactions and classroom engagement: Retrived April 25, 2008, from http:/www.spring-project.org.uk/AERA- SpringPaper.pdf: Blatchford, P., & Baines, E. , 2002 , May, The SPR in G proje - ct: the ct: the case for group work in school: Retrieved November 10, 2007, from: case for group work in school: Retrieved November 10, 2007, from: http:// http:// www.creict.homerton.cam.ac.uk/spring/current.do www.creict.homerton.cam.ac.uk/spring/current.doc Building on the Concept of the ‘Fat L’ Shaped Classroom. Design Shere. Building on the Concept of the ‘Fat L’ Shaped Classroom. Design Shere. - - Retrieved December 7, 2008, from Retrieved December 7, 2008, from http://www.designshere.com/index. http://www.designshere.com/index. php/artikles/thes-1-shaped-classroom/3 php/artikles/thes-1-shaped-classroom/3/ Creating an Effektiv Physical Classroom Enviroment. Retrived December Creating an Effektiv Physical Classroom Enviroment. Retrived December - - 8,2008, from 8,2008, from http://www.teachervision.fen.com/classroom-management/ http://www.teachervision.fen.com/classroom-management/ decorative-arts/6506.htm decorative-arts/6506.html Cutot, F. (1996). Teaching mediation as a conflict resolution process: a Cutot, F. (1996). Teaching mediation as a conflict resolution process: a - - new agenda for responding. Retrived January 17, 2008, from new agenda for responding. Retrived January 17, 2008, from http://www. http://www. behavoirad-visor.com/PeerMediatio behavoirad-visor.com/PeerMediation. html . html Dorworth, T.R., & Overmier. J.B. (2006). On self –evaluation. Dorworth, T.R., & Overmier. J.B. (2006). On self –evaluation. - - School Psychology, 5, 355-358 School Psychology, 5, 355-358 Finch, B.K., Kolody, B & Vega, W.A. (2000). Social development in Finch, B.K., Kolody, B & Vega, W.A. (2000). Social development in - - 157 schools. Journal of Academic Succes, 41 (3), 295-313 schools. Journal of Academic Succes, 41 (3), 295-313 Gilmore,L. (1999) Educator,s Gude to Intellectual Property, Copyright, and Gilmore,L. (1999) Educator,s Gude to Intellectual Property, Copyright, and - - Plaigiarism: Copyright Law and Education> University of IIIinois-Urbana Plaigiarism: Copyright Law and Education> University of IIIinois-Urbana Champaign> Retrived January 8, 2008, from Champaign> Retrived January 8, 2008, from http://www.ed.uiuc.sdu/wp/ http://www.ed.uiuc.sdu/wp/ copyright/copyrightlaw,ht copyright/copyrightlaw,htm. Gormally, J., & Power,F. (n.d.) Assessment for learning and cooperative Gormally, J., & Power,F. (n.d.) Assessment for learning and cooperative - - learning strategies. Retrieved Vovember 5, 2007, from learning strategies. Retrieved Vovember 5, 2007, from http://www. http://www. teachingexpertise.com/articles/implementing-learning-innovations-162 teachingexpertise.com/articles/implementing-learning-innovations-1625 Gwinnett County Public Scchoolc (GCPS). (2007) Gwinnett County Gwinnett County Public Scchoolc (GCPS). (2007) Gwinnett County - - Public School Student Parent Handbook: Grades 4-12.Retrived January Public School Student Parent Handbook: Grades 4-12.Retrived January 24, 2008 from 24, 2008 from http://www.Gwinnett.k12.ga.us/gcps-mainweb01.nsf/16A http://www.Gwinnett.k12.ga.us/gcps-mainweb01.nsf/16A 6C2431AA247F6852573050053A15D/Sfile/2007-08_Student-Parent_4- 6C2431AA247F6852573050053A15D/Sfile/2007-08_Student-Parent_4- 12_handbook-pd 12_handbook-pdf Gwinnett County Public Schools (GCPS).(2008a) 9 tips for helping with Gwinnett County Public Schools (GCPS).(2008a) 9 tips for helping with - - homework. Retrived January 24,2008 fr0m homework. Retrived January 24,2008 fr0m http://www.gwinnett.k12. http://www.gwinnett.k12. ga.us/gcpsmainweb01.nsf/17dd737b9accbdf852567f40072b8a3/4233cd7 ga.us/gcpsmainweb01.nsf/17dd737b9accbdf852567f40072b8a3/4233cd7 32c9ef7eb85256f2e00475063z?OpenDocument&4-QuickLink 32c9ef7eb85256f2e00475063z?OpenDocument&4-QuickLinks Gwinnett County Public Schools (GCPS).(2008b) Staying Healthy During Gwinnett County Public Schools (GCPS).(2008b) Staying Healthy During - - Cold and Flu Season. retrived January 24, 2008, from Cold and Flu Season. retrived January 24, 2008, from http://www.gwinnett. http://www.gwinnett. k12.ga.us/gcpsmainweb01.nsfD8F3265212DF78F48525729E0057D087/ k12.ga.us/gcpsmainweb01.nsfD8F3265212DF78F48525729E0057D087/ Sfile/StayingHealthyDuringColdandFluSeason.pd Sfile/StayingHealthyDuringColdandFluSeason.pdf Harmer,J.(2001). The practice of English language teaching. Harlow:Pearson Harmer,J.(2001). The practice of English language teaching. Harlow:Pearson - - Education limited Education limited Juergens, B. (2002), Schwierige schueler? Disziplinkonflikte in der schule. Juergens, B. (2002), Schwierige schueler? Disziplinkonflikte in der schule. - - Hohengehren: Schneider. Hohengehren: Schneider. Jones,F. (n.d) Tools for teaching. Retrieved December 14, 2007, from Jones,F. (n.d) Tools for teaching. Retrieved December 14, 2007, from - - http://www.educationworld.com/a_curr/columnists/jones/jones.shtm http://www.educationworld.com/a_curr/columnists/jones/jones.shtml Kelley, W.M. (2004). . Rookie teaching for dummies. A guide for parent Kelley, W.M. (2004). . Rookie teaching for dummies. A guide for parent - - relationships. Hillsdale, NJ:Erlbaum. relationships. Hillsdale, NJ:Erlbaum. Krapp, A., & Weidemann, B. (Hrsg). (2001). Paedagogische Psychologie Krapp, A., & Weidemann, B. (Hrsg). (2001). Paedagogische Psychologie - - Weinheim: Beltz. Weinheim: Beltz. Learninng Environments and Classroom design> Retrieved December Learninng Environments and Classroom design> Retrieved December - - 7,2008, from 7,2008, from http://www.garysturt.free-online.co.uk/classdes.ht http://www.garysturt.free-online.co.uk/classdes.htm Loftin. R.L., Gibb, A.C, & Skiba, R. (2005).Usingself-monitoring Loftin. R.L., Gibb, A.C, & Skiba, R. (2005).Usingself-monitoring - - strategies to address behavior and academic issues. Lmpact 18(2). Retrived strategies to address behavior and academic issues. Lmpact 18(2). Retrived December 7,2008, from December 7,2008, from http://www.garystur http://www.garysturt, free-online.co.uk.classdes. , free-online.co.uk.classdes. htm htm Loftin, R.L., Gibb, A.C., & Ski Loftin, R.L., Gibb, A.C., & Ski - - ba, R. (2005). Using self-monitoring strategies to address behavior and academic issues. Lmpact 18(2). Retrived January 15,2008, from http://ici.umn.edu/products/182/overo.html Martin, S.H. (2002). The classroom environment and its effects on the - practice of teachers. Journal of Environmental Psychology; 22, 139-156 158 -McIntyre, T. (2006, July). Self-monitoring of behavior. Retrieved January 17,2008, from http://www.behavioradvisor.com/SelfMonitoring.html -McIntyre, T. (2006, July). Ways to catch kids being good. Retrieved January 17, 2008, from http://www.behavioradvisor.com/CatchGood.html -McIntyre, T., & Franks, A. (2004, May). Dealing with bullying. Retrieved Jan- uary 20, 2008, from http://www.behavioradvisor.com/Bullying.html -Oerter, R., & Montada, L. (Hrsg.). (2002). Entwicklungspsychologie. Weinheim:Beltz. -Redesigning the classroom environment. School zone, Educational intelli- gence. Retrieved December 7, 2008, from http://www.schoolzone.co.uk/resources/ articles/GoodPractice/classroom/Redesigning.asp -Rivlin, L.G., &Rothenberg, M. (1976). The use of space in open classrooms. In Proshansky, H.M., Ittelson, W.H., Rivlin, L.G. (Eds.). Environmental Psychol- ogy: People and Their Physical Settings, pp. 479-489. New York: Holt, Rinehart & Winston. -Roemer, F. (n.d.) What is whole class self-moniotoring? Retireved February 11,2008, from http://www.pb5th.com/selfmoni.shtml -Taylor A., Aldrich R. A., & Vlastos, G. (1988). Architecture Can Teach. Trans- forming Education, In Context,18. Retrieved December 7,2008, from http://www. context.org/ICLIB/IC18/Taylor.htm -Teglasi, H. (2006). Professional development. New York: Holt Rinehart and Winston. -Thompson, J. G. (2007). The first-year teacher’s survival guide. San Francisco: Jossey-Bass. -Thompson, J.G. (2006). The first year-teacher’s survival guide. New York: Holt Rinehart and Winston. -Ulrich, K. (1996). Beruf Lehrerin. Arbeitbelastungen, Beziehungskonflikte, Zufriedenheit. Wenheim: Beltz. -UNICEF. The Convention on the Rights of the Child: Participation Rights: Having an Active Voice. Retrieved January 8, 2008 from http://www.unicef. org/crc/files/Participation.pdf. -United Nations. (1989). Convention on the Rights of the Child. New York. -United Nations. (1948). Universal Declaration on Human Rights. New York. -Ur, P.(1991). A course in language teaching. Cambridge : Cambridge University Press. -World Intellectual Property Organization (WIPO). (2007) World Intellectual Property Organization: An Overview. Retrieved January 8, 2008, from http://www.wipo.int/freepublications/en/general/1007/wipo_pub_1007. 159 Sinif otağının fi ziki mühiti (N. Qoqiçadze)...................................... 3 Sinfi n idarəetmə tərzi (T. Lodia)................................................... 12 Dərs vaxtının idarə edilməsi (N. Nijaradze)........................... 20 Dərs mərhələləri (N. Nijaradze)....................................................... 28 Sinfi n təşkili modelləri (N. Nijaradze)..........................................35 Qrup işinin idarə edilməsi (N. Nijaradze)............................... 46 Davranış qaydaları (N. Nijaradze)............................................. 59 Davranışın idarə edilməsi (N. Nijaradze).............................. 65 Münaqişələrin həll edilməsi (N. Nijaradze)........................... 78 Təhsil və qanunvericilik (K.Makleyn, T. Bol)..................... 90 Müəllimin hüquqları və vəzifələri (K.Makleyn, T. Bol)...............103 Şagirdin hüquqları və vəzifələri (K.Makleyn, T. Bol)..............108 Valideyn və müəllim münasibətləri (K.Makleyn, T. Bol)........... 121 Həmkarlarla münasibətlər (K.Makleyn, T. Bol).......................... 129 Peşəkar inkişaf (K.Makleyn, T. Bol)............................................. 138 İstifadə olunmuş ədəbiyyat........................................................... 156 Mündəricat 160 Qeydlər üçün Download 2.82 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling