Nino Nijaradze Keysi Makleyn


Download 2.82 Kb.

bet4/10
Sana09.02.2017
Hajmi2.82 Kb.
1   2   3   4   5   6   7   8   9   10

b) Şagirdlərin yanaşmaları
Bizi təəccübləndirməli deyil ki, qrup işindən istifadənin elə 
birinci dəfəsindən şagirdlər onu sevinclə qarşılasınlar. Burada bir 
çox problemlər yarana bilər. Bir tərəfdən, qrup işi onlar üçün adi 
olmayan bir fi rmadır. Müəllimin daimi nəzarətinə və düzəlişlərinə 
adət etmiş  uşaq göstərişlər və  həvəsləndirmələr xaricində  işi 
təhlükə kimi qəbul edə bilər. Müəllimin  nəzarətinin azalması 
və buna uyğun olaraq, onların məsuliyyətinin artması  şagirdləri  
narahat edir.

52
Qrupda tamamilə  iş prosesinə  nəzarət etməyə çalışacaq 
bir lider seçilə bilər. Bu isə, digər  şagirdləri qıcıqlandıra bilər. 
Əksinə də ola bilər, özlərini yükləndirməmək və bütün işin yerinə 
yetirilməsini başqalarına etibar etməyə üstünlük verən uşaqlar da 
ola bilər.
Bir çox uşaqlar üçün qrup işi tamamilə yeni bir formadır və 
şagirdlər onu “həqiqi dərs” hesab etmir və daha çox oyun kimi, 
vaxt keçirmək kimi hesab edirlər.
Bütün bu səbəblərə görə, əgər şagirdlər qrup işinə şübhə ilə 
yanaşırlarsa, o zaman təəccüblənməli deyilik. Buna görə də, yaxşı 
olardı ki, bəri başdan bu modelin bəzi tərəfi nin müzakirəsi üçün 
vaxta qənaət etməyək. Məsələn, cütlüklərə, 3-4-nəfərlik qruplara 
bir neçə tapşırıqlar verək və sonra  yazılı və yaxud da şifahi soruşaq 
ki, nəyi bəyəndilər və nəyi –yox. Növbəti cümlələrin sona 
çatdırılmasını da təklif edə bilərik:
Sərbəst işi bəyənirəm/bəyənmirəm ona görə ki,    
------------------------------------------------------------------------
Cütlüklərdə işi bəyənirəm/bəyənmirəm ona görə ki,    
------------------------------------------------------------------------
Qrup işini bəyənirəm/bəyənmirəm ona görə ki,    
------------------------------------------------------------------------
Sonra sinifdə onların cavablarını müzakirə edib bir-
birləri ilə müqayisə edirik. Bu informasiya müəllimə  gələcək 
işinin planlaşdırılmasında çox yardım edəcəkdir, ona göstərəcək 
ki, sinifdə qrup və cütlüklərdə  işdən istifadə etmək nə  dərəcədə 
lazımdır və ona hansı aspektlərdə diqqət yetirmək lazımdır.
 
Bir çox hallarda, şagirdlərə əvvəlcədən izah etmək lazımdır 
ki, qrup işi hansı  məqsədi daşıyır, konkret bu tapşırığı yerinə 
yetirməklə onlar nəyə nail olacaqlar və bu tapşırıq dərs proqramı 
ilə hansı  əlaqədədir. Bununla belə, yaxşı olardı ki, müəllim və 

53
sinif əvvəlcədən iş prosesində riayət ediləcək qaydalar haqqında 
razılıq  əldə etsinlər. Qrup işinin başlanmasına qədər uşaqlar 
bilməlidirlər:
yardım lazım olduqda müəllimə necə müraciət etsinlər;
• 
tapşırığın yerinə yetirilməsinə nə qədər vaxt verilir;
• 
onlardan hər birinə  nə tapşırılır, çünki bəzi hallarda, 
• 
iş zamanı  şagirdlərin rolları  fərqli ola bilər. Məs., biri 
müzakirənin nəticələrini yazır, başqa birisi şagirdlərin 
aktivliyini müşahidə edir, ayrı-ayrı  uşaqlar informasiya 
əldə edirlər və ya debatlar zamanı müxtəlif mövqeləri 
təqdim edə bilərlər və s.
səs-küyə nə səviyyədə icazə verilir;
• 
qrup işi bitdikdən sonra hansı məhsul təqdim olunmalıdır 
• 
və qrup işinin sona çatmasına necə işarə etmək lazımdır.
Yekun olaraq demək olar ki, uşaqlar üçün qrup işi forması nə qədər 
tanış olarsa, bir o qədər də onlar üçün az problemlər yaranar və 
onlar qrup işinin üstünlüklərindən istifadə edə bilərlər.  Bunun 
üçün  əvvəlcədən çox qısa və sadə qrup işlərini yerinə yetirmək 
faydalı olar, hansıların nailiyyəti şagirdləri inandıracaq ki, onların 
tələblərə cavab vermək bacarıqları vardır.
c) Tapşırığın növü
Faktiki olaraq, kiçik modifi kasiyadan sonra istənilən tapşırıq qrup 
işinin prinsiplərinə uyğun ola bilər. Xüsusilə  də,  əgər tapşırığın 
sərbəst  şəkildə yerinə yetirilməsini çox çətin hesab ediriksə, o 
zaman sinif təşkilinin bu modelindən istifadə etmək yaxşı olardı. 
Əsas odur ki, elə bir tapşırıq hazırlayaq, hansı ki, konsensus, yəni 
razılığın əldə edilməsini tələb edir. Bununla yanaşı, nəzərə almalıyıq 
ki, təşkil və planlaşdırma cəhətindən, cütlüklərdə işləmək müəllim 
üçün çox asandır. Hətta, ibtidai sinif şagirdləri ilə, yaxud da ilk 
dəfə qrupda işləməyə başlayan  şagirdlərlə  də bundan asanlıqla 
istifadə edə bilərik.

54
Əhvalat 1. 
Fəallığın müddəti: 10 -15 dəqiqə. 
Fəallığın məqsədi: izah olunan materialın qavranılmasını 
yoxlamaq
İngilis dili dərsində müəllim yeni qrammatik vaxtı izah edir, 
məsələn, keçmiş qeyri-müəyyən zamanı (Past Simple) və yoxlamaq 
istəyir ki, şagirdlər həmin zaman və indiki qeyri-müəyyən (Present 
Simple) zaman arasında fərqi nə dərəcədə başa düşüblər. Bunun 
üçün onlara çalışmalar verir, hansında cümlələrin buraxılmış yerləri 
felin uyğun forması ilə tamamlanmalıdır. Çalışma, bir çox hallarda 
olduğu kimi, sərbəst şəkildə yerinə yetirilmək əvəzinə, cütlüklərdə 
də yerinə yetirilə bilər, materialı çox yaxşı başa düşən  şagird 
yanında oturan şagirdə yardım edə bilər və ya onunla mübahisə 
zamanı daha yaxşı anlaya bilər ki, felin bu və ya digər formasının 
istifadəsi nə üçün lazımdır. 

55
Əhvalat 2. 
Fəallığın müddəti: 20 -25 dəqiqə. 
Fəallığın məqsədi: əsərin ideyasının tənqidi dərk edilməsi və oxşar 
problematikası olan əsərlər arasında problemlərin axtarılması.
Gürcü  ədəbiyyatı dərsində A. Tseretelinin şeiri, “Qantiadi”- 
nin təqdimatı və müzakirəsindən sonra müəllim 2 sual verir: biz 
artıq Barataşvilinin “Kartlinin taleyi” poemasını  öyrənmişik. 
Bu iki əsərin hansı ümumi problemi vardır? Bu iki əsərin və İlya 
Çavçavadzenin “İtirilmiş Edem”i arasında hansı əlaqə vardır? Bu 
sualların cavabını, sözsüz ki, ümumi sinif müzakirəsi zamanı tələb 
edə bilərik, lakin yaxşı olardı ki, o zamana qədər cütlərə müzakirə 
və düşünmək üçün 10-15 dəqiqə vaxt verilsin. Sonra cütlüklərdən 
hər bir uşaq onların ümumi nəticələrini və sübutlarını bütün sinif 
qarşısında təqdim edir, hansı ki, sözsüz, ümumi sinif diskusiyasına 
səbəb olur (cütlüklərdən hər hansı bir uşağın passivliyini aradan 
qaldırmaq olar, əgər ki, təqdimatçını  uşaqların özləri yox, müəllim 
seçirsə  və  uşaqlar  əvvəlcədən bilməyəndə ki, sinif qarşısında 
təqdimatı kim edəcəkdir,  o zaman cavab üçün ikisi də, eyni şəkildə 
hazırlaşırlar).
Əhvalat 3 
Fəallığın müddəti: 30  dəqiqə. 
Fəallığın məqsədi: keçilən materialın yekunlaşdırılması;  əldə 
edilən informasiyanın təhlili və qiymətləndirmə bacarığının 
inkişafı; dinləmə, diskusiya və başqalarını inandırmaq vərdiş-
bacarıqlarının formalaşdırılması.
Təbiətşünaslığın IV sinif dərsliyində “Gürcüstana səyahət”-də 
Şərqi Kavkasioninin beş vilayəti – Xevi, Mtiuleti, Pşavi, Xevsureti 
və Tuşeti ayrı-ayrılıqda təhlil edilir. Bu material bitdikdən sonra, 
yekunlaşdırma və  şagirdlərin biliyinin yoxlanılması  məqsədilə, 
müəllim növbəti tapşırığı planlaşdıra bilər: sinfi  5 nəfərlik qruplara 
ayırıb və qrupun hər üzvünə bir vilayəti tapşırsın. Hər bir qrupda 

56
Şərqi Kavkasioninin bir xəritəsi və tapşırıq kartoçkası vardır, 
hansında qeyd edilir ki, Gürcüstana xarici turist qrupları gəlibdir və 
onları vilayəti gözdən keçirmək maraqlandırır, lakin onların cəmi 
4 günləri var və əlbəttə ki, hər yeri görə bilməyəcəklər. Xüsusilə 
də, onları gözəl təbiət və tarixi abidələr maraqlandırır (yaxud da, 
yerli ənənələr və geyimlər, kənd təsərrüfatı, suvenirlər almaq və s. 
Müəllim şagirdlərin diqqətini nəyə yönəltməyi əvvəlcədən seçir). 
Bütün qruplara tapşırılır ki, turistlər üçün ən yaxşı marşrut seçsinlər 
və marşrutu günlərə  əsasən xəritədə qeyd etsinlər. Qrup işinin 
başlanılmasına qədər, yaxşı olardı ki, uşaqlara bir neçə dəqiqə vaxt 
verək ki, qrupun təqdim edəcəyi və lazımi detallar toplayacağı 
vilayət haqqında informasiyanı  nəzərdən keçirsinlər (yaxud da 
xatırlasınlar). 15-20 dəqiqəlik müzakirədən sonra bütün qruplar 
öz xəritələrini sinif qarşısında təqdim edirlər. Ən yaxşı marşrut da 
seçilə bilər, hansı ki,turistlərin tələblərini daha çox razı salacaqdır.

57
Əhvalat 4. 
Fəallığın müddəti: 30-35  dəqiqə. 
Fəallığın məqsədi: üçbucağın daxili bucaqlarının cəmi haqqında 
materialın təqdimatı: tənqidi düşüncə, müzakirə  və isbat etmə 
bacarığının inkişafı.
VII sinfi n riyaziyyat dərsində sinif üçbucağın xassələrinin 
təhlili üzərində  işləyir.  Şagirdlər  müəllimlə birlikdə bucaqlar 
haqqında öyrəndikləri materialı, bucaqların xassələrini, onların 
cəmini və s. xatırlayırlar. Sonra müəllim ölçüsünə əsasən sinfi  3-5 
nəfərlik qruplara ayırır. Qrupların ikinci hissəsinə tapşırıq verilir 
ki, müxtəlif növ üçbucaqları ölçmək üçün transportirdən istifadə 
etsinlər və bu əsasda üçbucağın daxili bucaqlarının cəmi haqqında 
(əgər qruplar çoxdursa, başqa-başqa qrupa təhlil üçün müxtəlif növ 
üçbucaqları vermək olar). Sonda bütün qruplar sinif qarşısında öz 
ehtimallarını təqdim edirlər və ümumi sinif işi gedir.
Sözsüz ki, qrup işi modelindən istifadə etmək olan bütün 
fəallıqların burada təsviri mümkün deyil, lakin sadalanan 
nümunələr də isbat edir ki, sinif təşkilinin bu modeli  həm yeni 
materialın təqdimatı (IV nüm.,), izah edilənin yoxlanılması 
və möhkəmləndirilməsi (I nüm.,), eləcə  də keçilənlərin 
yekunlaşdırılması (II və III nümunə) zamanı müxtəlif yaş dövrü və 
səviyyəsi olan uşaqlarla iş zamanı, praktiki olaraq bütün fənlərdə 
və dərs prosesinin bütün mərhələsində çox əlverişlidir.
Siz artıq bu fəslin  əvvəlində verilən bütün suallara cavab 
tapa bilərsiniz. Suallara qayıdın və cavab verin.

58
Əsas nəticələr və tövsiyyələr:
Qrup işi zamanı şagirdləri cütlərə,  üçlüklərə, 4-5 nəfərlik 
• 
kiçik qruplara və ya böyük qruplara ayıra bilərsiniz. 
Qrupun ölçüsü tapşırığın xarakteri və  uşaqların bilik 
səviyyəsindən asılıdır. Qrup işinə adət etməmiş şagirdlərlə 
bu modelin istifadəsini cütlüklər və ya üçlüklərlə başlamaq 
yaxşı olardı;
Qruplaşdırma meyarı kimi şagirdin bilik səviyyəsi, onun 
• 
fəallığının səviyyəsi,  şagirdlər arasında dostluq (lakin 
yaxşı olardı ki, bu meyardan nadir şəkildə istifadə edək) 
və ya təsadüfi  prinsip istifadə edilə bilər;
Məqsədlərin izah edilməsi, onlarla məsləhət və onların 
• 
fi kirlərinin nəzərə alınması yolu ilə şagirdlərin qrup işinə 
olan yanaşmalarını yaxşılaşdırmaq olar;
Qrup işi üçün bütün fənlər üzrə, başqa-başqa səviyyələrdə 
• 
və  dərs prosesinin müxtəlif mərhələlərində (təqdimat, 
çalışma və yekunlaşdırma mərhələsində) müxtəlif növ 
çalışmalardan istifadə etmək olar. Əsas, dərsin məqsədinə 
nail olmağa xidmət edən tapşırığı müəyyən etmək 
lazımdır. 

59
Qrup işinin idarə edilməsi
Bu fəsli oxuduqdan sonra siz tanış olacaqsınız:
Sinfi  qrup işi üçün necə hazırlamaq olar;
Qrup işi prosesində müəllimin rolu necədir;
Qrupda problemlər yarananda necə hərəkət etmək lazımdır;
Yekun mərhələsində qrup işini necə aparmaq lazımdır.
 
Aşağıda verilən suallarla tanış olun və cavablar üzərində 
düşünün:
Sinfi  və sinif otağını qrup işi üçün necə hazırlamaq olar?
1. 
Qrup işi prosesində müəllim hansı funksiyaları yerinə 
2. 
yetirir?
Qrup işi zamanı sinifdə səs-küyün səviyyəsinə necə nəzarət 
3. 
etmək olar?
Qrup işi nə zaman bitir?
4. 
Qrup işinin yekun mərhələsində nə baş verir?
5. 

60
Müəllimlərin böyük qismini qrup işi zamanı birbaşa hər şagirdin 
işinə nəzarət edə bilmədikləri xüsusilə narahat edir. Sinifdə eyni 
zamanda, 3 və ya çox qrup çalışanda mümkün deyil ki, müəllim 
hamını eyni zamanda dinləsin, bütün səhvləri qeyd etsin, bütün 
şagirdlərə yardım etsin və problemlərdən uzaqlaşsın. Bunun üçün 
də, təəccüb doğurmur ki, adi funksiya xaricində qalan müəllimdə 
bəzən gücsüzlük və özünü itirmək hissi yaranır. Suallar yaranır:
Necə başa düşək ki, bütün şagirdlər nə edəcəklərini və 
• 
düzgün istiqamət seçdiklərini bilirlər?
  Nə etmək lazımdır ki, verilən vaxtı  şagirdlər qeyri-tədris 
• 
məqsədləri üçün öz şəxsi işləri haqqında söhbətə  sərf 
etməsinlər?
Başqa-başqa qruplar arasında diqqəti necə bölüşdürə bilmək 
• 
olar?
Çox səs-küy yarandıqda nə etmək lazımdır?
• 
 
Sinif qrup işinə keçən zaman bütün bu problemlər müəllimin 
qarşısında durur və onları minimuma endirmək lazımdır. Bunun 
üçün, prosesi düzgün hazırlamaq və idarə etmək lazımdır ki, 
bununla da qrup işi zamanı müəllimin rolunu düzgün dərk edə 
bilək. 
Qrup işinə hazırlıq
Ümumiyyətlə, qrup işinə hazırlıq prosesi şagirdlərdə növbəti 
bacarıqların formalaşdırılması  məqsədini daşıyan istənilən hər 
hansı bir sinif fəallığı ola bilər:
məntiqi sualların verilməsi;
• 
bir-birini fəal şəkildə dinləmək;
• 
başqalarının fi kirləri ilə paylaşmaq;
• 
fi krin düzgün və məntiqi formalaşdırılması;
• 
yardım və ya izahat xahişi;
• 
ideyaların və fi kirlərin izahatı və qiymətləndirilməsi;
• 
söhbətin əsas məhzini yekunlaşdırmaq. 
• 
Bütün bu bacarıqlar qrup işinin uğurlu aparılması üçün vacibdir.

61
Uşaqları qruplara bölməmişdən əvvəl konkret qrup tapşırığının 
hazırlıq prosesində vacibdir ki, bütün izahatları şagirdlərə konkret, 
sadə dildə verək. Eləcə də yaxşı olardı ki, bütün sinif üçün kiçik 
məşq və ya nümunəni nümayiş etdirək. Əgər şagirdlər bu növ işə 
adət ediblərsə, o zaman tapşırığın verilmə prosesi asanlaşır.
İşin başlanmasına qədər şagirdlər tapşırığı hansı vaxtda yerinə 
yetirməklərini bilməlidirlər. Müəllim tapşırıqları    başqalarından 
tez bitirənlər üçün əlavə iş düşünməlidir. 
Yenə bir vacib prosedur şagirdlərin qrup işinin başlanmasına 
qədər yerdəyişmələridir.  Şagirdlər sinif yoldaşları ilə bir-birinə 
arxalarını çevirib və ya başqa sırada oturub diskusiya apara 
bilməzlər. Onlar birlikdə oturmalıdırlar. Bu proses bir çox hallarda 
xüsusilə  çətin qavranılır, çünki onu müəyyən hərəkətlər və ya 
səs-küy müşaiyət edir. Xoşbəxtlikdən, bu prosedur şagirdlərə 
tanış olduqda səs-küyün səviyyəsi azalır.  Hərəkət isə, yüklənmiş 
əqli işdən sonra onlar üçün sakitləşmək vasitəsi və yeni tapşırığa 
keçid siqnalıdır. Onu sübut etmək düzgün olmaz ki, kiçik və 
böyük qruplarda iş yalnız müasir təchiz edilmiş sinif otağında 
mümkündür. Əgər onun hər tərəfi ndən stullar düzülərsə, o zaman 
adi parta arxasında sərbəst şəkildə böyük qruplar yerləşə bilərlər. 
  
Qrup işi prosesi
Qruplar işə başlayan zaman müəllimin rolu dəyilşir.  İndi 
o, sinifdə baş verən hər  şeyə diqqət yetirən bir müşahidəçidir. 
O, partalar arasında hərəkət edir, qruplara diqqət yetirir, onların 
işlərinin müsbət və mənfi  tərəfl ərini qeydə alır. Bu zaman qeydlərin 
aparılması  həmin informasiyadan sonra istifadə olunma imkanını 
verir (ümumi səhvlərin müzakirəsi, yeni dərsin planlaşdırılması 
və ya şagirdlər üçün fərdi məsləhətlərin verilməsi). Bununla 
yanaşı,  şagirdlərin diqqəti bu müddət ərzində müəllimdə və onun 
qeydlərində deyil, tapşırığın üzərində cəmləşdirilmiş olması üçün 
ehtiyatla yanaşmaq lazımdır.
Belə ki, müəllim çalışır ki, əgər heç bir zərurət yoxdursa,  qrup 
işi prosesinə müdaxilə etməsin. Belə  zərurət isə, kifayət qədər tez-
tez yaranır və buna uyğun olaraq, müəllim müxtəlif funksiyaları 

62
üzərinə götürür:
əgər  şagirdlər yanlış istiqamətlə  işi aparırlarsa və aydın 
• 
görünür ki, onlar düzgün nəticələr  əldə edə bilməyəcəklər, 
o zaman müəllim onlara yenidən göstərişlər verir, tapşırığı 
aydınlaşdırır, yaxud da məsləhət verir;
əgər  şagirdlərə tapşırığı yerinə yetirmək üçün hər hansı bir 
• 
növ informasiya lazımdırsa (məs., xarici dil dərsində konkret 
sözü və ya ifadəni xatırlaya bilmirlərsə, kimya dərsində - 
düsturu, tarix dərsində - tarixi), müəllim seçə bilər ki, lüğət, 
ensiklopediya və ya dərslik funksiyasını yerinə yetirsin, yaxud 
da onlara işarə versin ki, həmin informasiyanı harada əldə 
etmək olar;
əgər hər hansı bir qrupu həvəsləndirmək və ya fəallaşdırmaq 
• 
lazım gəlirsə,o zaman üzv kimi həmin qrupun işinə qoşula 
bilər. Bu, xüsusi taktı tələb edir, çünki şagirdlərin  müəllimə 
olan hörmətləri onun fi krinə xüsusi nüfuz verir və  bərabər 
diskusiyanı aparmaq çox çətin olur. Əgər bu təhlükənin qarşısı 
alına bilərsə, o zaman şagirdlər də, müəllimlər də belə bir 
əməkdaşlıqdan zövq almış olurlar;
əgər hər hansı bir qrup xüsusilə  çətinlik çəkirsə  və yaxud 
• 
da bilirik ki, o, nisbətən zəif şagirdlərdən ibarətdir, o zaman 
müəllim onlara daha çox vaxt ayırıb onlarla fərdi çalışa bilər. 
Buna baxmayaraq, hər hansı bir qrupa saymamazlıqa yanaşmaq 
düzgün deyil. 
Bütün qrupların tapşırığın yerinə yetirilməsində  iştirakına 
əmin olduqda müəllim müvəqqəti olaraq passiv rol seçə bilər. O, 
bütün sinfi  görə biləcəyi bir yerdə əyləşir, amma şagirdlərin diqqət 
mərkəzində olmur.
Bu mərhələdə sinifdə səs-küyün səviyyəsi kifayət qədər ciddi 
problem yaradır. Səs-küyə nəzarət etmək üçün mütləq şagirdlərin 
qruplarda qarşı-qarşıya, bir-birlərinə yaxın oturmaqları lazımdır; 
müəllim yerlərdən durmağı  və başqa qruplarla söhbət aparmağı 
qadağan edə bilər;  əvvəlcədən  şagirdlərlə müəyyən bir işarəni 
razılaşdırmaq lazımdır ki, nəyin əsasında onlar sual verə bilər və 
ya yardım istəyə bilərlər; qrup üzvlərindən birinə həmqruplarının 

63
səs salmalarına nəzarət etməyi tapşıra bilərik. Əgər hər hansı bir 
qrup çox ucadan danışırsa, o zaman müəllimin yaxınlaşması və ya 
hər hansı bir şərhi bir çox hallarda yetərlidir ki, şagirdlər səslərini 
alçaltsınlar.
Qrup işinin yekun mərhələsi
Qrup işi qabaqcadan deyilən vaxtda bitirilir və yaxud da, 
qrupların  əksəriyyətinin yekun nəticələri hazır olan vaxtda. 
Ümumiyyətlə, yaxşı olardı ki, şagirdləri o zaman saxlayaq, nə 
vaxt ki, onlar (hissələri) hələ ki, məmnuniyyətlə tapşırığı yerinə 
yetirirlər. Əgər biz sonuncu qrupun da tapşırığı yerinə yetirməsini 
gözləsək, bu onu göstərir ki, sinfi n qalan hissəsi həmin vaxtı 
səmərəsiz keçirə bilər. Buna görə  də,  şagirdlərin  əksəriyyətinin 
(təxminən 60%)  nəticələrin təqdimatına hazır olduğunu, yaxud da 
tapşırığa maraqlarının azalmasını  qeyd edən kimi deyə bilərik: 
“uşaqlar, tapşırığı bitirməyə 3 dəqiqəniz qalıb (bu vaxtı  tələbata 
əsasən müəyyən edə bilərsiniz). Düz 3 dəqiqədən sonra bütün 
qruplar işlərini təqdim edirlər”.
Tapşırığın yerinə yetirilməsindən sonra sözsüz ki, nəticələrin 
yekunlaşdırılması üçün vaxt ayrılmalıdır. Bir çox hallarda bu, 
ümumi sinif işi forması ilə aparılır. Tapşırığın məqsədlərindən 
irəli gələrək nəticələrin yekunlaşdırılması müxtəlif forma alır. 
Bu, suallara düzgün cavab vermək, yaxud da ehtimal variantların 
lövhədə qruplara ayrılması, şifahi təqdimat və yaxud da hazır əyani 
vəsaitlərin (posterlər, xəritələr, cizgilər) divar sərgiləri ola bilər. Bu 
mərhələdə müəllimin əsas məqsədi odur ki, diqqəti, tərifi  ilə işin 
müsbət tərəfl ərinə diqqəti yönəltsin ki, şagirdlər tərəfi ndən görülən 
ciddi işi və bacarığı qiymətləndirir. Tənqidi qeydlərin əsas hissəsi 
isə, müəllimin gələcək iş planında nəzərə alınmalıdır.
Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab 
verə bilərsiniz. Suallara qayıdın və cavab verin.

64
Əsas nəticələr və tövsiyyələr:
qrup işinə başlamazdan əvvəl şagirdlərə aydın təlimatlar 
• 
və tapşırığın yerinə yetirilmə modelini verin; əvvəlcədən 
müəyyən edin və bildirin ki, onların işərini necə 
qiymətləndirəcəksiniz;
şagirdlərin qruplara ayrılması,yerdəyişmə prosesini 
• 
düzgün aparmaq lazımdır və yaranan çətinliklərdən 
çəkinmək lazım deyil;
qrup işi zamanı müəllim müşahidəçi, informasiya 
• 
mənbəyi, sıravi iştirakçı  və ya məsləhətçi  kimi ola 
bilər. Bütün bu rolların kombinasiyası və əvəzedilməsi 
tapşırığın nailyyətini təmin edir;
qrupların əksəriyyətinin nəticələri təqdim etməyə hazır 
• 
olduğu zaman qrup işi bitir. Gecikmiş qruplara görə, 
daha cəld və aktiv iştirakçılar zərər çəkməməlidirlər;
işin sonunda şagirdlərə  nəticələrin təqdimatı  və 
• 
müzakirəsi üçün vaxt verək. Bu zaman müəllimin əsas 
məqsədi  şagirdlər tərəfi ndən  əldə edilən nəticələrin 
müsbət tərəfl ərinin ön plana  keçirilməsi və təşəbbüslərin 
dəstəklənməsidir.

65
 Davranış qaydaları 
Bu fəsli oxuduqdan sonra biləcəksiniz:
Sinifdə davranış qaydaları və prosedurları nəyi bildirir;
Qaydaların hazırlanması zamanı nə etməliyik;
Nizam-intizamın pozulmasının qarşısını necə almalıyıq;
Qayda pozuntusu zamanı hansı ölçülərə müraciət etməliyik. 
Aşağıda verilən suallarla tanış olun və cavablar üzərində 
düşünün:
1. Müəllim şagirdlərə növbəti monoloqla müraciət edir:
“Uşaqlar, mən sizi sinifdə davranış qaydaları ilə tanış etmək 
istəyirəm, hansılara bütün il boyu əməl etməlisiniz. Birinci, heç 
bir halda gecikmək olmaz; ikinci, sinifdə qaçmaq, səs-küy salmaq, 
dalaşmaq qadağandır; və üçüncü, mən dərsdə intizamsız və 
hazırlıqsız şagirdə davam gətirə bilmirəm. Ümid edirəm ki, sizin 
üçün bu qaydaları təkrarlamaq lazım gəlməyəcək  və bu zaman biz 
il ərzində problemsiz işləyə biləcəyik”.
Bu müraciəti necə qiymətləndirərdiniz? Davranış qaydalarının 
şagirdlərə bu forma ilə verilməsi nə dərəcədə effektivdir? Niyə?
Nadir halda qayda-qanun pozuntusu olan bir mühiti sinifdə 
2. 
hansı yolla yarada bilərik?
3. 
Şagirdlər tərəfi ndən intizamın pozulması halında hansı 
4. 
üsullardan istifadə edirsiniz?

66
*****
Müəllimlərin böyük qismi yeni sinifl ə görüş zamanı, şagirdlərlə 
tanışlıqla yanaşı birgə  işləməyin  əsas qaydalarından söhbət 
aparmaqla başlayırlar. Bu, təbiidir. Müəllim, elə ilk gündən 
effektiv dərs mühitinin yaradılmasını düşünür, yəni elə bir mühitin 
yaradılması, hansında şagir üçün bütün şərtlər vardır ki, o təhsil alsın 
və tədris məqsədlərinə çatsın. Bu isə, yalnız düzgün təşkil edilmiş 
mühitdə həyata keçirilə bilər, hansında iş qaydaları və prinsipləri 
hamı üçün yaxş bəllidir və buna görə  də onların mühafi zə olunması, 
gündəlik ehtiyacları və detallarının həllinə minimal vaxt xərclənir. 
Yalnız dərsin aydın strukturu olanda, şagirdlərin müəllimin hansı 
mərhələdə onlardan nəyi gözlədiyini bildikdə, nə zaman və hansı 
əməllərin qəbul edilən və hansılarının qəbul edilməyən olduğunu 
bildikdə,  şagirdlərin bütün vaxt və enerjilərini bilavasitə  təhsilə 
yönəldə bilərik. Effektiv tədris mühitinin yaranmasının əsas şərtləri 
davranış qaydalarının hazırlanması  və onların ardıcıllıqla həyata 
keçirilməsidir. 
Qaydalar haqqında söhbət apardıqda iki qrupu ayırırlar:
ümumi qaydalar, yəni  müəllimin  şagirddən hansı növ 
a) 
davranışını gözlədiyi barədə kifayət qədər genişhəcmi 
formul (məs., “dərsdə diqqətli olaq və bütün tapşırıqları 
yerinə yetirək”);
konkret prosedurlar, yəni bu və ya digər hərəkəti necə həyata 
b) 
keçirdiyimiz barədə ətrafl ı verilən izahat.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling