Nino Nijaradze Keysi Makleyn
Download 2.82 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Sinfi n təşkili modelləri
- Ümumi sinif işi
- Sərbəst iş
- Qrup işi
- Qruplara bölmək a) Şagirdləri qruplara bölmək, ilk görünüşdən asan göründüyü kimi deyil. Burada bir neçə aspekti nəzərə almaq lazımdır: Qrupun ölçüsü əsasən
- Qrupların tərkibi
Dərsin sona çatması Dərsin son dəqiqələrində müəllimin əsas məqsədi odur ki, müzakirə olunan məsələni məntiqi sonluğa çatdırsın və yoxlasın 33 ki, planlaşdırdığı dərs məqsədinə nə dərəcədə çatıb. Əgər dərsin hər hansı bir mərhələsində biz vaxtı düzgün hesablamamışıqsa, o zaman bu, özünü mütləq dərsin son dəqiqələrində göstərəcəkdir. Əgər fəallıq üçün sizin planlaşdırdığınızdan daha az vaxt lazım olarsa, o zaman qalan dəqiqələri çox effektiv şəkildə dərsin yekunlaşdırılması və şagirdlərin yeni informasiyanı necə mənimsəməklərini yoxlamaq üçün istifadə edə bilərsiniz. Əgər ki, dərsin əsas hissəsinə planlaşdırılandan çox vaxt ayırılarsa, o zaman daha ciddi problem yaranır. Zəngin çalınmasından sonra müəllimin verdiyi suallar, verilən tapşırıq və izahatlar çox əhəmiyyətsiz olur. Bunun üçün də, məsləhət görülür ki, yekun mərhələ üçün təxminən 10 dəqiqə vaxt ayırasınız, hansından istifadə etməklə: Dərsdə təhlil olunan materialı yekunlaşdırasınız. Bu 1. məqsədlə mümkündür: Şagirdlərə xatırladasınız ki, bu günkü dərsin məqsədi nə a. idi və birlikdə müəyyən edin ki, məqsədə nə dərəcədə nail olundu; Qapalı sualların vasitəsilə dərsdə təhlil olunan məsələləri b. yoxlayın (təkrar edin); Şagirdlərdən dərsin effektivliyini qiymətləndirməyi xahiş 2. edin. Məsələn, Şagirdlər həmin gün öyrəndikləri 3 nəyi isə sadalayırlar a. və bu siyahını tərəf müqabillərinin siyahısı ilə müqayisə edirlər (qruplarda və ya cütlüklərdə); Şagirdlər bugünkü dərsin ən maraqlı aspektini qısa şəkildə b. xarakterizə edirlər (yazılı şəkildə ola bilər); Həmin dərsi növbəti dərs ilə əlaqələndirin ki, şagirdlərin 3. maraqlarını dərinləşdirə biləsiniz və materialın vahid sistemdə mənimsənilməsinə yardım edə biləsiniz. Məsələn, Şagirdlərdən xahiş edin ki, növbəti mövzunun nə olduğunu a. təyin etsinlər; Növbəti dərsin nəyə aid olduğunu onlara söyləyin; b. Şagirdlərə ev tapşırığını qeyd etdirin və onun yerinə 4. 34 yetirilməsi üçün bütün lazımi tövsiyyə və məsləhətləri verin. Bir çox hallarda lazımdır ki, nümunə vasitəsilə yoxlayasınız ki, şagirdlər tapşırığı anlayıblarmı və ya yox. Eləcə də, yaxşı olardı ki, şagirdlərdən xahiş edəsiniz ki, həmin tapşırığı yerinə yetirmək üçün nə qədər vaxtın lazım olacağını özləri müəyyən etsinlər. Son dəqiqəni şagirdlərin çantalarını yığışdırmaqları və çalışdıqları yerlərini yığmaqlarına ayırmalısınız. Bu da, təyin olunan qaydaların bir hissəsi olmalıdır. Və sonda, şagirdlərlə sağollaşın. Yaxşı olardı ki, bu zaman qapının yanında durasınız, çünki bununla nizamsızlığı aradan qaldıra bilərsiniz və eyni zamanda, fərdi şərhlər və söhbətlərlə şagirdlərdən ayrıla bilərsiniz, hansı ki, sizin tərəfdən onlara göstərilən diqqət və istiliyi bildirəcəkdir. Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab verə bilərsiniz. Suallara qayıdın və cavab verin. Əsas nəticələr və tövsiyyələr: Müəllim sinfə • daxil olan kimi şagirdin diqqətini dərs prosesinə yönəltməyi bacarmalı, onu maraqlandırmalı, onu yeni dərsə əqli və emosional cəhətdən cəlb etməlidir. Bu məqsədlə, qısa, sadə, maraqlı və dərs məqsədləri ilə əlaqədar fəallıqdan istifadə etməliyik; Fəallıqdan fəallığa keçid epizodları, idarəçilik nöqteyi- • nəzərindən çox çətindir. Onların effektiv şəkildə idarə edilməsi müəllimdən tam diqqət və fəal iştirak tələblərini tələb edir; Dərsin yekun mərhələsində müəllimin vəzifəsi odur ki, • dərsdə tədris məqsədinə nə dərəcədə nail olmağı yoxlasın və şagirdlərə keçilən material və gələcək dərs arasında məntiqi əlaqəni göstərsin. 35 Sinfi n təşkili modelləri Bu fəsli oxuduqdan sonra siz biləcəksiniz: Sinfi n təşkili modelləri nəyi bildirir; Dərs prosesində ümumi sinif, fərdi və qrup işindən istifadə nə üçün əhəmiyyətlidir; Hansı hallarda onlardan hər birinin istifadəsi vacibdir. Aşağıda verilən əhvalatlarla, suallarla tanış olun və cavablar üzərində düşünün: Əhvalat 1. Təsvir edin ki, dərs zamanı həmkarınızı axtarırsınız və bu zaman görürsünüz ki, sinif otağında şagirdlər 3-4 nəfərlik qruplara ayrılıb qızğın söhbət aparırlar. Onlardan bir çoxu lövhəyə və müəllimin stoluna arxası ilə oturubdur. Müəllimin özünü heç görə bilmirsiniz, nəhayət görürsünüz ki, o, qrupların biri ilə oturub və şagirdlərlə söhbət edir. 36 Əhvalat 2. Sinif otağında partalar sıra ilə düzülübdür. Şagirdlərin diqqətləri lövhənin önündə və onların qarşısında duran müəllimə yönəlibdir. Onlar əllərini qaldırmaqla cavab vermək və ya fi kirlərini söyləmək istəklərini müəllimə bildirirlər. 37 I əhvalatı təhlil etdikdə hansı təəssüratı aldınız? Bu a) halda, müəllimin hansı fənni tədris etməyinin əhəmiyyəti varmı? Bu iki əhvalatı bir-biri ilə müqayisə edin və qərara alın ki, b) sinfi n təşkilinin hansı modeli özünü daha doğruldubdur, nə zaman ki: Müəllim yeni dərsi izah edir; 1. Şagirdlər keçdikləri dərs ətrafında müəllimin suallarına 2. cavab verirlər: Şagirdlər çalışırlar ki, müəllim tərəfi ndən təklif olunan 3. problemin həlli yolunu tapsınlar; Şagirdlər çalışmanı öz dəftərlərində yerinə yetirirlər; 4. Şagirdlər birlikdə layihə hazırlayırlar. 5. 38 Sinifdə şagirdlərin sıralarının aşağıda verilən sxemlərini müşahidə edin. maswavlebeli maswavlebeli maswavlebeli Müəllim Müəllim Müəllim 39 İndi çalışın ki, müəyyən edəsiniz, onlardan hansı özünü daha doğruldur: ümumi sinif işində (məsələn, nə zaman ki, müəllim a) yeni dərsi izah edir); sərbəst işi yerinə yetirdikdə; b) kiçik qruplarda çalışdıqda (məsələn, şagirdlər 4-nəfərlik c) qruplarda problemi həll etməyə çalışırlar). ***** Məktəb dərslərindən söhbət getdikdə, ilk əvvəl, gözümüzün qarşısına uzun cərgəyə düzülmüş partaların arxasında əyləşən şagirdlər və onların qarşısında duran müəllim durur, hansı ki, sinfi idarə edir. Bu, bütün dqünyada tədrisin təşkilinin ən yayılmış formalarından biridir. Sinif interaksiyasının (sinif interaksiyası qarşılıqlı təsiri, dərs prosesində ünsiyyəti nəzərdə tutur. Burada iki formanı ayırırlar: müəllim-şagird interaksiyası və şagird-şagird interaksiyası. Bu sonuncu, ənənəvi metodlar arasında çox nadirdir) ən qəbul edilən modeli olaraq “təşəbbüskarlıq-cavab-reaksiya”-sı qalır. Bu modeldə müəllim interaksiyanın təşəbbüskarıdır, o, söhbətə başlayır (sual verir), şagirdlərdən biri cavab verir və bu cavaba müəllim öz yanaşmasını bildirir (qiymətləndirmə, düzəliş etmək, qeydlər və ya əlavə informasiya). Baxmayaraq ki, sinif təşkilinin bu forması çox məşhurdur, amma o, yeganə deyil. Müəllim üçün başqa-başqa modellərin güclü və zəif tərəfl ərini bilmək və ehtiyac olduğu halda, onlardan istifadə etməyi bacarmaq çox əhəmiyyətlidir. Əsasən şagirdlərin qruplara ayrılmalarının növbəti variantlarını təhlil edirlər: ümumi sinif işi; a) fərdi iş; b) qrup işi. c) Ümumi sinif işi müəllimin eyni vaxtda bütün şagirdlərlə işləməsi hallarını nəzərdə tutur, məsələn, suallar vasitəsilə onların biliyini yoxlayır. 40 Doğrudur, bu zaman verilən hər bir sualı bir şagird cavablandırır, lakin onun cavabını bütün sinif eşidir. Məhz bunun üçün də bu, ümumi sinif işinə aid edilməlidir. Sinfi n təşkilinin bu modeli, qeyd etdiyimiz kimi, ən ənənəvidir. Onun bir çox müsbət tərəfl əri vardır. İlk əvvəlcə, müəllimin imkanı var ki, eyni zamanda bütün sinfə müraciət etsin və informasiyanı çatdırsın, hansının fərdi və ya qrup şəklində verilməsi çox vaxt aparardı. Belə ki, bu forma əvəzolunmazdır, nə zaman ki, müəllim: yeni dərsi izah edir; • göstərişlər verir; • təşkilati məsələlər barədə danışır; • şəkillər, əyani vəsaitlər göstərir; • sinfə hekayə oxuyur; • şagird və ya müəllimin özü lövhənin yanında • işləyir. Ümumi sinif işinin yenə bir də əhəmiyyətli aspekti odur ki, bu zaman sinfi n birlik hissi formalaşır. Şagirdlərin bir böyük qrupun üzvləri olmaları və dərs prosesinə birlikdə qoşulma hissləri yaranır. Onların ümumi maraqları və problemləri vardır, onlara qarşı eyni şəkildə tələbkardırlar. Müəllim də bu zaman sinfi n əhvalını, onun fənnə, konkret materiala və hadisəyə olan yanaşmasını duyur. Qeyd etmək lazımdır ki, ümumi sinif işi gürcü müəllimləri üçün ən tanış formalardan biridir. Təcrübəli müəllim yaxşı bilir ki, birgə işin uğurla aparılması üçün özünün avtoritetindən necə istifadə etsin. Bunun üçün də şagirdlər də, müəllimlər də bu adi mühitdə özlərini rahat hiss edirlər, bu isə, tədrisin nəticələrinə müsbət təsir göstərir. 41 Sərbəst iş - müəyyən dövr ərzində, müəllimin və ya digər şagidlərin vasitəsiz nəzarəti xaricində uşağın tək işlədiyini nəzərdə tutur. Bu, sinfi n təşkil edilməsində bizə nisbətən tanış olan ikinci modeldir. Sərbəst iş nümunələridir, nə zaman ki, şagird sinifdə və ya evdə sərbəst şəkildə: hər hansı bir çalışmanı yerinə yetirir; • inşa yazır; • məsələni izah edir; • mətni oxuyur; • layihə üzərində işləyir; • dərs proqramı ilə əlaqədar əlavə materialları axtarır. • 42 Sərbəst işin bu formalarında şagirdlərin sərbəstlik səviyyələri fərqlidir. Sinifdə misal və məsələnin həlli zamanı müəllimin nəzarəti kifayət qədər yüksəkdir, çünki o, nəinki tapşırığın məzmununu təyin edir, eləcə də lazımi vaxtı müəyyən edir, lazım gəldikdə yardım edə bilər və sonra cavabın dəqiqliyini yoxlayır. Şagird sərbəst layihə üzərində işlədikdə müəllimin nəzarəti minimaldır. Layihə məzmun cəhətdən öyrənilən mövzu ilə əlaqədar olduqda, şagirdin imkanı olur ki, məzmunun detallarını, onların təqdimat formasını özü müəyyən etsin və öz işinin cədvəlini planlaşdırsın. Belə bir rəngarəngliyə baxmayaraq, sərbəst tədrisin bütün formalarının ümumi üstünlükləri vardır: şagirddə daha az stres yaradır, nəinki sinif təşkilinin hər • hansı digər forması. Çünki bu halda, iş prosesində o, başqalarının tənqidi və qiymətləndirmələrindən mühafi zə olunur; müəllimin daha çox imkanı var ki, şagirdin fərdi • xüsusiyyətlərini, onun öyrənmək tempini, üslubunu, zəif və ya güclü tərəfl ərini qeyd etsin; bu model şagirdin müstəqil qərar qəbul etmə bacarığını, • öz gücünə inam və müstəqilliyi inkişaf etdirir; bununla, bir çox müəllimlər sərbəst işdən sinifdə sakitçilik • və intizamın bərpa olunması üçün istifadə edirlər, hansı ki, bir çox hallarda çox faydalı strategiya olur. Qrup işi -şagirdlər cütlərə, üç və ya dörd nəfərlik qruplara ayrılıb problemi birgə həll edir, praktiki tapşırığı yerinə yetirir və ya mübahisəli məsələni müzakirə edirlər. Qrup işi yalnız bir şagird tərəfi ndən ikinci üçün yardım edilməsini nəzərdə tutmur. Qrup işi qrup üzvləri arasında əməkdaşlıq münasibətlərini nəzərdə tutur. Qrupun liderinin rolu qrupun ümümi yoxlanılmış fi krinin sinif (digər qruplar) və müəllim qarşısında ifadə etməsidir. 43 Tapşırığı yerinə yetirdikdə şagirdləri kiçik qruplara bölmək gürcü reallığı üçün yeni bir haldır, amma, bu, düzgün aparıldıqda, şagirdə böyük xeyir verə bilən və bununla yanaşı, böyük məmnuniyyət də verə bilən sinif təşkilinin formasıdır. Tədqiqatlar təsdiq edirlər ki, qrup işi imkan yaradır: öyrətmə vərdişlərinin və şagirdin dərketmə, abstrakt • düşüncə inkişafı prosesinə; motivasiyanın artması və təhsil prosesinə olan müsbət • yanaşmanın formalaşmasına; sinifdə şagirdlərin davranış və həmyaşıdları ilə • münasibətlərinin yaxşılaşdırılmasına, yəni kommunikasiya və sosial vərdiş-bacarıqların formalaşmasına. Bundan əlavə, qrup işi tədris prosesini və onun nəticələrini yaxşılaşdırır. Ehtimal edə bilərik ki, o, ümumiyyətlə, şagirdin cəmiyyətlə münasibətinə müsbət təsir göstərəcəkdir. Uşağa cəmiyyət qarşısında məsuliyyət hissini toplama və çıxma qaydalarını öyrətdiyimiz kimi öyrədə bilmərik. Onun, cəmiyyət 44 üzvü kimi özünü dərketməsi üçün dinləmə və alternativ fi krin qəbul etmə bacarığı çox vacibdir. Özünün hərəkətlərinə cavabdeh olmaq və insanlarla tənqidi, amma eyni zamanda, qarşılıqlı hörmətə əsaslanan münasibətləri şagirdlər dərslikdən deyil, misallar əsasında və bir-birlərindən öyrənirlər. Əgər nəzərə alsaq ki, müasir təhsilin məqsədi yalnız bilik, faktiki informasiyanın toplanması deyil, eləcə də əldə edilən informasiyanın təhlili, tənqidi qiymətləndirmə bacarığının da inkişafıdır, o zaman qrup işinin əhəmiyyəti mübahisəsizdir. Tənqidi düşüncə bacarığının formalaşması üçün şagirdlərin imkanları olmalıdır ki, düşünsünlər, danışsınlar və onların dinləyiciləri olsun. Bunun üçün yalnız müəllimlə söhbət kifayət etmir və xüsusilə də, təkcə müəllimin söhbətini dinləmək. Şagirdlərin tənqidi düşüncəsi elə bir tədris mühitində formalaşır, hansında şagirdlər arasında intensiv strukturlaşdırılmış əlaqələr sıx olur. Qrup işi məhz bu məqsədə xidmət edir. Qrup işinin faydasını müxtəlif nəzəriyyələrlə izah etmək olar. Bir nəzəriyyənin nöqteyi-nəzərindən uşağın konseptual inkişafı üçün inkişafın həmin səviyyəsində olan, lakin qarşılıqlı mövqeyi olan insanla mübahisəsi çox vacibdir. Bu “anladıcı münaqişə” bizi konseptual inkişafa, təhsilə qədər aparır, hansı ki, bizim nəticə məqsədimizdən ibarətdir. İkinci nəzəriyyəyə əsasən, birgə iş zamanı uşaqlar problemləri həll edir, məlumatlar üzərində düşünürlər, hansılarla ki, onlardan heç biri təklikdə bacara bilməzdi. Qrupda bir nəfərin fi kri ikincinin ideyalarına təkan verir, onlar birlikdə problemlərin yenidən anlanılmasına doğru gedirlər, bir yerdə öyrənirlər və sonra bu bilikdən müstəqil iş zamanı istifadə edə bilirlər. Tədqiqatçılar qrup işinin potensialının bütövlükdə tədqiq edilmədiyinə razılaşırlar, xüsusilə də, qavranılmadığına. Amma, onun bəzi üstünlükləri sinif təşkilinin digər növləri ilə açıq- aydındır: hər bir şagirdin dərsə cəlb olunması artır, onlar daha az • passivlik göstərirlər və başqalarının cavablarını dinləməklə kifayətlənmirlər. Bununla yanaşı, şagirdin daha çox imkanı 45 var ki, iştirak formasını özü müəyyən etsin; kiçik qruplarda iş şagird üçün daha az psixoloji təhlükə • daşıyır, nəinki cavab vermək və ya bütün sinif qarşısında fi krini bildirmək; müəllimin nəzarətçi rolu azalır və buna uyğun olaraq, • şagirdlərə daha artıq seçim imkanı verilir, hansı ki, sərbəst oxumaq və sərbəst düçünmək vərdiş-bacarıqlarını inkişaf etdirir; müəllimə imkan verilir ki, digər şagirdlərin məsələnin həllinə • aktiv şəkildə cəlb olunduqları zaman, ehtiyacı olan şagirdlərə daha çox kömək etsin. Əsas nəticələr və tövsiyyələr: sinif təşkilinin üç əsas modeli mövcuddur: ümumi sinif, • sərbəst və qrup işi. Bunlardan birincisi gürcü məktəbləri üçün daha ənənəvidir, lakin fərdi və qrup işi də az əhəmiyyət daşımır; sinif təşkilinin hər bir modelinin öz üstün cəhətləri vardır. • Buna görə də effektiv tədris mühitini yaratmaq üçün, yaxşı olardı ki, onlar arasında müəyyən tarazlığı qoruyub saxlayaq, onlardan hər hansının (məs., sinif işinin) hökmranlığı və digərlərindən isə, imtina etmək halı baş verməsin; əgər müəllim, adətən, ümumi sinif işi zamanı, bütövlükdə • prosesə nəzarət edirsə, onun nəzarət səviyyəsi sərbəst və qrup işi zamanı azalır. Buna uyğun olaraq, şagirdlərin təşəbbüs göstərmələri və sərbəstlikləri artır, hansının tənqidi düşüncə və sərbəst təhsiı bacarığı olan insanın formalaşması üçün böyük əhəmiyyəti vardır. 46 Qrup işi Bu fəsli oxuduqdan sonra siz biləcəksiniz: Sinifdə qrup işindən necə istifadə etmək lazımdır; Şagirdlərin qrup işinə olan mənfi yanaşmalarını aradan qaldırmaq üçün necə hərəkət etmək lazımdır; Hansı halda cütlük, üçlük, kiçik və böyük qruplardan istifadə etmək yaxşıdır. Aşağıda verilən suallarla tanış olun və cavablar üzərində düşünün: Nə zamansa qrup işindən istifadə etmisinizmi? Nəyə görə? 1. Sizin fi krinizcə, qrup işindən istifadə etməklə sinifdə hansı 2. problemi həll etmək olar? Sinif işi zamanı hansı ölçülü qruplardan istifadə etmək 3. məsləhət görülür? Hansı əlamətlərə əsasən sinfi qruplara bölmək olar? 4. Hansı pillədən qrup işindən istifadə etmək məsləhət 5. görülür? Hansı fənlərdə qrup işlərindən istifadə etmək yaxşı olardı? 6. 47 ***** Qrup işinin bir çox müsbət tərəfi nə baxmayaraq, bizim reallıqda kifayət qədər nadir hallarda işlənilir. Nəzəri cəhətdən sinif təşkilinin bu modelini çox bəyənən müəllimlər də, praktiki olaraq, nadir hallarda ona müraciət edirlər. Buna səbəb yəqin odur ki, onlar şagirdləri qruplara necə bölməyi bilmirlər; a) ilk cəhddən şagirdlərin mənfi reaksiyaları ilə üzləşirlər; b) bilmirlər ki, hansı növ tapşırıqları yerinə yetirdikdə qrup c) işindən istifadə etmək yaxşıdır; hesab edirlər ki, bir neçə qrupa eyni zamanda nəzarət edə d) bilməyəcəklər. Çalışaq ki, yuxarıda sadalanan məsələlərdən hər birini müzakiirə edə bilək. Qruplara bölmək a) Şagirdləri qruplara bölmək, ilk görünüşdən asan göründüyü kimi deyil. Burada bir neçə aspekti nəzərə almaq lazımdır: Qrupun ölçüsü əsasən dərsin məqsədindən, şagirdlərin yaş dövrlərindən və onlar üçün işin bu formasının nə qədər tanış olmasından asılıdır. Şagirdlər cütlüklərə, üçlüklərə, kiçik (4-5 nəfər) və böyük (6 və çox) qruplara bölünə bilərlər. Aşağı sinifl ərdə iş zamanı, utancaq və ya həmyaşıdları ilə əməkdaşlıq yolu ilə məsələnin həllində böyük təcrübəsi olmayan şagirdlər üçün cütlüklər çox əlverişlidir. Belə ki, başlanğıc mərhələdə, yaxşı olardı ki, bu formadan istifadə edək. Müəllimlər üçün də cütlüklərdə işin planlaşdırılması və aparılması daha asandır. Belə ki, bəzən şagirdlər təklikdə həll etməyə çətinlik çəkəcəkləri məsələni cütlüklərdə çox yaxşı yerinə yetirirlər. Qərarın qəbul 48 edilməsi ilə əlaqədar tapşırıqlar və ya problemin həllinin ən yaxşı yollarının axtarışı məhz cütlüklərdə aparılmalıdır. Eləcə də cütlüklərdə işdən istifadə edə bilərik ki, nisbətən güclü şagird özündən zəif şagirdə yardım etsin. Ümumiyyətlə, cütlüklərdə iş zamanı müəllimin diqqəti ona yönəlməlidir ki, bir şagird digərinə hakim kəsilməsin. Üçlüklər (yəni 3 şagirddən ibarət qruplar) daha məqsədəuyğundurlar, bir şagird digər ikisinin rəhbərliyi, onların adı ilə hərəkət edir. Məsələn, kompüterdə işləyir, təcrübə aparır, onların bəstələdiyi əhvalatı yazır və s. Eləcə də, hələ ki, uşaqların diskusiya zamanı razılığa gəlməkdə çətinlik çəkdikləri mərhələlərdə üçlüklərdən istifadə etməkləri yaxşıdır. Bu zaman üçüncü şagirdin fi kri həlledici ola bilər, amma təhlükə də yarana bilər ki, çoxluq hər zaman bir nəfərin məntiqi və hətta daha düzgün düşüncəsinə üstün gələ bilər. 49 Kiçik qruplar (4-5 şagirddən ibarət) faktiki olaraq, bütün növ tapşırıqları yerinə yetirmək üçün ən yayılmış formalardan biridir. Burada, bir şagirdin başqalarının üzərində hakim kəsilməyi nisbətən daha nadir haldır. Bir neçə fərqli variantlar və ya fi kirlər müzakirə edilir. Bunun üçün də bütün versiyaları dinləmək, təhlil etmək və müqayisə etmək lazım gəlir .Amma, onu da nəzərə almaq lazımdır ki, qrup nə qədər böyük olduqda, bir o qədər də onun işinin planlaşdırılması və təşkili, rolların bölgüsü çətinləşir. Belə ki, ibtidai sinif şagirdləri bu forma ilə iş zamanı çox çətinlik çəkə bilərlər. Böyük qruplar (6-10 şagird) çox nadir hallarda istifadə edilir, çünki bir çox problemləri yaradır. Belə bir böyük qrupda şagird istədiyi halda, passiv də ola bilər. Utancaq uşaqlar böyük auditoriya qarşısında fi kirlərini izah etməkdə çətinlik çəkə bilər və buna görə də sakit qalmağa üstünlük verə bilərlər. Beləliklə, böyük qrupları, ümumi sinif işini müzakirə etdikdə toxunduğumuz mənfi cəhətlər xarakterizə edir. Əgər tapşırıq bunu tələb edirsə, o zaman bu cür qrup işindən istifadə etmək olar. Yaxşı olardı ki,sinifdə çoxlu kiçik qrup olsun, nəinki 2-3 böyük qrup. Qrupların tərkibi Qrup işinin başlanmasına qədər mütləq qərara almaq lazımdır ki, bu qrupları hansı əlamətlərə əsasən yaradırıq. Bu qərar başqa-başqa prinsipə əsaslana bilər: yəqin ki, əgər qrupların yaradılmasını uşaqlara etibar etsək, • o zaman müəyyənedici amil dostluq olacaqdır. Bu variantın müsbət tərəfi odur ki, uşaqlar öz tərəfl ərindən seçdikləri tərəf müqabilləri ilə böyük məmnuniyyətlə çalışacaqlar; eləcə də bax səh. 39 50 təşəbbüsün öz ixtiyarlarına götürdüklərini və məsuliyyəti hiss edəcəklər. Digər tərəfdən, bu cür qruplaşdırma şagirdlərin özlərinə tərəf müqabili axtarıb tapmaqlarına qədər sinifdə qarışıqlıq və xaosa səbəb ola bilər; qrupda daha az partnyorluq etmək istənilən, daha az populyar olan uşaqlar üçün emosional təhlükə yarada bilər. Dostların ümumi marağı daha çox təhlükə yaradır ki, şagirdlər tapşırığın yerinə yetirilməsindən digər məsələlərin müzakirəsinə keçsinlər. Dostluq əlaməti ilə yaranan qruplar stabildirlər və uşaqlara bütün il ərzində digər şagirdlərlə çalışmaq imkanı verilməyə də bilər; qrupları yaratdıqda sözsüz ki, nəzərə almalı olduğumuz bilik • səviyyəsi ən əhəmiyyətli amildir. Bəzən, yaxşı olardı ki, qarışıq səviyyəli qruplar yaradaq, çünki daha güclü şagirdlər zəif şagirdlərə yardım edirlər, izah edirlər və bu prosesdə verilən problemi daha yaxşı anlayırlar. Belə halda, ekspertlər məsləhət görürlər ki, güclü şagidləri orta səviyyəli şagirdlərlə və orta şagirdləri – zəifl ərlə qruplaşdıraq. Bu yolla, şagirdlər arasında kəskin fərqləri aradan qaldıra bilərik, hansı ki, şagirdlərin qıcıqlanma və gərginlik səbəbinə çevrilə bilər. Əgər bizim ayrı-ayrı qruplara fərqli tapşırıqlar təklif etmək imkanımız varsa, o zaman məqsədəuyğun olardı ki, eyni səviyyəli şagirdləri qruplaşdıraq və uyğun çətinliyi olan tapşırıqlar verək. Bu müəllimə imkan verir ki, zəif qruplara daha çox vaxt ayırsın və onlarla fərdi şəkildə işləsin. Bununla belə, qrupları hər zaman zəif və güclülərə bölmək arzu edilmir, çünki qrup işinin əsas üstünlüyü itir, – şagirdlərdə başqa- başqa səviyyəli və tipli insanlarla əməkdaşlıq bacarığını formalaşdırsın; fəallığın səviyəsindən şagirdlərin qruplaşdırma meyarı • kimi istifadə edə bilərik, nə zaman artıq bilirik ki, qrup işində fəallıqlardan hansı xüsusilə aktivdir və kim çalışır ki, təşəbbüsdən yayınsın. Bu halda, müəllim hesab edə bilər ki, “sakit” şagirdləri qruplaşdırsın, hansında onlar daha az kiməsə arxalana biləcək və qərarın qəbul edilməsini kiməsə etibar edə biləcəklər. Eləcə də, belə bir qruplaşdırma həddən 51 artıq fəal şagirdlər üçün də faydalıdır, hansılar ki, eyni tipli sinif yoldaşları ilə münasibətdə daha az hakim kəsilə biləcəklər və təbii ki, güzəştə getməli olacaqlar; təsadüfi qruplaşdırma yuxarıda sadalanan meyarların nəzərə • alınmaması ilə qrupların toplanmasını bildirir. Bir çox hallarda müəllim üçün daha münasibdir bir-biri ilə yaxın oturan şagirdləri qruplara ayırsın. Bu zaman biz vaxta qənaət edirik və səs-küyün, qarışıqlığın qarşısını almış oluruq, hansı şübhəsiz ki, şagirdlərin yerlərini dəyişdikləri zaman dərsi müşaiyət edir. Amma, bir çox hallarda, şagirdlər bütün dərslərdə eyni yerdə otururlar və beləliklə, hər zaman eyni qrupa düşürlər. Belə bir qrup işi onlar üçün tezliklə monoton və maraqsız olur. Təsadüfi qruplaşdırmanın ən asan yolu hesablamadır. Məsələn, əgər dərsdə cəmi 30 şagird iştirak edirsə və biz 4-5 nəfərlik qrup yaratmaq istəyiriksə, şagirdlər sıraya əsasən 1-dən 7-yə qədər rəqəmləri, yaxud da “a”-dan “ə”-yə qədər hərfl əri sayırlar. Sonra onlara təlimat veririk ki, bütün nömrə 1-lər (yaxud da “a”-lar) sinfi n bir küncünə, bütün 2-lər – başqa küncə yığılsınlar və s. Ümumi hesabda 4-nəfərlik 5 qrup və 5-nəfərlik iki qrup alınacaq. İlk dəfə bu prosedurun səs-küy yaratması bizi qorxutmamalıdır. Şagidlər də, müəllim də ona tez vərdiş edəcəklər və bir neçə dəfə bundan istifadə etdikdən sonra proses çox sürətlə və asanlıqla davam edəcəkdir. Download 2.82 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling