Nino Nijaradze Keysi Makleyn
Download 2.82 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Prosedurlar
- Davranış qaydalarına və prosedurlara riayət etmək
- Davranışın idarə edilməsi
Qaydalar Davranış qaydalarının hazırlanması ilk baxışdan göründüyü kimi asan deyil. İlk öncə, nəzərə almaq lazımdır ki, bu qaydalar müəyyən vaxt ərzində şagirdlərin hərəkətlərini tənzimləməlidirlər. Bunun üçün də məntiqi olardı ki, onların hazırlanmasında mühüm rolu məhz şagirdlər yerinə yetirsinlər.Bu qaydaların müəllim və 67 şagirdlərin əməkdaşlıqlarının məhsulu olduqda, davranış qaydaları çox nəticəli olur. Bu zaman şagirdlərin məsuliyyət hissi də artır. Qaydaların hazırlanma prosesinin düzgün aparılması üçün mütləq yadda saxlamalıyıq ki: qaydaların sayının 4-6-dan çox olmaması yaxşı olardı. Bundan 1. çox qaydanı yadda saxlamaq şagirdlər üçün çətindir və müəllim üçün də onları həyata keçirmək çətindir. Arzu olunur ki, ümumi məktəb qaydalarından və yaxud da şagirdlərin davranış məcəlləsində nəzərə alınan tələbləri təkrar etməkdən boyun qaçıraq, çünki onlara sözsüz ki, riayət etmək bütün şagirdlərdən tələb olunur; əlbəttə ki, qaydalar müsbət forma ilə formalaşdırılmalıdır, yəni 2. “yox”, “olmaz”, “qadağandır” sözlərindən boyun qaçıraq. Eləcə də, qaydanın müəllimə də aid edilməyi yaxşı olardı. Məsələn, “dalaşmayın” qaydasının əvəzinə belə bir qayda işlədə bilərik: “münaqişələri sülh yolu ilə həll edək”; qaydalar aydın və konkret tərtib olunmalıdırlar. Məsələn, 3. “yaxşı davranış”, “qaydasız”, “çoxlu pozuntular” kimi ifadələr karıxdırıcı ola bilər, çünki şagirdlər bu ifadələrə müxtəlif şərhlər verə bilərlər. Bununla belə, konkret qaydalara bir kifayət qədər ümumini də artırmaq mümkündür, hansı ki, digər qaydaların arxasında qalan bütün bu aspektləri əhatə edir. Məsələn, “həm özümüzə, eləcə də başqalarına hörmət edək”; konkret və ya ümumi olmasına baxmayaraq qaydanı mütləq 4. izah etmək və ciddi müzakirə etmək lazımdır ki, şagirdlər onu mənimsəyə bilsinlər. Onlar dəqiq anlamalıdırlar ki, bu qayda nəyi nəzərdə tutur və onun pozuntusu hansı nəticələri göstərə bilər. Dərslərin başlanılmasının ilk 2-3 həftəsi ərzində qaydaların müzakirəsinə tez-tez qayıtmaq lazımdır, məsələn, diskusiya təşkil etmək olar. Qaydanı nə qədər aydın şəkildə izah etsək də,ona dəfələrlə qayıtmaq və şagirdlərə xatırlatmaq lazımdır. Bütün bunlar kifayət qədər çox zaman tələb edir, lakin şübhəsiz ki, sərf edilən vaxt il boyu çoxlu intizam pozuntusunun qarşısının alınması ilə öz nəticəsini verir; 68 əgər şagirdlər qaydaları mənasız hesab edirlərsə, o zaman onlara 5. riayət etməyəcəklər. Onlar bilməlidirlər ki, bu qayda təkcə müəllimin belə arzuladığına görə, mövcud deyil. Şagirdlərə sübut etmək lazımdır ki, sinfi n davranış qaydaları onların öz məqsədlərinə nail olmaqlarına xidmət edir. Bu məqsədlər həm dərs (məsələn, materialın və ya konkret vərdiş-bacarıqların mənimsənilməsi), eləcə də sosial xarakterli (məsələn, sinif yoldaşlarına hörmət etmək) ola bilər. Əgər qayda şagirdlərin özlərinin iştirakı ilə işlənib hazırlanılıbdırsa, o zaman qaydaya riayət etməyi daha asanlıqla təmin etmək olar; qaydaları görünən yerdən asmaq lazımdır ki, bu siyahı hər 6. zaman şagirdlərin gözü qarşısında olsun və yeri gəldikdə, əlin sadə bir hərəkəti ilə onları göstərə bilək. Prosedurlar Proseduru qeyri-formal bir qayda kimi müəyyən edə bilərik. O, konkret olaraq nəyin və necə hazırlanmanı nəzərdə tutur. Məhz prosedurlar birliyi dərsin strukturunu formalaşdırır. Təyin olunan prosedurların həyata keçirilməsi sistematik, mühafi zəkar, gündəlik olmalıdır, yəni şagird onları vərdiş səviyyəsində yerinə yetirməlidir, mexaniki şəkildə, dərk etmədən. Məsələn, əgər istəyiriksə ki, “zəng çalındıqda hamı və hər şey dərs üçün hazır olmalıdır” qaydası praktiki həyata keçirilsin, o zaman şagidlər bilməlidirlər ki, onlara hansı əşyalar lazım olacaqdır (məs., qələm, pərgar), onları alışdırmaq lazımdır ki, sinif otağına daxil olan kimi bütün əşyaları partanın üzərinə qoysunlar, öyrədək ki, dərs müddətində çanta harada olmalıdır və s. Beləliklə, hərəkətlər tez-tez təkrar olunur, yaxud da müəllimin göstərişlərinə şagirdlər reaksiya göstərirlər. Təcrübəli müəllimin bütün standart hallar üçün (məsələn, dərsin başlanılması, sona çatması, tapşırıq dəftərlərinin yığışdırılması, bayıra çıxmaq üçün xahiş etmək) belə bir mühafi zəkarlığı işlənib hazırlanmışdır və onlar dərslərin başlanmasından heç olmasa, iki həftə ərzində, həmin biliyin mexaniki vərdişə keçməsinə qədər bu prsosedurları bütün şagirdlərə öyrətmək üçün çox vaxt ayırırlar. Əks halda, bütün il boyunca eyni təşkilati məsələlər ətrafında 69 söhbət aparmaq və göstərişlər vermək məcburiyyətində olacaqlar, buna isə, daha çox vaxt sərf olunacaqdır. Şagirdlərin yuxarı sinifl ərə keçmələri ilə müəllimlər bu prosedurların üzərində işə daha az vaxt sərf edirlər, çünki prosedurların əsas hissəsi şagirdlər üçün artıq ibtidai sinifl ərdən məlumdur. Amma, heç bir mərhələdə bu prosedurlara tam etinasız yanaşmaq olmaz, xüsusilə də, yuxarı sinifl ərdə yeni prosedurların mənimsənilməsi zərurəti yaranır (məsələn, kimya laboratoriyasında təcrübələr aparmaq üçün lazımi təhlükəsizlik ölçüləri). Davranış qaydalarına və prosedurlara riayət etmək Həm davranış qaydalarının hazırlanması, eləcə də onlara riayət edilməsi üçün lazımi tədbirlərin planlaşdırılması və keçirilməsi zamanı şagirdlərin inkişafın hansı pilləsində olmaları həlledici amildir. Məhz onların yaş xüsusiyyətlərindən irəli gələrək, müəllim qərara alır ki, qaydaları hansı forma ilə formalaşdırsın və onların mühafi zəsi üçün hansı strategiyalar daha nəticəli olacaqdır. 70 Pill Ya xüsusiyy tl ri Strategiyalar I – III sinifl r Sinifd davran n n sad qaydalar n bel bilmirl r; Uzunmüdd t diqq tl rini c ml dirm y ç tinlik ç kirl r; Mü llimin t rifi v b y nm si onlar üçün çox h miyy tlidir; M kt b, k nar mühit olaraq, onlar narahat edir, xüsusil d ba çaya getm y nl r üçün; Ayd n v sad dild t rtib edilmi davran qaydalar ; Davran qaydalar na riay t etm k üçün tez-tez t rifl m ; Qayda pozuntusuna yüngül, amma ard c l ölçül rin götürülm si; El ilk günd n h r bir agirdl s mimi münasib tl r qurmaq IV-VI sinifl r Mü llimin b y nm si yen d h miyy tlidir, amma h mya dlar n n fikri daha çox nüfuz ld edir; Mü llimin bütün emosiyalar na diqq t yetirirl r (m s., mü llimin t b ssümün v ya problem v ziyy tind t vi in ); Yava -yava xsi v ba qalar n n hissl rini v motivl rini anlamaq bacar formala r; çoxlu akademik v sosial probleml r hal nda m kt bd n k narla maq ist yi art r. agirdl rl akademik v sosial m s l l r bar d münt z m kommunikasiya yollar n axtarmaq, m s. günd lik yazmaq v s.; Sözl v i l isbat etm k ki, agirdl rin akademik ir lil yi l ri v u urlar bizim üçün h miyy tlidir; H v sl ndirm k laz md r ki, agirdl r xüsusil , münaqi v mübahis hallar nda bir- birl rinin hissl rini dü ünsünl r; Motivl ri olmayan problemli u aqlarla yax n münasib tl ri qoruyub saxlamaq. 71 VII – IX sininfl r Mü lliml daha az s mimi münasib tl r qurulur; Tez-tez mü llimi aldatmaq c hdl ri olur; H mya dlar n fikri v onlar aras nda m hur olmaq daha h miyy tlilik ld edir; Kobud r ftar v ba qalar n qorxuzmaq c hdl ri art r. agirdl rl birlikd sinifd nk nar t dbirl rd i tirak etm k; agirdl r onlara hörm tl yana an v onlara d st k göst r n mü llimi daha az aldatma a çal rlar, amma bununla bel diqq ti azaltmaq olmaz; Kobudluq v aqresiyan n bütün hallar na eyni diqq t göst rm k; bel davran n s b bl rini gizlin ara d rmaq. X- XII sinifl r Bir çox hallarda, d rs v zin sosial v romantik münasib tl r diqq t m rk zin çevrilir; Bir çox hallarda, mü llimin t rifini qazanma a çal an agirdl r qar m nfi münasib tl r yaran r; Davran qaydalar n n pozuntusu h mya dlar aras nda populyarl q qazanmaq yolu hesab edilir; Zorak l q v aqresiya tendensiyas gücl nir. H m sinifd , el c d sinifd nxaric agirdl r aras nda laq l rin yax la d r lmas na xidm t ed n t dbirl r v f all qlar; Bütün sinif qar s nda deyil, f rdi görü zaman agirdin t rifl nm si; Problematik davran n v onun m nfi n tic l rinin agirdl rl birlikd müzakir edilm si; Zorak l n qar s n almaq üçün aqresiyaya qar ilkin ölçül r götürm k. 72 Əlbəttə ki, bütün pillələr üçün ümumi olan tendensiyalar vardır. Tədqiqatçıların bir çoxları təsdiq edirlər ki, yaxşı davranışa görə şagirdi tərifl əmək, həvəsləndirmək daha effektiv strategiyadır, nəinki qayda pozuntusuna görə onu tənbeh etmək. Buna görə də, nailiyyətli müəllim prevensiya (pis davranışın qarşısının alınması) və reaksiya arasında seçim zamanı birincinin xeyrinə seçim edir. Onlar pozuntunun qarşısını ala bilməyi bacarırlar, yaxud da onun ilkin simptomlarının təzahür etdiyi zaman qarşısını alırlar. Ciddi pozuntuya sonradan reaksiya göstərmək heç vaxt belə effektiv olmur. Prevensiya atmosferi işgüzar və qarşılıqlı hörmət əsasında yaranan sinifdə davranış qaydalarının pozuntusu və intizam problemləri daha az təsadüf edilir. Bu cür mühitin yaradılması üçün yadda saxlamaq lazımdır, ki Şagird sevdiyi və hörmət etdiyi müəllimə daha həvəslə qulaq • asır. Belə ki, şagirdləri tanımalıyıq, onların vəziyyətlərini və xasiyyətlərini bilməliyik və onların qayğısına qaldığımızı onlara hiss etdirməliyik. Səmimi münasibətlər xaricində qaydalar “qiyama” aparır; İşlə məğul olan zaman şagirdin qayda pozuntuları üçün vaxtı • yoxdur. Bunun üçün də dərsi xırdalıqlarına qədər planlaşdırın və çalışın ki, dərsin bütün vaxtını maraqlı, vacib tapşırıqlarla tamamlayasınız; Müəllimlərin onun valideynləri və ailə üzvləri ilə əməkdaşlıq • etdiklərini bilmək şagirdin əxlaqına müsbət təsir göstərir. Yəni onun həyatında mühüm rol oynayan bütün böyüklər birgə səyləri ilə onun uğurları üçün çalışırılar; Bir çox hallarda müəllimin nümunəsinin daha artıq qüvvəsi • var, nəinki onlarla qaydanın və ciddi tələbin. Müəllimin özünün riayət etdiyi qaydanı şagirdlər də ədalətli və zəruri hesab edirlər. 73 Əgər dərs ərzində şagird heç olmasa, bir dəfə hər hansı bir qaydanı pozubsa, o zaman müəllim məzəmmət etməyi unutmur. Məsələn, sərbəst iş zamanı şagird yanında oturan yoldaşı ilə söhbət edibsə. Bu, əlbəttə ki, lazımdır, amma əgər həmin şagird dərs ərzində əvvəlcədən təsis edilən qaydaları pozmayıbsa, o zaman onu tərifl əmək daha əhəmiyyətlidir. Şagirdi yalnız qayda pozuntusu zamanı deyil, eləcə də yaxşı davranışı zamanı da “yaxalamaq” lazımdır. Tərifl əmək (bir çox hallarda), onu qazanan uşağa stimul verir və bununla belə, sinfi n digər şagidlərinin diqqətini də müsbət misala tərəf yönəldir. Şagirdi tərifl ədikdə yaxşı olardı ki, bir neçə məsləhəti nəzərə alaq: konkret hərəkəti, konkret qaydanın yaxşı yerinə yetirilməsini 1. tərifl əyək. Ümumi ifadələr (məs., yaxşıdır, afərin) tez köhnəlir və şagirdlər üçün qaranlıq qala bilər ki, hansı əməli ilə tərifi qazanıb. Bunun üçün yaxşı olardı ki, nəyi nəzərdə tutduğumuzu aydınlaşdıraq. Məs., “Anna, sənin kitabların olduqca təmiz və səliqəlidir, afərin.” Nəticəni deyil, həvəsi, cəhd göstərməni mükafatlandıraq. 2. Əgər şagirdin hərəkətlərində irəliləyiş görürüksə, hətta əgər o, bizim tələblərimizə bütövlükdə cavab verə bilmirsə, onu tərifl əməliyik və hiss etdirməliyik ki, onun cəhd etməsi nəzərimizdən qaçmır; Müəllim əsasən, ciddi pozuntular halında valideynə zəng 3. vurmağa, yaxud da məktub yazmağa müraciət edir. Lakin şagirdin nailiyyətlərini valideynlərə niyə bildirməyək? Bir çox müəllimlərin müşahidəsi əsasında, şagirdlərin motivasiyalarını gücləndirmək üçün bu üsul çox effektiv hesab edilir. Şagirdləri həvəsləndirmək məqsədilə hər hansı növ mükafatın təsis edilməsi haqqında rəy müxtəlifl iyi mövcuddur. Belə bir mükafat, məsələn, stiker (yapışqanlı rəngli şəkil), hər hansı bir üstünlük (məs., qrupa lider təyin etmək), şagirdlərin sevimli 74 fəallıqları (məs., oyun) və s. ola bilər. Bəzi müşahidəçilər hesab edirlər ki, bu cür həvəsləndirmənin bir növ rüşvət şəklini almaq təhlükəsi var. Bu təhlükəni aradan qaldırmaq üçün heç bir zaman razılıq onun pozulmasından sonra deyil, qabaqcadan əldə edilməlidir. İcazəsiz sinifdə gəzən şagirdə belə müraciət etmək düzgün deyil: “Qio, əgər dərhal öz yerinə keçərsənsə, bu gün qrupun kapitanı sən olacaqsan”. Faktiki olaraq, şagird pis əxlaqı üçün mükafatlanır və qaydanı pozmayan digər şagirdlər isə, müəllimin diqqəti xaricində qalırlar. Bu şagirdlər üçün gələcəkdə də stimuldur ki, qaydanı pozmaq yolu ilə müəllimin mükafatını hiylə ilə alsınlar. Davranışın özünüidarəetməsi haqqında fəsildə həvəsləndirmə və yaxşı davranışın mükafatlandırılma məsələləri daha detallarda təhlil edilbdir. Reaksiya Prevensiya üsullarından nə qədər uğurla istifadə etsək də, sinifdə yenə də əxlaq qaydaları və prosedurlarının pozulması halları qeyd ediləcəkdir. İntizamın pozulma əlamətlərini nə qədər erkən mərhələlərdə qeyd etmək və onun qarşısını ziyansız şəkildə almaq müəllimin peşəkarlığından asılıdır. Bir sıra hallarda, pozuntuları nəzərə almamaq özünü doğruldur. Unutmayaq ki, müəllimin reaksiya göstərməsi nəticəsində bütün sinfi n diqqəti problemli davranışa yönəlmiş olur. Bir tərəfdən, bu, dərsin normal gedişinə mane olur və digər tərəfdən isə, qaydanı pozan üçün ümumi diqqət xoşagələn ola bilər. Bu səbəblərdən, müəllim pozuntuya diqqəti yönəltməməlidir, əgər Bu, istisna haldır, yaxud da qeyri-adi şərtlərdən irəli gəlibdir • (məs., dərs ilinin son günüdür, yaxud şagirdin şəxsi həyatında xüsusi nə isə baş veribdir); bax. səh.78 75 Şagirdlərin verilən inkişaf mərhələsində (məs., ibtidai sinif • şagirdlərinin bir yerdə uzun müddət oturduqlarından sonra nadinclikləri) davranışları təbiidir; Pozuntu dərs prosesinə mane olmur və şagidlərin diqqətini • cəlb etmir (məs., Qia tapşırıq verildikdən sonra çantadan qələmi götürdü, qaydaya əsasən qələm əvvəldən partanın üzərində olmalı idi). Müəllim müdaxilə etməyi lazım hesab etdikdə də, çalışmalıdır ki, mümkün qədər qaydanı pozanı diqqəti cəlb etmədən işinə qaytarsın. Məsələn, dərsi izah etdikdə hər hansı bir şagirdin başqa bir işlə məşğul olduğunu qeyd ediriksə, o zaman müəyyən bir jestlə öz narazılığımızı göstəririk və ya sadəcə, onun yanında dayanırıq. Eləcə də, onun adını söhbətə qatırıq, məs. “bu ədədlərin cəmi, Nino, bildiyimiz kimi, bərabərdir.....”. Belə bir taktlar nəticəsiz olduqda, müəllim başqa ölçülərə müraciət etmək məcburiyyətindədir. İlin əvvəlində qaydaları işləyib hazırladıqda müəllim müəyyən etməlidir ki, hansı pozuntuya hansı reaksiya göstəriləcəkdir. Çox vacibdir ki, şagirdlərin əksəriyyəti bu ölçünü xoşagəlməz, amma ədalətli və pozuntuya uyğun olan hesab etsin. Bir çox hallarda, siyahı 3-dən 7-ə qədər müxtəlif tədbirləri əhatə etməlidir. Aşağıda intizam pozuntuları üçün nəzərdə tutulan ölçülərin çox ciddi olmayanından daha ciddi olanına qədər yerləşdirmələrinə aid bir nümunə verilmişdir: Sözlə xəbərdar etmək ki, təhlil olunan və razılıqla qəbul 1. edilən qaydalardan biri pozulur; Tənəffüsün 5 dəqiqəsinin itirilməsi (bu zaman şagird 2. dərsdə itirdiyi vaxtı ödəmək üçün hər hansı bir tapşırığı yerinə yetirir); Tənəffüsün 10 dəqiqəsinin itirilməsi (və ya dərslərdən 3. sonra 10 dəqiqə saxlanılmaq); Dərslərdən sonra 20 dəqiqə saxlanılmaq; 4. Tənəffüsün bütün vaxtının itirilməsi və valideynlərə telefon 5. zəngi; Şagirdin direktorun və ya direktor müavininin yanına 6. göndərilməsi. 76 Qabaqcadan işlənilmiş ölçülərin nəticə verməsi üçün müəllim axıra qədər ardıcıl olmalıdır. Əgər təyin olunan qayda pozulubsa, kim tərəfi ndən edilib, yaxud da pozuntu baş verən zaman nə dərəcədə əhəmiyətli işlə məşğul olmağımıza baxmayaraq, buna reaksiya göstərilməlidir. Hətta bir istisna halına yol vermək olduqca təhlükəli presedentə səbəb olur. Bunun üçün də ekspertlər məsləhət görürlər ki, əgər hər zaman, bütün şərtlərdə qaydalara riayət edə bilməyəcəyiksə, o zaman onları qəbul etməməliyik. Sözsüz ki, bu ciddilik və ardıcıllıq şagirdə doğru taktika, qayğıkeş yanaşma ilə birləşməlidir. İlk öncə, yadda saxlamaq lazımdır ki, sinifl ə münasibətdə müəllimin əsas aləti – sakitlikdir. Həyəcanlı müəllim problemin həlli üçün ağlından, təcrübəsindən və sosial vərdiş-bacarıqlardan istifadə etməkdə çətinlik çəkəcəkdir. Bununla yanaşı, emosiya keçicidir. Müəllimin qəzəbi şagirdlər arasında aqresiyaya səbəb ola bilər və yaxud da, əksinə, onları əyləndirə bilər (əsasən yuxarı sinif şagirdlərinin halında). Bunun üçün də bir neçə məsləhəti nəzərə almalıyıq: Heç bir problemli halda taktı və nəzakət səddlərini • aşmamalıyıq. Əgər mümkündürsə, şagirdə ciddi töhməti bütün sinif qarşısında deyil, fərdi söhbət zamanı verək Bütün məzəmmətlər konkret və lakonik olmalıdırlar; • şagirdlərlə bu və ya digər davranış haqqında debatlara girməkdən çəkinmək yaxşı olardı. Pozuntu halında bizim prioritetimiz o olmalıdır ki, tezliklə normal dərs prosesini bərpa edək. Davranışın ətrafl ı müzakirəsi üçün başqa daha münasib vaxt seçə bilərik, nə zaman ki, hər iki tərəf sakit vəziyyətdə müzakirə apara bilər; Şagird tələbimizə riayət etdiyi zaman gərginliyi unutmağa • çalışmalıyıq. Cəld reaksiya göstərməyi üçün təşəkkürümüzü bildirməliyik və hiss etdirməliyik ki, gələcəkdə də ondan bu cür davranış gözləyirik. Sinif idarəçiliyi nöqteyi-nəzərindən, müəllimin qələbəsi şagirdin tabe olunmasında deyil, onun qələbəsi şagirdin yeni, daha düzgün, sinif üçün uyğun və sosial cəhətdən doğrulmuş davranışı öyrənməsindədir. 77 Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab verə bilərsiniz. Suallara qayıdın və cavab verin. Əsas nəticələr və tövsiyyələr: Dərsin idarə edilməsinin əhəmiyyətli aspektlərindən biri • gündəlik davranış qaydalarının hazırlanması və onların ardıcıllıqla aparılmasını nəzərdə tutan strukturunun təyin edilməsidir; Davranış qaydaları asan anlaşılan və yadda qalan, pozitiv • formada, aydın və konkret tərtib edilmiş olmalıdır; Prosedur davranış qaydalarının həyata keçirilməsinin • konkret yollarını müəyyən edir. Prosedura riayət etmək təkraretmə şəklini alır; Müəllim davranş qaydaları və prosedurlar üzərində işə • dərslərin başlanmasından 2-3 həftə ərzində, xüsusilə çox vaxt ayırmalıdır; Qaydaların qorunması üçün intizamın qorunmasına görə, • şagirdin həvəsləndirilməsi daha effektiv strategiyadır, nəinki qayda pozuntusuna görə, şagirdin tənbeh edilməsi. Beləliklə, müəllim bilməlidir ki, qaydaların pozulması zamanı hansı ölçülərə əl atsın, lakin hansı yollarla pozuntuların qarşısının alınmasını bilmək də çox əhəmiyyətlidir. 78 Davranışın idarə edilməsi Bu başlığı oxuduqdan sonra biləcəksiniz: Davranışın idarə edilməsi nəyi bildirir: Məqsədyönlü davranış nəyi nəzərdə tutur və məqsədyönlü davranışın müəyyən edilməsində müəllimin rolu nədən ibarətdir; Özünü müşahidə etmək prosesi necə aparılmalıdır; Hansı hallarda “möhkəmlənmənin” müxtəlif formalarından istifadə etmək yaxşı olar. Əhvalat Nutsa dərsdə tez-tez icazəsiz danışmağa başlayır. Müəllimin suallarına əlini qaldırmadan cavab verir və heç kimə düşünməyə imkan verir. Tələsik verilən cavablar hər vaxt düz olur, amma bu, ona, başqa vaxt da bunu təkrarlamağa mane olmur. Diskusiya zamanı da çox vaxt sinif yoldaşlarının söhbətini yarımçıq qoyur və başqalarının fi kirlərini tamamlamağa macal vermir. Müəllim nəzakətlə Nutsaya bildirməyə çalışır ki, icazəsiz söhbətə başlamaq sinif qaydalarına ziddir. Bunun bir nəticə vermədiyini görən müəllim dərslərdən sonra Nutsanı çağırıb onunla fərdi söhbət aparır. Nutsa müəllimlə razılaşır ki, onun davranışı qəbuledilməzdir və söz verir ki, bu hal bir də təkrarlanmayacaqdır. İkinci gün o, maksimal şəkildə çalışır ki, verdiyi vədi yerinə yetirsin, amma bu, uzun müddət davam etmir. Üçüncü gündən Nutsa yenə də, əvvəlki kimi özünü aparmağa başlayır. Nutsa hiss edir ki, onun davranışı özünə də, sinif yoldaşlarına da mane olur, amma davranışını dəyişməkdə çətinlik çəkir. Müəllim bu problemin həllində Nutsaya kömək etmək üçün hansı üsula müraciət edə bilər? 79 ***** Şagirdin sinifdə və məktəbdə adekvat davranışını təmin etmək asan deyil. Şagirdə hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürməyi öyrətmək, onda hərəkətini idarə etmək vərdiş-bacarığını formalaşdırmaq isə, daha çətindir . Müəllimin əsas vəzifəsini məhz bu təqdim edir. Özünü idarə etmək insanın bacarığıdır ki, özünün hərəkətlərini dərk etsin və idarə etsin. Burada şagirdin bacarığı nəzərdə tutulur ki, o, özü məqsədi göstərsin (məsələn, hər hansı bir konkret davranışı dəyişdirmək), sonra isə, bu məqsədə nail olmaq üçün lazımi tədbirləri planlaşdırsın və həyata keçirsin. Hansı davranışımızı dəyişdirmək və hansıları saxlamağı qərarlaşdırmaq üçün öz davranışlarımızı mütləq düzgün qiymətləndirməliyik. Şagirdlər öz davranışlarını obyektiv qiymətləndirməkdə çox çətinlik çəkirlər. Məsələn, ola bilsin ki, şagird anlamır ki, sinif tapşırığı üçün ayrılan vaxtın yarısından çoxunu sinfi nəzərdən keçirməklə və parta arxasında vurnuxmaqla keçirir. Beləliklə, o anlaya bilmir ki, tapşırığı yerinə yetirməyi çatdırmır və niyə onun nəticələri belə aşağıdır. Buna görə də davranışın idarə edilməsinin müxtəlif aspektləri arasında o bacarıqlar və strategiyalar vacibdirlər, hansılardan şagird özünün davranışını müşahidə etmək və lazımi dəyişikliləri həyata keçirmək üçün istifadə edir. Bu vərdiş-bacarıqların formalaşması üçün şagird və müəllim birlikdə işləməlidirlər. Bu, olduqca mürəkkəb bir prosesdir və bir neçə mərhələyə bölünə bilər: məqsədin (məqsədli davranışının) müəyyən edilməsi; 1. özünümüşahidə metodunun hazırlanması; 2. həvəsləndirmə formalarının seçilməsi; 3. özünümüşahidə sistemindən istifadə; 4. özünü təsdiqetmə. 5. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling