Nino Nijaradze Keysi Makleyn
Download 2.82 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Vəziyyətin hüquqi təhlili
- Problemin həlli yolları
- Şagirdin hüquqları və vəzifələri
Əhvalat 2. Leyla 6 il ərzində məktəblərin birində rus dili və ədəbiyyatını tədris edirdi. O, Gürcüstanın Təhsil və Elm Nazirliyinin və Rusiya Federasiyasının müvafi q müəssisəsinin birgə proqramının qalibi olmuşdu, proqram hüdudlarında, Rusiyanın ali məktəblərinin birində müəllimlərin peşəkar inkişafı proqramında iştirak etməli idi. Rusiya Federasiyasına yola düşməzdən əvvəl Leyla məktəb direktoru ilə razılaşmışdı ki, qayıtdıqdan sonra özünün köhnə 112 sinfi ilə işləyəcəkdi. Buna uyğun olaraq, direktor maaş xaricində məzuniyyət verilməsi haqqında əmr vemişrdi. trimestrlik təhsil proqramını müvəffəqiyyətlə başa vurduqdan 1. sonra Leyla məktəbə qayıtdı, burada o, məktəbdən azad olunduğu barədə öyrəndi. Məlum oldu ki, direktor məzuniyyətinin bitməsinə 2 həftə qalmış onu işdən azad edib. Sual: Leylanın işdən azad edilməsi qanuni idimi? Vəziyyətin hüquqi təhlili Direktorun hərəkəti “Ümumi təhsil haqqında” Gürcüstan qanunu ilə zəmanət verilən “ixtisasını artıra bilər, bunun üçün 6 ildə bir dəfə maaş xaricində, iş yerini saxlamaqla 1 ilə qədər məzuniyyət tələb edə bilər” (“ümumi təhsil haqqında”Gürcüstan qanununun 21-ci maddəsinin birinci bəndinin “q” bəndaltı) müəllimin hüququnu pozur, eləcə də, Gürcüstan Əmək Məcəlləsini pozur, hansına əsasən, məzuniyyət müddətində işə götürülənlə müqavilənin pozulmasına yol verilmir. Problemin həlli yolları Leylanın hüququ var ki, məktəb direktoruna müraciət etsin və ilkin vəziyyətin bərpa edilməsini tələb etsin. Bu cür hallarda, müraciət forması yazılı olmalıdır. Əəgər 14 gün ərzində direktor azad edilən müəllimin müraciətinə reaksiya göstərməsə, müəllimin ixtiyarı var ki, məhkəməyə müraciət etsin və direktorun əmrinin batil elan olunmasını tələb etsin və məcburi buraxılan vaxt ərzində maaşın ödənilməsini tələb etsin. Əsa odur ki, Leyla azad edildiyi fərmanla rəsmi tanışlıqdan bir ay müddətində məhkəməyə müraciət etsin. Bu müddətin, hətta üzrlü səbəblərdən buraxılması halında, məhkəmə Leylanın şikayətinə baxmayacaqdır. Aşağıda verilən vəziyyət digər misallardan fərqlənir, çünki burada elə bir əhvalat təsvir edilir, hansının həlli yolu birbaşa qanunvericiliklə tənzimlənir. 113 Əhvalat 3. Siz Qiorqiyə gürcü dilini tədris edirsiniz. Onun hər zaman əxlaq problemləri olur və demək olar ki, heç vaxt tapşırıqları yerinə yetirmir. Siz məktəbin direktorundan xahiş edirsiniz ki, gələn həftə, dərslərdən sonra Qiorqinin valideynləri ilə ümumi iclas təyin etsin. Direktor Qiorqinin atası ilə gələn çərşənbə günü görüşməyi razılaşır. Amma, Qiorqinin atası dərhal sizinlə görüşməyi qərara alır. O, birbaşa sizin sinif otağınıza daxil olur. Siz dərs prosesinin ortasındasınız və valideyndən xahiş edirsiniz ki, dərslərin bitməsinə qədər bayırda sizi gözləsin. Qiorqinin atası etiraz edir və dərhal onun övladı ilə əlaqədar problemi müzakirə etməyi tələb edir. Oxşar vəziyyətdə məktəbin reaksiyası necə olmalıdır? Bu cür şəraitdə məktəb müdiriyyəti valideyn və müəllimin münasibətlərinə müdaxilə etməməlidir və problemin həlli prosesində onlara sərbəstlik verməlidir, yalnız o hallar istisna olunur, nə zaman ki, tərəfl ər vəziyyətdən çıxış yolu tapmaqda razılığa gələ bilmirlər. 114 Müəllim necə davranmalıdır? Bu vəziyyətdə müəllimin öhdəsinə mühüm bir rol düşür, valideynlə birgə görüş təşkil etmək təşəbbüsü onun idi. Belə bir vəziyətlərin həlli yolları qanunvericiliklə nəzərdə tutulmayıbdır və problemin həll olunma yükü əsas şəkildə müəllimin üzərinə düşür. Müəllim nəzərə almalıdır ki, ata narahatdır və dərhal görüş tələb edir. Ola bilsin ki, müəllimin müqavimət göstərməsi atanın narazıçılığını daha da artırsın, sinifdəki uşaqlar isə, gərginləşmiş vəziyyətin iştirakçıları olmalı deyillər. Belə ki, müəllim dərs prosesini dayandıra bilər və valideynlə sinif xaricində söhbətə razılaşa bilər. Lazım gəldikdə, müəllim bu barədə məktəbin müdiriyyətini xəbərdar edə bilər, yaxud da, müdiriyyət nümayəndəsinin iştirakı ilə narahat valideynlə söhbət edə bilər. ***** Müəllim təkcə qanunvericiliklə verilən hüquqlarla faydalanmır, ona eləcə də müəyyən vəzifələr həvalə olunur. Müəllim tərəfi ndən peşəkar vəzifələrinin bütövlükdə yerinə yetirilməsi əhatə edir: şagird üçün keyfi yyətli təhsilin verilməsini, onun şəxsi inkişafını və vətəndaş anlayışının formalaşmasının təmin edilməsini, peşəkar etikaya riayət etməsini və s. Müəllimin vəzifələrindən biri odur ki, öz peşəsinə etik cəhətdən və məsuliyyətlə yanaşsın. İctimaiyyətdə müəllim ən etibarlı və hörmətli şəxs olmalıdır. O çalışmalıdır ki, valideynlərin etimadını doğrultsun ki, onların övladları təhlükəsiz və qayğı dolu mühitdə keyfi yyətli təhsil alırlar. Müəllim həm dərs prosesi ərzində, eləcə də məktəbdən kənarda Gürcüstan qanunvericiliyinə riayət etməlidir. Müəllimlər borcludurlar ki, şagirdlər və valideynlərlə münasibət zamanı etika normalarına riayət etsinlər. Onun tərəfi ndən şagirdə fi ziki zərər vurmaq, yaxud da uşağın təhlükəsizliyinə zərər verə biləcək və onun ləyaqətini alçaldacaq hərəkətləri həyata keçirmək yolverilməzdir. Eləcə də müəllim şagirdi sözlərlə təhqir etməli deyil. 115 Əhvalat 1. Yeddinci sinif şagirdi olan Tiko sinfə gec daxil olur. Artıq beş gündür ki, Tiko, təxminən yarım saat dərsə gecikir. Qeyd olunan əhvalat başqa-başqa cür cərəyan edə bilər: Müəllim dərsə gecikmiş Tikoya istehza ilə deyir: 1. “Bizə qoşulmağın üçün böyük təşəkkür edirəm, Tiko. Nə isə bir problemin var ki, dərsə vaxtında gəlmirsən? Yaxşı uşaqlar, hər hansı bir problemin olmasına baxmayaraq, hər zaman məktəbə vaxtında gəlməyi bacarırlar. Gec gəlməkdənsə, heç gəlmə...”. Əlbəttə ki, Tiko utandı. O, sakitcə yerində əyləşir və dərs ərzində ümumiyyətlə səsini çıxarmır. Müəllim Tikonu dərsə buraxır. Dərs bitdikdən sonra 2. müəllim digər şagirdlərdən ayrı Tikonu çağırır və dərsə gecikməyinin səbəbini soruşur. Tiko izah edir ki, onun evinin yanındakı avtobus dayanacağının cədvəli dəyişilib və indi, hər 10 dəqiqə əvəzinə yalnız 20 dəqiqədən bir nəqliyyat gəlir. Müəllim izahata görə, Tikoya təşəkkürünü bildirir və ona deyir: yaxşı olardı ki, səhər evdən daha tez çıxasan ki, gəlməyə daha artıq vaxtın olsun. İkinci hekayətdə müəllim hesab edir ki, Tikonu sinif qarşısında sorğu-suala tutmasın. Onunla ayrıca söhbət aparır və ona məlum olur ki, uşaq xüsusi şərtlərə görə dərsə gecikməli olur. Bu, Tikonun probleminin həlli yollarını axtarmaqda müəllimə yardım edir. Əgər şagirdə qarşı hər hansı bir təsirin göstərilməsi ilə əlaqədar şübhələri yaranarsa, o zaman müəllimin borcudur ki, müvafi q ölçülər götürsün. Bu, şagirdə valideyninin, müəllimin, hər hansı bir şəxsin və ya başqa uşağın tərəfi ndən göstərilən zorakılıq haqqında informasiya ola bilər. Müəllimin vəzifələrindən biri məxfi liklə əlaqədar şagirdin 116 hüququnun qorunmasıdır. Şagirdlərin məktəbdə özlərini təhlükəsiz və mühafi zə olunmuş hiss etmələri üçün onların şəxsi informasiyaları digər şəxslərə veriləsi deyil. Müəllimin məxfi saxlamalı olduğu informasiya şagirdlərin qiymətləri, oxumaqları və davranışları haqqında məsələləri əhatə etməlidir. Şagird haqqında informasiya valideynlərdən, qəyyumlardan, nənə və babalardan başqa digər şagirdlərə və yaxud da digər şəxslərə, eləcə də cəmiyyətin hər hansı bir üzvünə, yaxud da həmin şagirdə dərs verməyən müəllimlərə veriləsi deyil, çünki onlar əldə edilən informasiya əsasında şagirdin probleminin həllində ona dəstək göstərə bilməyəcəklər və informasiyanı xoşagəlməz məqsədlə istifadə edə bilərlər. Əhvalat 2. Xatuna müəllimə tənəffüs zamanı müəllimlər otağına keçir. O, elə indicə dərsi bitirib, hansının gedişində şagirdlərdən biri ilə, - Tamarla problemi yaranıb. Tamar müəllimin göstərişlərini yerinə yetirməkdən boyun qaçırıb və müəllimə kobud cavab qaytarıbdır. Xatuna məcbur olub ki, direktora müraciət etsin ki, şagirdin pis davranışına görə, onu dərsdən kənarlaşdırsın. Müəllimlər otağında Tamara dərs verməyən iki müəllim və məktəbə gəlmiş digər uşağın valideyni əyləşibdir. Təbii ki, Xatuna hiddətlidir. Müəllimlər otağına daxil olduqda, müəllimlər ondan nə baş verdiyini soruşurlar. 117 Qeyd olunan hadisə başqa-başqa cür cərəyan edə bilər, sizə iki variantı təklif edirik: Xatuna müəllimə Tamarla əlaqədar problemi ətrafl ı 1. təsvir etməyə başlayır. O, şagirdi pis xarakterizə edir. Müəllimlərdən biri Tamarın soyadını soruşur və Xatuna cavab verir. Sonra, evə gəlmiş müəllimlər ailələrində Tamar haqqında danışırlar. Müəllimlər otağında əyləşən valideyn də Tamarın anasına zəng çalır və baş verənləri ona söyləyir. 118 Xatuna müəllimə ümumi olaraq təsvir edir ki, 2. şagirdlə problemi olmuşdur. O, şagirdin adını çəkmir və onun haqqında heç bir informasiya vermir. İkinci əhvalat müəllimin düzgün reaksiyasını təsvir edir. Ətrafl ı informasiyanın verilməsi, məsələn, onun adı və soyadının söylənilməsi, şagirdin hüququnun pozulması deməkdir. Müəllim şagird haqqında informasiyanı yalnız onun valideynləri ilə, məktəb rəhbərliyi ilə və həmin şagirdə dərs verən müəllimlərlə müzakirə edə bilər. Şagird barədə qeydlər məktəbdə mühafi zə olunan yerdə saxlanılmalıdır. Şagird haqqında informasiya yalnız məktəb müdiriyyəti, məktəbin psixoloqları, şagirdin müəllimləri və valideynləri üçün əlçatan olmalıdır. Şagirdin qiymətləri ilə yanaşı, şagird tərəfi ndən yol verilən intizam pozuntuları barədə informasiya da məxfi dir. Ev tapşırığının, testlərin və imtahanların qiymətləri yalnız şagirdlərə və onların valideynlərinə verilməlidir. Şagirdlərin adları və soyadları ilə müşaiyət olunan qiymətlər sinif otağında asılmalı və ucadan elan edilməli deyil. Əgər şagird barədə informasiya məxfi saxlanılarsa, o zaman bir çox potensial problemləri aradan qaldıra bilərik. Məsələn, bu, aşağı qiymətləri olan şagirdləri və intizam pozuntularına yol verən şagirdləri sinif yoldaşları tərəfi ndən rişxənd olunmaqlarından mühafi zə edir. Eləcə də qiymətlərin müqayisə edilməsi ilə şagirdlərin qarşıdurmasının və müəllim tərəfi ndən istifadə olunan qiymətləndirmə metodlarının şübhə altına qoyulmasının qarşısını ala bilərik. Eləcə də bu, sinifdə intizamın qorunmasına imkan yaradır, çünki şagirdlər tərəfi ndən bir-birlərinin qiymətlərinin müzakirəsi dərs prosesinə mane olmayacaqdır. Şagirdlərlə münasibət zamanı müəllim mütləq ədalətli və qərəzsiz olmalıdır. O, şagidləri dini, etnik, sosial və gender əlamətlərinə görə ayırmamalıdır. 119 Əhvalat 3. Qaqa müəllim tarix dərsində hər zaman suallar səsləndirir. Adətən, o, birinci əlini qaldıran şagirdin cavabını qəbul edir. Sinifdə oğlanlar əllərini daha tez qaldırırlar. Buna uyğun olaraq, müəllim oğlanlara daha çox cavab vermək imkanını verir, nəinki qızlara. Ketinin anası Qaqa müəllimlə görüşür və soruşur ki, niyə onun qızını cavab verməyə çağırmır. Qeyd olunan vəziyyət başqa-başqa cür cərəyan edə bilər, məsələn: Ketinin anası soruşanda ki, niyə onun qızını cavab 1. verməyə çağırmır, Qaqa cavab verir: “Sadəcə, Keti daha cəld olmalıdır. Əgər öyrəndiyindən həyatda istifadə etmək istəyirsə, o zaman ondan necə istifadə etməyi də öyrənməlidir”. Qaqa öz strategiyasından istifadə etməyi davam edir və yenə də qızlardan daha cəld olan oğlanlara cavab vermək imkanını verir. Valideynin sualından sonra Qaqa eyni cavabı verir. Lakin, 2. sonralar başa düşür ki, həqiqətən də, əsasən oğlanlar cavab verirlər, çünki onlar əllərini birinci qaldırırlar. O qərara alır ki, sual verdikdən sonra bir az gözləsin və görsün ki, neçə şagird cavab verməyə hazırdır. Ona məlum olur ki, bir çox hallarda qızların çoxu düz cavabı bilir, amma əllərini qaldırana qədər çox tərəddüd edirlər. Bundan sonra o, şagirdlərə cavab vermək imkanını verir. Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab verə bilərsiniz. Suallara qayıdın və cavab verin. 120 Əsas nəticələr və tövsiyyələr: Müəllimin hüquqları Təhsil və Elm Nazirliyi və yerli • məktəb tərəfi ndən qorunmalıdır; Müəllimlərin öz hüquqlarını bilməkləri vacibdir ki, • hüquqları pozulduğu halda, dərhal səlahiyyətli orqanlara müraciət etsinlər; Müəllim şagirdin hüquqlarının qorunmasını, təhlükəsiz • qayğıkeş mühitin yaradılmasını təmin etməlidir; Eləcə də müəllim borcludur ki, cinsindən, etnik, dini, • sosial mənsubiyyəti və xüsusi ehtiyaclarından asılı olmayaraq, bütün şagirdləri eyni şəkildə dərs prosesinə cəlb etsin. 121 Şagirdin hüquqları və vəzifələri Bu fəsli oxuduqdan sonra siz biləcəksiniz: Uşağın hüquqları və vəzifələri nədən ibarətdir; İfadə azadlığı nəyi bildirir; Məktəb şagirdin hüquqlarını qorumaq üçün nə etməlidir? Aşağıda verilən suallarla tanış olun və cavablar üzərində düşünün: Uşağın təhlükəsizliyini təmin etmək üçün müəllim, məktəb 1. və Təhsil və Elm Nazirliyi nə etməlidir? Müəllim və məktəb şagird barədə informasiyanın 2. məxfi liyini qorumaq üçün nə etməlidir? Şagird tərəfi ndən intizam pozuntusuna yol verildikdə 3. müəllim hansı ölçüləri götürməlidir? Şagirdə məktəbdə hansı vəzifələr həvalə olunur və o, hansı 4. hüquqlardan istifadə edir? Məktəb şagirdin ifadə azadlığına hansı vasitələrlə dəstək 5. göstərməli və necə qorumalıdır? Şagirdlərin hüquqlarıdır ki, təhlükəsiz və mühafi zə olunan mühitdə təhsil alsınlar. Şagirdlər sinif otağında və ya onun xaricində müəllimlər, müdiriyyət və ya digər şagirdlər tərəfi ndən zorakılıqdan qorunmalıdırlar. Müəllimlər heç bir zaman şagirdlərin 122 fi ravanlığına təhlükə yaratmamalı və şagirdlərin qeyri-qanuni və qeyri-etik davranışlarına mane olmalıdırlar. Əgər şagird konkret müəllimdən və ya olduğu mühitdən təhlükə duyursa, mütləq bu barədə məktəbin müdiriyyətini xəbərdar etməlidir. Məktəbin rəhbərliyinin borcudur ki, şagirdin fi ravanlığını qorumaq üçün şagirdin şikayətinə lazımi və vaxtında reaksiya göstərsin. Şagirdin hüququdur ki, onun şəxsi sirri mühafi zə olunsun: məktəb borcludur ki, şagirdin fərdi məlumatlarını yayımlamasın, bundan əlavə, onlardan şəxsi informasiyalarını söyləməyi tələb etmək olmaz. Şagirdin akademik nailiyyətləri haqqında informasiya intizam informasiyalarından ayrı saxlanılmalıdır. Qeyd olunmalıdır ki, hər bir şagirdin akademik davamiyyəti haqqında məlumatlar açıq informasiyadır. Amma, bununla yanaşı, müəllim hər şagirdə bu informasiyanı elə bildirməlidir ki, onların hisslərinə toxunmasın və onlar özlərini alçalmış hesab etməsinlər. Əhvalat 1. Nino beşinci sinfə dərs verir. Onun şagirdləri riyaziyyatdan təzəcə test yazıblar. Qiorqi Ninonun tələbələrindən biridir. O, hər zaman riyaziyyatı çətin öyrənirdi və həftədə iki dəfə fərdi müəllimlə əlavə dərslər keçirdi. Qiorqi testin nəticələrini gözləyirdi. Riyaziyyat testindən sonra Nino sinif qarşısında hər bir 1. şagirdin qiymətini ucadan elan edir. Yaxşı və ya əla qiymət alan şagirdlər çox sevincəkdirlər. Müəllim sinfi n qarşısında söyləyəndə ki, Qiorqi bir bal alıbdır, şagirdlərdən bəziləri ona təəssüfl ə baxdılar, bəziləri isə, ona rişəxnd etməyə başladılar. Qiorqi çalışırdı ki, sinif yoldaşları ilə birlikdə gülsün, amma özünü alçaldılmış hiss edirdi. O düşünür ki, riyaziyyatı öyrənməyin mənası yoxdur, göstərdiyi bütün səylərə baxmayaraq, yenə də belə aşağı bal alıb və sinif yoldaşlarının bir hissəsi tərəfi ndən rişxənd hədəfi nə çevrilibdir. 123 Riyaziyyat testindən sonra Nino şagirdlərdən hər birini 2. masasının yanına çağırır ki, nəticələrlə tanış etsin. O, şagidlərə söyləyir ki, dərsin gedişində bu qiymətləri bir- birləri ilə müzakirə etməsinlər və bildirir ki, qiymətlər fərdi informasiyadır. Nino Qiorqiyə qiymətini göstərəndə ona xatırladır ki, nəticənin yaxşılaşdırılması üçün yenə çoxlu işləmək lazımdır və əgər Qiorqi çalışsa, qiyməti daha da yaxşılaşacaqdır. Qiorqi pərt olub, amma qərara alır ki, qiymətini düzəltmək üçün daha çox məşğul olsun. Şagirdlərin hüquqları var ki, müəllimdən və ya məktəbin müdiriyyətindan onların fərdi informasiyalarını məxfi saxlamağı tələb etsinlər, sağlamlıq vəziyyəti ilə əlaqədar problemlər də digər şagirdlərlə və ya qeyd olunan şagirdə dərs verməyən müəllimlərlə müzakirə olunmamalıdır. Silahdan istifadə olunan ictimai asayişin pozulması zamanı, kütləvi mediya informasiya vasitələrinin üzvləri bir çox hallarda şagirdlər haqqında informasiyanı tələb edirlər. Bu vəziyyətdə, müəllimlər və məktəb müdiriyyatı şagirdin dəyərlərini alçaldan informasiyanın verilməsindən boyun qaçırırlar, məsələn, şagirdin keçmişdə əxlaqı və intizam pozuntuları barədə. Şagirdə qarşı hər bir hərəkətin həyata keçirilməsi və ya onun barədə informasiyanın verilməsi zamanı uşağın maraqları müdafi ə olunmalıdır. Belə ki, müəllim və ya məktəbin müdiriyyət nümayəndələri şagirdin akademik davamiyyəti və əxlaqı haqqında informasiyanı verdikdə maksimal şəkildə düzgün olmalıdırlar. Əhvalat 2. Dato onunculara dərs verir. Bazar ertəsi səhəri Dato məktəbə gələndə bildi ki, onun şagirdi, Beka başqa uşaqla dalaşıb. Dava zamanı Beka o biri şagirdi bıçaqla yaralayıbdır, həmin şagird hazırda xəstəxanada yerləşdirilib. Mediya nümayəndələri hadisədən xəbərdar olub və məktəbin həyətində Datonun işini bitirməsini 124 gözləyirlər. Həyətə düşən Datoya jurnalistlər Bekanın əxlaqı və akademik davamiyyəti barədə suallar verirlər. Qeyd olunan hadisənin iki mümkün sonluğunu təqdim edirik: Dato jurnalistlərə söyləyir ki, Bekanın mürəkkəb xasiyyəti 1. var və anasının Yunanıstana işləməyə getməyindən sonra onun emosional problemləri yaranıb. Sonra əlavə edir ki, Bekanın belə bir hadisədə iştirak etməyinə heç də təəccüb etmir. Dato telejurnalistlərə söyləyir ki, şagirdlər haqqında 2. informasiya məxfi dir və jurnalistlər rəsmi ərizə üçün məktəb müdiriyyətinə və ya Təhsil və Elm Nazirliyinin səlahiyyətli nümayəndələrinə müraciət etsinlər. 125 İki şagird arasında münaqişə halında valideynlər müəllimlə əlaqə saxlayıb onların uşaqları ilə dava edən uşaq haqqında informasiyanı istəyə bilərlər. Əgər məktəb müdiriyyəti valideynlərlə birlikdə yalnız hadisənin detallarını müzakirə etməlidirsə, o zaman müəllimlər şagirdin akademik davamiyyəti və ümumi əxlaqına aid olan informasiyanın verilməsindən boyun qaçırmalıdırlar. Şagidlərin hüquqları var ki, konkret məktəbdə hansı halda və hansı növ intizam cəzalarının tətbiq edilməsini bilsinlər. Şagirdin intizam təqibi yalnız məktəbin daxili nizamnaməsi ilə təyin edilən qaydalara əsasən həyata keçirilə bilər, həmin nizamnamə şagird və valideyn üçün əl çatılan olmalıdır. Şagirdlərin hüquqları var ki, ailə üzvlərinin iştirakı ilə məktəbin direktoru və ya məktəb müdiriyyətinin digər nümayəndələri ilə görüşsünlər. Müvəqqəti dərslərdən kənarlaşdırmaq və ya şagirdin məktəbdən xaric edilməsi haqqında hər növ cəza tədbirlərini valideynə tanış etmək lazımdır. Əhvalat 3. Luka məktəbdə çox vaxt problemlər yaradır, müəllimlərlə kobud rəftar edir və davranış qaydalarını pozur. Müəllimlər onu düzəltməyi bacarmırlar. Qeyd olunan hadisənin iki mümkün sonluğunu təqdim edirik: Müəllimlərin bir hissəsi məktəbin direktoruna Lukanın 1. xaric olunması tələbi ilə müraciət edirlər, çünki o, dərs prosesinə və digər şagirdlərə dərs oxumaqda mane olur. Direktor razılaşır, şagirdi öz kabinetinə çağırır və söyləyir ki, sabah mütləq valideynlərini məktəbə gətirsin ki, onun sənədlərini məktəbdən çıxarsınlar. Müəllimlər məktəb direktoru ilə görüşürlər və tələb 2. edirlər ki, o, Lukanı məktəbdən xaric etsin. Amma Lukanı məktəbdən xaric edənə qədər, direktor onun valideynləri və Lukanın müəllimləri ilə görüş təyin edir. Məlum olur ki, ilin əvvəlində onun valideynləri aralanıblar və uşağın davranışı məhz o zamandan bəri dəyişib. Lukanın bəzi müəllimləri 126 söyləyirlər ki, Luka onlarla yaxşı davranır. Onlar bəzi strategiyalarını həmkarları ilə paylaşırlar, hansıların vasitəsilə Luka ilə müsbət əlaqə qurmağı bacarırlar. Direktor, müəllimlər və Lukanın anası razılaşırlar ki, həmin strategiyalara müraciət etsinlər və məktəbdən xaric etmək qərarını qəbul etməyə tələsməsinlər. İkinci varianta əsasən, məktəb, şagirdi məktəbdən xaric etmək kimi radikal qərarı qəbul edənə qədər, mütləq, işlə əlaqədar bütün fakt və problemin yaranma səbəblərini öyrənməlidir. Bu prinsiplə, Lukaya öz davranışını düzəltməyi, müəllimə isə problemi yaradan səbəblərlə mübarizə şansı verildi. Qanunvericiliyə əsasən, şagirdin məktəbdən xaric olunması haqqında qərar vermək hüququna məktəbin intizam komitəsi malikdir. Bu qərar əsaslandırılmış olmalıdır və bütün faktiki mühitlərin mükəmməl öyrənildiyindən sonra çıxarılmalıdır. Gürcüstan Uşaq Hüquqlarının Konvensiyasına riayət edir. Həmin konvensyaya əsasən, dövlət, uşaqların ifadə etmək hüququnu qorumaq məcburiyyətindədir və eləcə də, Konvensiyanın 12-ci maddəsinə əsasən, uşağın hüququ var ki, istənilən məhkəmə və ya inzibati müzakirə zamanı, onunla əlaqədar iş üzrə uşağı dinləsinlər. Birləşmiş Millətlər Təşkilatının Konvensiyası və İnsan Hüquqlarının Bəyannaməsi qeyd edir ki, ifadə etmək azadlığı insanın fundamental hüququdur. Məktəblər uşağın ifadə etmək azadlığının yalnız qorunmasını deyil, eləcə də həmin hüquqların həyata keçirilməsi üçün imkan yaradılmasını da təmin etməlidirlər. Aşağıda şagirdin ifadə azadlığının müdafi əsi üçün məktəbin hansı tədbirlər keçirməsi haqqında bir neçə misallar verilibdir: Konkret məsələ ilə əlaqədar digər şagirdlərdən və ya • müəllimdən fərqli fi kri olan şagirdlərə hörmətlə yanaşmaq; Tolerantlıq meyli və çoxluğun fi krinə qarşı olan şagirdlərin • fi krini qəbul etmək; Mübahisəli məsələlərlə əlaqədar yazılı yaradıcılıq işinin • verilməsi; 127 Debat klubunun yaradılmasına dəstək göstərmək və həmin • klub müəllimin nəzarəti altında şagirdlərə müxtəlif mövzuları müzakirə etmək imkanını verəcəkdir; Müəllimlər mübahisəli məsələlərlə əlaqədar olan tarixi və • yaxud da baş verən hadisələr haqqında diskusiya apara bilərlər. Müəllim şagirdlərə sinif diskusiyasının aparılma metodları və qaydalarını öyrətməlidir (məs., bütün şagirdlər bir-birlərini hörmətlə dinləməli; fərqli fi kri olan sinif yoldaşına rişxənd etməməlidir və s.); Müəyyən günlərdə şagirdlər tərəfi ndən öz dini, dili • , etnik mənsubiyyəti, ailə ənənələri və ya digər məsələləri barədə mədəni irslə əlaqədar təqdimatların təşkil edilməsi. Təhsil və Elm Nazirliyi və məktəb uşağı irqi, dini, etnik, milli və sosial diskriminasiyadan qorumaq səlahiyyətindədir. Şagirdlərə də müəyyən öhdəliklər həvalə olunur. Onlar müntəzəm dərslərdə iştirak etməli, məktəbə vaxtlı-vaxtında gəlməli və tədris prosesinə uyğun olaraq geyinməlidirlər. Şagirdlər müəllimlərinə və sinif yoldaşlarına hörmətlə yanaşmalıdırlar. Başqalarının hüquqlarını və qanuni maraqlarını sıxışdırmamalıdırlar. Eləcə də, şagirdlər məktəb tərəfi ndən təsis edilən intizam qaydalarına tabe olmalıdırlar. Download 2.82 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling