Nino Nijaradze Keysi Makleyn


Download 2.82 Kb.

bet7/10
Sana09.02.2017
Hajmi2.82 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Danışıqlar
Münaqişə barədə söhbət apardıqda bizdə elə bir təəssürat 
yarana bilər ki, bir tərəf udmuş və digər tərəf uduzmuş qalmalıdır. 
Münaqişənin həllinin konstruktiv yolunun axtarışı isə, elə bir 

98
qərarların qəbul edilməsini nəzərdə tutur, hansının nəticəsində hər 
iki tərəf qalib olacaqdır. Bu halda, bizim məqsədimiz təqsirkarı 
tapmaq və özünün düzlüyünü təsdiq etmək yox, problemi daha 
dərindən anlamaq və  hər iki davakar üçün az-çox qəbul edilən 
çıxış yolunu tapmaqdır.
Əhvalat 2.  
Rati və Qiorqi sinif yoldaşlarıdır. Onlar hər zaman dalaşırlar 
və onların davaları bir çox hallarda dərs prosesinə mane olur. 
Müəllim hesab etdi ki, danışıqlar yolu onların münaqişələrinin həlli 
üçün optimal vasitədir. O, hər iki şagirdi bu danışıqlarda iştirak 
etməyə razı saldı. Müəllim çalışdı ki, rəsmi danışıqlara uyğun 
mühit yaratsın, bu isə, uşaqların diqqətini cəlb etdi. İlk növbədə, 
Rati də, Qiorqi də ayırd etməyə çalışdılar ki, onlar arasında nə baş 
verirdi, onların bir-birlərinə iddiaları nə idi. Bundan sonra müəllim 
onlardan münasibətlərin həlli yollarını saymağı xahiş etdi. Hər iki 
şagird etiraf etdi ki, məktəbdə dalaşmaq olmaz və razılıaşdılar ki, 
bu gündən heç olmasa, məktəbin  ərazisində açıq qarşıdurmadan 
çəkinsinlər, amma hər ikisi də dostlaşmaqdan boyun qaçırdılar. 

99
Beləliklə,  şagirdlərin  əl sıxmaqları ilə  təsdiq olunan razılıq  əldə 
edildi. Bu gündən sonra vəziyyət yaxşılaşdı və bu yaxşılıq təkcə 
məktəbdə deyil, eləcə  də  məktəbdən kənar münasibətlərdə  də 
özünü göstərdi.
Bu misaldan göründüyü kimi, danışıqlar yolu ilə münaqişənin 
həlli bir neçə pillələrə ayrılır:
Problemin mahiyyətini müəyyən edək
1. 
Əgər problem başdan düzgün müəyyən edilməyibsə, o zaman 
düzgün qərar qəbul etmək mümkün deyil. Hər iki tərəf anlamalıdır 
ki, real olaraq nə baş verir, nə isə  dərin bir problem varmı ki, 
hansının konkret üzə çıxması ilə münaqişə baş verdi. Bu mərhələdə 
şagirdlər səmimiyyətlə formalaşdırmalıdırlar ki, verilən vəziyyətdə 
nə istəyirlər və nəyi gözləyirlər. Bu söhbət qarşılıqlı ittihama və 
təhqirə keçməli deyil. Bunun üçün də əvvəlcədən razılığa gəlmək 
lazımdır ki, şagirdlər bir-birlərinin sözlərini kəsməsinlər və kobud 
müraciət formalarından istifadə etməsinlər.  Yəni, həmyaşıdının 
davranışı nəticəsində nəyi hiss etdiyini ifadə etsin. Məsələn, “sən 
mənə bu cür sözlərlə müraciət edəndə, mən özümü çox təhqir 
olunmuş hiss etdim,çünki bunu hamı eşidirdi.”  Bununla yanaşı, 
şagird izah edə bilər ki, o nəyi istiəyir. “Mən istəyirəm ki, sən 
mənimlə bir az hörmətlə danışasan, xüsusilə də, bütün sinif bunu 
eşidəndə”.
Hər iki tərəfi n münaqişənin mahiyyətini dərk 
etməsi üçün onların bir-birlərini dinləməkləri çox 
vacibdir. Dinləmə isə, bu halda öz emosiyalarını 
müvəqqəti kənara qoymağı və qarşı tərəfi  anlamağa 
çalışmağı  tələb edir. Bu, yəqin ki, münaqişənin 
həlli prosesində ən mürəkkəb prosesdir. Şagirdlər 
aktiv dinləmə  vərdiş-bacarıqlarından istifadə 
etməyi, həmsöhbətinin mövqeyini, yanaşmasını 
dəqiqləşdirmək üçün suallar verməyi bacarmaıdır. 
Danışıqlar zamanı tez-tez istifadə edilən 
üsullardan biri odur ki, şagirddən xahiş edək ki, 
həmsöhbətindən eşitdiyini yenidən söyləsin. Bu 
zaman şagird müvəqqəti də olsa, öz reaksiyalarını, 
acığını cilovlayır və obyektivliyi qoruyub 
saxlayır.  
bax II səh. 132  

100
2. Münaqişənin həll edilməsinin mümkün 
 yollarını müəyyən edək
Şagirdlər çalışırlar ki,  bu münaqişənin həllinin bütün mümkün 
variantlarını bir yerdə düşünüb vərəqə yazsınlar.  Şagirdlərə bu 
suallarla yardım edə bilərik: “öz hərəkətlərimizdə  nəyi dəyişə 
bilərik?”, “hansı qaydanı  təsis edə bilərik?”, “ayrı bir variant 
varmı?”. Bu mərhələdə  qəbuledilməz təklifl ər yoxdur. Bizim 
məqsədimiz odur ki, münaqişənin həllinə şərait yarada bilən heç 
bir üsulü nəzərimizdən qaçırmayaq. 
3. Hər iki tərəf üçün münasib forma seçək
Münaqişənin həllinin mümkün yollarının maksimal  bütöv 
siyahısını yaratdıqdan sonra şagirdlər hər bir variantı ayrı-ayrılıqda 
müzakirə edirlər. Onlar suallara cavab verməyə çalışırlar: hər bir 
variantın müsbət və mənfi  cəhətləri necədir? Bu yollardan hər birini 
seçdikdə hansı həll olunmayan məsələlər qalır? Bu üsulu sınaqdan 
keçirsək, nə baş verər? Sonda, tərəfl ər sadalananlar arasında  ən 
qəbul edilən variant  üzərində razılaşmalıdırlar. Razılıq mütləq 
ətrafl ı olmalıdır, dəqiq təyin etməliyik ki, kim nə edəcəkdir. Bu 
cür detallar əvvəlcədən ayırd edilməsə, ola bilsin ki, razılıq baş 
tutmasın. 
4. Razılığın nəticələrini qiymətləndirək
Münaqişənin həllinin seçilmiş üsulunu həyata keçirdikdə, 
şagirdlərin anlamaları vacibdir ki, bu hələ  sınaq variantdır və 
ola bilsin ki, bu yol özünü doğrultmasın. Bunun üçün də, paralel 
olaraq nəticələri müşahidə edib qiymətləndirməyə başlamaq 
lazımdır.  Şagirdlər hər zaman özlərinə suallar verirlər: problem 
həll olundumu? Nəticələrlə hamı razı qaldımı? Nəyi isə dəyişmək 
lazımdırmı? Əgər tərəfl ər alınan nəticələrlə razı qalmasalar, əlavələr 
etmək lazımdır, yaxud da yeni variant üzərində razılıq əldə etmək 
və onu həyata keçirmək lazımdır. 
Təcrübələr göstərir ki, şagirdlər arasında danışıqlar yolu 
münaqişənin həlli üçün çox effektiv ola bilər. Bunun  yeganə şərti 
odur ki, hər iki tərəfi n bunun üçün istəyi olsun və konstruktiv 
addımlar atmaq üçün hazır olsunlar.

101
Mediasiya
Münaqişənin sülh yolu ilə  həll edilməsinin yayılmış 
yollarından biri  mediasiyadır, yəni münaqişədə üçüncü şəxsin, 
neytral tərəfi n, mediatorun iştirakı ilə  məsələnin həlli. Bu halda 
da mübahisə edən tərəfl ərin diskusiya üçün və  məsələnin birgə 
həlli üçün  hazır olmaqlarına həlledici əhəmiyyət verilir. Mediator 
tərəfl ərə yardım edə bilər, amma o, özü münaqişəni həll edə bilməz. 
Təcrübələr göstərir ki, münaqişədə iştirak edən şagirdlərin və ya 
sinif yoldaşlarının mediator rolunu yerinə yetirdikdə mediasiya 
prosesi çox nəticəli alınır. Bu, həmyaşıdların mediasiyası adlanır. 
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Qərb dövlətlərində 
olduğu kimi, mediator mütləq xüsusi hazırlıq kurslarını keçməlidir. 
Buna görə  də, adətən, məktəbin bəzi müəllimləri və  şagirdlərini 
dəvət olunmuş mütəxəssislər hazırlayırlar, bundan sonra onlara 
mediator rolunu yerinə yetirmək hüququ verilir. Mediasiya prosesi 
müəyyən bir sinifdə deyil, bütöv məktəbdə  tətbiq olunur və bu 
yalnız müdiriyyət və valideynlərin fəal dəstəyi ilə həyata keçirilə 
bilər. Mediasiya prosesinin uğurla həyata keçirilməsi üçün 
Həmyaşıdları arasında avtoritetlə faydalanan şagird mediator 
• 
seçilməlidir;
Mediasiyanın başlanılmasına qədər bütün prosesi, məsələn, 
• 
bir-birinə müraciət formalarını, hansı  tərəfi n  söhbətə birinci 
başlayacağını  və s. tənzimləyən  əsas qaydalar müəyyən 
edilməlidir, 
Mediatorun özü münaqişədə  iştirak edən tərəfl ərə  qərarları 
• 
diktə etmir və onlardan hər hansı birini dəstəklədiyini ifadə 
etmir. O, tam neytral və qərəzsiz qalır;
Mediatorun mütləq aktiv dinləmə və açıq suallar vermək vərdiş-
• 
bacarıqları olmalıdır. Onun sualları münaqişədə  iştirak edən 
şagirdlərə stimul verməlidir ki, öz hisslərini və yanaşmalarını 
açıq ifadə edə bilsinlər (...... deyəndə, nəyi nəzərdə tuturdun?) 
və birgə qərarlar qəbul etmək üçün addım atsınlar (“hər şeyin 
yoluna düşməsi üçün nə baş verməlidir?”);
Görüş yeri, vaxtı  və müddəti çox mühümdür. Prosesə  rəsmi 
• 
danışıqlar forması verilməlidir və bu zaman baş verən hər bir 
şey məxfi  qalmalıdır;
Mediasiya prosesi müəyyən müqavilə ilə sona çatır, hansında 
• 

102
hər iki tərəfi n mövqeyi eyni şəkildə göstərilir və aydınlaşdırılır 
ki, oxşar münaqişə vəziyyəti gələcəkdə necə həll olunmalıdır.
Şagirdlər arasında danışıqlar və mediasiya olduqca çox vaxt 
və  səylər tələb edir, nəinki münaqişənin həllinin digər yolları, 
amma onların nəticələri daha uzunmüddətli olur. Məktəbdə 
aqresiya və zorakılığın səviyyəsi azalır, şagirdin özqiyməti, özünə 
və başqalarına qarşı hörməti artır, bu isə, son nəticədə, nəinki 
tədris mühitini yaxşılaşdırır, eləcə də bütün həyatı boyunca şagirdi 
nailiyyətli münasibətlər üçün hazırlayır.
Əsas nətiəcələr və tövsiyyələr:
Münaqişə  məqsədlərin, dəyərlərin,  əməllərin bir araya 
• 
gəlməməsi üzündən yaranır və o, məktəbdə təbii haldır;
Əgər şagird böyüklərdən aqresiya nümunəsini götürürsə, 
• 
yaxud da sosial vərdiş-bacarıqları yoxdursa, o zaman 
münaqişənin həlli üçün aqresiya və zorakılığa müraciət 
edə bilər;
Aqresiyanın qarşısının alınmasının ən yaxşı yolu sinifdə 
• 
əməkdaşlıq, qarşılıqlı hörmət, tolerantlıq abu-havasının 
yaradılmasıdır;
Münaqişənin həlli üçün müəllim direktiv yanaşmadan 
• 
istifadə edə bilər, arbitr və ya hakim rolunu yerinə 
yetirə bilər. Amma bununla belə, bu yanaşmalardan heç 
biri  şagirdi müstəqil  şəkildə münaqişəni tənzimləməyə 
hazırlamır;
Münaqişələrin həlli üçün ən effektivi - təşəbbüsləri 
• 
şagirdlərə etibar etmək və onları danışıqlar və mediasiya 
üsullarını istifadə etmək üçün hazırlamaqdır. 

103
Təhsil və qanunvericilik
Bu fəsli oxuduqdan sonra siz biləcəksiniz:
Müəllim hansı milli və beynəlxalq hüquqi aktları 
bilməlidir;
Müəllim məktəbdə  təhsil hüquqlarının müdafi əsi 
haqqında beynəlxalq konvensiyaların tətbiq edilməsinə necə 
imkan yaratmalıdır;
Müəllimlər məktəbdə hüquq aktlarından necə istifadə 
etməlidirlər.
Aşağıda verilən suallarla tanış olun və cavablar üzərində 
düşünün:
Gürcüstan qanunvericiliyinə əsasən uşağın neçə yaşından 
1. 
təhsil almaq hüququ var?
Müəllimlər dini, etnik və ya dil azlıqlarını  təmsil edən 
2. 
şagirdlərin hüquqlarını necə qorumalıdırlar?
Müəllimlər  şagirdlərin rifahı üçün necə qayğı 
3. 
göstərməlidirlər?

104
*****
Hər bir uşağın təhsil almaq hüququ vardır, bu, insanın 
fundamental hüquqlarından biridir. Həm milli, eləcə də beynəlxalq 
qanunvericilik uşaqların bu hüquqlarının qorunmasını  nəzərə 
alır. Müəllimin borcudur ki, hər bir şagirdin ümumi təhsil almaq 
bərabərhüquqluğunun təminatını nəzərdə tutan bu qanunlara tabe 
olsun.
Gürcüstan qanunvericiliynə əsasən, uşağın hüququ var ki, 6 
yaşından Gürcüstanın ümumtəhsil müəssisələrində ümumi təhsil 
alsın.  Gürcüstanda 12 ildən ibarət ümumi təhsil üç pilləni əhatə 
edir: ibtidai – 6 il, baza – üç il və orta pillə - 3 il.
Gürcüstan Konstitusiyası hər bir insanı təhsil almaq hüququ 
ilə  təmin edir və dövlət və ya özəl təhsil almaq imkanlarını 
verir. Milliyətindən, irqi, cinsi, etnik mənsubiyyətindən,  əmlak 
vəziyyətindən, dini mənsubiyyətindən və ya digər statusundan asılı 
olmayaraq təhsil almaq heç kimə mane olmamalıdır. Hər bir uşaq 
ibtidai təhsil almaq məcburiyyətindədir. Gürcüstan qanunvericiliyinə 
əsasən hamı pulsuz ümumi təhsil almaq hüququna malikdir. 
Dövlət, hər bir şagirdin vauçerlə maliyyələşdirilməsini təmin edir. 
Hər bir şagird üçün təhsil hüququnu təmin etməklə yanaşı dövlət, 
məktəbdə  şagirdin təhlükəsizliyini də  təmin etməyə borcludur. 
Belə ki, Təhsil və Elm Nazirliyinin, məktəb müdiriyyətinin və 
müəllimlərin borcudur ki, elə bir təhlükəsiz mühit yaratsınlar 
ki,  şagirdlər orada effektiv təhsil ala bilsinlər.  Şagirdlər intizam 
pozuntuları üçün tənbeh olunanda belə, müəllimlər uşağın insani 
dəyərlərinin qorunmasını  təmin etməlidirlər. Məsələn, məktəbin 
həyətində hər zaman dalaşan şagirdi məktəb müdiriyyəti heç bir 
halda, qorxutmalı, onu fi ziki  cəhətdən və ya sözlə  təhqir etməli 
deyil; eləcə də digər şagirdlərin gözü qarşısında cəza tədbirlərinin 
aparılmasına icazə verilmir.
Gürcüstan Birləşmiş Millətlər Təşkilatının  İnsan Hüquqları 
Bəyannaməsi,  İnsan Hüquqlarının və Azadlıqlarının Müdafi əsi 
üzrə Avropa Konvensiyası  və eləcə  də, Uşaqların Hüquq 
Konvensiyası kimi beynəlxalq konvensiyalarda iştirak edən 
ölkədir. Uşaq hüquqlarının müdafi əsi nöqteyi-nəzərindən, 
Gürcüstan qanunvericiliyinin  əhatə etmədiyi sahələrdə beynəlxalq 

105
konvensiyalarda əks olunan nizamnamələr nəzərə alınmalıdır. 
Uşaq hüquqları haqqında konvensiyanın 29-cu maddəsinə 
uyğun olaraq, müəllimlər şagirdlərə əqli və fi ziki inkişafda yardım 
etməlidirlər. Bu onu bildirir ki, şagirdlərə oxumaq və istirahət 
etmək imkanları verilməlidir.
Məktəbin tədris planı  vətəndaş  təhsilini  əhatə etməlidir. 
Vətəndaş  təhsili həm  əsas etnik qrupa, eləcə  də milli azlıqlara, 
digər millətlərə  və etnik qruplara hörmət edilmə  tədrisini təşkil 
etməlidir. Vətəndaş  təhsilinin bir hissəsi odur ki, şagirdlər öz 
mədəni irslərini, dövlət dilini, tarixi, ənənələri və s. öyrənsinlər. 
Şagirdlər bir-birlərinin hüquqlarının müdafi əsinin əhəmiyyətini də 
dərk etməlidirlər. Gürcüstan höküməti, müvafi q qanunvericiliyin 
təsis edilmə yolu ilə azlıqları təmsil edən uşaqların hüquqlarının 
qorunmasını  təmin etməlidir. Bu məqsədlə, dövlət, beynəlxalq 
konvensiyalarla öhdəliyə götürülən məsələlərə riayət etməlidir. 
Bu cür öhdəliklərin mühafi zəsinin əsas zəmanəti fəaliyyətdə olan 
qanunvericiliyin Avropa standartları  ilə müvafi qliyidir. 
Gürcüstan  əhalisinin  əksəriyyəti pravoslav xristianlardır. 
Amma, Gürcüstanda digər dini azlıqlar da vardır və onlara 
hörmətlə yanaşmaq Gürcüstanda yaşayan hər bir insanın borcudur. 
Gürcüstanda yəhudilər, müsəlmanlar, pravoslav olmayan xristianlar 
və s. yaşayırlar. Azlıqların bu qruplarını təmsil edən uşaqları zorla 
dini mərasimlərə, dualara  və ya pravoslav kilsəsinə xidmət etməyə 
cəlb etmək olmaz.
Etiqad azadlığının pozulmasının nümunəsi budur ki, nə zaman 
müəllim başına yəhudi örtüyü taxdığı  səbəbdən yəhudi  şagirdi  
dərsdən xaric edir.
Oxşar yanaşma nəinki Gürcüstan Konstitusiya və ümumi 
təhsil haqqında qanunla, eləcə də İnsan Hüquqları və Fundamental 
Azadlıqların Müdafi əsi Avropa Konvensiyasının 9-cu maddəsi ilə 
(din azadlığı) qadağan edilir. 
Bəzən şagirdlər başqa etnik nümayəndələr haqqında lətifələr 
söyləyirlər. Əgər müəllim sinifdə belə bir zarafatı duyarsa, mütləq 
şagirdlərə izah etməlidir ki,  niyə belə  söhbətlərə icazə verilmir. 

106
Müəllim belə bir zarafatlara qoşulmalı deyil və oxşar hərəkətin 
təkrar olunmamasına çalışmalıdır.
Gürcüstanın dövlət dili gürcü dilidir. Lakin dil səddinə görə, 
heç bir halda, təhsil almaqda etnik azlıqları  təmsil edən  şagirdə 
yox demək olmaz. Müəllim məcburdur ki, onların ana dilində 
söhbətlərinə görə,  şagirdlər tərəfi ndən rişxənd olunmalarının və 
alçaldılmalarının qraşısını alsın. Müəllim şagirdlərə etnik və dini 
azlıqlara qarşı ehtiramla yanaşmaq  və tolerantlığı öyrətməlidir. 
Müəllimin azlıqları təmsil edən şagirdlərə ana dilində danışmaqlarını 
qadağan etməsi yolverilməzdir. Müəllimdən onların fərdi və 
kollektiv hüquqlarını qorumaq, öz mədəni varlıqlarını qoruyub 
saxlamaq tələb olunur. 
Gürcü dili ana dilləri olmayan şagirdlər üçün uşaqlarla 
və  məktəbin müdiriyyəti ilə birlikdə  əlavə köməkçi proqramın 
hazırlanması yaxşı olardı.
Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab 
verə bilərsiniz. Suallara qayıdın və cavab verin.

107
   Əsas nəticələr və tövsiyyələr:
Müəllim üçün şagirdlərin rifahəıa qayğı göstərmək yalnız 
• 
mənəvi yox, eləcə də qanunla nəzərdə tutulan vəzifədir;
Müəllim  şagirdlərin  fi ziki  təhlükəsiz tədris mühitində 
• 
yerləşmələrini təmin etməlidir. Şagirdin təhlükəsizliyinin 
qorunması intizam qaydalarının müdafi əsindən və 
məktəbdən kənarda  şagirdin hüquqlarının pozulmasının 
istənilən halında müvafi q reaksiya göstərilməsindən 
ibarətdir;
Müəllim  şagidin dəyərlərinin qorunmasını  təmin 
• 
etməli, qanunla nəzərdə tutulan tələbləri yaxşı bilməli 
və  uşağın hüquqlarının qorunması üçün bütün ədalət 
mexanizmlərindən istifadə etməlidir;
Müəllimin başqa millət və dini azlıqları  təmsil edən 
• 
şagirdlərə, onların qanuni maraqlarına zərərverici fərqli 
yanaşması yolverilməzdir. 

108
Müəllimin hüquqları və vəzifələri
Bu fəsli oxuduqdan sonra biləcəksiniz:
Müəllimin hüquqları nədən ibarətdir;
Müəllimin vəzifələri nədən ibarətdir;
Müəllim və  şagirdlə  əlaqədar hansı informasiya məxfi  
saxlanmalıdır.
Aşağıda verilən suallarla tanış olun və cavablar üzərində 
düşünün:
Müəllimin peşəkar vəzifəsi nə deməkdir?
1. 
 Müəllim  şagirdlə  əlaqədar hansı  məlumatı  məxfi  
2. 
saxlamalıdır?
 Məktəbdə olduğu müddətdə şagidin təhlükəsizliyi təhlükə 
3. 
ilə üzləşərsə, nə etmək lazımdır?
 Məktəb və Təhsil nazirliyi hansı ölçülərə müraciət etməlidir 
4. 
ki, sizin, bir müəllim  kimi hüquqlarınız qorunmuş olsun?
Gürcüstan Təhsil və Elm Nazirliyi və eləcə  də, müəllimin 
işlədiyi məktəb müəllimlərin hüquqlarının qorunmasında 
məsuliyyət daşıyır.
Müəllimin əsas hüquqları “Ümumi təhsil haqqında” qanunda 
sadalanmışdır. Onlar arasında ifadə etmək və toplamaq azadlığı, 
şəxsi həyatın toxunulmazlıq hüququ, məktəbin idarəsində iştirak 
etmək hüququ və tədqiqatın akademik azadlığı və s. verilib.

109
Ifadə etmək azadlığı – müəyyən informasiya və ya ideyaları 
• 
axtarmaq,  əldə etmək, yaratmaq, saxlamaq, işləyib 
hazırlamaq və ya yayımlamaq hüququ, eləcə  də belə bir 
informasiya və ideyaların axtarılmasında, işlənilməsində  və 
ya yayımlanmasında məktəb resurslarından istifadə etməkdir 
(ümumi təhsil haqqında qanunun 14-cü maddəsi).
Tədris və  tədqiqat akademik azadlığı Milli Tədris Planında 
• 
təsvir olunan məqsədlərə nail olmağa zidd olmayan  şagirdin 
və müəllimin müstəqil  şəkildə  tədris və  tədqiqat aparma 
hüququnu nəzərdə tutur.
Müəllimlər ümumi tanınmış hüquqlardan da istifadə edirlər, 
hansılar bu qanunda birbaşa göstərilməyibdir, amma Gürcüstan 
qanunvericiliyndən irəli gəlir. Öz tərəfi ndən məktəb, müəllimi 
öz hüquq və azadlıqları ilə tanış etmək məcburiyyətindədir. 
Müəllimləri vaxtında məlumatlandırmaq onların hüquqlarının 
qanunsuz şəkildə məhdudlaşdırılmasını azaldır. 
Bütün müəllimlərin bərabər şərtlərdə, hər növ diskriminasiya 
xaricində qanunvericiliklə mühafi zə olunan hüquqlar və 
azadlıqlardan istifadə etmək hüququ var.
Aşağıda verilən əhvalat müəllimə qarşı diskriminativ yanaşma 
faktını aydın şəkildə təsvir edir, nəyin əsasında müəllimin məktəbin 
idarəçiliyində iştirak etmək hüququ əlindən alınmışdır.
Əhvalat 1. 
Nana 2 il ərzində  məktəbdə xarici dili tədris edirdi. İşə 
götürülənə  qədər Nana həmin məktəbdə 1 illik staj keçmişdi. 
İmzalanan müqaviləyə  əsasən, Nana alman dili müəlliməsidir. 
Amma, məktəbin müdiriyyət üzvləri onu yenə də, stajor kimi qəbul 
edir və onun müəllim kimi verilən hüquqlrından istifadə etməyini 
məhdudlaşdırırdılar. Məs., yuxarıda qeyd olunan əsasla məktəbin 
qəyyumlar  şurasında işləməyinə  və seçkilərdə  iştirak etməyinə 
etiraz etdilər. Qeyd etmək lazımdır ki, məktəb müdiriyyətinin bu 
cür yanaşması yalnız Nanaya qarşı idi.

110
Vəziyyətin hüquqi təhlili:
Əmək müqaviləsinin  əsasında, Nana məktəbdə müəllim 
vəzifəsinə  işə götürülmüşdü.  Əmək münasibətlərində başqa işə 
götürülənlərlə müqayisədə hər hansı bir şəxsə  hər növ diskriminativ 
yanaşma yolverilməzdir. “Ümumi təhsil haqqında” qanun eyni 
zamanda, pedaqoji şuranın üzvü olan müəllimə hüquq verir ki, 
qəyyumlar şurasına üzv olsun. Qəyyumlar şurasının tərkibi seçkilər 
yolu ilə komplektləşir. Belə ki, qəyyumlar şurasının seçkilərində 
hər bir müəllim öz namizədliyini irəli sürmək hüququna malikdir. 
Problemin həlli yolu
Müəllimin səlahiyyəti var ki, öz hüquqlarını qorumaq üçün 
məktəbin hər bir ədalətsiz davranışını  şikayətləndirsin. Məktəb 
şikayətin müzakirə edilməsinin effektiv və  qərəzsiz sistemini 
təşkil etməlidir, hansı ki, öz növbəsində, pozulmuş hüquqların bir 
növ ədalət zəmanətini təqdim edəcəkdir. Qanunvericiliyə əsasən, 
məktəbdə şikayətləri araşdıran orqan qəyyumlar şurasıdır. Maraqlı 
şəxs  şikayətini məktəbin direktorunun adına da yaza bilər.  Əgər 
alınan cavab müəllimi razı salmazsa, o zaman müəllimin hüququ 
var ki, məktəb rəhbərliyinin qanunsuz davranışını Təhsil və Elm 
Nazirliyində  şikayətləndirsin.  Əsas odur ki, müəllim özünün 
əsaslandırılmış iddiasını müvafi q orqanlara yazılı şəkildə təqdim 
etsin. 
Nazirliyin sistemində baş verən pozuntulara aid olan 
vətəndaşların ərizə və şikayətlərinə, nazirliyin sisteminə daxil olan 
struktur şöbəsi, baş müfəttişlik reaksiya göstərir.

111
*****
Müəllimlər üçün məxfi lik çox vacibdir. Bunun üçün də 
əməkdaşlara, şagirdlərə, ailə üzvlərinə, ictimaiyyətin və mediyanın 
üzvlərinə imkan veriləsi deyil ki, müəllimin icazəsi xaricində onun 
haqqında fərdi informasiya əldə  etsinlər.
Eləcə  də müəllimin akademik hüquqları da mühafi zə 
olunmalıdır. Qanunvericilik və Təhsil və Elm Nazirliyinin hüquqi 
aktlarına uyğun olaraq, müəllimin hüququ var ki, dövlətin, 
nazirliyin, dini təşkilatların və ya valideynlərin senzurası xaricində 
öz fənnini (fənn qrupunu) tədris etsin. 
Şagirdin qiymət nəticələrinin dəyişdirilməsi məqsədilə (məs., 
ictimaiyyətin tanınmış üzvlərinin və ya həmkar müəllimlərin 
övladlarının qiymətlərinin və s.) qeyri-akademik səbəblərə görə 
müəllimə təsir göstərmək olmaz.
Müəllim  şagirdlər, həmkarlar,  şagirdlərin ailə üzvləri və 
cəmiyyətin digər nümayəndələri tərəfi ndən zorakılıqdan mühafi zə 
olunmalıdır. Zorakılığın qarşısının alınması  və müəllimin 
şəxsi təhlükəsizliyinin təmin edilməsi üçün təxirəsalınmaz və 
vacib ölçülərin götürülməsi məktəbin borcudur. Müəllimin 
təhlükəsizliyinin mühafi zəsi isə, həyatın, sağlamlığın və  əmlak 
hüquqlarının müdafi əsini nəzərdə tutur. Məktəb, zorakılıq 
faktlarının aşkar edilməsi üçün bütün səyləri ilə  çalışmalıdır və 
lazım gəldikdə, hüquqmühafi zə orqanlarını da vaxtında xəbərdar 
etməlidir. 
Növbəti  əhvalat müəllimin  əmək hüquqlarının pozulduğunu 
təsvir edir.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling