Nino Nijaradze Keysi Makleyn
Download 2.82 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Dərs vaxtının idarə edilməsi
- II. Maraqlandırmaq
- Yeni rekorddan
- Həvəsləndirici fəallıqdan
- Dərsin mərhələləri
- Fəallıqdan fəallığa keçid
Avtoritar – bu zaman “oyunun” qaydalarını hər vaxt müəllimlər təyin edirlər. Dərs müəllim tərəfi ndən hazırlanan plana əsasən aparılır, bütün dərs komponentlərini müəllim təyin edir. Onun əsas funksiyası bilik verməkdir. Müəllim tərəfi ndən şagirdlərin davranışına nəzarət yüksəkdir, şagirdlərə tabe olmaq həvalə olunur. Xaotik – bu zaman dərs qaydaları və çərçivələri seçilməyibdir. Müəllim tərəfi ndən şagirdlərin davranışına nəzarət aşağıdır, onun şagirdlərlə xoş və dostcasına münasibəti vardır. Buna uyğun olaraq, 17 şagirdlər dərs prosesi zamanı məhdud deyillər, amma belə şərtlərdə konkret məqsədi anlamaq və ardıcıllıqla yerinə yetirmək çətindir. Dərs mürəkkəb prosesdir, onda eyni zamanda təxminən, 20-dən 40-a qədər uşaq iştirak edir. Onlardan hər birinin fərqli maraqları, imkanları, fərdi xüsusiyyətləri vardır. Müəllimin qarşısında məsələ durur: o, hər bir şagirdin cəlb olunmasını təmin etməli, yaradıcı kəşfl ərə imkan yaradan mühiti yaratmalı və eyni zamanda intizamla əlaqədər pozuntuları aradan qaldırmalıdır. Müəllim buna necə nail olmalıdır? Nə zaman ki, müəllim şagirdlər üçün etimadla təchiz edilmiş bir şəxs və eyni zamanda əsl tərəf müqabili, həmsöhbət və əməkdaşdırsa, o zaman dərsdə davam edən fəallıqlar zamanı şagirdlər dərs prosesinin həmiştirakçıları və həmmüəllifl əridirlər, belə halda, intizam pozuntularına az-az təsadüf edilir. Dərs qaydalarının yerinə yetirilmə məsuliyyəti o zaman artır, nə zaman ki, şagirdlər özləri onların hazırlanmasında iştirak ediblər. Məsələn, bu qaydalar, qrup işi zamanı davranış çərçivəsinə aid ola bilər. Şagirdlərin ideyaları, maraqları, meylləri dərs fəallığının və məqsədlərinin seçilməsinə təsir göstərdikdə, onlar özlərini səriştəli hiss edirlər və bu zaman daxili məsuliyyət hissi də dərindir. Əgər dərsdə hər bir şagirdin öz imkanlarını və maraqlarını nəzərə alan rolu vardırsa (bax, dərs I), bununla o, qrup üçün ümumi məqsədin əldə edilməsi məsuliyyətini bölüşdürür, müvafi q olaraq onun motivasiyası da yüksəkdir və qrup məsuliyyət hissi də inkişaf edir. Vacibdir ki, müəllim şagirdlərin sərbəst hərəkətlərini (məs., dərsin mövzusu ilə əlaqədar əlavə informasiyanın tapılması, sərbəst şəkildə tapılan problemin həlli yolu) həvəsləndirsin; eləcə də, əgər dərsdə hər bir şagirdin imkanı varsa ki, cəsarətlə öz mövqeyini bildirsin və onun əksəriyyətin fi krindən fərqlənən fi kri hörmətlə dinlənilsin və nəzərə alınsın, bu zaman etiraz etmək ehtimalı da az olacaqdır. Belə bir yanaşma xüsusilə də, yeniyetmə yaşlarında vacibdir, nə zaman ki, tələbatlar kəskinləşir və razı qalmadıqda, bir çox hallarda, xoşagəlməz hərəkət növü özünü göstərir. 18 Şagirdlərin keçid yaşlarına keçmələri ilə birlikdə müəllimlərin də şikayətlərinin eşidilmə halları az deyildir: “Sinfi mi tanıya bilmirəm!” - “Qabaqlar asanlıqla tabe olurdularsa, indi heç nə eşitmək - istəmirlər!” Dərsdə şagirdlərin sərbəstlik dərəcələri aşağıdırsa, onların hərəkətləri hər zaman müəllim tərəfi ndən nəzarət olunursa, belə bir şərtlərdə özünə nəzarətin daxili mexanizmlərinin formalaşması barədə söhbət etmək mümkün deyil. Araşdırmalar sübut edirlər ki, avtoritar ailələrdə tərbiyə olunan uşaqlar aqresiyaya meyllidirlər, özlərini aşağı qiymətləndirirlər və insanlarla effektiv münasibət bacarığı ilə seçilmirlər. Sağlam dərs mühitini yaratmaq üçün, müəllimin dərsi necə planlaşdırmağı və şagirdin onu necə mənimsəməyi vacibdir. Avtoritar idarə üslubundan fərqli olaraq, sinif idarəsinin demokratik üslubu halında, müəllim də, şagird də eyni şəkildə dərsdən razı qalırlar. Əgər müəllimin tələbləri şagirdlərin fərdi imkanları və ehtiyaclarına uyğun gəlirsə və əgər çox çətin və ya əksinə, asan deyilsə, o halda, bu, mümkündür. Məs., qrup üçün ümumi məsələni yerinə yetirməkdə tapşırığı tez bitirən şagird üçün əlavə məsələ vermək və yavaş işləyən şagird üçün çox vaxt ayırmaq. Fərdi irəliləyişi nəzərə almaqla hər bir şagird tərəfi ndən alınan nəticənin elə qiymətləndirilməsi ki, şagird özünün, eləcə də başqalarının nailiyyətlərini yaxşı anlaya bilsin. Belə bir yanaşma isbat edir ki, müəllim hər bir şagirdin nailiyyəti ilə əlaqədar məsuliyyəti dərk edir və onun üçün hər bir şagirdin dərsdən razı qalmağı önəmlidir. Xoş abu-hava və dəstək göstərən mühit şagirdin imkanlarının maksimal təzahürü üçün və yaradıcı, aktiv şəxsin formalaşması üçün başlıca şərtlərdən biridir. Bunun üçün müəllimin şagirdlərə qarşı müsbət rəftarı, eləcə də şagirdlər arasında sağlam münasibətlərin olması vacibdir. Qeyd olunanı təmin etmək üçün müəllim şagirdlər tərəfi ndən qarşılıqlı dəstək cəhdini həvəsləndirə bilər; məs. qeyd edə bilər: “afərin sənə, Qiorqi, Sabaya məsələnin həlli yolunu tapmaqda köməklik etdin! ” Dərsin maneəsiz aparılması və xoşagəlməz hərəkətlərdən uzaq olması üçün vacibdir ki, müəllim hətta şagirdlə fərdi işi həyata keçirdikdə belə, bir bütöv olaraq qrupa diqqətini cəmləşdirsin. 19 Bunun üçün müəllimin hər hansı bir şagirdlə çalışdığı zaman bütün qrupa təlimat verilə bilər ki, onlar nə etməlidirlər. Müəllim ikitərəfl i etimadı, etirafı, bərabərhüquqluluğu dəstəkləyən mühiti yaratmağa cəhd göstərdikdə, istənilən xoşagəlməz hərəkət yanlış tərbiyəyə, valideynlərə və ya ətraf şərtlərə yazılmadıqda və müəllimə, yoldaşlarına doğru “qeyri- demokratik” hərəkət kimi yazıldıqda, şagirdin məsuliyyət hissi dərinləşir, onun özünü nəzarət mexanizmləri güclənir və buna uyğun olaraq, xoşagəlməz hərəkətin təzahür olunması ehtimalı da azalır. Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab verə bilərsiniz. Suallara qayıdın və cavab verin. Əsas nəticələr və tövsiyyələr: Sağlam dərs mühitini təmin etmək üçün ən optimal və • effektivi sinif idarəçiliyinin demokratik üslubudur; Sinif idarəetməsinin demokratik üslubu şagirdlərin dərs • proseslərinin planlaşdırılması və həyata keçirilməsində aktiv həmiştiraklarını, onların yanaşmalarının və məsuliyyət hisslərinin inkişafına dəstək göstərməyi nəzərdə tutur; Şagirdlər dərs fəallıqlarının, məqsədlərinin, • qaydalarının hazırlanmasında fəal iştirak etdikləri zaman onların ümumi məqsədə çatmaq üçün hər birinin öz rolu və məsuliyyəti var, bu, həm qrup, eləcə də fərdi məsuliyyətin inkişafına dəstək göstərir; Bərabərhüquqluluğa, əməkdaşlıq yanaşmasına • əsaslanan dərs, şagirdin fərdi inkişafına dəstək göstərən ən yaxşı vasitədir. 20 Dərs vaxtının idarə edilməsi Bu fəsli oxuduqdan sonra siz biləcəksiniz: Dərsin vaxtının düzgün idarəsi niyə əhəmiyyətlidir; Dərs vaxtından qənaətlə necə istifadə edək; Şagirdlərdə dərsin vaxtının effektiv istifadəsi bacarığını necə inkişaf etdirək. Aşağıda verilən suallarla tanış olun və cavabların üzərində düşünün: Sizin fi krinizcə, 45-dəqiqəlik dərs ərzində birbaşa dərs 1. prosesinə təxminən neçə dəqiqə vaxt sərf olunur? Dərsin vaxtının qənaətsiz sərf edilməsi hansı nəticəni verə 2. bilər? Şagirdləri hansı üsulla həvəsləndirə bilərik ki, onlar dərs 3. vaxtını faydasız yerə xərcləməsinlər? Gözlənilməyən hallarda vaxtın itirilməsini minimuma 4. endirmək üçünü nə etməliyik? 21 ***** Müəllimlər hər zaman vaxt azlığından şikayət edirlər. Onlar hesab edirlər ki, şagirdlərin tədris planı ilə nəzərdə tutulan materialı mənimsəməkləri üçün bir çox hallarda, vaxt kifayət etmir. Bunun üçün də dərsdə vaxtın optimal istifadəsinə çox böyük əhəmiyyət verilir. Tədqiqatlar göstərirlər ki, dərs vaxtının ən azı 10 %-i sinfi n idarə məsələlərinin həll olunmasına sərf edilir ki, müəllim tədris üçün lazımi şərtlərin yaradılmasını təmin edə bilsin. Bununla belə, dərsdə hər zaman gözlənilməyən hadisələr yarana bilər (dəhlizdə 22 səs-küy, sinfi n qəfi l qonağı, şagirdin intizamsız davranışı), hansılar ki, müəllimin və şagirdlərin diqqətini tələb edirlər. Belə bir halda, dərsə ayrılan vaxt daha da azalır. Sadə riyazi hesablama kifayət edir ki, hər dərsdə itirilən iki dəqiqə belə, ilin sonunda itirilmiş satlara bərabər olduğunu bizə sübut etsin. Dərs vaxtının itirilməsi iki çox ciddi nəticəyə səbəb olur: Hədər yerə vaxt sərf olunan dərsdə daha çox intizam 1. problemləri var, nəinki düzgün vaxt bölgüsü olan dərsdə; Dərs vaxtının itirilməsi birbaşa şagirdlərin akademik 2. nailiyyətlərində özünü göstərir. Bunun üçün də bilməliyik ki, vaxtın itirilməsini minimuma qədər necə azaldaq. İlk növbədə, nəzərə almalıyıq ki, vaxtın səmərəli istifadəsi şagirdlərin maraqlarına aiddir. Doğrudur, onlar qaydanı pozurlar, diqqəti yayındırırlar və daha çox əylənməyə meyllidirlər, amma bu onu bildirmir ki, onların maraqlı və faydalı iş görmək istəkləri yoxdur. Şagirdlərə hiss etdirmək lazımdır ki, onlar bu gün öz işlərini uğurla yerinə yetirdilər. Onların bu tələbatını çox yaxşı istifadə edə bilərik ki, şagirdləri öz həmfi kirlərimizə çevirə bilək. İnandırmaq 1. Söhbətlə, diskusiya ilə, izahatlar və misallarla şagirdi inandırmağa çalışmalıyıq ki, dərs vaxtını optimal şəkildə istifadə edək. Əlbəttə ki, bu onu bildirmir ki, bu gündən etibarən şagird dərsdə bir dəqiqəni də boş keçirməyəcəkdir, amma biz nail ola bilərik ki, şagird bizim tələbimizin zərurətini anlasın. Gələcəkdə vaxtın qənaətli istifadəsi ilə əlaqədar bizim ciddi və tez-tez xatırlatmalarımız, sadəcə təkid olaraq qəbul edilməyəcək və daha az etirazlara səbəb olacaqdır. Bu mövzunun vurğulanması və şagirdlər üçün vaxtın idarə edilmə bacarığının işlənib hazırlanması üçün sadə sorğu anketi çox faydalı ola bilər. Məsələn: 23 Ad Tarix Bu günkü dərsi düşünün və çalışın ki, səmimi olaraq sualları cavablandırasınız: 1. Dərs davam edir dəqiqə. 2. Mənim fi krimcə, bu gün dərsdə səmərəsiz dəqiqə vaxt sərf etdim. 3. Razılaşdığın bəndləri qeyd et. Mən işləmirdim ...... İlk 5 dəqiqə • İlk 10 dəqiqə • Son 5 dəqiqə • Sərbəst yazı zamanı • Başqaları mətni oxuyan zaman • Diskusiya zamanı • Qrup işi zamanı • Başqa (özün əlavə et) • 4. Bu gün mən yaxşı çalışırdım, nə zaman ki, Diqqətim çox tez dağılır, nə zaman ki, 5. ________________________________________ Vaxtı çox yaxşı istifadə edərəm, əgər 6. ________________________________________ Müəllimə məsləhət verərdim ki, 7. ________________________________________ 24 Belə bir anketin doldurulması xüsusilə elə bir dərslərdən sonra əhəmiyyətlidir, nə zaman ki, müəllimin fi krincə, adi vaxtdan fərqli olaraq hədər yerə çox vaxt xərcləndi. Konkret sinif və dərsin ehtiyaclarına uyğun olunması üçün sualları dəyişdirmək olar, lakin məqsəd dəyişməz qalır – şagirdlərə vaxtın əhəmiyyətini və onların məsuliyyətini xatırladaq ki, dərsdə vaxt səmərəli keçməlidir. II. Maraqlandırmaq Təcrübəli müəllimlər bir çox fərqli üsullara müraciət edirlər ki, şagirdlərin vaxtı düzgün istifadə etməklərinə stimul versinlər. Bu məqsədlə istifadə edə bilərik, məsələn: 10 saniyəlik yarışmadan • Müəllim təlimat verir: “uşaqlar, mən 10-dan 1-ə qədər sayıram və gəlin görək, 10 saniyədə siz kitablarınızı, dəftərlərinizi 25 və qələmlərinizi partanın üstünə qoya biləcəksinizmi”. Bu qısamüddətli yarışmanın nəticəsi 3-4 dəqiqə qənaət edilmiş vaxt və həvəsləndirilmiş, enerji ilə dolu şagirdlərdir; Yeni rekorddan • Müəllim şagirdlərə xatırladır ki, əvvəlki qaydaya uyğun olaraq 20 saniyədə dərsə hazırlaşsınlar (və ya partanı səliqəyə salsınlar və s.). Bu gün onlar çalışmalıdırlar ki, öz rekordlarını yaxşılaşdırsınlar. Şagirdlər üçün yarışmanın özü həvəsləndirici rol oynayır və nəticə üçün onlara mükafatın təklif edilməsi vacib deyil; Həvəsləndirici fəallıqdan • Bütün problematik anlarda şagirdlərə kifayət edilən vaxtdan çox vaxt ayıraq (məsələn, qrup işindən sonra partalarına qayıtmaq üçün 2 dəqiqə) və eyni zamanda xəbərdar edək ki, bu andan qənaət edilən saniyələr və dəqiqələr “həvəsləndirici fəallıq vaxtına” əlavə edilir. “Həvəsləndirici fəallıq” şagirdlər üçün xüsusilə sevimli fəallıqdır (məs., oyun, kompüterlə iş, yarışma), hansını ki, müəllim sinifl ə razılıq əsasında seçir və bunun üçün şagirdlər bütün gün və ya həftə ərzində “dəqiqələri yığırlar”, çünki “həvəsləndirici fəallıqlar” da dərs məqsədlərinə xidmət edirlər. Hesab edilə bilər ki, müəllim tərəfi ndən əliaçıq şəkildə ayrılan vaxt hədər yerə xərclənmir və şagirdlərə də stimul verilir ki, tələssinlər. III. Müəllimin nümunəsi Bütün yuxarıda sadalanan vasitələr yalnız o halda öz bəhrəsini göstərə bilər, əgər şagird müəllimin şəxsi nümunəsi əsasında inanır ki, dərs vaxtı nə qədər dəyərlidir. Müəllim özü intizamlılıq və təşkilatçılıq nümunəsi olmalıdır. Əgər biz özümüz gecikiriksə, bir neçə dəqiqə dərslik axtarırıqsa və şagirdlərin tapşırıq dəftərlərini 26 tapa bilmiriksə, o zaman vaxtın qənaətli istifadəsi haqqında uzun- uzadı söhbətin heç bir faydası ola bilməz. Ən böyük təhlükə o zaman yaranır, nə zaman ki, bizim planımız özünü doğrultmur. Bir çox hallarda, müəllim əvvəlcədən fəallıq üçün düzgün vaxtı hesablaya bilmir və ya fəallıqdan biri ixtisara düşür. Məsələn, ümid etdiyimiz maqnitofon işləmir. Şagirdlər hiss etməməlidirlər ki, müəllim dərsin son 10-15 dəqiqəsində axtarır ki, vaxtı necə tamamlasın. Bu cür hallar üçün mütləq ehtiyatda planımız olmalıdır. Bu, həmin fəallığın təşkil edilmiş başqa variantı da ola bilər və ya dərs məqsədilə əlaqədar tapşırıqlarını tez bitirən şagirdlər üçün əlavə fəallıq da ola bilər. Müəllimin bütün cəhdlərinə baxmayaraq, elə bir hallar olur ki, dərsin gedişatını gözlənilməyən hallar pozur. Məsələn, qəfi l qonaq, qonşu sinifdən səs-küy , şagirdin direktorun otağına çağırılması və s. Müdiriyyətlə və ya həmkarlarla razılıq nəticəsində belə bir halların bir qisminin qarşısının alınması mümkündür. Qalan hallarda, yalnız onu edə bilərik ki, dərsin dayandırılmasına səbəb olan qarışıqlığı minimuma endirək və çalışaq ki, şagirdlərin diqqətləri maksimal olaraq fəallığa cəmləşdirilmiş olunsun. Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab verə bilərsiniz. Suallara qayıdın və cavab verin. 27 Əsas nəticələr və tövsiyyələr: Dərs vaxtının düzgün idarə edilməməsi nəticəsində • intizam problemləri və şagirdlərin akademik nəticələrinin pisləşmə halları qeyd edilir; Müəllim vaxtın effektiv idarə edilməsini şagirdlərin • yardımı və iştirakı olmadan həyata keçirə bilməz. Bunun üçün də, müəllim çalışmalıdır ki, diskusiya, sorğu anketi və müxtəlif fəallıq vasitəsilə şagirdləri bu prosesə cəlb etsin; Öz hərəkətləri və dərsin effektiv planlaşdırması ilə • müəllim özü vaxtın qənaətlə istifadə nümunəsini göstərməlidir; Gözlənilməyən hallarda müəllimin əsas məsələsi odur ki, • bu vəziyyətlə yaranan qarışıqlığı minimuma endirsin və qısa müddət ərzində şagirdlərin diqqətini işə qaytarsın. 28 Dərsin mərhələləri Bu fəsli oxuduqdan sonra siz biləcəksiniz: Dərsin effektiv şəkildə başlanılması və bitirilməsi nə deməkdir; Dərsin birinci dəqiqələrindən iş mühitini necə yaratmalıyıq; Fəallıqdan fəallığa keçən zaman vaxtın itirilməsini necə azaldaq; Dərsin yekun mərhələsindən hansı məqsədlə istifadə etməliyik. Əhvalat Zəng çalındı. Müəllim dayanıb və şagirdlərə baxır, hansılar ki, yavaş-yavaş sinfə daxil olur, yoldaşlarının partalarının yanında durub dəhlizdə başladıqları söhbətlərini davam etdirir, sonra öz partaları arxasına əyləşib sakit şəkildə çantada lazımi dəftər kitablarını axtarmağa başlayırlar. Belə vəziyyətdə dərsin ilk 5-10 dəqiqəsi tamamilə faydasız keçir. Problem yalnız vaxtın itirilməsin də deyil, eləcə də dərsin ritmindədir, çünki şagirdlərin iş abu- havalarını bir çox hallarda ilk dəqiqələr müəyyənləşdirir. 29 Şagirdlər məmnuniyyətlə sinfə həmin qeyri-iş əhval ruhiyyəni keçirirlər, hansı ki, tənəffüsdə onlarda yaranmışdır. Bunun qarşısını almaq üçün müəllim sinifdə iş mühitini yaratmağı bacarmalıdır. Elə bir davranış qaydaları və ya tələblərini hazırlamaq lazımdır ki, hansılar ki, bütün dərslərin əvvəlində təkrarlanır, şagirdlər üçün tanışdır və əqli və emosional cəhətdən yeni dərsə hazırlaşmağa kömək edir. Bu qaydaların şagirdlərlə birlikdə işlənilməsi daha yaxşı nəticə verir. Bu qaydalar bütün müəllimlər üçün fərdi ola bilər, amma mütləq məktəbin daxili qaydalarına mübafi q olmalıdır. Bir neçə məsləhəti nəzərə alaq: bax səh. 65 30 Zəng vurulana qədər sinfə keçin, lövhəni, əyani vəsaitləri • hazırlayın, maqnitofonu yoxlayın, dərs üçün lazımi resursları yoxlayın (məsələn, sınaq üçün lazımi material). Sizin məqsədiniz ondan ibarət olmalıdır ki, zəngin vurulan anından etibarən, sinifdə təkcə fi ziki şəkildə olmayasınız, eləcə də orada iş mühitini yaratmış olasınız. Bununla şagirdlərə dərsə necə məsuliyyətlə yanaşmağınızı və öz dəqiqliyinizi nümunə göstərmiş olursunuz; Şagirdlərlə sinif otağına daxil olan kimi salamlaşın, dərs • üçün lazım olacaq tapşırıq dəftərlərini və ya digər materialı paylayın; bu vaxtı onların suallarına cavab vermək, fərdi problemlərin müzakirəsi, ümumi icmal üçün ayırın, hansılar son nəticədə, müəllim və şagirdlər arasında xoş əhval-ruhiyyə və münasibətlər üçün imkan yaradacaqlar; Bir çox problemin qarşısının alınması üçün yaxşı olardı ki, • şagirdlər sinif otağına daxil olan kimi onlardan öz yerlərini tutmağı xahiş edəsiniz. Bununla onların tənəffüs zamanı başladıqları problemlərinin sinifdə davamının qarşısını almış oluruq. Hər bir şagirdin dərhal öz yerini tutması tələbi dərs zamanı və dərs prosesində onların diqqətlərinin cəmləşdirilməsi üçün ən yaxşı vasitədir; Şagidlərin diqqətinin cəmləşdirilməsində sizə kömək edən • üsullardan biri sizin tələblərinizin əvvəlcədən lövhəyə yazılmasıdır. Bu, belə bir növdə ola bilər: Kitablarınızda səh. 42-ni açın; Yoxlanış üçün ev tapşırığı dəftərlərinizi açın; Bugünkü dərsin mövzusunu dəftərə yazın. Tənəffüsü və dərsi bir-birindən məhz iş abu-havası fərqləndirir. • Bu abu-hava şagirdin sinif otağına daxil olduğu andan yaranmalıdır. Lövhədə və ya partalarda onları qısa, sadə tapşırıqla qarşılamalıyıq. Bu qısa tapşırığın məqsədi ondan ibarətdir ki, şagirdlər dərsin əsas hissəsi üçün hazır olsunlar, ola bilsin ki, şagirdlərə keçilən materialı xatırladacaq və yeni mövzu üçün mənbə hazırlayacaq tapşırıqdan istifadə edək. 31 Həmin fəallıq maraqlı və həvəsləndirici olmalıdır ki, şagirdlərin diqqətlərini sinifxarici maraqlardan dərs mövzusuna keçirə bilsin. Eyni zamanda, tapşırıq həddən artıq sadə olmalıdır ki, şagird qısa müddət ərzində sərbəst və ya cütlüklərdə onu yerinə yetirə bilsin. Nəzərə alın ki, bu, şagirdin biliyini yoxlamaq məqsədini daşıyan adi bir test deyil. Bizim əsas məqsədimiz vaxtın faydasız keçirilməsinin qarşısını almaq və şagirdi dərs prosesinə cəlb etməkdir. Dərs məqsədindən irəli gələrək, belə bir tapşırığı fi kirləşmək çətin olmayacaqdır. Ola bilsin ki, şagirdlərdən xahiş edək: Mövzu ilə əlaqədar sitat, atalar sözü və ya sadə düstur üzərində düşünsünlər; Əvvəlki gün keçilən materialdan 4 suala cavab versinlər; Yeni dərs ətrafında artıq nəyi bildiklərini bir neçə bənddə sadalasınlar; Başlığından, şəklindən (və ya şəkillərindən), mətndən toplanılan əhəmiyyətli ifadələrinə və ya digər növ göstərişlərə əsasən yeni dərsin nə barədə olacağını ehtimal etsinlər; Üç səbəb adlandırsınlar (məs., praktiki tətbiq), hansına əsasən bu mövzunun öyrənilməsi vacibdir (və ya vacib deyil); Qısa qəzet məqaləsi oxusunlar (və ya məqalədən bir parça), məsələn, o ölkə barədə, hansını öyrənməyə başlayırıq; Ev tapşırığını yerinə yetirdikdə hansı problemlə üzləşdiklərini sadalasınlar (cütlüklərdə yerinə yetirilə bilər); Hər hansı krosvord, tapmaca, həvəsləndirici məsələni yerinə yetirsinlər. Bu tapşırıqların düşünülməsində müəllimin fantaziyasına tam yer verilir. Qeyd olunmalıdır ki, bu zaman yerinə yetirilən tapşırıq üzərində xırdalıqlarına qədər düzəlişlərin aparılması vacib 32 deyil. Əsas odur ki, şagirdin tapşırığı yerinə yetirdiyinə inanaq. Əgər şagird tapşırığa diqqətlə yanaşsa, o zaman məqsədimizə nail olmuş olarıq, şagird dərs prosesinə cəlb olunub, yəni ki, dərs başlayıbdır. Fəallıqdan fəallığa keçid Fəallıqlar məntiqi cəhətdən bir-biri ilə bağlı olduğu zaman, bu proses, müqayisədə, daha fəsadsız şəkildə keçilir. Bu halda, şagirdlər üçün bir fəallıqdan digərinə keçid çətinlik yaratmır, müəllimin təlimatı da müqayisədə sadədir və az zaman tələb edir. Yaxşı planlaşdırılmış dərs zamanı da sinfi n təşkili məsələləri müəyyən zaman tələb edir. Məsələn, sinif sərbəst işi yerinə yetirdi və növbəti fəallıq isə, qrup işini nəzərdə tutur. Bu, öz növbəsində, şagirdlərin hərəkətlərini, ola bilsin ki, stulların yerdəyişməsini də nəzərdə tutsun. Əgər gerçəklikdə, bu işlərə 1-2 dəqiqə vaxt lazımdırsa, şagirdlər buna daha artıq vaxt sərf edə bilərlər. Bu problemin qarşısını almaq üçün bir neçə addım atmaq olar: Aydın şəkildə təlimat verək və bütün növ prosedurları yerinə • yetirmək üçün verilən vaxtı mütləq təyin edək; Həmin zaman müəllimin harada durmasının çox böyük • əhəmiyyəti vardır. Müəllim ayaq üstə olmalı və şagirdlərin nə etdiyinə nəzarət etməlidir. Müəllimin fəal diqqəti vaxtın faydasız sərf edilməsinə qarşı ən effektiv vasitədir; Bu zaman şagirdlərin suallarına cavab vermək (məs., əvvəlki • və ya yeni tapşırıqla əlaqədar) məqsədəuyğun deyil, çünki keçid mərhələsi, idarəçilik nöqteyi-nəzərindən, ən mürəkkəb anlardan biridir və bu zaman, diqqət, yaranan çətinliklərin tez həllinə yönəlməlidir. Sualları cavablandırmağı, yaxşı olardı ki, şagirdlərin dinləmək üçün hazır olduqları vaxta saxlayaq. Download 2.82 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling