Nino Nijaradze Keysi Makleyn
Download 2.82 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Valideyn və müəllim münasibətləri
- Həmkarlarla münasibətlər
Əhvalat 4. Niko dəcəlliyi ilə seçilirdi. O, əsasən, riyaziyyat dərsində nadinclik edirdi. Müəllim Nikanın əxlaqı barədə onun valideynini xəbərdar etdi. Nika həmin gecə atasından məzəmmət də eşitdi. İkinci gün, riyaziyyat dərsində Nika səs salmaq və dərs əşyalarını atmaqla dərsi pozmağa çalışırdı. Onun dəcəlliyinə bir neçə şagird də qatıldı. Müəllim onları sakitləşdirməyə çalışdıqda, Nika ayağının zərbəsi ilə sinifdəki kitab şkafını sındırdı. Problemin həllinin mümkün variantı: Riyaziyyat müəllimi direktora müraciət etdi ki, Nikanın valideynlərini məktəbə dəvət etsin və onlarla birlidə baş verən hadisəni müzakirə etsinlər. Direktor müəllimin tələbini razı saldı 128 və ertəsi günü Nikanın valideynlərini məktəbə dəvət etdi.Görüşdə Nika da iştirak edirdi. Direktor Nikadan davranışlarının səbəbi barədə izahatı dinlədi. Bundan sonra direktor məktəbin əmlakına ehtiyatla yanaşmaq və dərs prosesinin pozulmasına yol verməmək haqqında Nikaya onun hüquq-vəzifələrini izah etdi. Məktəbin təyin etdiyi qaydaya əsasən məktəbin direktoru Nikanı 2 gün məktəbdən kənarlaşdırdı. Verilən misal onu təsdiq edir ki, şagirdin öz hüquqları var və bununla yanaşı, ona vəzifələr də həvalə olunur, hansıları yerinə yetirməmək məktəb tərəfi ndən təyin edilən qaydaların pozulmasını təqdim edir və şagidlərin üzərinə müvafi q məsuliyyət ölçülərinin qoyulmasına səbəb olur. Məktəb yalnız qanunvericilik tələblərinə uyğun olan və məktəbin təyin etdiyi intizam ölçülərindən istifadə etmək məcburiyyətindədir. Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab verə bilərsiniz. Suallara qayıdın və cavab verin. Əsas nəticələr və tövsiyyələr: Şagirdlərin hüquqları var ki, mühafi zə olunan və təhlükəsiz • mühitdə təhsil alsınlar; Şagirdlərin akademik irəliləyişlərinə müəllimin onlara • hörmətlə yanaşmasını bilmək onlara çox kömək edir; Müəllim və Təhsil və Elm Nazirliyi şagirdlər haqqında • məxfi informasiyanı mühafi zə etməlidir; Şagirdlər Təhsil və Elm Nazirliyi və məktəb tərəfi ndən • təyin edilən intizam qaydalarını qorumalıdırlar və sinif yoldaşlarının, müəllimlərin və məktəb rəhbərliyinin hüquqlarına hörmətlə yanaşmalıdırlar. 129 Valideyn və müəllim münasibətləri Bu fəsli oxuduqdan sonra siz biləcəksiniz: Müəllim və valideyn münasibətlərinin nə kimi əhəmiyyəti vardır; Müəllimlər valideynlərlə əməkdaşlıq münasibətlərini möhkəmləndirdikdə hansı strategiyalara müraciət etməlidirlər; Dərs prosesində iştirakı zamanı valideynə hansı vəzifələr həvalə olunur; Valideynin məktəb həyatına qoşulmasının nə kimi əhəmiyyəti vardır. Aşağıda verilən suallara cavab verin və cavablar üzərində düşünün: Valideynlərlə yaxşı kommunikasiya nəyi bildirir? 1. Valideynlərlə münasibət zamanı istifadə etdiyiniz 2. kommuniasiyanın bir neçə effektiv strategiyasının adını çəkin; Valideynlərin qoşula biləcəkləri məktəb tədbirlərini 3. sadalayın; Valideynlərin məktəb tədbirlərinə cəlb etdikdə hansı 4. qaydalara riayət etməlisiniz? Valideynin uşağının akademik nailiyyəti ilə razı qalmadığı 5. halda hansı üsula müraciət edə bilərsiniz? Valideyn aktiv olmadıqda və övladının təhsil prosesində 6. ümumiyyətlə iştirak etmədikdə hansı üsula müraciət edə bilərsiniz? Uşaq tərəfi ndən intizam pozuntusuna yol verildikdə 7. valideynə hansı rol həvalə olunur? 130 ***** Valideynin və müəllimin yaxşı münasibətləri şagirdin nailiyyəti üçün şərait yaradır, onun özqiymətləndirməsini arırır və gücləndirir. Əgər şagird bilirsə ki, onun valideyni övladının akademik uğurları ilə maraqlanır, bu, onun motivasiyasına müsbət təsir göstərir. Məktəb valideyni mütəmadi olaraq uşağıınn akademik nailiyyətləri və ya əxlaqı barədə yeni məlumatlar əldə etmək hüququ ilə təmin etməlidir. Eləcə də o tələblər barədə də, hansıların razı salınması uşağın təhsil prosesinin yaxşılaşdırılması üçün lazımdır. Yaxşı kommunikasiya bacarığı uğurlu münasibətlərin ön şərtidir. Kommunikasiyanın həvəsləndirilməsinin başqa-başqa üsulları vardır. Yaxşı olardı ki, müəllim bu barədə dərs ilinin əvvəlində düşünsün. Valideynləri qarşıdakı sinif tədbirləri, ev tapşırığının yerinə yetirilmə keyfi yyətləri, sizin ümidləriniz və sinfi n təşkili məsələləri barədə tanış edin. Hər zaman valideynləri uşağın müsbət nəticələri ilə tanış edin. Bu onlara imkan verir ki, uşağı tərifl əsinlər. Bununla isə, uşağın özqiymətləndirməsi artır. Əhvalat 1. Levani çox çalışır, amma onu akademik nailiyyəti aşağıdır. Qeyd olunan hadisənin iki mümkün sonluğunu təklif edirik. Müəllim Levaniyə söyləyir ki, o daha çox çalışmalıdır ki, 1. onun nailiyyətləri başqa uşaqların nailiyyətlərinə bərabər olsun. Müəllim onun valideynlərinə məktub göndərir. Məktubun məzmunu əsasən Levaninin nəticəsiz cəhdlərinə və əməyinə aiddir. Məktəb valideynləri düşündürdü, onlar Levanini danladılar və daha çox çalışmağını məsləhət gördülər. Müəllim məktubda Levanin yaxşı iş vərdişləri və sinifdə 2. yaxşı davranışını qeyd edir, bununla yanaşı onun problemi barədə də söz edir. Valideynlər uşağın çalışqanlığından fərəhlənir və bu fərəhin səbəbini ona da açıqlayırlar. İkinci gün məktəbə gələn Levani xoşbəxtdir və müəllimə söyləyir ki, valideynləri onun nailiyyətləri ilə sevinirlər. 131 Birinci misalda məktub həm Levaninin valideynlərini, eləcə də Levanini məyus edir. İkinci misalda, valideynlər də, müəllim də Levaninin akademik zəifl iyi barədə bilirlər, amma hər iki tərəf onu həvəsləndirmək və motivasiyasını daha da artırmaq üçün birlikdə çalışır. Demək olar ki, müəllim böyük heç bir şey etməyibdir. O, yalnız valideynlərə məktub göndərib və onun yaxşı çalışması vərdişini qiymətləndirib. Lakin onun əməyinin dəyərləndirilməsi Levaniyə müsbət təsir göstərəcək və onun motivasiyasını daha da artıracaqdır. Problemin olması halında, mütləq valideyni vəziyyətdən xəbərdar edin. Problemlərin kəskinləşməməsinə qədər onlarla əlaqə saxlayın. Görəndə ki, problem artıq uzun müddətdir ki, mövcuddur və o, bu barədə heç nə bilmir, bu, valideynə mənfi təsir göstərir. İl ərzində bir neçə dəfə valideynləri övladlarının nailiyyətlərini müzakirə etməyə dəvət edin. Onlara tez-tez məktub göndərin və fənnin məqsədlərini, əsas məsələlərini, uşağın problemləri və nailiyyətlərini izah edin. Yaxşı təşkil edilmiş kommunikasiya valideyn və müəllim münasibətlərində çox vacibdir. Valideynlə üzbəüz söhbət münasibətin qurulmasının ən effektiv formalarından biridir, çünki bu, ümumi məqsədlərə çatmaq üçün birgə çalışmağın əsasını qoyacaqdır. Valideynlə görüşün uğurlu aparılması üçün bir neçə qaydaya riayət etmək məqsədəuyğundur. Məsələn, yaxşı olardı ki, mobil telefonu söndürəsiniz və yaxud da səssiz rejimə qoyasınız. Bununla sizin söhbətinizin vacibliyi və valideynə olan hörmət vurğulanır. Söhbət üçün elə bir otaq seçin, hansının qapılarını bağlaya biləsiniz. Bununla siz onlara göstərirsiniz ki, söhbət məxfi dir və səmimi, vasitəsiz münasibətərin yaranmasına şərait yaradırsınız. Hər zaman valideyni səmimiyyətlə qarşılayın. Təşkilatçılıq görüşə daha rəsmi çalar verir. Əvvəlcədən müzakirə olunası məsələlərin siyahısını tərtib edin və əgər şagird konkret tapşırığı yerinə yetirməkdə və ya dərsliyi mənimsəməkdə çətinlik çəkirsə, o zaman onun yazı işini və ya dərsliyi özünüzlə götürün. Şagirdin yazı işindən istifadə etmək problemin həllini aydın şəkildə nümayiş etdirilməsi üçün çox yaxşı vasitədir. Valideyn hiss etməlidir ki, siz onunla görüş üçün hazırlaşırdınız. Əgər valideyn həyəcanlanırsa, o zaman müxtəlif üsullara müraciət edə bilərsiniz ki, o, özünü daha sərbəst hiss etsin. Hər ikiniz də söhbət üçün şagird partası arxasında əyləşə bilərsiniz. Əgər 132 həmsöhbətlərdən biri həyəcanlanırsa və həmsöhbətlər arasında sədd, məsələn, stol varsa, bu, etimadsızlıq anını daha da artırır. Buna görə də yaxşı olardı ki, elə söhbətin əvvəlindəcə uşağa qayğı göstərdiyinizi və ona müsbət yanaşmanızı göstərəsiniz. Problemin həllinə qədər, qısa şəkildə şagirdin güclü tərəfl ərini söyləyin. Əlbəttə ki, valideyn övladının nailiyyətləri ilə qürur duyur. Müəllim məzəmmətlə söhbətə başladıqda, görüşün tonu ikitərəfl i müdafi əedici olur. Valideyndə onun övladına səmimi yanaşmağınızda şübhə yarana bilər. Unutmayın ki, dəcəl və sözə baxmayan uşaq, kiminsə sevimli balasıdır. Valideynlər o ümidlə gəlirlər ki, övladının nailiyyətli və müsbət tərəfl əri barədə məlumat alsınlar. Siz onlara hissə etdirməlisiniz ki, şagirdə səmimi yanaşırsınız və şagirdin müsbət bacarıqlarının inkişafına qayğı göstərirsiniz. Valideyni diqqətlə dinləyin. Onların problemlərini nəzərə alın. Məsələn, o, sizə şikayətlənir ki, uşağına kitab oxutmaq üçün vaxt tapmaqda çətinlik çəkir. Bu vəziyyətdə cavab verə bilərsiniz: “başa düşürəm ki, vaxt tapmaq çox çətindir. Bəlkə çalışıb uşaqdan xahiş edəsiniz ki, siz yemək hazırlayan zaman o, ucadan oxusun”. Bu cür cavab valideynə hiss etdirir ki, siz onu başa düşürsünüz və ona problemi həll etməkdə kömək etməyə çalışırsınız. Görüş zamanı valideynə çox vaxt ayırmağa çalışın. Konkret hadisəni təsvir edin və məsləhət istəyin. Bununla valideynin səriştəsini vurğulayırsınız və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə şəraitini yaratmış olursunuz. Valideynləri konkret detallar daha çox maraqlandırır və onların demək olar ki, hər zaman suallar vermək və təəssüfl ərini bildirmək arzuları olacaqdır. Valideynlərlə söhbət zamanı şagirdin nailiyyətləri və ya əxlaqını xarakterizə etmək üçün konkret misallar gətirin. Birmənalı xasiyyətnamədən çəkinin, məsələn, “Dato riyaziyyatdan zəifdir”. Bunun əvəzinə konkret misal gətirin: “Ötən həftə Dato ikirəqəmli ədədlərin toplanılmasında çətinlik çəkdi və tapşırığı yerinə yetirə bilmədi”. Valideynə göstərin ki, siz uşaqla deyil, konkret bir problemlə mübarizə aparırsınız. Valideyndə elə bir təsəvver yaratmayın ki, fi krinizi ona calayırsınız. Ona aydın olmalıdır ki, onunla birlikdə problemi həll etməyə çalışırsınız. “Siz Datonu məcbur etməlisiniz ki, axşamlar çoxlu çalışsın”, - bu sözlərin əvəzinə yaxşı olardı ki, belə deyəsiniz: 133 “Sizin söhbətinizdən irəli gələrək düşünürəm ki, yaxşı olardı ki, hər axşam Datoya yeni sözləri öyrənmək üçün 10 dəqiqə əlavə vaxt ayırasınız”. Problemin kəskinləşməsi zamanı da, valideyni təqsirləndirməkdən çəkinin. Bu, nəticə verməyəcəkdir, valideyni müdafi ə olunmaq vəziyyətinə gətirəcək və ola bilsin ki, sizi dinləməsin. Pedaqoji terminologiyadan istifadə etməməyə çalışaq. Sadə və hamı üçün aydın dildə danışın. Əgər fi kri ötürmək üçün hər hansı bir pedaqoji nəzəriyyədən istifadə etmək lazım gəlirsə, çalışın ki, onu asan dillə izah edəsiniz. Söhbəti ümidverici və müsbət notlarla sona çatdırın. Məqsədləri sadalayın. Valideynin necə kömək edə biləcəyini cəmləşdirin. Gələcək planları xatırladın. Valideynə bildirin ki, onun dəstəyi lazımlı və zəruridir. Əgər valideyni şagirdin intizam pozuntusuna görə çağırırsınızsa, müəyyən strategiyanı hazırlmaq lazımdır. Strategiyalardan biri davranışın təsvir edilməsi hesab oluna bilər. Əhvalat 2. Qoqa istedadlı uşaqdır və çox yoxsul bir ailədə böyüyür. Müəllimə məlum oldu ki, o, başqa uşaqların pullarını, qələmlərini və digər xırda əşyalarını oğurlayır. Bir dəfə, başqa uşağa məxsus olan qələmçərtən Qoqanın çantasından düşdü. Qeyd olunan vəziyyətin üç mümkün sonluğunu təklif edirik. Bu hadisəy 1. ə bütün sinif gözünü yumdu, çünki hamı bilir ki, Qoqanın ailəsi çox kasıbdır və qərara aldılar ki, bunu görməsinlər. Qələmçərtəni şagirdə qaytardılar. Bu hadisəni heç Qoqanın ailəsinə də bildirmədilər. Qoqanı sinif qarşısında danladılar və heç bir zaman 2. oğurluq etməyəcəyini zorla söylətdirdilər. Valideynlərini çağırdılar və bildirdilər ki, ölçü götürməlidirlər, çünki uşağın açıq şəkildə problemi var. Valideynlər inana bilmirlər və düşünürlər ki, müəllim səhv edir. Bu hal valideyn və müəllim arasında münasibəti çox gərginləşdirir. Valideyndə təəssürat yaranır ki, müəllim hər zaman Qoqanı sıxışdırır. 134 Müəllim dərsdən sonra Qoqa ilə söhbət etdi və sakitcə 3. soruşdu, qələmçərtəni niyə oğurlayıbdır. Qoqa söylədi ki, bu əşyaları çox istəyirdi, amma ailəsinin buna pulu yox idi. Müəllim onun dərdinə şərik oldu, amma izah edir ki, bu əşyaların əldə edilməsinin düzgün yolu oğurluq deyil. Qoqanı xəbərdar etdilər ki, oğurluq təkrar olunarsa, onun valideynlərini xəbərdar edəcəklər. Bir neçə gündən sonra yenə də bir əşya itdi. Müəllim Qoqaya söylədi ki, onu çox sevir və hesab edir ki, onun böyük potensialı var, amma bu ikinci hadisədən sonra məcburdur ki, onun valideynlərini xəbərdar etsin. Qoqanın valideynləri məktəbə gəldilər. Valideynlərlə söhbətin əvvəlində müəllim Qoqanın nailiyyətlərini müzakirə etdi və yalnız bundan sonra problemli hadisəni təhlil etdi. O, bir neçə oğurlanmış əşyanı göstərdi. Əvvəlcədən Qoqanın anası bildirirdi ki, ola bilməz ki, onun oğlu belə bir iş etsin. Sonra Qoqadan içəri keçməyi xahiş etdilər. Qoqanın anası soruşdu ki, o, bu əşyaları oğurlayıbmı və ya yox. Qoqa boynuna aldı. Bundan sonra valideynlər, şagird və müəllim birlikdə müzakirə etdilər ki, oğurluğun təkrarlanmasının qarşısının alınması üçün və ya təkrarlandığı halda hansı ölçülər götürəcəklər. Birinci yanaşma şagirdə heç nə ilə yardım etmir. Oğurluğa adət etmək nə onun üçün, nə də ki, cəmiyyət üçün yaxşı hal deyil. Problemin bu şəkildə həlli valideynə də imkan vermir ki, övladına izah etsin ki, niyə oğurluq etmək pisdir. İkinci variant da nəticəsizdir, çünki şagirdin başqalarının qarşısında təhqir olunması onun özqiymətləndirməsinə mənfi təsir göstərir və o, həmyaşıdları arasında etimadsızlıq və rişxənd obyektinə çevrilir. Əlbəttə ki, üçüncü yanaşma ən nəticəlidir. Bu halda müəllim ikinci şans verməklə və uşağa oğurluğun səbəbini müzakirə etməklə problemi həll etməyə çalışır. Hadisə təkrar olunduqda, valideynləri dəvət edir və izah edir ki, birinci dəfə hansı ölçüləri götürmüşdü və oğurluğun sübutunu da gətirir. Müəllim maksimal şəkildə çalışır ki, şagirdi yox, günahı tənqid etsin. O, Qoqanın başqa şəxsi dəyərləri 135 haqqında da söhbət etdi, lakin oğurluğu tənqid etdi. Ən əsası odur ki, problemi valideynlərə elə formada ötürdü ki, problemi birlikdə həll etmək mümkün olsun. Valideyn məcburdur ki, uşağın dərslərə gündəlik davamiyyətinə nəzarət etsin. Şagirdin təhsil prosesi onun təkcə məktəbdə olması ilə kifayətlənmir, o, adətən, ev tapşırıqları və digər əlavə fəallıqları da özündə birləşdirir, hansıların uğurla həyata keçirilməsi bir çox hallarda, məhz valideynlərdən asılıdır. Əhvalat 3. İrakli məktəbdən qayıdıb. İngilis dilindən ona kiçik hekayəni oxumaq və onun birsəhifəlik məzmununu yazmaq tapşırılıbdır. Irakli ingilis dilini öyrənməkdə çox çətinlik çəkir. Evdə anası tapşırığı yerinə yetirməyi xahiş edir. Qeyd olunan vəziyyət iki cür cərəyan edə bilər: İraklinin çalışa biləcəyi yeganə masa ümumi otaqda 1. yerləşir. Nənə seriala baxır və televizorun səsi İrakliyə mane olur. Kiçik qardaşı da səs-küylə evdə qaçır. İrakli bir saat boyunca oturub hekayəni oxumağa çalışır, lakin eyni abzası bir neçə dəfə təkrarlamalı olur, çünki diqqətini cəmləşdirə bilmir. Sonda qərara alır ki, tapşırığı yerinə yetirməyin başını buraxsın. İrakli anasına deyir ki, ümumi otaqda səs olduğuna görə, 2. tapşırığı yerinə yetirə bilmir. Ana balaca masa tapır və İraklinin otağına qoyur, qapını örtür, kiçik oğluna tapşırır ki, otağa keçməsin, çünki onun qardaşı tapşırığını yerinə yetirir. İrakli 45 dəqiqəyə hekayəni oxuyur və məzmun demək olar ki, ona aydın olur. O, artıq inşa yaza bilər və ertəsi günü onu müəllimə göstərə bilər. İkinci səhnə çox yaxşı bir nümunədir. Şagirdə tapşırığı yerinə yetirmək üçün sakit mühitin yaradılması vacib şərtlərdən biridir. 136 Valideyn müdaxilə etməsəydi, İrakli ev tapşırığını yerinə yetirə bilməyəcəkdi. Valideynlər ümumi məktəb probleminin həllində, vəsait və digər resursların axtarışında aktiv rol oynaya bilərlər. Məktəb valideynin hüququnu təmin etməlidir ki, o, şəxsən və ya seçilən nümayəndə vasitəsilə məktəbin idarəçiliyində iştirak etsin. Məktəb həyatında aktiv iştirak etmək üçün valideyn hər zaman məktəbdə mühafi zə olunan istənilən açıq informasiyanı tələb edə bilər. Valideyni məktəbin idarəçilyi və ya məktəb tədbirlərinə cəlb etməyin bir neçə yolu mövcuddur. Çox vacibdir ki, valideynlər məktəbin qəyyumlar şurasında birləşsinlər, hansı ki, məktəbin özünüidarəçilyinin ali seçim orqanıdır. Bundan əlavə, valideynlərin hüquqları var ki, təşkilat yaratsınlar və məktəb onların bu qərarlarına hörmətlə yanaşmalıdır. Eləcə də, məktəb valideynlər birliyinin işinə müdaxilə etməli deyil. Hər bir məktəbdə aktiv valideynləri axtarmaq mümkündür, amma məktəbə qarşı çox da müsbət yanaşmayan valideynlərin cəlb edilməsi cəhdi də nəticə verə bilər. Analar, atalar, nənə və babaları həvəskar kimi məktəbin tədbirlərinə cəlb etmək olar. Bu, uşağın təhsilə olan marağını nümayiş etdirməyə sövq edir və şagirdin özqiymətləndirməsini artırır. Valideynin məktəb həyatına cəlb olunması uşağın akademik imkanlarını da yaxşılaşdıra bilər. Təhsil elə bir prosesdir ki, məktəb, şagirdlər və valideynlər arasında əməkdaşlığı əhatə edir. Siz artıq bu fəslin əvvəlində verilən bütün suallara cavab verə bilərsiniz. Suallara qayıdın və cavab verin. 137 Əsas nəticələr və tövsiyyələr: Dərs prosesinin effektiv şəkildə aparılması üçün valideyn • və müəllim arasında əməkdaşlıq münasibətinin böyük əhəmiyyəti vardır; Müəllim effektiv strategiyalardan istifadə etməklə, • valideynləri həvəsləndirə və onları dərs prosesinə cəlb edə bilər; Söhbət zamanı yaxşı olardı ki, əvvəlcə valieyni • inandırasınız ki, onun övladına səmimiyyətlə yanaşırsınız və yalnız bundan sonra problemli məsələlərə keçə bilərsiniz; Unutmayın ki, bir çox hallarda, valideynin məktəb • həyatına lazımi şəkildə cəlb olunması uşağın motivasiyasının yüksəlməsinə müsbət təsir göstərir. 138 Həmkarlarla münasibətlər Bu fəsli oxuduqdan sonra siz biləcəksiniz: Məktəbin əməkdaşları ilə (direktor, müəllim və s.) səmimi iş münasibətləri nə dərəcədə əhəmiyyətlidir; Müəllim münaqişə və problem vəziyyətində nəyi nəzərə almalıdır; Həmkarlarla münasibət formaları müəllimin peşəkarlığını nə dərəcədə müəyyən edir. Aşağıda verilən suallarla tanış olun və cavablar üzərində düşünün: Səmimi peşəkar münasibətlər nəyi nəzərdə tutur? 1. Həmkarlarla münaqişənin həllinin hansı strategiyaları 2. mövcuddur? Direktor məktəbdə mövcud vəziyyəti və davm edən 3. prosesləri nə dərəcədə ətrafl ı bilməlidir? Niyə məktəb mühitində məxfi liyin qorunması 4. əhəmiyyəlidir? 139 ***** Əməkdaşlar və məktəbin digər işçiləri arasında səmimi əməkdaşlıq münasibətləri müəllim və ya şagirdlər üçün müsbət tədris mühitinin yaradılmasının ön şərtlərindən biridir. Müəllimlər arasında mənfi yanaşma şagirdin nailiyyətlərinə ziyan vura bilər və keyfi yyəli tədris prosesinin aparılmasına mane ola bilər. Məktəbin ümumi nailiyyəti səmimi/əməkdaş peşəkar münasibətlərdən asılıdır. Köhnə bir yapon atalar sözü belə söyləyir: “bizlərdən heç birimiz elə güclü deyilik, necə ki, hamımız birlikdə”. Birlikdə işləmək iş yükünün də yüngülləşdirir. Müəllimin vəzifələrindən biri – həmkarlarının hüquqlarını tanımaq və onlara hörmət etməkdir. Yaxşı olardı, həm bilavasitə əməldə (məs., kömək etmək), eləcə də danışıq leksikasında hörmət göstərilsin. 140 Müəllim hər zaman peşəkarlığı ilə seçilməlidir. Bu, müvafi q biliklə yanaşı, məktəbdə və onun divarları xaricində uyğun davranışı, müvafi q geyim tərzini, yeni ideyalara hazır olmağı, işə ədalətli və ciddi yanaşmanı və uşaqlarla, valideynlərlə və həmkarlarla münasibətdə məxfi liyin qorunmasını nəzərdə tutur. Müəllim məktəbin peşəkar mühitinin yaradılmasında və qorunub saxlanılmasında fəallıq göstərməlidir. Bunun üçün kommunikasiyanın müəyyən strategiyalarını bilmək lazımdır. Əgər əməkdaşlarla münasibətdə münaqişəli vəziyyət yaranarsa, o zaman müəllim başqa əməkdaşların müdaxiləsi xaricində, problemi yalnız həmin şəxslə həl etməyi bacarmalıdır. Məxfi liyin saxlanılması gələcəkdə münasibətlərin düzəlməsinə imkan yaradacaqdır. Əhvalat 1. Mariam artıq 7 il idi ki, məktəbdə işləyirdi. Teona iki il əvvəl gəlmişdi. Onlar arasında münaqişə sinif otağı ilə əlaqədar yaranmışdı. Hər iki müəllim eyni sinif otağından istifadə etmək məcburiyyətində idilər, amma başqa-başqa saatlarda. Mariam gördü ki, Teonanın vəsaitləri onun üçün ayrılan yerin çoxunu tutur. Bundan əlavə, digər müəllimlərdən duydu ki, Teona başqa müəllimlərin yanında onun barəsində pis rəy söyləmişdi. Vəziyyət iki istiqamətdə inkişaf edə bilər: Mariam müəllimlər otağına keçir və Teona ilə sinif otağının 1. probleminin müzakirəsinə başlayır. Teona gülüb deyir ki, bu məsələ barədə çox narahatdır. Mariamı bu, daha da hiddətləndirir və səsini ucaldır. Söhbət yavaş-yavaş qışqırığa çevrilir. Cavabda Teona da səsini ucaldır və sinif otağı ətrafında yaranan problem müəllimlər otağında qızğın bax.II - səh.124; 141 müzakirə olunur. Şagirdlər otağın qarşısında dayanıb mərcə dururlar ki, hansı müəllim udacaqdır. Mariam direktorla əlaqə saxlayıb xahiş etdi ki, bu məsələnin 2. yekun olaraq həll edilməsi üçün onunla və Teona ilə görüşsün. Direktorla söhbətdən sonra Mariam və Teonanı başqa sinifl ərə ayırdılar, başqa müəllimlərlə dəyişdirdilər. Direktor Teonaya xatırlatdı ki, onların problemlərinin başqa müəllimlərlə müzakirəsi ümumi tədris mühitinə müsbət təsir göstərmir. İkinci əhvalatda problemin daha yaxşı həlli yolu verilibdir. Müəllim təqlid obyektidir və istənilən bir vəziyyətdə o, özünü idarə etməyi bacarmalıdır. Həmkarlar arasında yaranan münaqişəli vəziyyəti (ən əhəmiyyətsizi belə), yaxşı olardı ki, onların öz aralarında həll olunsun və ümumi diskusiyaya çevrilməsin. Direktor məktəbdə baş verən təlim-tərbiyə prosesinə nəzarət edir. O, cəmiyyət və məktəb arasında əlaqələndirici halqadır və məktəbin adı ilə məktəbxarici şəxslərlə münasibətlər yaradır. Bunun üçün də o, məktəbdə baş verən hər bir məsələ ilə əlaqədar məlumata malik olmalıdır. Bu, müəllimin öz işlərini yerinə yetirməsinə mane olan şagirdlər və ya valideynlərlə əlaqədar problemli münaqişələrə, dərs planının çətinliklərinə və istənilən hər bir müqavimətə aiddir. Amma bunların hamısı o demək deyil ki, direktor hər bir müəllimin gündəlik işlərinə və dərs prosesinə cəlb olunmaıdır. Uğurlu tədris prosesi onu nəzərdə tutur ki, məktəbin rəhbərliyi müəllimin peşəkarlığına, vicdanlı və sədaqətli olmağına əmin olmalıdır. Effektiv iş üçün məktəbin rəhbər orqanları ilə aktiv əməkdaşlıq etmək və onların fi krini bölüşdürmək lazımdır. Yaxşı olardı ki, direktor və ya qəyyumlar şurasının nümayəndələri sizin tərəfi ndən həyata keçirilən tədbirlər və planlar haqqında xəbərdar olsunlar. Bir çox hallarda müəllimlərin səhvi o olur ki, yalnız problemin kəskinləşdiyi zaman müdiriyyətə 142 informasiyanı çatdırırlar. Onu da mütləq qeyd etmək lazımdır k, problemli vəziyyətdən əlavə, müdiriyyət müsbət hadisələr haqqında xəbərdar olsun. Bütün yuxarıda qeyd olunanlar onu bildirmir ki, bütün problemlərin həllindən müdiriyyət nümayəndələrini xəbərdar etməlisiniz. Bu, yalnız onu göstərir ki, siz dərs prosesini və şagirdlərinizin davranışlarını idarə edə bilmirsiniz. Əgər əhəmiyyətsiz bir problem yaranarsa, o zaman həmin problemin həllində sinfə daha yaxşı nəzarət edən məktəb müəllimləri ilə bir neçə strategiyanı müzakirə etməyiniz yaxşı olardı. Download 2.82 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling