Azərbaycan Respublikası Təhsil Nazirliyi
İdarə obyekti ilə əlaqə qurğusunun strukturu
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
8.7. İdarə obyekti ilə əlaqə qurğusunun strukturu
Obyektlə əlaqə qurğusu MK-ya aid deyil, lakin onun konkret texniki olaraq həyata keçirilməsi MK-nın İO ilə hansı növ siqnallarla mübadilə edə biləcəyini müəyyən edir. İO –n konstruksiyası və onun idarə dövrəsi OƏQ-nun strukturuna müəyyən tələblər qoyur. Odur ki, OƏQ-nin strukturu unifikasiya oluna bilmir və hər bir konkret halda bu və ya digər texniki həll mümkündür. Şəkil 8.6-da giriş və çıxışında müxtəlif siqnallarla xarakterizə olunan hipotetik idarə obyektinə uyğun OƏQ-n strukturu göstərilmişdir. Şəkil 8.6. İdarə obyektinə qoşulma qurğusunun strukturu OƏQ, daxilolma interfeys sxemlərindən istifadə etməklə, idarə obyekti ilə MK-nın verilənlər şini arasında əlaqəni təmin edir. Obyektin texnoloji parametrləri (temperatur, təzyiq, yerdəyişmə, nəmlik və s.) ilkin çeviricilərdə (termocütlər, termomüqavimətlər, induktiv vericilər) elektrik siqnallarına (sabit gərginliyə və ya tezliyə) çevrilir. Nəzarət olunan analoq parametrlər siqnalların standart səviyyəsini (adətən 0...10 V) təmin edən NÇB–u vasitəsi ilə multipleksora (MA) daxil olur. Multipleksor giriş siqnallarından birini vahid bir 153 çıxışa kommutasiya edir. Kommutasiya proqram üzrə çıxış interfeysi vasitəsilə rəqəm kodunun verilməsi halında təmin olunur. Kommutasiya olunmuş siqnal seçmə və yadda saxlama sxeminə, sonra isə ARÇ-yə ötürülür. ARÇ-nin çıxışında nəzarət olunan parametrin qiymətinə mütənasib olan rəqəm kodu formalaşdırılır. Rəqəm kodu giriş interfeysi və verilənlər şini vasitəsilə MP-də oxunur. Oxunmuş rəqəm kodu MP-də müəyyən alqoritmlə sonrakı rəqəm emalından keçir. Nəticənin indikasiyası lazım olan hallarda çıxış interfeysi vasitəsi ilə rəqəmli indikatora verilir. Əgər ölçmənin nəticəsinə görə obyektə təsir etmək lazım gələrsə, bu halda obyektə idarəedici təsirlərin idarə sxemi və icra qurğusu vasitəsi ilə ötürmək üçün çıxış interfeysi istifadə oluna bilər. İdarə sxeminin konstruksiyası icra qurğusunun növündən çox asılıdır. Məsələn, icra qurğusu idarəedici təsirlərin tam qoşulmasını və ya açılmasını təmin edən kontaktsız rele qurğusu olarsa, bu halda idarə üçün onun girişinə aşağı və ya yuxarı səviyyələrə uyğun iki vəziyyət alan siqnal vermək kifayətdir. Bu halda idarə sxemi açar rejimində işləyən güc gücləndiricisi funksiyasını yerinə yetirir. Əgər idarəedici təsirlər fasiləsiz dəyişərsə, bu halda idarə sxemi MK-nın verilənlər şinindən onun girişinə daxil olan rəqəm kodunu fasiləsiz analoq siqnala çevirir. Belə idarə sxemləri adətən RAÇ üzərində qurulur. Nəzarət olunan parametrlər tezlik siqnalları olarsa, onun MK-a daxiledilməsi prosedurası çox sadələşir. Siqnalın tezliyi formalaşan blokda siqnal formalaşdıqdan sonra rəqəmli multipleksor vasitəsi ilə taymerin girişinə ötürülür. Nəzarət olunan parametrin hesablanması ilə əlaqədar bütün digər çevirmələr idarəedici proqram hesabına təmin edilir. Taymer həmçinin idarə sxemində idarəedici təsirlərin, məsələn, tiristorun açılma bucağının idarə siqnalının formalaşdırılması üçün də istifadə oluna bilər. Qeyd etmək lazımdır ki, OƏQ, multipleksor, seçmə və yadda saxlama sxemi ARÇ və idarə sxemi kimi qovşaqlar onlara müraciət zamanı hər dəfə idarəedici təsirlərə ehtiyac olur. Bu qurğularla idarəetmə interfeys çıxışı ilə sistemin verilənlər şinindən daxil olan proqram - rəqəm kodu ilə həyata keçirilir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling