Azərbaycan Respublikası Təhsil Nazirliyi


Mikroprosessorun RES-lərin qurğuları ilə qarşılıqlı əlaqəsi


Download 5.01 Kb.
Pdf ko'rish
bet70/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   66   67   68   69   70   71   72   73   ...   157
Bog'liq
2014-2730 (2)

8.4. Mikroprosessorun RES-lərin qurğuları ilə qarşılıqlı əlaqəsi  
Siqnalların emalı zamanı MP RES-in ayrı-ayrı blok və qurğuları ilə 
qarşılıqlı əlaqədə olur. Bu blok və qurğular MP-yə nəzərən xarici qurğular hesab 
olunurlar və iki qrupa – informasiya mənbələrinə və informasiya istifadəçilərinə 
ayrılırlar. Əksər RES üçün ümumi olan xarici qurğuların təsnifatı şəkil 8.1 – də 
göstərilmişdir. İnformasiya mənbələrinin və istehlakçılarının MP-nin hesablama 
sisteminə qoşulma qurğularının parametrlərinin rasional seçilməsi MP 
sistemlərini imkanlarının genişləndirir, həm də MP-nin işləmə sürətinə olan 
tələbi bir qədər yüngülləşdirir.
Şəkil 8.1 
RES-in işləmə xüsusiyyətlərini mükəmməl bilmək, siqnalların əlavə emalı 
üçün lazım olan qurğuları yaratmaq bacarığı mühəndisə verilmiş şərtlər 
daxilində optimal sistemi yaratmaq imkanı verir. Lakin bundan ötrü mühəndisə 
MP-in RES-də tətbiq edilməsi xüsusiyyətlərini bilmək, proqramlaşdırmanın və 
proqramların sazlanmasının müasir vasitələri arsenalını və o cümlədən, MP 
sisteminin aparat və proqram hissələrinin birgə sazlanması üsullarını 
mənimsəmək lazımdır.
RES-in təşkil olunduğu radioelektron qurğuların (REQ) əksəriyyəti 
əvvəlki fəsillərdə öyrənilmiş elektron qurğularından: gücləndiricilərdən, siqnal 
generatorlarından, çeviricilərdən, qida mənbələrindən, müxtəlif növ rəqəm 
qurğularından təşkil olunurlar. Ona görə də texnikada geniş yayılmış qurğu 
nümunələrində (zaman intervallarının izləyici ölçü qurğularında, RES 
siqnallarının amplitud emalı qurğularında, kompleks radionaviqasiya ölçü 
qurğularında və s.) MP əsasında RES-in layihələndirilməsinin xüsusiyyətlərini 
göstərməyə cəhd edilmişdir. 


147
8.5. Mikroprosessorlu idarəetmə sistemlərinin strukturu 
 
Texniki vasitələrin idarəetmə obyektləri (İO) təyinatlarına görə iki sinfə 
ayrılırlar. Birinci sinfə istifadəçi tərəfindən istifadə olunmaq üçün nəzərdə 
tutulan obyektlər, məsələn məişət avadanlıqları (televizorlar, videomaqnitofon-
lar, soyuducular, paltar yuyan maşınlar və s.) , qaz, su, işıq sayğacları, kənd 
təsərrüfatında, ofislərdə və s. istifadə olunan avadanlıqlar aid edilir. İkinci sinfə 
istehsalat şəraitində istismar olunan obyektlər: sənaye maşınları, avadanlıqları 
dəzgahlar və s. aid edilir. 
Birinci sinif obyektlərin idarə sistemləri idarə obyektləri ilə bir neçə əlaqə 
kanalı vasitəsilə birləşmiş bir idarəedici qurğu əsasında yaradılır. Belə idarə 
sisteminin ümumiləşmiş strukturu şəkil 8.2-də göstərilmişdir. Sistemin idarə 
qurğusu kimi müəyyən tip mikroprosessor əsasında qurulan mikrokontroller 
(MK) istifadə oluna bilər. İdarə obyektinin vəziyyəti haqqında məlumatlar 
normallaşdıran çeviricilər bloku (NÇB), kommutator (K) və analoq-rəqəm 
çeviricisi (ARÇ) vasitəsilə MK-ya ötürülür. Normallaşdıran çeviricilər bloku
sistemdə idarə obyektinin çıxışındakı informasiya siqnallarının səviyyələrinin 
kommutatorun giriş siqnallarının səviyyələri ilə uyğunlaşdırılması üçün istifadə 
edilir. ARÇ obyektin çıxışındakı analoq siqnalları rəqəm koduna çevirmək 
üçün istifadə edilir. İdarə obyektinin vəziyyəti haqqında rəqəm məlumatları 
adətən MK-nın yaddaşında olan müəyyən alqoritmə uyğun olaraq çevrildikdən 
sonra idarəedici təsirlər /siqnallar/ hasil edilir. Bu təsirlər rəqəm-analoq çevirici 
(RAÇ) və icra qurğusu vasitəsilə idarə obyektinin girişinə daxil olurlar. Qeyd 
etmək lazımdır ki, idarə obyektlərinin çıxış siqnallarının multipleksiyası ARÇ-
nin çıxışında həmişə mümkün olsa da, idarə siqnallarının MK-nın girişində 
multipleksiyası çox vaxt yol verilməzdir. İdarə sisteminin bu cür strukturu idarə 
siqnalının hər bir qiymətinin hesablama qurğusu dayandıqdan sonra da yadda 
saxlanması zərurəti ilə izah edilir. 
Şəkil 8.2. Bir idarə obyektinə malik MP idarə sisteminin strukturu 


148
İdarə obyektlərinin çıxışında analoq siqnallarla yanaşı diskret siqnalları da 
ola bilər. Bu cür siqnalların MK-ya daxil edilməsi siqnalları formalaşdıran blok 
(SFB) vasitəsilə həyata keçirilir. Bu blokun vəzifəsi diskret siqnalların 
səviyyələrini və güclərini MK-nın giriş dövrələri ilə uzlaşdırmaqdır. Bir neçə 
diskret siqnal halında onların MK-ya daxil edilməsi üçün muitipieksasiyadan 
istifadə etmək olar. İdarə obyektinin girişində diskret tipli icra qurğusu (DİQ) 
(güc gücləndiriciləri, açar rejimində işləyən tiristor çeviriciləri) olan hallarda 
idarəedici təsirlər MK-da formalaşdırılır və RAÇ-dən istifadə etmədən DİQ-yə 
ötürülür. 
İdarə sistemi idarə obyektinin çıxış parametrlərini müəyyən qanun üzrə 
dəyişdirmək və ya müəyyən səviyyədə saxlamaq; obyektin çıxış parametrlərini 
proqram üzrə dəyişdirmək və müəyyən xarici siqnallara uyğun olaraq onların 
dəyişməsini izləmək; idarə obyektlərinə enerji axınını zamana görə və ya nəzarət 
olunan parametrin verilmiş amplitud qiymətinə görə qoşmaq və ya açmaq; idarə 
obyektinin vəziyyəti haqqında məlumatı yığmaq və bu məlumatı emal etmək; 
məlumatların və emalın nəticələrini yadda saxlamaq və s. kimi müxtəlif 
məsələləri həll edə bilər. 
Baxdığımız sistemdə mikroprosessorlu kontroller mərkəzi yer (nüvə) 
tutur. NÇB, K, ARÇ, RAÇ və İQ kimi digər elementlər MK ilə İO arasında 
əlaqəni təmin edir. Bu elementləri çox vaxt bir ümumi adla - obyektlə əlaqə 
qurğusu (OƏQ) kimi adlandırırlar. Sistemin bütün elementləri konstruktiv 
cəhətdən bir plata (çap lövhəsi) üzərində yerləşdirilə bilər və əksər hallarda bu 
plata obyektdə yerləşdirilir. MK müəyyən tip MP və bir neçə mikrosxem 
əsasında yerinə yetirilə bilər. MK-dan ayrıca götürülmüş obyektə qoşula bilən 
idarə vasitəsi kimi istifadə etdikdə MK və OƏQ - nin texniki parametrləri 
unifikasiya olunmaya da bilər, lakin bu halda məişət texnikasının ümumi 
qiyməti artmış olur.
Texniki obyektlərin idarə sistemlərinin xərcini azaltmaq üçün bir 
universal MK və OƏQ komplektindən istifadə etmək olar. Bu zaman eyni idarə 
sistemini lazım olan hallarda müxtəlif obyektlərə qoşmaq olar. Məişət 
texnikasının idarə sisteminə bu cür yanaşma istifadəçi (istehlakçı) şəxsi EHM-ə 
malik olduğu hallarda xüsusən məqsədəuyğundur.
İkinci sinif idarə obyektləri , adətən, texnoloji xətt təşkil edən qruplarda 
birləşirlər. Bu sinif obyektlərin idarə sistemləri bu qayda ilə, verilmiş səviyyəli 
birkonturlu idarə sistemləri yığımı şəklində, qurula bilər (şəkil 8.3). Bu halda 
obyektlərdən hər birinin lokal idarə sistemi başqa sistemlərdən asılı olmayaraq 
işləyir. Lazım olan hallarda obyektlərin vəziyyətləri haqqındakı məlumat bir 
qrup obyektlər üçün ümumi olan idarə məsələlərini həll etmək üçün mərkəzi 
hesablama qurğusuna ötürülə bilər. 


149
Eyni məsələləri bütün qrup obyektləri idarə edən mərkəzi MK-dan 
istifadə etməklə də həll etmək olar (şəkil 8.4). Bu sistemlərin hər birinin müsbət 
və mənfi cəhətləri vardır. Paylanmış idarə sistemlərində bir neçə MK-dan 
istifadə edilir, Təbiidir ki, belə sistemin qiyməti baha olur, lakin etibarlılıq 
yüksək olur, çünki MK-dan birinin sıradan çıxması texnoloji prosesə, demək 
olar, təsir göstərmir. Mərkəzi MK-ya malik idarə sistemlərinin xərci azdır, lakin 
etibarlılığı aşağı olur, çünki bütün sistemin işi bir mərkəzi MK-dan asılıdır. 
Şəkil 8.3. Qrup obyektə malik MP-li idarə sisteminin strukturu 
Layihə olunan MP sistemlərin idarə olunması prinsipinin seçilməsi 
qiymət, etibarlılıq, çeviklik, real zaman müddətində işləyə bilmə qabiliyyəti və 
s. kimi qarşılıqlı əlaqəli faktorlardan asılıdır. Məişət texnikasının seçimi zamanı, 
əksər hallarda, qiymət və etibarlılıq kimi iki faktor daha həlledici olur. 
Şəkil 8.4. Mərkəzi MK ilə idarəolunan qrup obyektlərin
MP-li idarə etmə sisteminin strukturu 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   66   67   68   69   70   71   72   73   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling