Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet63/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   59   60   61   62   63   64   65   66   ...   157
Bog'liq
2014-2730 (2)

7.4. Komparatorlar 
 
Komparatorlar ARÇ və RAÇ-ların əsas elementlərindən olub iki 
gərginliyi müqayisə etmək üçün nəzərdə tutulmuş qurğulardır. Bu 
gərginliklərdən biri U
d
dayaq gərginliyi, digəri isə dəyişən giriş (siqnal) 
gərginliyidir. Komparatorun ƏG üzərində yaradılan sxemi sıfır detektorunun 
sxemindən fərqlənmir. Burada girişlərdən birinə dayaq gərginliyi, digərinə isə 
müqayisə olunacaq gərginlik verilir. Analoq giriş gərginliyi dayaq gərginliyinin 
qiymətinə uyğun həddi keçdikdə ƏG-nin çıxışı +U
çıx.max
qiymətindən -U
çıx.min
qiymətinə və əksinə çevrilir. Dayaq gərginliyi yerin potensialına nəzərən müsbət 
və ya mənfi ola bilər. Onun qiyməti və qütblülüyü giriş analoq siqnalının 
gərginliyini təyin edir. 
Komparatorun çevrilə bilməsi üçün giriş siqnalının amplitudu dayaq 
gərginliyindən böyük olmalıdır. Komparatorun invers (a) və qeyri-invers (b) 
çıxış gərginliklərinə uyğun sxemləri şəkil 7.16-da göstərilmişdir. 
Komparatorun çıxışında məntiqi vahidə uyğun gələn U
çıx
= U
1
gərginliyi 
onun düz girişindəki gərginlik (U
+
gir
), inversləyici girişindəki gərginlikdən (U
-
gir

böyük olduğu halda qərarlaşmış olur. Əks halda, yəni U
-
gir
 U
+
gir 
olduqda, U
çıx
= U
0
olur. 
Komparator kimi əməliyyat gücləndiricisindən istifadə etmək olar. Lakin 
əməliyyat gücləndiricisinin çıxış gərginliyinin səviyyəsi qida gərginliyinin 
qiyməti ilə müəyyən edildiyindən, rəqəm İS-in məntiq siqnallarının səviyyəsinə 
uyğun gəlmir. 
a) b) 
Şək. 7.16. Komporatorun invers (a) və qeyri-invers (b)
çıxış gərginliklərinə uyğun sxemləri 
Əməliyyat gücləndiricisində olduğu kimi, komparatorda da giriş kaskadı 
diferensial kaskad olur. Həssaslığı artırmaq üçün diferensial kaskaddan sonra 
gərginlik gücləndirici kaskadı əlavə olunur. Çıxış kaskadı kimi elektron 
açarından istifadə olunur. 
Komparatorun giriş göstəricilərinə giriş müqaviməti R
gir
, giriş sürüşmə 
cərəyanı İ
gir.sür


İ
gir
, sürüşmə gərginliyi E
sür.
, diferensial güclənmə əmsalı K
d

buraxma zolağı aid edilə bilər. Çıxış göstəricilərinə isə siqnalların U

, U
1


134
səviyyələri, budaqlanma əmsalı N aid edilə bilər. Ancaq komparatora məxsus 
olan parametr 

U
n
qeyri-müəyyənlik zonası adlanır. Bu zona U
1
və U
0
çıxış 
gərginliklərinə uyğun gələn giriş gərginlikləri fərqinə bərabər olur: 

U
n
= (U

- U
0
)/K
d

Qeyri-müəyyənlik zonası, mahiyyətcə, gərginliklərin müqayisə xətasına 
bərabərdir. 
K512CA2 tipli komparatorun sxemi şəkil 7.17 –də göstərilmişdir. 
Şək.7.17. Komparatorun prinsipial elektrik sxemi 
Giriş kaskadı VT1 və VT2 tranzistorlarında yaradılmış diferensial 
kaskaddır. Bu kaskadın emitter dövrəsinə stabil cərəyan mənbəyi (VT6, VT7) 
qoşulub. VT6 tranzistorundan axan kollektor cərəyanı onun bazasındakı 
gərginlikdən asılıdır. Bu gərginlik isə öz növbəsində VT7 tranzistorundan axan 
kollektor cərəyanı ilə təmin edilir. 
Aralıq kaskad VT3 və VT4 tranzistorlarında yaradılıb. VD1 stabilitronu 
giriş və aralıq kaskadların gərginlik səviyyələrini uyğunlaşdırmaq üçündür. Bu 
kaskad VT5 tranzistorunda yaradılan gərginlik təkrarlayıcısı ilə birlikdə ikifazalı 
siqnalı bir fazalı siqnala çevirir. 
Çıxış kaskadı VT9 tranzistorunda yaradılan emitter təkrarlayıcısından 
ibarətdir. Çıxış səviyyəsinin sürüşməsini VD2 stabilitronu yerinə yetirir. Bu 
sürüşmə, çıxış kaskadını VT6, VT7 tranzistorlarında yaradılmış cərəyan 


135
stabilizatorundan ayırmağa imkan verir. VT4 tranzistoru açar rejimində işləyir. 
Onun çıxış siqnalının vahid səviyyəsi VT8 tranzistorunda yaradılan diod 
məhdudlaşdırıcısı vasitəsilə qeyd (fiksə) edilir. 
Eyni işarəli gərginlikləri müqayisə etdikdə onlardan biri invers girişə, 
digəri isə qeyri-invers girişə verilir. Əks işarəli gərginlikləri müqayisə etdikdə 
isə onlar müqavimət vasitəsilə girişlərdən birinə verilir. Bu halda gərginliklər 
cəmlənən zaman yarana biləcək xətaları aradan qaldırmaq üçün R1=R2 
R
i

R
gir.
bərabərsizliyinin yerinə yetirilməsini təmin etmək lazımdır. Burada R
i
– 
müqayisə olunan gərginlik mənbələrinin daxili müqavimətləridir. R
gir
– 
komparatorun giriş müqavimətidir. 
Komparatorlardan, verilmiş qiymətdən böyük və ya kiçik olan qiymətlərə 
malik siqnalları ayırmaq üçün tətbiq edilən hədd qurğuları kimi də istifadə oluna 
bilər (şək.7.18). Belə qurğularda girişlərdən birinə siqnal, digərinə isə dayaq 
gərginliyi, yəni müqayisə gərginliyi verilir. 
Maneə dayanıqlığını artırmaq və qeyri-müəyyənlik zonasını azaltmaq 
üçün hədd qurğuları müsbət əks rabitə ilə əhatə edilir. Müsbət əks rabitəyə malik 
gücləndiricinin güclənmə əmsalı
K
ə.r. 
= K
0
/(1-K
0
). 
Burada əks rabitə əmsalı 
 = R2/(R1 + R2) kifayət qədər böyük 
götürülməlidir ki, 1-
K
0
 0 bərabərsizliyi ödənilə bilsin. 
Şək.7.18. Komparatorun hədd qurğusu kimi qoşulması. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   59   60   61   62   63   64   65   66   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling