Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet81/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   77   78   79   80   81   82   83   84   ...   157
Bog'liq
2014-2730 (2)

9.3.2.Yaddaşın təşkili. 
Yaddaşın və xarici qurğuların idarə olunması. Yaddaş, hər birinə öz 
ünvanı verilən özəklərdən ibarətdir. Prosessorun yarada bildiyi adreslərin 
toplusu MPS-in ünvan məkanını əmələ gətirir. Yaddaş ünvanları bütün ünvan 


176
məkanını (ÜM), ya da onun bir hissəsini tuta bilər, yaddaş özü isə texniki 
realizasiyadan asılı olmayaraq, şərti olaraq sayı M, dərəcəsi N olan registrlər 
(özəklər) yığımı kimi təqdim oluna bilər (Şək.9.9) 
Şək. 9.9. Yaddaşın şərti təqdim olunması 
Xarici 
qurğular (XQ) da öz ünvanlarına malikdirlər. Prosessor öz işi 
zamanı yalnız bir yaddaş özəyini, yaxud, bir YQ seçməlidir. Belə seçmə ünvanın
dekodlanması sxemləri ilə həyata keçirilir. 
Yaddaşın və XQ-nin idarə olunması zamanı prosessor əvvəlcə, sonradan 
dekodlaşdırılan lazımi ünvanı formalaşdırmalıdır.
MPS-də ünvanların formalaşdırılmasının bir neçə üsulunu tətbiq edirlər.
1. 
Birbaşa ünvanlanma. Bu halda ünvan kodu yetirilməyə lazım olan 
əmrin tərkibində olur. Birbaşa ünvanlanma əlverişlidir, amma əmrləri uzadır 
(onların dərəcələrini artırır), belə ki, yaddaşın böyük həcmlərində ünvanların 
dərəcələri kifayət qədər böyükdür. Birbaşa registr ünvanlanması halında, hansı 
ki, operand prosessorun daxili registrlərindən birinin daxilində olur, ünvan kiçik 
dərəcəli olur, çünki belə registrlərin sayı azdır. Bu halda birbaşa ünvanlanma 
bütün üstünlüklərini göstərir. 
2. 
Dolayı ünvanlanma. Bu halda əmrdə aşkar, ya da qeyri-aşkar şəkildə
operandın ünvanına malik olan prosessorun registri göstərilir. Əmr öz 
kompaktlığını saxlayır, lakin onun yerinə yetirilməsi üçün ilkin köklənmə - 
ünvanın registrə (dolayı ünvan registrinə) yüklənməsi yerinə yetirilir. Dolayı 
ünvanlanma kökləmənin birdəfəlik yerinə yetirildiyi, növbəti ünvanın isə 
əvvəlkinin modifikasiyası ilə (onun bir vahid dəyişməsi ilə) alındığı halda 
siyahının emalı zamanı əlverişli olur. 
Birbaşa ünvanlanma zamanı əmrdə operandın özü olur.
Sadalanan 
üsullardan 
əlavə daha mürəkkəb ünvanlanma üsulları: indeksli
nisbi və b. olur, lakin adi MP-lərdə onlar istifadə olunmurlar. Ünvanlanmanı 
müxtəlif növlərinin istifadə olunmasının mümkünlüyü proqramın həcmini və 
yerinə yetirilmə vaxtını azaldır. 


177
Ünvanlanma 
mütləq, ya da qeyri-mütləq ola bilər. Mütləq ünvanlanma 
zamanı yaddaş özəyinə, yaxud XQ-yə yalnız bir vahid ünvanla müraciət etmək 
olar. Qeyri-mütləq ünvanlanma zamanı yaddaş özəyi (yuva), XQ üçün hər hansı 
bir ünvanlar zonası ayırmaq olar. Belə zonaların sayı ayrı-ayrı ünvanların 
sayından az olacaq, ona görə də zonaların göstərilməsi üçün kiçik ünvan 
dərəcəsi tələb olunacaq. Başqa sözlə mütləq ünvanlanma ünvanın tam, qeyri-
mütləq isə qismən dekodlanmasını tələb edir ki, bu da dekodlaşdırmanı 
sadələşdirir. Qeyri-mütləq ünvanlanmanın istifadə olunmasının mümkünlüyü 
UM-də (ünvan məkanında) “xətti” məkan olduğu ilə bağlıdır. XQ-nin qeyri-
mütləq ünvanlanmasının xüsusi halı xətti seleksiya (xətti seçim) adlanan 
ünvanlanmadır.
Sadə MPS-lərdə ünvan koduna iki hissədən ibarət olan kod kimi baxılır. 
Birinci hissə axtarılan ünvanlanma obyektinin yerləşdiyi səhifəni göstərir, digəri 
isə bu obyektin həmin səhifədəki ünvanıdır. Səhifə UM-in bu və ya digər 
sahəsidir, hansının olması yaddaş modulunun qurulduğu mikrosxemlərin 
təşkilindən asılıdır. 
UM-in yaddaş və XQ tərəfindən istifadə olunması nöqteyi-nəzərindən ümumi 
şinli və ayrı-ayrı şinli interfeys konsepsiyalarını fərqləndirirlər. 
Birinci konsepsiya çərçivəsində yaddaş və XQ ünvanları üçün ümumi 
UM-in hissələri ayrılır. XQ-yə müraciət, eynilə yaddaş özəklərinə (yuvalarına) 
müraciət kimi, yəni eyni əmrlərin və eyni şinin köməyilə baş verir. Bu 
konsepsiyanın çatışmazlığı ÜM-in bir hissəsinin xarici qurğular tərəfindən 
tutulması hesabına ÜM –in yaddaş üçün sıxlaşdırılmasıdır. Üstünlüyü ondan 
ibarətdir ki, XQ-dən alınan verilənlər üzərində yaddaş özəklərində yerləşən 
verilənlər üçün prosessorun əmrlər sistemində olan bütün həmin əməliyyatları 
yerinə yetirmək olar. Belə əməliyyatlar çoxdur və bu proqramın parametrlərinin 
yaxşılaşdırılmasına və proqramlaşdırmanın sadələşdirilməsinə şərait yaradır. 
“Ümumi şinli” konsepsiyasını həm də daxiletmə/çıxarma, yaddaşda əks olunan 
adlandırırlar. “Ayrı-ayrı şinli konsepsiyada yaddaş özəkləri və XQ öz ÜM-lərinə 
malikdirlər. Bu halda hansı tipli obyektlə mübadilə aparıldığını
müəyyənləşdirən idarəetmə siqnallarının olmasını tələb edir. Məsələn, İO/М 
yaddaşın, yaxud XQ-nin ünvanlandığını göstərən siqnal daxil edilir. Bu halda 
yaddaş bütün UM-i istifadə edə bilər. XQ ilə mübadilə zamanı yalnız İN portu 
üzrə daxiletmə və OUT portu üzrə xaricetmə əməliyyatları olur, və yaddaşda 
saxlanılan verilənlərlə işləmək üçün olan geniş əmrlər yığımını XQ-nin 
verilənlərinə tətbiq etmək imkanı itir.
Prosessorun 
müraciət edə biləcəyi ünvanlar diapazonu (yəni ÜM-in 
tutumu) ünvan şininin m dərəcəliyi ÜM = 2
m
ifadəsi ilə əlaqəlidir. Məsələn, 16-


178
dərəcəli ünvan şini ilə 2
16
= 64
1024 = 64K , 20-dərəcəli ünvan şini ilə 1M 
obyekti və s. ünvanlamaq olar. 
ÜM, prosessorun müraciət etdiyi OYQ, DYQ və XQ bloklar tərəfindən 
istifadə olunur. ÜM-in göstərilən bloklar arasında paylanması müəyyən 
sərbəstliyə malik olan sistemin layihələndiricisi tərəfindən həyata keçirilir, belə 
ki, konkret prosessorların müəyyən oblastı müəyyən obyektləri ünvanlamaq 
üçün ayırmağa məcbur edən xüsusiyyətləri ola bilər. 
Yazıların qısa olması üçün ünvanlar ÜM-də adətən, onaltılıq say 
sistemində ifadə edirlər, ÜM-in yaddaşının tutumunu qiymətləndirmək üçün çox 
vaxt K=2
10
=1024, və ya M=2
20
=1048576 ölçü vahidlərindən istifadə olunur. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   77   78   79   80   81   82   83   84   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling