Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet77/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   73   74   75   76   77   78   79   80   ...   157
Bog'liq
2014-2730 (2)

9.1.2. MP-nin işləmə alqoritmi. 
MP-də istifadə olunan proqramın əmrləri yaddaş yuvasında ardıcıl 
yerləşdirilir. Əmrlərin kodları strukturuna görə bir, iki və ya üç 8 - dərəcəli 
yaddaş yuvaları tələb edir. Müasir MP-lərdə əmr kodları 1-, 2-, 3- baytlı olur.
Birbaytlı əmrlər sadə yerinə yetirilir. Məsələn, B registrinin 
məzmununu C registrinə göndərmək üçün əmrin kodunda göndərmə 
əməliyyatının kodunu və B və C registrlərinin ünvanları göstərmək kifayətdir. 
Belə əmrin uzunluğu bir baytdan artıq olmur. Akkumulyatorun məzmununun
yaddaş yuvasına göndərilməsi əmrində göndərmə əməliyyatının kodundan əlavə 
yaddaş yuvasının ikibaytlı ünvanı da göstərmək lazımdır. Aydındır ki, belə 
əmrin kodu yaddaşın üç 8- dərəcəli yuvalarında yerləşdirilə bilər. Odur ki, 
əmrin yerinə yetirilməsi zamanı MP ardıcıl olaraq yaddaşın üç yuvasından 
əməliyyatın kodunu, yaddaş yuvasının kiçik baytını, sonra isə böyük baytını 
saymalıdır. Elə əmrlər var ki, əməliyyat kodundan əlavə birbaytlı operandlar da 
göstərilir. Belə əmrin kodu yaddaşın iki yuvasında yerləşdirilə bilər. Beləliklə, 
növbəti əmrin yerinə yetirilməsi zamanı əməliyyat kodunun oxunmasından əlavə 
MP-nin verilənlər üçün yaddaş yuvalarına neçə dəfə müraciət etməsinin lazım 
gəldiyi göstərilməlidir.
MP-nin işi, onun sıfıra gətirmə idarə siqnalının idarə şini vasitəsi ilə 
ötürülməsi ilə təmin edilən, başlanğıc vəziyyətə gətirilməsi anından başlayır 
(şəkil 9.3). Bu siqnal üzrə PC əmrlər sayğacına yaddaşın kiçik yuvasının ünvanı 
yazılır və sistemin ünvan şininə çıxarılır.
Yaddaşın kiçik yuvasında saxlanılan birinci əmrin yerinə yetirilməsi üçün 
onun kodunu oxumaq lazımdır. Bundan ötrü MP idarə şini vasitəsi ilə “oxuma” 
siqnalını göndərir. Əmrin kodu verilənlər şini vasitəsi ilə MP-nin əmrlər 
registrinə daxil olur. Sonra idarə qurğusunda əməliyyat kodu deşifrləmə olunur 
və baytlar sayğacına əmrin tam formalaşması üçün yaddaşdan nə qədər baytın 
oxunması lazım gəldiyini göstərən qiymət yazılır. Əmrin yerinə yetirilməsinin 
birinci fazası sona çatır və inkrement əməliyyatı ilə əmrin yerinə yetirilməsinin 
ikinci fazası başlayır. İkinci faza əmrin baytlar sayğacının “sıfır” vəziyyətində
olmasının yoxlanması ilə başlayır. Əgər bu sayğacın məzmunu “sıfır” olarsa, 
verilənlər üçün yaddaşa əlavə olaraq müraciət etmək lazım gəlmir, əmr yerinə 
yetirilir, sonra isə ünvan şininə yaddaş yuvasının növbəti ünvanı çıxarılır.
Yaddaş yuvasında növbəti əmrin ancaq əməliyyat kodu yerləşə bilər. Əgər 
yaddaşa əlavə müraciət tələb olunarsa, bu halda baytlar sayğacının məzmunu 
“sıfır” olmur və ünvan şininə növbəti yaddaş yuvasının ünvanı çıxarılır, oxuma 
siqnalı formalaşır və verilənlər yaddaş yuvasından MP-yə göndərilir. Daha sonra 
baytlar sayğacının məzmunu bir vahid azalır, növbəti yaddaş yuvasının ünvanı 
hazırlanır və baytlar sayğacının məzmunu yenidən yoxlanılır. Verilənlərin 


168
yaddaş yuvasından oxunma tsikli baytlar sayğacının məzmunu “sıfır” olana 
qədər təkrarlanır. 
Şəkil 9.3. MP-nin işləmə alqoritmi 
Bütün verilənlər yaddaşdan çıxarıldıqdan sonra əmr yerinə yetirilir, 
növbəti əmrin kodunu özündə saxlayan yuvanın ünvanı ünvan şininə çıxarılır. 
Xüsusi dayanma siqnalı verilənə və yaxud qida mənbəyi söndürülənə qədər MP 
öz işini yerinə yetirir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   73   74   75   76   77   78   79   80   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling