Azərbaycan Respublikası Təhsil Nazirliyi


MP-li informasiya emalı sistemində şinlərin təşkili


Download 5.01 Kb.
Pdf ko'rish
bet79/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   75   76   77   78   79   80   81   82   ...   157
Bog'liq
2014-2730 (2)

9.2.2. MP-li informasiya emalı sistemində şinlərin təşkili.
İnformasiya axını MP-nin müxtəlif hissələri arasında şinlər vasitəsilə 
əlaqələnirlər (qapanırlar). Müasir MP-lər 1-, 2-, və ya 3-şinə malik olurlar. 
Bunlar arasında daha cəld işləyəni 3-şinli MP-dır (şək.9.5). Belə MP-da iki 
daxili A və B şinləri və bir nəticə C şini olur. C şini ilə eyni zamanda əmr sözləri 
axını göndərilir. Belə şinlərə malik MP daha cəld işləyir, çünki ÜTR-də 
saxlanılan verilənlər üzərindəki əsas əməliyyatlar (məsələn, cəmləmə) bir addım 
ərzində yerinə yetirilə bilər. Lakin, bu halda şinlərin kristal üzərində tutduğu 
sahə 16-29% təşkil edir. Odur ki, 3-şinli təşkil həm birkristallı, həm də 
çoxkristallı MP üçün xarakterikdir. 
MP-nin 2-şinli təşkili operandlardan birini müvəqqəti yadda saxla-maq 
üçün heç olmasa bir bufer registri daxil etmək lazım gəlir (şəkil 9.6). Bu halda 
ÜTR-də saxlanılan cəmləmə kimi sadə əməliyyatlar iki takt ərzində yerinə 
yetirilir. 2-şinli təşkil şinlərin tutduğu sahəni iki dəfə azaldır (artıq kristalın 
ümumi sahəsinin 6,5 – 19 %-ni təşkil edir). 
Kristal üzərində aktiv elementlərin yerləşdirilməsi nöqteyi-nəzərindən 1-
şinli təşkil daha sərfəli olur (3,5 – 10% yer tutur) (şəkil 9.7). Bu strukturda 
ÜTR-də saxlanılan verilənlərlə əməliyyatın yerinə yetirilməsi üçün 3 maşın taktı 
tələb olunur: 1-ci – operandlardan birini bufer registrinə göndərmək üçün, 2-ci – 
ikinci operandı ÜTR-dən akkumulyatora göndərmək üçün, 3-cü – əməliyyatın 
özünü yerinə yetirmək üçün. 
Şinlər vasitəsilə ötürülən informasiya axını həm bir istiqamətli (məsələn, 
ünvanı ünvan registrindən əsas yaddaşa ötürən zaman), həm də iki istiqamətli 
(MP-nin iki təsadüfi registrləri arasında verilənlərin emalı halında) ola bilərlər. 


173
a) 
b) 
Şəkil 9.6. MP-nin: a) 3-şinli təşkili; b) 2-şinli təşkili. 
Şəkil 9.7. MP-nin 1-şinli təşkili 


174
Bir istiqamətli ötürmə şininin bütün dərəcələrində üç vəziyyətə malik 
sxemlərdən (üçstabil adlanan sxemlərdən) istifadə edilir. Bu sxemlərdə adi 0 və 
1 siqnallarından başqa, üçüncü vəziyyət – yüksək çıxış müqaviməti vəziyyəti 
istifadə edilir. İkitərəfli mübadilə zamanı şin dupleks rejimində işləyir.
Şinlərin təşkilində bir neçə elementin (sorğu qurğusunun, registrin) 
çıxışlarının bir şinə qoşulması zamanı çətinlik yaranır. Bu məsələnin həllinin 3 
yolu vardır: məntiqi birləşdirmə, açıq kollektora malik sxemlərin köməyi ilə 
birləşdirmə və üç vəziyyətli sxemlərin köməyi ilə birləşdirmə. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   75   76   77   78   79   80   81   82   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling