Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
9.4.2. Giriş-çıxış qurğuları.
Mikro-EHM –in xarici qurğularla, o cümlədən radiotexniki avadanlığın blokları ilə əlaqəsi giriş/çıxış qurğuları adlanan xüsusi avadanlıqlarla həyata keçirilir. Real zaman miqyasında işləyən RTS siqnallarının emalı sistemləri üçün bu cür qurğuların yaradılması layihələndirmənin əsas məsələlərindən biridir. Bu məsələnin həlli zamanı mikro-EHM-lə və bütün başqa xarici qurğular arasındakı məlumat mübadiləsi üsulu təyin edilir, lazım olan idarə siqnalları və tələb olunan aparat vasitələri müəyyən edilir. Bundan əlavə, sistemin sazlanması zamanı ona (sistemə) dialoq rejimində operatorla qarşılıqlı əlaqə üçün bir sıra köməkçi qurğular qoşula bilər. Odur ki, layihələndirilən sistem ümumi halda nisbətən yavaş işləyən xarici qurğulara qoşula bilmək imkanını təmin etməlidir. 188 Hesablama texnikasında mikro-EHM –lə xarici qurğular arasında qoşulma elementləri yığımı üçün interfeys anlayışından istifadə edilir. İnterfeysə aparat vasitələri, şinlər və protokol daxildirlər. Protokol dedikdə, altsistemlərin qarşılıqlı əlaqəsinin vahid prinsiplərini müəyyən edən qaydalar yığımı başa düşülür. Beləliklə, giriş/çıxış qurğuları və interfeys anlayışları kifayət qədər yaxın məna daşıyırlar. Mikro-EHM-lə xarici qurğular arasında məlumat mübadiləsi interfeys sxemləri yığımı vasitəsilə yerinə yetirilir. Belə ki, məlumat ünvan şinlərindən qəbul edilir, bu məlumatın hansı xarici qurğuya aid olduğu nişanələnir və sonra lazım olan idarə siqnalları və verilənlər ilə iki istiqamətli mübadilə həyata keçirilir. Mikro-EHM ilə xarici qurğular arasında qarşılıqlı əlaqənin növündən asılı olaraq mübadilənin 3 növü mümkündür: - proqramla mübadilə; - proqramın arakəsmələri ilə mübadilə; - yaddaşa birbaşa daxilolmanın köməyi ilə mübadilə. Birinci mübadilə üsulu mikro-EHM-də icra olunan proqramla həyata keçirilir və bundan ötrü xüsusi giriş/çıxış əmrləri istifadə edilir. Mübadilənin digər iki üsulu xarici qurğuların təşəbbüsü ilə həyata keçirilir. Bu halda xarici qurğu mikro-EHM-ə mübadiləyə hazırolma siqnalı göndərir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling