Azərbaycan Respublikası Təhsil Nazirliyi
MİKROPROSESSORDA TİPİK FUNKSİYALARIN
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
11. MİKROPROSESSORDA TİPİK FUNKSİYALARIN
YERİNƏ YETİRİLMƏSİ QURĞULARI 11.1. Mikroprosessorlu sistemlərin tipik funksiyaları İdarə və nəzarət obyektləri ilə əlaqədar olan istənilən MP sisteminin tipik məsələlərindən biri verilənlərin toplanması və emalı (VTE) məsələsidir. Belə sistemin ümumiləşmiş strukturu şəkil 11.1-də göstərilmişdir. Sistem MP, sistem kontrolleri və yaddaş modulundan ibarət nüvəyə malik olur. Nəzarət obyekti ilə əlaqə üçün kanallar (4x1) kommutatoru K və ARÇ istifadə olunur. Rəqəm informasiyanın indikasiyası 7 seqmentli HG1-HG4 indikatorlarında həyata keçirilir. K1-K4 açarları sistemə diskret informasiyanı daxil etmək üçündür. Şəkil 11.1. Verilənlərin toplanması və emalı sisteminin ümumiləşdirilmiş strukturu Sistemin nüvəsi ilə xarici qurğular arasında verilənlərin mübadiləsi verilənlər şini VŞ və KA, KB, KC və KE kimi 4 bir istiqamətli 8 - dərəcəli portları vasitəsi ilə həyata keçirilir. KE portu iki məqsəd üçün – E0-E1 dərəcələri ARŞ-ni kommutatorla idarə etmək və E4-E7 dərəcələri K1-K4 açarlarından informasiyanı daxil etmək üçün istifadə edilir. Portların təyinatları və onların ünvanları cədvəl 11.1-də verilmişdir. 201 Cədvəl 11.1 Portun kanalları Ünvan Təyinatları KA KB KC KE EA EB EC EE ARÇ-dən rəqəm kodunun daxil edilməsi G1 və G2 indikatorlarına rəqəmlərin çıxarılması G3 və G4 indikatorlarına rəqəmlərin çıxarılması E0, E1 dərəcələri - kommutatorun idarə olunması E2 dərəcəsi – ARÇ-nin işə salınması E4-E7 dərəcələri – K1-K4 açarlarından informa- siyanın daxil edilməsi KE portunun hər bir dərəcəsinin təyinatı şəkil 11.2 – də göstərilmişdir. Göstərilən sistem müxtəlif funksiyaları yerinə yetirə bilər. Onun kommutasiya olunan 4 kanaldan növbə ilə daxil edilən analoq gərginliyin 4 qiymətindən orta ikilik kodu tanımaq xüsusiyyətinə malik olan halına baxaq. Sistem istifadəçisi açarlardan biri tərəfindən daxil edilən nömrəyə malik kanalı kommutasiya edə bilər və onu indikatorda əks etdirə bilər. Şəkil 11.2. KE portunun dərəcələrinin paylanması Sistemin yaddaşına analoq gərginliyi daxil etdikdən sonra operator (oyunçu) HG3 və HG4 indikatorlarında nəzarət olunan gərginliyin rəqəm kodunu, HG2 indikatorunda isə ? işarəsini görə bilər. Bu işarəyə əsasən operator növbəti kanalın nömrəsini daxil edir. 4 kanalın sorğusundan sonra sistem bütün indikatorları təmizləyir və K1-K4 açarları ilə oynayan oyunçu tərəfindən 8-4-2- 1 kodunda ikilik ədədin daxil edilməsini gözləyən rejimi-nə keçir. Bu kod bütün dörd sorğu aparılan kanalların analoq gərginliklərinin orta qiymətinə ekvivalent olur. Oynayanın cavab variantı HG3, HG4 indikatorlarına çıxarılır. HG2 indikatoruna nəticənin “E” simvolu, HG3 və HG4 indikatorlarına onluq ədəd formasında nəticənin özü çıxarılır. HG3 indikatoruna onluq ədədin tam hissəsi və vergül, HG4 indikatoruna isə onluq ədədin kəsr hissəsi çıxarılır. Sistemin işləməsi alqoritmini təhlilindən görünür ki, əsas proqram modulları aşağıdakılar ola bilər: 202 - nəzarət olunan parametrlərin kanallarının kommutasiyası; - ARÇ-nə xidmət; - nəzarət olunan parametrlərin qiymətlərinin hesablanması; - kodların çevrilməsi; - hesab əməliyyatlarının yerinə yetirilməsi; - zaman gecikmələrinin proqramlaşdırılması. Bu məsələlərin həll olunması üsulları və texniki realizə edilmə qurğularının bir qisminə növbəti paraqraflarda ətraflı baxılır. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling