Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet94/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   90   91   92   93   94   95   96   97   ...   157
Bog'liq
2014-2730 (2)

10.2.4. Ardıcıl interfeys. Yuxarıda baxılan interfeyslər paralel 
interfeyslər sinfinə aiddirlər. MP ilə HQ arasındakı verilənlərin mübadiləsi 
paralel kodla yerinə yetirilir, yəni kodun bütün dərəcələri eyni zamanda ötürülür. 
Məsələn, 8-dərəcəli paralel kodla mübadilə apardıqda rəqəm kodunun bütün 
dərəcələri 8 əlaqə xətti ilə eyni zamanda ötürülür. Rəqəm kod mənbəyi 
kontrollerdən uzaq məsafədə yerləşdiyi hallarda əlaqə xəttinə sərf olunan xərclər 
artır, etibarlılıq aşağı düşür.
Ardıcıl interfeysdə verilənlərin bir əlaqə xətti ilə ötürülməsi hesabına 
ümumi xərclər azalır. Burada kodun dərəcələri (biti) bir-bir ardıcıl ötürülür. 
Paralel kodun ardıcıl koda çevrilməsi üçün müəyyən tezliyə malik impulslar 
ardıcıllığı ilə taktlanan sürüşdürücü registrlər üzərində qurulan xüsusi 
sxemlərdən istifadə edilir. Hər bir takt impulsu ilə paralel rəqəm kodu bir mövqe 
(dərəcə) sürüşür və əlaqə xəttinə ötürülür. Beləliklə, rəqəm kodu standart 
səviyyəli impulslar ardıcıllığına çevrilir. Verilənlərin ötürülməsi zamanı faydalı 


195
informasiya ilə verilənlərin başlanğıcını və sonunu təyin etməyə imkan verən 
xidməti informasiya da ötürülür.
Ardıcıl interfeyslə mübadilənin sürəti bitlərlə ölçülür və onlarla bitdən bir 
neçə min bit/san arasında dəyişir. Ardıcıl interfeyslə HQ-dan verilənlərin 
mübadiləsi sinxron və asinxron rejimlərdə həyata keçirilir. Bu rejimlər 
arasındakı fərq verilənlərin göndərilməsinin hər bir ardıcıllığını müşayiət edən 
xidməti informasiyanın sayındadır. Verilənlərin ardıcıl
göndərilməsinin formatı 
şəkil 10.6 - da göstərilmişdir. 
Sinxron rejimdə əvvəl bir və ya iki sinxro-simvol göndərilir, sonra isə 
verilənlərin fiksə olunmuş dərəcələri ardıcıllığı ötürülür. 
Asinxron rejimdə verilənlərin hər bir sözünün ötürülməsindən əvvəl start 
biti, sonra isə verilənlər sözü ötürülür. Verilənlərin sonunda bir dərəcə cütlük və 
bir və ya iki dərəcə dayanma xidmət informasiyası göndərilir. Bu cür xidmət 
informasiyası hər bir sözü müşayiət etdiyindən verilənlərin ardıcıl interfeyslə 
ötürülməsi sürəti asinxron rejimdə sinxron rejimə nəzərən kifayət qədər aşağı 
olur. 
Verilənlərin ardıcıl mübadiləsi interfeysi adətən xüsusi BİS əsasında 
həyata keçirilir, məsələn, BİS KP580BB51. 
Şəkil 10.6. Sinxron (a) və asinxron (b) mübadilənin formatı 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   90   91   92   93   94   95   96   97   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling