Azərbaycan Respublikası Təhsil Nazirliyi
İzolə edilmiş şinlərə malik (ünvanlanmış) interfeys
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- 10.2.2. Qarışıq ünvan şinlərinə malik interfeys
10.2.1. İzolə edilmiş şinlərə malik (ünvanlanmış) interfeys. Bu növ
interfeysin fərqli xüsusiyyəti yaddaşın və xarici qurğuların ayrı-ayrılıqda ünvanlanmasındadır. Belə ki, KP580 MP bazasında qurulan sistemlərdə yaddaşın ünvanlanması zamanı bütün 16-dərəcəli ünvan şini və sistem kontrolleri SK vasitəsi ilə formalaşdırılan “Oxuma” və “Yazma” idarə siqnalları istifadə olunur (şəkil 10.3). Bu zaman MP ilə yaddaş arasında verilənlər mübadiləsi üçün mikroprosessorun kifayət qədər böyük sayda əmrlərindən istifadə olunur. Xarici qurğuların ünvanlanması üçün isə ünvan şininin 8 dərəcəsi və “Oxuma” və “Yazma” idarə siqnalları istifadə olunur. MP ilə HQ arasında verilənlərin mübadiləsi üçün ancaq iki xüsusi əmrdən – verilənlərin daxil edilməsi - İN ADR və verilənlərin çıxarılması – OUT ADR əmrlərindən istifadə edilir. Bu əmrlər verilənlərin mübadiləsini MP-nin akkumulyatoru vasitəsi ilə həyata keçirirlər. Bu cür mübadilə sistemin ümumi məhsuldarlığını aşağı salır, çünki yaddaşla HQ arasında verilənlərin mübadiləsi üçün əlavə olaraq bir neçə əmrdən istifadə etmək lazım gəlir. Bu əmrlər HQ ilə mübadiləyə qədər akkumulyatorun məzmununun saxlanmasını və mübadilədən sonra bərpa edilməsini təmin etməlidir. Şəkil 10.3. İzolə edilmiş şinlərə malik interfeys 192 Bu növ interfeyslərin müsbət cəhəti yaddaşın ünvanlanması üçün bütün ünvan şininin istifadə olunmasındadır ki, bu da maksimum həcmə malik yaddaş modulunun qurulmasına (təşkilinə) imkan verir. Belə ki, 16-dərəcəli ünvan şini yaddaşın 64K yuvasının ünvanlanmasına imkan verir. 10.2.2. Qarışıq ünvan şinlərinə malik interfeys. Bu növ interfeyslər həm yaddaşın, həm də xarici qurğuların üçün bütün ünvan şinindən istifadə etməyə imkan verir. Bu interfeysi bəzən ümumi şinə malik interfeys adlandırırlar. Bu interfeysin üstünlüyü verilənlərin MP və HQ arasında mübadiləsi zamanı yaddaşla mübadilə üçün tətbiq edilən bütün əmrlərdən istifadə etməyə imkan verməsindədir. Ünvan şininin bir dərəcəsi (məsələn, yüksək A15 dərəcəsi) yaddaşa və ya HQ-na müraciətin ayrılması üçün istifadə edildikdə (şəkil 10.4), ümumi şinə malik interfeysin modifikasiyası mümkündür. HQ-na müraciət üçün idarə siqnallarının formalaşdırılması mikroprosessorun birbaşa müraciət (BM) və BD siqnallarından və ünvan şininin A15 dərəcəsindən istifadə etməklə mümkündür. Şəkil 10.4. Ümumi şinə malik interfeys Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling