Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
11.4. Say funksiyasının yerinə yetirilməsi sxemi və alqoritmi Say funksiyası MP-un ən sadə funksiyasıdır. Sayın təşkil edilməsi üçün ÜTR-dən birinə sayğac kimi baxılır. Bu registr uyğun əmrin köməyi ilə müəyyən sabit yüklənir. Bu sabit sıfır qiyməti alınana qədər ondan 1 vahid çıxılır. Sayğacın sıfır məzmunu sıfır üzrə şərti keçid əmr ilə müəyyən edilir. Bu funksiya bəzi MP-da daha sadə yerinə yetirilir. Belə ki, registr sayılacaq ədədin əlavə koduna yüklənir və onun məzmunu hər dəfə 1 vahid artırılır. Bu proses registrdə sıfır qiyməti alınana qədər davam etdirilir. Hər iki halda nəticə eyni olacaqdır. Boş registr olmadığı halda bu məqsəd üçün OYQ-nun yuvalarından biri istifadə oluna bilər. Say, adətən, proqramın dövrü hissəsi ilə və ya hər hansı bir xarici hadisə ilə bağlı olur. MP-da sayın təşkilinin iki üsulu mümkündür. Birinci üsulda əvvəlcə əsas funksiya yerinə yetirilir, sonra isə say və sayğacın vəziyyətinin yoxlanması həyata keçirilir (şəkil 11.7,a). İkinci üsulda əsas funksiya say və 208 sayğacın vəziyyətinin yoxlanmasından sonra yerinə yetirilir (şəkil 11.7,b). Burada fərq ondadır ki, birinci halda əsas funksiya heç olmasa bir dəfə yerinə yetirilir, ikinci halda isə yerinə yetirilməyə də bilər. Birinci üsulla tərtib olunmuş və əsas funksiyanı 10 dəfə yerinə yetirən proqram aşağıdakından ibarət olur: Bilavasitə yükləmə A, -10 ; registrin A sabitinə yüklənməsi. Yerinə yetirilmə: ………………; proqram sahəsi ………………Əsas funksiyanın yerinə yetirilməsi. 1 vahid artırma A ; say. ŞK0 ; sıfra görə ŞK (şərti keçid). Ş-zK (şərtsiz keçid) Say Çıxış: ……………………………… Bu məsələnin ikinci üsulla yerinə yetirilməsi A registrinə yüklənən sabit qiyməti ilə fərqlənəcəkdir: Bilavasitə yükləmə A, -11 ; registrin A sabitinə yüklənməsi. Say: 1 vahid artırma A ; Say. ŞK0 Çıxış ; sıfıra görə ŞK (şərti keçid). Yerinə yetirilmə: ………………………… ; Əsas funksiyanın yerinə yetirilməsi. Ş-zK (şərtsiz keçid) Say Çıxış: ……………………………… Şəkil 11.7 Sayın təşkili alqoritmlərinin blok sxemi 209 Baxdığımız alqoritm və proqramlar registrin dərəcəsi ilə məhdudlaşır, məsələn, 8-dərəcəli registr halında əsas funksiya 256-a qədər aparıla bilər. Böyük saylar üçün ikiqat və daha çox uzunluğa malik registrlərdən və ya yaddaş yuvalarından istifadə oluna bilər. İkiqat uzunluğa malik registrlərdə say artıq 2 16 =65 536-a qədər aparıla bilər. İkikaskadlı sayğacın təşkili alqoritminin blok sxemi şəkil 11.8-də göstərilmişdir. Burada registrlərdən biri Sayğac1, ikincisi isə sayğac 2 kimi istifadə olunur. Şəkil 11.8. İki kaskadlı sayğacın təşkili alqoritminin blok sxemi Məsələ. 8-dərəcəli MP-da əsas funksiyanın 12 000 dəfə erinə yetirilməsini təmin edən proqramı təşkil etməli. Bir kaskadın həcmi 2 8 -dir. 2 8 < 12 000 < 2 2x8 olduğundan proqram sayğacını 12 000–ə qədər təşkil etmək üçün iki kaskad tələb olunur. Sayın başlanmasından əvvəl sayğaclar K 1 və K 2 sabitlərinə yüklənməlidirlər. Bu əmsalların qiymətləri aşağıdakı kimi təyin edilir: N=K 1 +K 2 x 2 8 , burada K 1 < 2 n olmalıdır. 210 N=12 000 və n=8 olduğundan K 1 = 224 və K 2 =46 alarıq. 12 000-ə qədər say proqramı, əvvəlki proqramlardan fərqli olaraq, 1 vahid azaltma əməliyyatından istifadə edir: Bilavasitə yükləmə A, 24 ; Sayğac1-in başlanğıc vəziyyəti Bilavasitə yükləmə B, 46 ; Sayğac2-nin başlanğıc vəziyyəti Yerinə yetirilmə: …………....; Əsas funksiyanın yerinə yetirilməsi. Say 1 1 vahid azaltma A ; Sayğac 1-də say. ŞK0 Say 2 Ş-zK (şərtsiz keçid) yerinə yetirilmə Say 2 1 vahid azaltma B ; Sayğac 2-də say. ŞK0 Çıxış Ş-zK (şərtsiz keçid) yerinə yetirilmə Çıxış: ……………………………………… Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling