Azərbaycan Respublikası Təhsil Nazirliyi
Hesab əməliyyatlarının yerinə yetirilməsi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
11.6. Hesab əməliyyatlarının yerinə yetirilməsi
HMQ kodların adi ikilik cəmləmə və çıxma əməliyyatlarını yerinə yetirə bilir. Lakin əmrlər sistemi və MP-də hasil edilən bir sıra əlamətlər operandların müxtəlif təsvirindən istifadə etməklə müxtəlif hesab əməliyyatlarını yerinə yetirmək mümkün olur. Mürəkkəb hesab əməliyyatları üçün baza əməliyyatı iki yaddaş yuvasının məzmunlarının (məsələn, alfa və beta) ikilik cəmlənməsindən və ya çıxılmasından və nəticəni üçüncü yuvaya (qamma) yazılmasından ibarət olur: Akkumulyatoru yükləməli alfa Cəmləməli beta Yadda saxlamalı qamma və ya Akkumulyatoru yükləməli alfa Çıxmalı beta Yadda saxlamalı qamma İ İkilik-onluq sistemində verilmiş ədədləri cəmləmək üçün ancaq bir əlavə «Onluq korreksiya» əmri tələb olunur: Akkumulyatoru yükləməli alfa Cəmləməli beta Onluq korreksiya 216 Yadda saxlamalı qamma. Şəkil. 11.10. Zaman intervalının 2 sayğacda yerinə yetrilməsi alqoritmi Çıxma əməliyyatını yerinə yetirmək üçün belə korreksiya əmri olmur. Odur ki, ikilik-onluq sistemində verilmiş ədədlərin çıxılması azalanla çıxılanın əlavə onluq kodunun cəmlənməsi kimi yerinə yetirilir: X – Y = X + (10 k -Y) - 10 k , Burada (10 k -Y) – Y ədədinin əlavə onluq kodudur; k – onluq ədədləri təsvir etmək üçün ayrılan dərəcələrin sayıdır. K-dərəcəli onluq kodun ən böyük qiyməti (10 k - 1) olduğundan 10 k ədədi böyük dərəcədən köçürmə vahidinə uyğun gəlir. X+(10 k -Y) cəmindən 10 k 217 ədədinin çıxılması köçürmə triggerinin vahid qiymətini nəzərə almamaqla (rədd etməklə) həyata keçirilə bilər. Nümunə: 79 – 32 = 79 + (10 2 - 32) – 10 2 = 79 + 68 – 100 =47. MP-də (147 - 100) çıxması bilavasitə yerinə yetirilmir, çünki 147 ədədi (sayı) verilənlərin 2-dərəcəli təsviri zamanı 47 ədədi və nəzərə alınmayan C=1 əlaməti ilə (köçürmə) ifadə olunur. İkilik-onluq kodların çıxılmasının ikinci xüsusiyyəti (10 k -Y) əlavə kodunun formalaşdırılması üsulundadır. Bu kod iki mərhələdə formalaşdırılır: Y ədədinin (10 k - 1) sabitindən çıxılması və nəticəyə vahidin əlavə edilməsi: 10 k – Y = (10 k - 1) – Y + 1. Əlavə kodun bu ardıcıllıqla alınması onunlə izah olununr ki, (10 k - 1) fərqi k-dərəcəli onluq kodla təsvir oluna bilən maksimum ədəddir. MP-də vahidin əlavə edilməsi, adətən, C əlamətini əvvəlcədən 1 vəziyyətinə gətirməklə və bundan sonra X + [(10 k - 1) - Y] cəmlənməsi üçün “Köçürməni nəzərə almaqla cəmləmə” əmrindən istifadə etməklə həyata keçirilir. MP-də 2-dərəcəli onluq ədədləri çıxmaq üçün alqoritmin blok sxemi şəkil 11.11-də göstərilmişdir. 1, 2, 3 blokları çıxanın əlavə kodunu, 4 bloku isə azalanın və çıxanın əlavə kodunun cəmini formalaşdırır. Nəticəni yaddaşa (5-ci blok) yazdıqda 2-dərəcəli nəticənin, C əlaməti nəzərə alınmadan, yazılması həyata keçirilir. Çıxma əvəzinə cəmləmə əməliyyatından istifadə edilməsi cəmin nəticəsini “Onluq korreksiya” əmrinin köməyi ilə korreksiya etməyə imkan verir. Ədədlərin, şəkil 3.7-də verilən alqoritmə uyğun çıxılması proqramı aşağıdakı kimi yazıla bilər: Bilavasitə yükləməli Alfa, 99 ; Akkumulyatora 99 sabitini yükləmək: A:=99, Çıxmaq Beta ; Ünvanı BETA olan yuvanın məzmunu 99-dan çıxılır , Nəticə akkumulyatorda yerləşdirilir: A: = 99 – Beta. Köçürmə triggerini çevirmək ; C: = 1 Köçürməni nəzərə almaqla Alfanı cəmləməli ; A: = A + Alfa +1. Onluq korreksiya Yadda saxlamalı Qamma 218 Şəkil 11.11. Ədədlərin çıxılması alqoritminin blok sxemi Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling