Azərbaycan Respublikası Təhsil Nazirliyi


MP-li zaman inetrvalları formalaşdırıcının proqram həlli


Download 5.01 Kb.
Pdf ko'rish
bet101/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   97   98   99   100   101   102   103   104   ...   157
Bog'liq
2014-2730 (2)

11.5. MP-li zaman inetrvalları formalaşdırıcının proqram həlli 
İş prosesində rəqəm qurğu və sistemlərin, MP sistemlərin xarici qurğu və 
sistemlərlə qarşılıqlı əlaqələrinin təşkili alqoritmlərinin və interfeyslərinin yerinə 
yetirilməsi müəyyən zaman intervallarının formalaşdırılmasını tələb edir.
MP qurğularının öz aralarında və kənar qurğularla qarşılıqlı əlaqəsmni 
təşkil etmək üçün müəyyən uzunluğa malik zaman intervallarından istifadə 
etmək lazım gəlir. Bu məqsədlə MP –nin takt impulslarını müəyyən qayda ilə 
təşkil etməklə istənilən zaman intervalını formalaşdırmaq olar. MP-nin takt 
tezliyi kifayət qədər stabil olduğundan zaman intervallarının yüksək dəqiqliyini 
əldə etmək mümkündür. 
Kiçik zaman intervallarını formalaşdırmaq üçün MP-nin əmrlər sis-
temindəki «NOP – boş əməliyyat» əmrindən istifadə etmək olar. Bu əmr, 
məsələn, MP K580 komplektində 4 takt müddətində yerinə yetirilir. MP K580 
komplektinin nüvəsinin takt tezliyi 2 Mhs olduğundan bu əməliyyat üçün 2 
mksan vaxt tələb olunur. “Boş əməliyyat» əmrini ardıcıl olaraq təkrarlamaqla 
nisbətən böyük zaman intervallarını da təşkil etmək olar. Qeyd edək ki, ən kiçik 
zaman intervalı MP-nin takt impulslarının bir dövrünə bərabər olur.
Böyük zaman intervallarının təşkilinin proqram həlli proqramda dövrü 
hissənin təşkil olunmasına əsaslanmışdır. Dövrü hissəni təkrarlamaqla istənilən 
böyük zaman intervalını təşkil etmək olar. Bu halda zaman intervalı sayğaca 
əvvəljədən yüklənmiş və təkrarlamanın sayını göstərən sabitlə müəyyən edilir. 


211
Burada dəqiqliyi artırmaq üçün «Boş əməliyyat» əmrindən də istifadə etmək 
olar, məsələn: 
Bilavasitə yükləməli : A 40 ; 7 takğ 
Dövr: 1 vahid azaltmalı : A ; 5 takt 
ŞK0 (0-a görə şərti keçid) dövr ; 10 takt 
Bu əmrlər ardıcıllığı 7+40 (5+10) = 607 takt müddətinində yerinə yetirir. 
Bu müddət MP-nin takt tezliyi 2 Mhs olan halda 303,5 mksan təşkil edir. Çox 
böyük zaman intervallarını təşkil etmək üçün iki qat uzunluğa malik 
registrlərdən və ya çox pilləli proqram sayğaclarından istifadə edilir. Bir çox 
hallarda bu məqsəd üçün alt proqram tərtib edilir. Bu halda məsələnin həlli 
sayğacın mərtəbəsinin (pilləsinin) sayının seçilməsindən, tələb olunan say 
əmsallarının müəyyən edilməsindən və tələb olunan zaman intervalının dəqiq 
qiymətini təmin etmək üçün əlavə kiçik zaman intervallarının təşkilindən ibarət 
olur. Zaman intervalının təşkili üçün tərtib edilmiş alt proqram aşağıda 
verilmişdir: 
Zaman intervalını bilavasitə yükləməli: J 86 ; (a) 1 takt
Dövr: boş əməliyyat ; (b) 4 takt 
boş əməliyyat ; (j) 4 takt
1 vahid azaltmalı J ; (d) 5 takt 
ŞKN0 dövr ; (e) 10 takt 
Sıfır olmayan nətijəyə görə ŞK 
1 vahid artırmalı B ; (f) 5 takt 
ŞKN0 gecikmə ; (d) 10 takt 
Geri qayıtma ; (h) 10 takt 
Çıxış 
Hər dəfə dövrə daxil olduqdan sonra MP 86 dəfə 4 əmri (b, j, d, e) yerinə 
yetirir. Bu 86 (4 + 4 + 5 + 10) = 1978 takt tələb edir. A, f və d əmrlərini yerinə 
yetirmək üçün isə daha 7 + 5 + 10 =22 takt tələb olunur. Beləliklə, alt proqramı 
yerinə yetirmək üçün tələb olunan zaman intervalını, «geri qayıtma» əmrinin 
yerinə yetirilməsinə sərf olunan 5mks müddətini də nəzərə almaqla,
T
з
= T .1000 + 5 mksan ifadəsi ilə müəyyən olunur, yəni T=2000.0,5 + 5 
= 1005 mksan olur. 
Məsələn, T=25 msan gecikmə tələb olunarsa, onda B registrinə 25 sabitini 
yükləməklə T
эеж
= 25,005 msan (xəta 0,002%) gecikmə əldə etmək olur. 
Bu proqramda daxili dövr etməyə iki «boş əməliyyat» əmri daxil edilir ki
bu da sıfırlama əmrinin 1 msan müddətində xarici dövr etməni bir dəfə 


212
keçməsini təmin edir. C registrinə yüklənən sabitin qiymətini dəyişməklə və 
lazımı sayda «boş əməliyyat» əmrini daxil və ya xaric etməklə altproqramın 
lazım olan zaman miqyasını təmin etmək olar. 
Zaman gecikmələri funksiyasından MP və mikro-EHM –də istifadə 
edilməsinə nümunə olaraq MP ilə əlaqədə olan xarici (kənar) avadanlığın işinin 
düzgün yerinə yetirilməsinə nəzarət prosesini göstərmək olar. MP-nin bu 
avadanlıqlarla əlaqəsi «Sorğu – Cavab» prinsipi əsasında təşkil edilir. Bu 
rejimdə MP konkret xarici qurğu ilə işləmək üçün sorğu verir. Bu siqnala görə 
xarici qurğu əlaqə üçün hazırlıq görür və bu hazırlığın sonunda MP-yə hazır 
olması haqqında xəbərdarlıq edir. MP, bu siqnal sıfırlanana qədər gözləmə 
rejimində qalır. Xəbərdarlıq siqnalı olmadığı halda MP öz vəziyyətini dəyişə 
bilmir. Odur ki, adətən, MP xarici avadanlıqla işlədiyi hallarda MP- də müəyyən 
zaman gecikməsi formalaşdırılır. Cavab siqnalı bu zaman intervalında daxil 
olmasa, onda MP gözləmə rejimindən çıxır və bu qurğunun sıradan çıxmasına 
reaksiya verən altproqrama keçir. Bu proses şəkil 11.9-da verilən blok sxemdə 
göstərilmişdir.
Şəkil. 11.9. “Sorğu-Cavab” prinsipində altproqrama keçid alqoritmi 
Kiçik zaman intervallarını əldə etmək üçün aşağıda verilən əmrlərdən 
istifadə etmək olar: 


213
ƏMRLƏR TAKTLARIN ƏMRDƏKİ ƏMRLƏRİN ADI 
SAYI, T BAYTLAR VƏ QEYDLƏR 
NOP 4 1 Boş əməliyyat 
MOV A, A 5 1 (A)

(A) göndərişi 
ADİ
 7 2 A-nın sıfırla cəmlənməsi 
XTHL 18 1 Stekin zirvəsi ilə cüt H-L 
registrinin ikiqat mübadiləsi - 
XTHL 18 1 - 36T qədər gecikmə 
PUSH 11 1 Sonradan oxumaq şərti ilə 
stekə yüklənmə 
POP 10 1 - 21T qədər gecikmə 
Bu əmrlərdən istifadə etdikdə MP-nin yaddaş elementlərinin və 
registrlərinin məzmunu dəyişmir. Bu əmrlərin köməyi ilə 4-cü taktdan 
başlayaraq, prinsipcə istənilən zaman intervalını formalaşdırmaq olar. Lakin 
böyük zaman intervallarının saymanı təşkil etməklə, yəni proqramda dövrü 
sahələr ayırmaqla formalaşdırması daha məqsədə uyğundur. Bu halda məsələ 
sayğacın kaskadlarının sayını seçməklə, lazım olan sayma əmsalını təyin 
etməklə və əlavə kiçik zaman intervallarını daxil etməklə həll olunur. 
Birkaskadlı sayğac əsasında zaman intervalının formalaşdırılması 
proqramı aşağıdakından ibarətdir: 
DELAY : MVİ B, KB ; B sayğacının ilkin vəziyyətə gətirilməsi. 
……………………………; Proqramın T qədər əlavə zaman
intervalını təmin edən sahəsi.
DJR B ; B sayğajında say və əgər say
qurtarmayıbsa, keçid (T = 5+10 =15T).
CNZ M1 ;
…………………………; Proqramın T qədər əlavə zaman 
intervalı təmin edən hissəsi. 
Proqramda istifadə olunan MVİ, DJR və CNZ əmrlərini yerinə yetirmək 
üçün uyğun olaraq 7, 5 və 10 takt lazımdır. 
Bu halda zaman intervalı
.
.
)
(

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   97   98   99   100   101   102   103   104   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling