Azərbaycan Respublikası Təhsil Nazirliyi
İdarəedici siqnalların formalaşdırılması
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
11.9. İdarəedici siqnalların formalaşdırılması
İstənilən idarəedici MK-in idarə obyekti ilə qarşılıqlı təsiri, bir tərəfdən, MK-ya obyektin cari vəziyyəti haqqında informasiyanın daxil edilməsi və onun emalı, digər tərəfdən, obyektə idarə funksiyalarını həyata keçirən idarəedici 224 təsirlərin formalaşdırılması ilə əlaqədardır. MK-nın idarə obyektinə qarşılıqlı təsiri tənzimləmə orqanlarına malik müxtəlif icra mexanizmləri vasitəsi ilə həyata keçirilir. Müxtəlif texnoloji prosesləri təmin edən məişət texnikası obyektlərində icra mexanizmləri (İM) kimi sabit və dəyişən cərəyan elektrik mühərrikləri, maqnit işə salanları; tənzimləyici orqanlar (TO) kimi pnevmo- və hidro klapanlar, tiristor çeviriciləri, tənzimləyici qapayıcıları geniş istifadə edilir. Məişət REA qurğularında İM və TO funksiyalarını cərəyan və ya gərginlik gücləndiriciləri yerinə yetirirlər. İM-in idarəolunma qaydaları onların iş prinsipləri ilə müəyyən edilir. “Bağlı-açıq” prinsipində işləyən sadə İM-lərin idarəolunması “0” və “1” kimi iki məntiq səviyyələrinə malik idarə siqnallarının formalaşdırılmasına gətirilir. MK- nın çıxışına belə İM qoşulması çıxış portunun bir dərəcəsi vasitəsi ilə optron cütdən istifadə etməklə həyata keçirilir (şəkil 11.13). Şəkil 11.13 . İcra mexanizminin MK-ya qoşulması sxemi Çıxış portunun digər dərəcələrinə, lazım olan hallarda, digər analoji İM qoşula bilər. İdarəedici təsirlərin aktiv səviyyələrinin davametmə müddəti U i proqram yolu ilə zaman gecikmələrinin daxil edilməsi hesabına dəyişdirilə bilər (proqram fraqmentində göstərilən kimi). YPR: MVI A, 02 ; akkumulyatora İM idarə baytının yazılması OUT ADR İM ; idarəedici təsiri ADR İM çıxış portunun ; D1 bitinə verməli CALL TIME I ; tələb olunan uzunluğun zaman gecikməsi MVI A, FD ; tullama (geriqayıtma) baytını göstərməli OVT ADR İM ; İM dövrədən açmalı CALL TIME 2 ; zaman gecikməsi Proqramın yerinə yetirilməsi nəticəsində idarəedici təsirlər dəyişəcəklər (şəkil 11.13,b ). TIME1 və TMIE2 zaman gecikmələri altproqramlarını və ya 225 idarəolunan zaman gecikmə proqramlarının giriş parametrlərini dəyişməklə idarəedici təsirlərin istənilən davametmə müddətini təmin etmək olar. Analoji qayda ilə impuls idarəedici təsirlərin və ya istənilən davametmə müddətinə və dərinliyə malik impulslar formasında təsirlərin formalaşdırılmasını təmin etmək olar. Tiristor çeviricilərinə malik İM-in idarə olunmasını interval taymeri BİSi həyata keçirmək daha rahatdır (sərfəlidir). Bu halda tiristorun açılma bucağının idarə olunması idarə impulsunun proqram yolu ilə dəyişdirilməsi hesabına təmin edilir. Məsələn, “1” rejimində işləyən taymerin St1 kanalının B1 çıxışında. Taymerin B1 çıxışında idarə impulsunun davametmə müddətini taymerin St1 sayğacının ünvanına görə operandları dəyişməklə asan idarə etmək olar. Proqramın aşağıda verilən fraqmenti elektrik mühərrikinin fırlanma sürətinin MK-nın OYQ-nun yuvasında yerləşən ədədi dəyişmək hesabına tənzimlənməsini təmin edir. PRIV: MVI A, 52 ; taymerin idarəedici sözü OUT RUS ; RUS ünvanına göndərməli LDA 2200 ; sürəti müəyyən edən say (ədəd) OUT KAN 1 ; taymerin St1 ünvanına göndərməli 2200 yuvasında yerləşən ədədin dəyişməsi hesabına elektrik mühərrikinin fırlanma sürətinin sıfırdan nominal qiymətə qədər səlist dəyişməsini təmin etmək olar. Bu fraqment əsasında elektrik mühərrikinin fırlanma sürətinin dəyişməsi proqramını tərtib etmək olar. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling