Azərbaycan Respublikası Təhsil Nazirliyi


Məşhur mikrokontroller ailələri


Download 5.01 Kb.
Pdf ko'rish
bet108/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   104   105   106   107   108   109   110   111   ...   157
Bog'liq
2014-2730 (2)

Məşhur mikrokontroller ailələri: 
MCS 51 
(Intel); MSP430 
(TI); ARM 
(ARM Limited); ST Micro-
electronics STM32 ARM-based MCUs; Atmel Cortex, ARM7 и ARM9-based 
MCUs; Texas Instruments Stellaris MCUs; NXP ARM-based LPC MCUs; 
Toshiba ARM-based MCUs; Analog Devices ARM7-based MCUs; Cirrus 
Logic ARM7-based MCUs; Freescale Semiconductor ARM9-based MCUs; 
`AVR (Atmel); ATmega; ATtiny; XMega; PIC (Microchip); STM8 (ST 
Microelectronics) 
MK-lar üçün məlum Ci kompilyatorları: GNU Compiler Collection
ARM, AVR, MSP430-ləri və digər arxitekturaları dəstəkləyir; Small Device C 
Compiller – çox arxitekturaları dəstəkləyir; CodeVisionAVR (AVR üçün); 
IAR [1] (istənilən МК üçün); WinAVR (AVR və AVR32 üçün); Keil (8051 və 
ARM arxitekturaları üçün); HiTECH (Microchip istehsalı olan 8051 və PIC 
arxitekturaları üçün); CooCox (ARM üçün). 
Proqramların yoxlanılması üçün proqram simulyatorları (mikro-
kontrollerin içini imitasiya edən personal kompüterlər üçün xüsusi proqramlar, 
sxem daxili simulyatorlar (mikrokontrolleri imitasiya edən və onun əvəzinə 
işlənən daxiledilmiş qurğuya qoşula bilən elektron qurğular) və JTAG interfeysi. 
Hal-hazırda mikrokontrollerlərin, İ8051 ilə uzlaşan, onlarla aparıcı 
kompaniyalar tərəfindən istehsal olunan 200-dən çox modifikasiyaları 
mövcuddur. Ən geniş yayılan mikrokontrollerlər Microchip Technology 
firmasının istehsalı olan PIC-kontrollerlər, Atmel firmasının istehsalı olan
AVR, TI firmasının istehsalı olan 16-bitli MSP430, həmçinin, ARM Limited 
firmasının yaratdığı 32-bitli mikrokontrollerləridir.
Şəkil 12.1-də 16-bitli 28-pinli (birləşdirici uclu) PDIP korpusunda olan 
PIC24 mikrokontrollerinin (şək.12.1,a) və DİP korpusunda olan Atmel AVR 
ATmega8 mikrokontrollerinin (şək.12.1,b) xarici görünüşü verilmişdir. 
PIC — mikrokontrollerləri Harvard arxitekturası üzrə hazırlanıb 
Microchip Technology Inc.
Amirika kompaniyası tərəfindən istehsal olunur və 
açılışı Peripheral Interface Controller olub, mənası «periferiya interfeys 
kontrolleri» deməkdir. Bu mikrokontrollerlərin adı onunla izah olunur ki, ilk 


229
vaxtlar PİC 16-bit mikroprosessorların daxiletmə/çıxarma imkanlarını 
genişləndirmək üçün nəzərdə tutulmuşdur. 
a) b) 
Şəkil 12.1. PIC24 (a) və Atmel AVR ATmega8 (b)
mikrokontrollerlərinin xarici görünüşü 
Microchip Technology Inc. nomenklaturasında 8-, 16- və 32-bitli 
mikrokontrollerlərin və rəqəmli siqnal kontrollerlərinin PİC markalı geniş 
spektri mövcuddur. Belə ki, nomenklaturada periferiyaların, yaddaşın, çıxışların 
sayı, məhsuldarlığı, qida gərginliyinin və temperatur diapazonunun və s. bütün 
mümkün variasiyaları ilə fərqlənən 500-dən çox müxtəlif mikrokontroller vardır. 
PİC-kontrollerlərin əsas fərqli xüsusiyyətlərindən biri müxtəlif kontrollerlər 
ailələri ardıcıllığı ilə uyğunlaşmasıdır. Bu həm də proqrama görə uyğunlaşma 
(vahid pulsuz MPLAB IDE işlənmə mühiti), həm də çıxışlara, periferiyaya, qida 
gərginliklərinə görə, işlənmə vasitələrinə, kitabxanalarına və daha məşhur 
kommunikasiya protokollarının steklərinə görə uyğunlaşa bilməsidir.
Hal-hazırda istənilən ölçmə sisteminin və idarəetmə sisteminin baza 
elementi mikro-EHM (mikrokontroller) olub, bu sistemin miniatürləşdiril-
məsinə, funksional imkanlarının genişləndirilməsinə, xarici sadə daxiletmə/ 
çıxarma qurğularının (düymələrin və işıq diodlarının) qoşulmasını yerinə 
yetirməyə, RS-232 və digər bu tipli interfeyslər vasitəsilə kompüter və 
mikrokontroller arasında əlaqə yaratmağa imkan verir. Digər tərəfdən 
mikrokontrollerlər bir çox müasir qurğu və cihazların, o cümlədən məişət 
avadanlıqlarının əsasını təşkil edir. Konstruktor-layihələndirici nöqteyi-
nəzərindən mikrokontrollerlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onun 
köməyi ilə müxtəlif sxemləri daha asan və çox vaxt olduqca ucuz realizə etmək 
olar. Şəkil 12.2-də müasir çoxfunksiyalı tipik mikrokontrollerin struktur sxemi 
verilmişdir. 
Şəkildən göründüyü kimi mikrokontrollerlər minimal əlavə qovşaqlar 
(düyünlər) olmaqla müxtəlif qurğuların idarə olunmasını və onlardan 
verilənlərin qəbul olunmasını təmin edə bilər, çünki periferiya qurğularının 
əksəriyyəti artıq mikrokontrollerin kristalında var. Bu öz növbəsində 
konstruksiyanın ölçülərini kiçildilməsinə və qida mənbəyindən tələb olunan 
enerjinin azaldılmasına imkan verir. 


230
Şəkil 12.2. Çoxfunksiyalı tipik mikrokontrollerin struktur sxemi 
Müqayisə üçün qeyd etmək lazımdır ənənəvi mikroprosessoru istifadə 
etdikdə digər qurğularla uzlaşmanı təmin etmək məqsədilə çəki, ölçü 
parametrlərinin və enerji sərfinin artmasına gətirib çıxaran əlavə elementlərin 
istifadə olunması zərurəti yaranır. 
Mikrokontrollerlərdə olan tipik struktur sxemi nəzərdən keçirək: 
Mərkəzi prosessor qurğusu (CPU) mikrokontrollerin ürəyidir. O, 
proqramlar yaddaşından əmrlər kodlarını qəbul edir, onları dekodlaşdırır və 
yerinə yetirir. CPU registrlərdən, hesab-məntiq qurğusundan (HMQ) və 
idarəetmə qurğusundan ibarətdir. Proqram yaddaşında, ardıcıllığı mikro-
kontroller üçün fəaliyyət proqramını formalaşdıran əmrlərin kodları saxlanılır. 
Operativ verilənlər yaddaşında (OYQ –Operativ yaddaş qurğusu), dəyişən 
proqramlar saxlanılır. Mikrokontrollerlərin əksəriyyətində bu qurğuda həm də 
stek yerləşmişdir. Takt generatoru, mikrokontrollerin işinin sürətini təyin edir. 
Atma (sıfırlama) dövrəsi), mikrokontrollerin düzgün işə salınmasına xidmət edir. 
Ardıcıl port, çox lazımlı element olub, çox az sayda naqillərlə xarici qurğularla 
verilənlərin mübadiləsini aparmağa imkan verir. Rəqəmli daxiletmə/çıxarma 
portları (xətləri), ardıcıl portlarla müqayisədə bu xətlərin köməyi ilə eyni vaxtda 
bir neçə xətti idarə etmək (yaxud bir neçə xətti yoxlamaq) olar. Taymer, zaman 
intervallarının sayılması (hesablanması ) üçün istifadə olunur. Gözətçi taymer, 
xüsusi taymer olub, proqramlarda baş verən pozulmaların qarşısını almaq üçün 
nəzərdə tutulub. Bu taymer belə işləyir: işə salınmadan sonra verilmiş zaman 


231
intervalını saymağa başlayır. Əgər proqram onu bu zaman intervalı başa çatana 
kimi yenidən işə salmazsa, onda gözətçi taymer mirokontrolleri yenidən işə 
salır. Beləliklə proqram, gözətçi taymerə iş rejiminin qaydada olması siqnalı 
verməlidir. Əgər proqram bunu etməzsə, deməli hər hansı bir səbəbdən pozulma 
baş verib. 
Son illər geniş tətbiq tapan AVR mikrokontrollerləri bir çox 
xüsusiyyətləri ilə fərqlənirlər. AVR-in tipik mikrokontrollerlərdən fərqli 
cəhətləri, onun əksər markalarına xas olan struktur sxemindən aşkar görünür 
(şək.12.3). 
Şək. 12.3. AVR-mikrokontrollerinin struktur sxemi 
AT89C 
ailəsindən olan MK strukturunda verilənlərin Fleş və OYQ tipli 
proqram yaddaşlarının ayrı-ayrı blokları (Harvard arxitektirası) istifadə olunur. 
Şəkil 12.4-də verilmiş struktur, yaddaş tutumu, həm də TİQ –takt impulsları 
generatorunun tezlikləri diapazonları MK-ların ən kiçikdən başlayaraq, daha 
yüksək dərəcəlisinə qədər olanların parametrlərini xarakterizə edir. 
Zərurət yarandıqda yaddaşın genişləndirilməsi üçün xarici DYQ, OYQ 
BİS-ləri qoşmaq olar. Dxiletmə/çıxarma vasitələri 4 paralel portdan (32 xətdən) 
və ardıcıl daxiletmə/çıxarma təmin edən TxD (ötürücünün çıxışı) və RxD 
(qəbuledicinin çıxışı) xətlərindən təşkil edilmişdir. MK-nın tərkibinə sistemin 
zaman nişanını verən və intervalları yaradan 2-3 taymer-sayğacı (16-dərəcəli) 
daxildir. Fiziki interfeysin enini azaltmaq üçün paralel portların xətlərinin 


232
funksiyaları birgələşdirilmişdir, və müxtəlif rejimlərdə müxtəlif təyinata 
malikdirlər. Radial tipli 5 sorğu mənbəli kəsilmələr sistemi 2 xarici sorğunu 
xidmət edir, 2 sorğu taymerlərdən və 1 sorğu ardıcıl portdan... Takt impulsları 
generatorunun (TİG) 12MHs işçi tezliyində əmrlərın əksəriyyəti 1mks, bir qismi 
isə 2 mks-yə yerinə yetirilir. Mərkəzi ötürmə elementi (MÖE) generator, idarə 
etmə dövrələri və verilənlər ünvanı şinlərinin qarşılıqlı qoşulmasını təmin edir.
Şək. 12.4. AT89C mikrokontrollerinin strukturu 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   104   105   106   107   108   109   110   111   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling