Azərbaycan Respublikası Təhsil Nazirliyi


Zaman gecikmələrinin proqramlaşdırılması


Download 5.01 Kb.
Pdf ko'rish
bet105/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   101   102   103   104   105   106   107   108   ...   157
Bog'liq
2014-2730 (2)

 
11.8. Zaman gecikmələrinin proqramlaşdırılması 
 
Tələb olunan indikasiya müddətini təmin etmək üçün, sistemin diskret 
elementlərində gedən keçid proseslərinin sonunu gözləmək üçün, verilmiş 
davametmə müddətinə malik zaman intervalları formalaşdırmaq üçün və s. 
zaman gecikmələri tələb olunur. Bir neçə takt sərhədində zaman gecikmələri 
müəyyən əmrlər hesabına təmin etmək olar. Bu halda sistemdə dəyişiklik baş 
vermir. Bu məqsəd üçün 4, 5, 7, 13 takt hesabına yerinə yetirilən uyğun NOP 
(boş əməliyyat), MOV Ri,Rj (registr-registr), CP1 00 (müqayisə), XTH 
(göndərmə) və s. kimi əmrlərdən istifadə etmək olar. 
Böyük gecikmələr bir kaskadlı və ya kənardan daxil edilən (qoşulan) 
tsikllər hesabına yerinə yetirilə bilər. Bir kaskadlı tsikl əsasında qurulan sadə 
gecikmə alqoritmi və uyğun proqram şəkil 11.12-də göstərilmişdir. Proqramın 
giriş parametri B registridir. 


222
Şəkil 11.12 Zaman gecikmələri alqoritminin blok – sxemi və proqramı 
Zaman gecikməsi proqramı
TIME : MOV D , B ; T1 = 5 takt 
M1 : NOP ; T2 = 4 takt 
DCR D ; T3 = 5 takt 
JNZ M1 ; T4 = 10 takt 
Hər bir əməliyyatın yerinə yetirilməsi üçün lazım olan taktların sayını 
nəzərə almaqla gecikmə müddətini təyin etmək olar. Fərz etsək ki, giriş 
parametri 0-dan 255-ə qədər olan diapazonda istənilən N ədədi ola bilər, onda 
gecikmənin ümumi müddəti 
T
gec.
= T1+N*(T2+T3+T4)=5+19 =24
taktla təyin edilə bilər.
Minimum gecikmə müddəti N=1 halına uyğun gəlir və 
T
gec. min
=5+19=24 takt olur. 
Maksimum gecikmə müddəti N=0 halına uyğun gəlir (yeni N=N-1 
kəmiyyətini əlavə kodda hesabladıqda bir baytlı rəqəm üçün N=N-1=255 alırıq) 
və tsikldəki təkrarlamaların sayını bir vahid artırmaq lazım gəlir. Bu halda 
T
gec.max
=5+19*256 = 4869 takt
alınır.


223
Taktın müddəti konkret MK və ya MP üçün məlum olur və onun takt 
generatorunun tezliyi ilə təyin edilir. Məsələn, takt impulsları generatorunun 1 
MHs tezliyində (bir taktın müddəti 1 mksan olur) maksimum gecikmə müddəti 
T
gec. max
=4869*1 mksan = 4869 mksan + 4,869 msan
olur.
Aydındır ki, “boş əməliyyat” –NOP əmrlərinin sayını dəyişməklə tsikldə 
gecikmənin müddətini 4 takt dəqiqliklə dəyişmək olar. 
Böyük gecikmələr tələb olunan hallarda əlavə xarici tsikl təşkil etmək 
olar. Bu hal giriş parametri 25FA ünvanlı yuvada olan tənzimlənən zaman 
gecikmələri TIMER alt proqramında yerinə yetirilir. 
; tənzimlənən zaman gecikmələri altproqramı 
TIMER : PUSN B ; BC, DE, A cütlərinin məzmununu yadda saxlamalı 
PUSN H 
PUSN PSW 
LDA 25 FA ; davametmə müddətini göstərməli 
MOV B, A ; gecikmələr 
M2 : LXI H, 0FFFFH; 
M1 : DCX H ; daxil edilən (kənardan daxil edilən) tsikl 
MOV A, L 
ORA H ; kənardan daxil edilən (qoşulan) tsiklin
; qurtarmasının yoxlanması 
JNZ M1 ; xarici tsiklin sonunun yoxlanması 
DCR B
JNZ M2 
POP PSW 
POP H 
POP B 
RET ; altproqramdan geri qayıtma.
TIMER altproqramı ilə zaman gecikmələrinin qiymətini 0-FFH giriş 
parametrinin qiymətini dəyişmək hesabına 300 msan – 1san diapazonunda 
dəyişmək olar. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   101   102   103   104   105   106   107   108   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling