Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet114/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   110   111   112   113   114   115   116   117   ...   157
Bog'liq
2014-2730 (2)

Proqramatorun qoşulması. Qoşulma sxemi şək 12.7-də göstərildiyi 
kimidir 
Şək.12.7. Proqramatorun qoşulma sxemi 


240
Birləşdirici ucların işarələnməsini (sokolyovkasını) nəzərə alaraq sxemin 
lehimlənməsi yerinə yetirilir:
 
PGD — pin 13 
 
PGC — pin 12 
 
MCLR(Vpp) — pin 4 
 
Vdd — pin 14 
 
Vss — pin 5 
Proqrammator kompüterə qoşulur, WinPic800 tipli proqramı(proq-
rammatorun işləmə proqramı) yüklənir və işə salınır. Settings-> Hardware 
seçilir, daha sonra JDM и proqrammatorun qoşulduğu port seçilir. Hardware 
Test, sonra Detect Device sıxılır. Seçilmiş tikilmə (proşivka) proqramını 
seçirik pic628a_test.hex Əlavə Setting vərəqində (səhifəsində) konfiqurasiya 
bitlərinin düzgün qoyulduğunu yoxlamaq, istədikdə onları dəyişdirmək olar. 
Sonra ekranda Program All, daha sonra isə Verify All görünür. 
Əgər səhvlər yoxdursa yekun olaraq bütün elementlərin lehimlənməsi 
yerinə yetirilir və qurğunun tam sxemi qurulur (şək.12.8). 
Şəkil 12.8. PIC16F628A mikrokontrolleri əsasında işıqdiodunun
yanıb-sönməsini təmin edən qurğunun prinsipial sxemi 
12.3. AVR -mikrokontrollerlərı əsasında qurğular və onların 
sxemotexnikası 
AVR mikrokontrollerləri içərisində ilkin tanışlıq üçün ən əlverişli 
olanlardan biri AT90S2313 tipli olandır. O, AVR seriyalı mikrokontrollerlər 
seriyasında olan bütün baza periferiyalara malikdir və daha güclü olanlarından 


241
az sayda daxiletmə/çıxarma xətlərinin (portlarının) olması, proqram yaddaşının, 
və verilənlərin ölçüləri, taymerlərin sayı (bununla belə o, iki: 8- və 16-dərəcəli 
taymerə malikdir). 
AT90S2313 müasir 8-bitli KMOY texnologiyalı mikrokontroller olub, 
1MHs tezliyə kifayət qədər məhsuldarlığa malikdir (1MIPS-ə yaxın) və demək 
olar ki, takt generatorunun bir periodu ərzində bütün əmrləri yerinə yetirir.
AVR ailəsindən olan mikrokontrollerlər inkişaf etdirilmiş əmrlər yığımını 
və 32 ümumi təyinatlı registri birləşdirən genişləndirilmiş RISC-arxitekturası 
əsasında qurulmuşdur. Bütün 32 registrin hamısı birbaşa hesab-məntiq 
qurğusuna (HMQ) birləşmişdir ki, bu da bir maşın tsikli (periodu) ərzində 
istənilən iki registrə daxil olma imkanı verir. Belə arxitektura demək olar ki, 
ənənəvi mikrokontrollerlə müqayisədə (məsələn, 8051-lə) məhsuldarlıqda on qat 
uduş təmin edir.
AT90S2313 mikrokontrolleri aşağıdakı xarakteristikalara malikdir: 2kB 
yüklənən fleş yaddaş; 128bayt EEPROM; 15 ümumi təyinatlı daxiletmə/çıxarma 
portları (xətləri); 32 işçi registr; biri 8-dərəcəli, digəri 16-dərəcəli olan iki 
taymer/ sayğac; xarici və daxili kəsilmələr (dayandırmalar); daxiledilmiş ardıcıl 
port; daxili generatoruna malik olan proqramlaşdırılan gözətçi taymer; 
proqramların yüklənməsi üçün SPİ ardıcıl portu; iki proqramla seçilən aşağı 
enerji tələbetmə rejimi. 
Fleş yaddaş kristalda birbaşa ardıcıl SPİ interfeysindən sistemdə təkrar 
yüklənə bilər. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   110   111   112   113   114   115   116   117   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling