Azərbaycan Respublikası Təhsil Nazirliyi


Avionika sistemlərində geniş tətbiq olunan məntiq elementləri


Download 5.01 Kb.
Pdf ko'rish
bet122/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   118   119   120   121   122   123   124   125   ...   157
Bog'liq
2014-2730 (2)

13.1.1. Avionika sistemlərində geniş tətbiq olunan məntiq elementləri. 
Hava gəmilərində istifadə olunan elektron qurğularında məntiq elementləri və 
rəqəm mikrosxemləri geniş tətbiq tapmışdır. Məntiq elementlərinin xarici 
texnika avadanlığının sxemlərində qəbul edilmiş şərti işarələnməsi və onlar 
əsasında qurulan məntiqi açar sxemləri şək.13.1-də verilmişdir. 
13.1.2. Hava gəmilərində tətbiq olunan məntiq qurğuları. Hava 
gəmilərində quraşdırılan dəyişən cərəyan generatorlarının iş rejimlərinə nəzarət 
üçün müxtəlif məntiq sxemləri istifadə olunur. Bu sxemlərdən biri şəkil 13.2 - 
də verilmişdir. Sxem, mühərrikin dövrlərinin normadan aşağı olduğu halda, 
generatorun işçi gərginliyinin və tezliyinin yol verilə bilən həddən az olduğu 
halda uyğun olaraq generatorun qoruyucu avtomatını (GQA) və qoruyucu 
relesini (GQR) işə salmaq üçün lazım olan məntiq siqnallarını formalaşdırır. 
Aşağı sürət monitorundan verilən siqnal zaman relesini işə salır bu rele isə 0,1s-


256
dən sonra GQA-nı işə salmaq üçün məntiq siqnalı verir. Sxemə daxil olan 
məntiqi “VƏ” elementləri və çıxışda qoşulmuş “YAXUD” elementinin köməyi 
ilə sürət vericisindən daxil olan aşağı sürət, digər vericilərdən daxil olan aşağı 
tezlik və aşağı gərginlik siqnallarının hesabına GDR-ə verilən məntiqi “1” 
idarəetmə siqnalı formalaşır. 
a) b) 
c) 
Şək. 13.1. Məntiq elementləri əsasında məntiq açarlarının sxemləri:
a) “VƏ” ;b) “YAXUD” c) “YOX”
Şək.13.2. Generatorun idarəolunmasının məntiq sxemi 
Şassi və qapıların bağlanmasına nəzarətin məntiq sxemi. Nəzarət olunan 
parametrlərin çoxluğu və nisbətən mürəkkəbliyi ilə seçilən təyyarənin şassisinin 
və qapılarının bağlanmasını xəbərdar etmənin məntiq sxemi şəkil 13.3 – də 
verilmişdir. 


257
Şək.13.3. Şassisinin və qapıların bağlanmasını xəbərdar etmənin məntiq sxemi 
Şəkil 13.4-də köməkçi güc qurğusunun (APU - auxillary power unit) iş 
rejimlərini müəyyənləşdirən məntiq sxemləri verilmişdir. Bu sxemdə normal 
uçuş zamanı çıxışda məntiqi “0” mövcud olduğundan APU işləmir (şək.13.4,a). 
Digər hallarda, məsələn, “APU Start” düyməsi qoşulduqda köməkçi güc 
qurğusu (APU) işə düşür (şək.13.4,b). 
a) 
Normal uçuş: APU işləmir. 
b) APU starter düyməsi qoşulub: APU starter motoru işləməyə başlayır. 
Şək.13.4. APU qoşulmasının məntiq sxemi. 


258
Təyyarələrdə tətbiq olunan ən vacib məntiq sxemlərindən biri buzlaşmanı 
aşkarlama və onun xəbərdar etmə sxemidir (şək.13.5).
Şək.13.5. Buzlaşmanı aşkarlama və xəbərdaretmə sxemi. 
Şəkil 13.6 – da yerdən qalxmanı xəbərdar etmə sisteminin funksional 
sxemi (a) və onun məntiq sxemi (b) verilmişdir. 
a) 
b) 
Şək.13.6. Yerdən qalxmanı xəbərdar etmə sisteminin sxemi. 


259

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   118   119   120   121   122   123   124   125   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling