Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet121/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   117   118   119   120   121   122   123   124   ...   157
Bog'liq
2014-2730 (2)

Avionika sistemləri dedikdə hava gəmisinin elektron sistemləri başa 
düşülür. Hal – hazırda müasir təyyarələrin bütün sistemləri 
elektronlaşdırıldığından bütün bort sistemləri: elektrik qida sistemi
radioelektron sistemlər və cihaz sistemləri birlikdə təyyarənin avionikası hesab 
olunur. 
Aviasiya elektronikasının avioniklərinin (mütəxəssislərinin) fəaliyyət 
sahəsi heç də təkcə aerodynes  (havadan ağır uçuş aparatları) ilə məhdudlaşmır. 
Baxmayaraq ki, bu termin əsasən elektronika avadanlığının bortda tətbiqi və 
istismarını nəzərdə tutur, həm də uçuşların idarə olunması üçün nəzərdə 
tutulmuş yerüstü avadanlıqlara da aid edilir, məsələn, radar, məsafədən 
idarəetmə avadanlığı və s.
İlk konstruksiya edilmiş təyyarələrin sürəti və sərnişin tutumu çox 
məhdud olduğu halda, müasir laynerlər dəmiryolu qatarının daşıya biləcəyi 
qədər sərnişin daşıya bilər, qırıcı təyyarələr səs sürətindən bir neçə dəfə çox 
sürət ilə uçurlar. Ona görə də təyyarəçinin ani dəyişən vəziyyətə nəzarət etməsi 
və nəhəng maşını idarə etməsi olduqca çətinləşmişdir. Bir sıra məsələlərin uğuru 
həll edilməsi üçün pilotsuz uçuş aparatlarının (PSUA) yaradılmışdır. Hal-
hazırda müxtəlif cür belə aparatlar və hətta böcəklər - may böcəyi, iynəcik, arı 
və s. ölçülərində mikroelektromexaniki aparatlar yaradılmışdır. Belə aparatları 
həm açıq havada, həm də bağlı yerlərdə müxtəlif məqsədlər üçün istifadə 
edirlər. Kiçikölçülü aparatlarda pilot olmadığından, onların kənardan idarə 
olunmasını təmin etmək lazımdır. Bununla əlaqədar olaraq, texniki elmlərin yeni 
sahəsi olan “avionika” sahəsi, yəni AVİasiya + elektroNİKA yaranmışdır. Başqa 
sözlə desək avionika müasir uçuş aparatlarının içərisindəki elektronika ilə 


255
məşğul olur. Eyni zamanda bort elektron qurğularının bütöv kompleksi də 
avionika adlanır. Bu avadanlığa, yəni təyyarənin avionikasına bort 
radioavadanlığı, elektrik avadanlığı, ölçmə-hesablama aparaturası, bort radarları 
və kompüterləri, “qara qutu”, bütün növ cihaz avadanlığı aiddir. Avionika 
uçuşun və təyyarələrin, vertolyotların, raketlərin və PSUA-nın işinin idarə 
olunması üçün istifadə olunur. Hava mühiti onlar üçün qaldırıcı qüvvə mənbəyi, 
hərbi sahədə isə zərurət yarananda tələb olunan trayektoriyanı və uçan obyektin
məsələn idarəolunan bombanın halını təmin etməyə imkan verən hərəkəti 
“həyəcanlandıran” rolunu oynayır. Avionika müxtəlif növ aviasiya vasitələrinin, 
o cümlədən, məsafədə idarəolunan hava şarlarının və aviamodellərin 
idarəolunmasını və onlar tərəfindən qoyulmuş məsələlərin həll edilməsini təmin 
edir. Mülki aviasiyada avionika vasitəsilə havada hərəkətin rasional təşkilini 
yerinə yetirirlər, sərnişinlərin və heyətin təhlükəsizliyini və komfortunu, hava 
gəmiləri ilə çatdırılan yüklərin qorunmasını təmin edir. Avionika həmçinin 
təsərrüfat işlərinin aparılması zamanı da: böyük tikinti konstruksiyalarının 
quraşdırılması, kənd təsərrüfatı məhsullarının emalı, faydalı qazıntıların axtarışı, 
yanğınların söndürülməsi, fövqəladə hadisələr ocaqlarında fəaliyyət və s. 
hallarda böyük rol oynayır. 
Avionika (Aviasiya elektronikası) mühərrikin işə salınması anından onun 
təyinat aeroportunda dayanmasına qədər pilotun baş köməkçisi rolunu oynayır. 
O, yer ilə müntəzəm radiorabitənin yaradılmasına cavabdehlik daşıyır, hava 
gəmisinin yerini, onun kursunu və sürətini təyin edir, yəni naviqasiyanı yerinə 
yetirir. Avionika pilotları maneə - hündür dağ, yaxud digər uçuş aparatı ilə 
yaxınlaşmaqda xəbərdar edir və təhlükədən qaçmaq üçün necə manevr etməsini 
tövsiyə edir. Avionika həm də, təyyarənin bütün sistemlərinə nəzarət edir və 
pilotları və yerüstü dispetçerləri uçuş rejimi haqda avtomatik xəbərdar edir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   117   118   119   120   121   122   123   124   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling