Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet88/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   84   85   86   87   88   89   90   91   ...   157
Bog'liq
2014-2730 (2)

Kəsilmələrin emalı. İNTR - kəsilmənin sorğusunun giriş siqnalıdır. Əgər 
arakəsməyə icazə biti (1 qiyməti) qərarlaşıbsa və  
INTA
(kəsilmənin təsdiqi) 
siqnalı yüksək səviyyəyə malikdirsə, prosessor 8088/8086 əvvəlcə kəsilmənin 
təsdiqi prosedurasını yerinə yetirir. Sonra isə idarəetməni onun emalı 
proqramına ötürür. 
(
INTA
) - Prosessorun kəsilmənin təsdiqi prosedurasını yerinə yetirdiyi 
müddətdə aşağı səviyyəli çıxış siqnalıdır. Maksimal konfiqurasiyalı sistemdə 
INTA
8288 şin kontrolleri vasitəsilə hasil edilir. 
NMI - kəsilmənin maskalanmayan giriş sorğu siqnalıdır və müsbət 
cəbhəsi ilə işə salınır. İdarəetmə, başlanğıc ünvanı 00008
16
olan, kəsilmələrin 
emalı proqramına (SERVİCE) ötürülür. 
1. 
Qidalanma 
0 V, 5 V bir +5 V gərginlik mənbəyi 
2. 
Tatklama
JLK 8284 BİS-nin hasil etdiyi tatkt siqnalı (2 – 5 MHs), kvars kristalının 
rezonans tezliyi prosessorun takt tezliyindən 3 dəfə çoxdur. 
 
9.4. Verilənlərin yazılması və ötürülməsi vasitələri və qurğuları
 
9.4.1. Proqramlaşdırma dili.
MP-də hər bir əmrin yerinə yetirilməsi idarə qurğusu tərəfindən hasil 
edilən idarə siqnallarının ardıcıllığı ilə müəyyən edilir. Mikro-EHM-də müəyyən 
bir məsələni həll etməyə hazırlamaq üçün əmrləri idarə yaddaşında saxlanılan 
formada, yəni ikilik kodlarla, yazmaq olar. Lakin bu formada proqramlaşdırma 
aparmaq çox çətindir və proqramın səhvsiz yazılması ehtimalı çox aşağıdır. Ona 
görə də, proqramlaşdırma zamanı əmrlərin bütün sahələrində (oblastlarında) 
simvolik təsvirlərdən istifadə edilir. Bu cür yazılmış proqram əl ilə və ya 
avtomatik olaraq (xüsusi proqramla) ikilik koda çevrilir. 
Əmrlərin ikilik kodda təsviri maşın dili, əmrlərin maşın dilində 
kodlanması isə proqramlaşdırma adlanır. Bütün əmrlərin simvolik işarələri 
Assembler dili, assembler dilindən maşın dilinə çevirən maşın proqramı isə 
Assembler adlanır.


187
Assembler dilində proqramlaşdırma prosesini sürətləndirmək üçün 
əmrlərin mnemonik işarələrindən istifadə edilir. MP-in çoxu latın əlifbasında 
yazılan xüsusi assembler dilinə malik olurlar. 
Assembler dilində proqram hər biri ünvan, nişan, maşın kodu, mnemokod, 
operand və izahat (şərh) kimi 4 oblastdan (sahədən) ibarət olan ardıcıl 
ifadələrdən təşkil edilir. Ən sadə halda ancaq bir sahə – operator sahəsi ola bilər. 
Operand sahəsinin olması əmrin növündən asılı olur. Nişan proqramka istinad 
olunan ifadələrdə, məsələn, idarəetmənin ötürülməsi əmrləri üzrə istifadə edilir. 
Proqram tərtib ediləndə, adətən, aşağıdakı ardıcıllıq gözlənilir: 
1. nişandən sonra iki nöqtə qoyulur; 
2. izahat mətnindən əvvəl nöqtə-vergül qoyulur; 
3. əmrlər sahəsi probel ilə ayrılır; 
4. bilavasitə ünvanlı əmrlərdə operand sahəsində registrin nömrəsindən 
və ya yaddaş yuvasının ünvanındın sonra registrə və ya yaddaş yuvasına 
yükləniləcək sabit göstərilir; sabitdən əvvəl vergül qoyulur;
Məsələn: BİLAVASİTƏ YÜKLƏMƏK B, - 5; 
5. ikilik say sistemində göstərilən ədədlərdən sonra mötərizədə B hərfi, 
16-lıq ədədlərdən sonra H hərf dayanmalıdır (10-luq ədədlərdən sonra əlavə 
işarə olmur); 
6. indeks ünvanının əlaməti X hərfidir; Bu cür ünvanlamaya malik 
əmrlərdə X hərfi operand sahəsində ünvandan sonra qoyulur və ünvandan vergül 
ilə ayrılır. 
Məsələn: CƏMLƏMƏ a, X; akkumulyatorun məzmununa ünvanı a və 
indeks registrinin məzmununun cəmi olan yaddaş yuvasının məzmununu əlavə 
etməli.
Proqramın işlənməsi adətən müxtəlif səviyyəli blok-sxemlərin ardıcıl 
olaraq təşkil edilməsi ilə başlayır. Bu sxemlər ümumiləşdirilmiş şəkildə və ya 
assembler dilinə tam uyğun olaraq təşkil edilə bilər.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   84   85   86   87   88   89   90   91   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling