Azərbaycan Respublikası Təhsil Nazirliyi


Emal olunan informasiyanın növünə görə


Download 5.01 Kb.
Pdf ko'rish
bet69/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   65   66   67   68   69   70   71   72   ...   157
Bog'liq
2014-2730 (2)

Emal olunan informasiyanın növünə görə MP-lər analoq və rəqəm MP-
lərə ayrılırlar. Analoq MP-lər mahiyyətcə analoq siqnalları real zaman 
miqyasında emal edən birkristallı MP sistemidir və onun kristalında ARÇ 
qurğusu yerləşdirilir.
8.3. Texniki sistemlərin inkişafında mikroprosessorun rolu 
Texniki sistemlərdə inteqral mikrosxemlərin tətbiqi etibarlılıq, enerji sərfi, 
ölçülər, kütlə və dəyər kimi istismar xarakteristikaları ilə yanaşı siqnalların 
emalının riyazi statistikanın üsulları ilə əldə edilmiş kifayət qədər mürəkkəb 
alqoritmlərinin həyata keçirilməsi imkanını genişləndirmişdir. Texniki 
sistemlərin xüsusi bir qrupu olan radioelektron sistemlərdə (RES) siqnalların 
emalının rəqəm üsullarının və qurğularının tətbiq edilməsinə, elm və texnikanın 
radiotexnika, elektronika və hesablama texnikası sahələrinin biri-birinə 
yaxınlaşmasına baxmayaraq, bu sahələr mikroprosessor texnikasının tətbiqinə 
qədər öz sərhədləri daxilində inkişaf edirdilər. Belə ki, siqnalların emalının və 
formalaşdırılması məsələləri «sərt» məntiqə malik rəqəm qurğularının 
yaradılması mühəndisləri, siqnalların emalı məsələlərinin həlli üçün xüsusi 
EHM-ın və müvafiq proqramların yaradılması hesablama texnikası mühəndisləri 
tərəfindən yerinə yetirilirdi. 
Mikroprosessorların (MP) yaradılması ilə hesablama texnikası orqanik 
olaraq RES-də tətbiq edilməyə başladı və radiomühəndislər tərəfindən, MP-nin 
tətbiqi ilə RES-in yaradılmasında lazım olan hesablama texnikası vasitələrinin 
daha dərindən öyrənilməsi tələbatı meydana çıxdı. Hal-hazırda nəqliyyat 
vasitələrində, xüsusən də uçuş aparatlarında mikroprosessorlu sistemlərin geniş 
tətbiqi bu sahədə çalışan mütəxəssislər tərəfindən mikroprosessor texnikası 
sahəsində zəruri nəzəri və praktiki biliklərə malik olmağı tələb edir. 
RES-də MP və mikro-EHM tətbiqi siqnalların emalının mürəkkəb 
alqoritmlərini həyata keçirməyə və sistemlərin çoxlu sayda parametrlərini 
yaxşılaşdırmağa, və onlara yeni funksiyalar həvalə etməyə imkan verir ki, bunu 
da RES-in inkişafında yeni mərhələ kimi xarakterizə (qeyd) etmək olar. 


145
Sxemotexnika nöqteyi-nəzərindən MP-yə mürəkkəb struktura malik 
standart element kimi baxmaq olar, lakin bu elementdən istifadə edə bilmək 
üçün proqramlaşdırmanı bilmək lazımdır. MP-dən istifadə etməklə lazımı 
qurğunun yaradılması zamanı mühəndis məhz bu problemlə qarşılaşır. Ona görə 
də dərslikdə siqnalların emalının MP sisteminin layihələndirilməsinin 
sxemotexniki məsələləri ilə yanaşı əmrlər sisteminə və proqramlaşdırmanın 
elementlərinə də yer verilmişdir. 
Siqnalların emalı üçün MP hesablama qurğusuna malik RES yaradılması 
zamanı aşağıdakı bir sıra məsələləri həll etmək lazım gəlir: 

emal alqoritmlərini seçilməsi və əsaslandırılması, onların keyfiyyət 
xarakteristikalarının təhlili; 

uyğun MP yığımının seçilməsi; 

texniki qurğunun blokları və hesablayıcı qurğu arasında əlaqənin 
xarakterinin müəyyən edilməsi, giriş-çıxış qurğusunun layihələndirilməsi; 

proqram hissəsinin yaradılması və onun sazlanması; 

bütün aparat və proqram vasitələri kompleksinin qarşılıqlı təsirinin 
yoxlanması və sınağı. 
MP yığımının seçilməsi layihələndirmə prosesinə xüsusi təsir göstərir və 
MP-nin arxitekturası və onun əsas parametrləri haqqında kifayət qədər 
məlumata malik olması ilə əlaqədar müəyyən xüsusiyyətə malikdir. Burada, 
xüsusən, MP-nin aşağıdakı xarakteristikaları nəzərə alınmalıdır: 

sadə əmrin tsiklik dövrü; 

emal olunan sözün dərəcəsi, dərəcənin genişləndirilə bilməsi 
imkanı; 

ünvan şininin dərəcəsi və istifadə olunan ünvan növləri; 

əmrlər sistemi; 

MP yığımına daxil olan BİS-in tərkibi; 

xarici qurğularla əlaqələrin sadəliyi; 

stek yaddaşının təşkili və ölçüləri; 

yaddaşa birbaşa mübadilənin və digər xüsusi rejimlərin təşkili 
imkanı; 

dəyər, qiymət xarakteristikaları (qiymət, BİS-in sayı, enerji sərfi, 
başqa İS-ə qoşulmanın sadəliyi). 
Bu xarakteristikalara cavab verən MP-nin seçilməsi kifayət qədər çətin 
məsələdir. Müxtəlif texniki məsələlərin həllində MP-nin seçilməsinin əsas 
kriteri kimi adətən MP-nin real cəldliyi qəbul edilir. 
MP- yə malik RES-də siqnalların emalı qurğularının layihələndirilməsi 
metodologiyasının başlanğıc mənimsənilməsini təmin etmək üçün nisbətən sadə 
quruluşa malik olan MP-lər baxılmaq üçün dərslikdə əsas olaraq götürülmüşdür. 


146

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   65   66   67   68   69   70   71   72   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling