138
bağlı olurlar. Belə növ selektorları çox vaxt televiziyada sinxronlaşdırıcı
impulsların seçilməsi üçün istifadə edirlər.
Amplitudu verilən E
0
qiymətindən kiçik olan impuls selektorları. Bu
selektorun tərkibinə amplitudu verilmiş E
0
qiymətindən böyük olan impulslar
selektoru, genişləndirici, impulsların ləngidilməsi qurğusu və üst-üstə düşmə
sxemi (icazə sxemi) daxildir. Genişləndirici generator kimi dayandırılmış
relaksasiya generatoru, məsələn, gözləyən
multivibrator, ləngimə xətti kimi süni
xətt istifadə oluna bilər. Belə selektorun zaman diaqramları 7.22-də verilmişdir.
Şək. 7.2. Amplitudası verilən qiymətdən kiçik olan impuls
selektorunun zaman diaqramları.
Qeyd: Elektron sxemlərdə istifadə olunan elementlərin şərti
qrafiki
işarələnməsi
əlavə 1-də, ən geniş yayılmış cihazların o cümlədən, inteqral
mikrosxemlərin əsas parametrləri, istismar şərtləri tətbiq sahələri, onlar əsasında
qurulan bəzi qurğuların sxemlərinin hesabatına nümunələr
əlavə 2-də,
yarımkeçirici elektron cihazlarının, onlar əsasındakı qurğuların parametrlərinin
və qoşulma sxemlərinin təhlilinə dair
misallar əlavə 3-də verilmişdir. Eyni
zamanda əlavələrdə geniş tətbiq olunan rəqəm mikrosxemlərinin markaları və
qoşulma sxemlərinə nümunələr, ilkin siqnalların gücləndirilməsi, müqayisə
olunması, ARÇ və RAÇ-larda çevrilməsini təmin edən analoq
mikrosxemlərinin, ilk növbədə əməliyyat gücləndiriciləri və komporatorların da
geniş yayılmış növlərinin təsnifatı, parametrləri və praktiki sxemləri verilmişdir.