Azərbaycan Respublikası Təhsil Nazirliyi


Download 5.01 Kb.
Pdf ko'rish
bet68/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   64   65   66   67   68   69   70   71   ...   157
Bog'liq
2014-2730 (2)

Arxitekturasına görə MP birkristallı, seksiyalı və birkristallı mikro-
EHM MP-lərə ayrılırlar. Əgər MP-nin bütün funksional blokları bir 
mikrosxemdə yerinə yetirilibsə, belə MP-lər birkristallı MP adlanır. Bir kristalda 
müəyyən mərtəbəli prosessor və əmrlər sistemi yerləşdirilir. MP-nin funksional 
imkanlarını artırmaq üçün birkristallı MP-yə mikrosxemlər əlavə olunur.
Birkristallı MP-lərə birkristallı mikro-EHM aid edilir. Fərq ondadır ki, 
mikro-EHM-in bir kristalında MP-dən başqa mikroprosessor sisteminin 
nüvəsinin bütün işini razılaşdırmaq üçün lazım olan OYQ, DYQ, interfeys 
sxemləri və taymer kimi bloklar olur. Bu qurğuların bir kristalda yerləşdirilməsi 
kifayət qədər çətin olduğundan bu MP-lər məhdud mərtəbəyə, adətən 8-dərəcəyə 
malik olur. Bu səbəbdən daxili yaddaş 1...2 kbit-dən çox olmur. Seksiyalı MP-
lər çox kristallı olurlar. Kristalların hər biri prosessorun funksional stukturunun 
müəyyən hissəsi olur. Hər bir seksiya verilənlərin bir neçə mərtəbəsini emalı 
üçün və ya müəyyən funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulur. 
Seksiyalı MP-lər seksiyaların paralel qoşulması yolu ilə emal olunan verilənlərin 
mərtəbəsini istənilən qədər artırmağa imkan verir. 
Dərəcələrinə görə MP fiksə olunmuş və mərtəbələri dəyişdirilə bilən 
MP-lərə ayrılır. Müasir MP-lər 2-, 4-, 8-, 16-, 32-, 64- dərəcəyə malik olurlar. 
Birkristallı MP-lər fiksə olunmuş dərəcələrə malik olur.
Cəldliyinə görə MP-lər aşağı, orta və yüksək cəldliyə malik MP-lərə 
ayrılırlar. Cəldlik MP-nin hazırlanma texnologiyasından asılıdır. Artıq cəldliyi 
50 milyon/san olan MP mövcuddur. Cəldliyin artırılması üçün texnologiyanın 
təkmilləşməsi ilə yanaşı MP-nin zaman diaqramının sıxlaşdırılması, tezliyinin 
artırılması və əsas əmrlərin sayının ixtisar edilməsi imkanlarından istifadə edilir. 
Cəldliyin artırılması yüksək sürətlə yerinə yetirilən sadə əmrlərin məhdud 


144
yığımından istifadə etməklə mümkündür. Bu üsul RİSC arxitekturalı 
prosessorlarda tətbiq edilir.
32-dərəcəli MP-də cəldliyin artırılması üçün KEŞ-yaddaş adlanan yüksək 
cəldliyə malik kiçik həcmli yaddaşdan istifadə edilir. Bu tip yaddaşlarda cari 
proqramın bir hissəsi və əsas yaddaşda yerləşmiş verilənlər yadda saxlanılır. 
Məsələn, KEŞ-yaddaşın həcmi MP 68020 (Motorolla firması) üçün 256 bayta 
qədər olur. Lakin KEŞ-yaddaşa cəld daxil olmaq hesabına MP-nin məhsuldarlığı 
kəskin artır. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   64   65   66   67   68   69   70   71   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling