Azərbaycan Respublikası Təhsil Nazirliyi


 İdarə obyekti ilə əlaqə qurğusunun strukturu


Download 5.01 Kb.
Pdf ko'rish
bet72/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   68   69   70   71   72   73   74   75   ...   157
Bog'liq
2014-2730 (2)

8.7. İdarə obyekti ilə əlaqə qurğusunun strukturu
 
Obyektlə əlaqə qurğusu MK-ya aid deyil, lakin onun konkret texniki 
olaraq həyata keçirilməsi MK-nın İO ilə hansı növ siqnallarla mübadilə edə 
biləcəyini müəyyən edir. İO –n konstruksiyası və onun idarə dövrəsi OƏQ-nun 
strukturuna müəyyən tələblər qoyur. Odur ki, OƏQ-nin strukturu unifikasiya 
oluna bilmir və hər bir konkret halda bu və ya digər texniki həll mümkündür. 
Şəkil 8.6-da giriş və çıxışında müxtəlif siqnallarla xarakterizə olunan hipotetik 
idarə obyektinə uyğun OƏQ-n strukturu göstərilmişdir. 
Şəkil 8.6. İdarə obyektinə qoşulma qurğusunun strukturu 
OƏQ, daxilolma interfeys sxemlərindən istifadə etməklə, idarə obyekti ilə 
MK-nın verilənlər şini arasında əlaqəni təmin edir. Obyektin texnoloji 
parametrləri (temperatur, təzyiq, yerdəyişmə, nəmlik və s.) ilkin çeviricilərdə 
(termocütlər, termomüqavimətlər, induktiv vericilər) elektrik siqnallarına (sabit 
gərginliyə və ya tezliyə) çevrilir. Nəzarət olunan analoq parametrlər siqnalların 
standart səviyyəsini (adətən 0...10 V) təmin edən NÇB–u vasitəsi ilə 
multipleksora (MA) daxil olur. Multipleksor giriş siqnallarından birini vahid bir


153
çıxışa kommutasiya edir. Kommutasiya proqram üzrə çıxış interfeysi vasitəsilə 
rəqəm kodunun verilməsi halında təmin olunur. Kommutasiya olunmuş siqnal 
seçmə və yadda saxlama sxeminə, sonra isə ARÇ-yə ötürülür. ARÇ-nin 
çıxışında nəzarət olunan parametrin qiymətinə mütənasib olan rəqəm kodu 
formalaşdırılır. Rəqəm kodu giriş interfeysi və verilənlər şini vasitəsilə MP-də 
oxunur. Oxunmuş rəqəm kodu MP-də müəyyən alqoritmlə sonrakı rəqəm 
emalından keçir. Nəticənin indikasiyası lazım olan hallarda çıxış interfeysi 
vasitəsi ilə rəqəmli indikatora verilir. Əgər ölçmənin nəticəsinə görə obyektə 
təsir etmək lazım gələrsə, bu halda obyektə idarəedici təsirlərin idarə sxemi və 
icra qurğusu vasitəsi ilə ötürmək üçün çıxış interfeysi istifadə oluna bilər. İdarə 
sxeminin konstruksiyası icra qurğusunun növündən çox asılıdır. Məsələn, icra 
qurğusu idarəedici təsirlərin tam qoşulmasını və ya açılmasını təmin edən 
kontaktsız rele qurğusu olarsa, bu halda idarə üçün onun girişinə aşağı və ya 
yuxarı səviyyələrə uyğun iki vəziyyət alan siqnal vermək kifayətdir. Bu halda 
idarə sxemi açar rejimində işləyən güc gücləndiricisi funksiyasını yerinə yetirir. 
Əgər idarəedici təsirlər fasiləsiz dəyişərsə, bu halda idarə sxemi MK-nın 
verilənlər şinindən onun girişinə daxil olan rəqəm kodunu fasiləsiz analoq 
siqnala çevirir. Belə idarə sxemləri adətən RAÇ üzərində qurulur. 
Nəzarət olunan parametrlər tezlik siqnalları olarsa, onun MK-a 
daxiledilməsi prosedurası çox sadələşir. Siqnalın tezliyi formalaşan blokda
siqnal formalaşdıqdan sonra rəqəmli multipleksor vasitəsi ilə taymerin girişinə 
ötürülür. Nəzarət olunan parametrin hesablanması ilə əlaqədar bütün digər 
çevirmələr idarəedici proqram hesabına təmin edilir. Taymer həmçinin idarə 
sxemində idarəedici təsirlərin, məsələn, tiristorun açılma bucağının idarə 
siqnalının formalaşdırılması üçün də istifadə oluna bilər. 
Qeyd etmək lazımdır ki, OƏQ, multipleksor, seçmə və yadda saxlama 
sxemi ARÇ və idarə sxemi kimi qovşaqlar onlara müraciət zamanı hər dəfə 
idarəedici təsirlərə ehtiyac olur. Bu qurğularla idarəetmə interfeys çıxışı ilə 
sistemin verilənlər şinindən daxil olan proqram - rəqəm kodu ilə həyata keçirilir. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   68   69   70   71   72   73   74   75   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling