Azərbaycan Respublikası Təhsil Nazirliyi
Zaman-impuls çevrilməli ARÇ
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
- Bu sahifa navigatsiya:
- “gərginlik – zaman” çeviricisindən
7.2.1. Zaman-impuls çevrilməli ARÇ. Bu ARÇ-lərin qurulma prinsipi
ölçülən kəmiyyətin sabit tezlikli impulslarla (say impulsları ilə) doldurulan zaman intervalına çevrilməsinə əsaslanmışdır və zaman intervalının, gərginliyin, tezliyin, fazalar fərqinin və digər kəmiyyətlərin koda çevrilməsi üçün tətbiq olunurlar. Zaman-impuls çeviricili ARÇ-nin sadələşdirilmiş funksional sxemini şəkil 7.2-də verilmiş kimi təsvir etmək olar. Onun tərkibinə iki çevirici daxildir. Birinci çevirici girişdəki X kəmiyyətini ∆t zaman intervalına, ikincisi isə ∆t intervalını N impulslar ardıcıllığına (rəqəm koduna) çevirir. Giriş kəmiyyəti X-in növündən asılı olaraq birinci çeviricinin strukturu müxtəlif, ikinci çeviricinin strukturu isə bütün bu tip ARÇ-lər üçün eynidir. Şək. 7.2. Zaman-impuls çeviricili ARÇ-nin sadələşdirilmiş struktur sxemi Adətən, bu tip ARÇ-lərin birinci bloku giriş kəmiyyətini ona mütənasib gərginliyə və öz növbəsində bu gərginliyi onun qiymətinə düz mütənasib olan zaman intervalına çevirir. Ona görə birinci blok iki hissədən: miqyas gücləndiricisindən və “gərginlik – zaman” çeviricisindən ibarətdir. Ona görə də çox vaxt zaman-impuls çevrilməli ARÇ-ləri “gərginlik-zaman” çeviricili ARÇ-lər də adlandırırlar. Bir qayda olaraq bu ARÇ-lərin tərkibində zaman formalaşdırıcı blok (ZFB), say impulsları generatoru (SİG) və zaman selektoru (ZS) olur (şək. 7.3.). ∆t x = t 2 – t 1 zaman intervalı u t1 dayaq gərginliyi ilə (t 1 zaman anında) və u t2 interval gərginliyi ilə (t 2 zaman anında) verilir. Bu impulslar, u d amplitudlu ∆t x = t 2 – t 1 uzunluğa malik olan düzbucaqlı impulslar hasil edən ZFB-yə daxil olurlar. Qeyd olunan düzbucaqlı impulslar ZS-in bir girişinə (şəkildə 1-ci giriş) verilir. ZS-in digər girişinə (2-ci giriş) SİG-dən daim verilmiş f s tezliyinə malik olan u s say impulsları ardıcıllığı daxil olur. Say ∆t N X ∆t 117 impulsları ZS-dən çıxışa yalnız ZS, u d düzbucaqlı impulsu ilə açıldıqda, yəni ∆t x zaman intervalı müddətində keçirlər. Belə ki, say impulslarının təkrarlanma periodu T s = 1/f s , ∆t x –dən olduqca kiçik olduğundan qeyd etmək olar ki, ZS- dən keçən say impulslarının sayı N aşağıdakı düsturla ifadə olunur: N ∆t x /T s =∆t x f s (7.3) Buradan ∆t x = N/f s olur. Beləliklə hər zaman intervalına uyğun olaraq ARÇ-nin çıxışında müəyyən sayda impulslar ardıcıllığı, yəni rəqəm kodu yaranır. Yuxarıda baxılan ARÇ-nin cəm xətası aşağıdakı əsas faktorlarla təyin olunur: say impulslarının tezliyinin qeyri-stabilliyi ilə, ölçülən zaman intervalının ZS-ni açan düzbucaqlı impulsun uzunluğuna çevrilməsi xətası ilə, diskretliyin xətası ilə. Tezliyin qeyri-stabilliyi ilə əlaqədar olan xətanı aradan qaldırmaq üçün kvars əsasında qurulan SİG tətbiq edirlər. Xətanın ikinci toplananı ZFB-yə maneələrin təsiri ilə əlaqəlidir. Onun azaldılması üçün imkan daxilində ZFB-nin girişində siqnal/maneə nisbətini artırmaq lazımdır. Xətanın üçüncü toplananı onunla əlaqəlidir ki, analoq kəmiyyətin ∆t x zaman intervalının ədədi qiyməti tam sayda T s periodları ilə əvəz olunur. Bu xətanın mütləq qiyməti T s - dən böyük olmur. Bu xətanın azaldılmasının ən əlverişli variantı T s - in azaldılmasıdır. Yüksəktezlikli aparaturanın yaradılması zamanı bir sıra texniki çətinliklər yaranır. Ona görə də diskretləşdirici zaman intervalının başlanğıcı ilə say impulslarının sinxronlaşdırılmasını da tətbiq edirlər. Bundan başqa daha mürəkkəb, lakin daha effektiv metodlar vardır. Şək. 7.3. Zaman-impuls çeviricili ARÇ-nin sfruktur sxemi 118 Rəqəmli voltmetrlərdə geniş tətbiq olunan zaman-impuls ARÇ-nin struktur sxemini nəzərdən keçirək (şək. 7.4.). Bu ARÇ sabit gərginliyi rəqəm koduna çevirir. Şək. 7.3-də verilmiş sxemdəki bloklardan əlavə bu ARÇ-nin tərkibinə xətti dəyişən gərginlik generatoru (XDGG), müqayisə qurğusu (MQ), həmçinin, idarəetmə bloku (İB) daxildir. Şək. 7.4. Rəqəmli voltmetrlərdə geniş tətbiq olunan zaman-impuls ARÇ-nin struktur sxemini ZS-ə İB-dən U t1 impulsu daxil olur və bu ona gətirib çıxarır ki, ZS çıxışa U s say impulslarını buraxmağa başlayır, və eyni zamanda XDGG işə düşür. U k xətti gərginliyi, U k gərginliyi U k giriş gərginliyinə bərabər olduğu anda U t2 impulsunu hasil edən müqayisə qurğusuna (MQ) daxil olur. U t2 impulsu isə ZS- in bağlanmasına və ondan say impulslarının keçməsinin dayandırılmasına gətirib çıxarır. Belə ARÇ-nin işçi gərginliklərinin zaman diaqramları şək. 7.4, b-də verilmişdir. t 1 – t 2 zaman intervalını dolduran impulsların sayı təxminən aşağıdakı düsturla verilir N ( t 1 – t 2 ) / T s , (7.4) Digər tərəfdən t 1 – t 2 = u x / k , burada k əmsalı u x xətti dəyişən gərginliyin artma sürətindən asılı olan əmsaldır. Beləliklə, 119 N u x / (kT s ), (7.5) yaxud N u x f s / k . (7.6) Yuxarıda sadalanmış xətalardan əlavə çevirmə xətasına XDGG-nin gərginliyinin xəttiliyi də, k əmsalının qeyri - xəttiliyi, yəni xətti dəyişən gərginliyin əyrisinin mailliyinin qeyri - xəttiliyi və sıfır sürüşməsi ilə əlaqəli xətalar daxildir. Giriş siqnalının üstünə gələn küy maneəsi u küy həmçinin maneə mənbəyidir, çünki belə maneələr olduqda müqayisə qurğusu u k = u x anında yox, u k = u x + u küy anında işə düşür. Bu maneələrin ləğv edilməsi xüsusi süzgəclər vasitəsi ilə yerinə yetirilir. Bu tip ARÇ-nin ümumi xətası 0,1% təşkil edir. Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling