Azərbaycan Respublikası Təhsil Nazirliyi
Download 5.01 Kb. Pdf ko'rish
|
2014-2730 (2)
n
X X X Y . Sxemin ayrı-ayrı elementlərinin təyinatına baxaq. Çıxış kaskadının iki taktlı sxem üzrə yaradılması eyni zamanda elementin cəldliyinin artırılması və enerji sərfinin azaldılması kimi iki məsələni həll etməyə imkan verir. Belə ki, elementin yükü adətən tutum xarakterli olduğundan iki taktlı çıxış kaskadının istifadə olunması yükün tutumunun yenidən dolma cərəyanını artırmağa imkan verir və qərarlaşmış «0» məntiq rejimində çıxış kaskadından ancaq yük cərəyanı axır. Çoxemitterli tranzistorun giriş dövrəsinə qoşulmuş əlavə VD 0 -VD n-1 diodları məntiq elementini, onun girişində yarana biləcək əks işarəli gərginlikdən qoruyur. R3, R4 və VT3 elementlərindən ibarət qeyri-xətti korrektə dövrəsi elementin cəldliyini artırır və amplitud keçid xarakteristikasının düzbucaqlı olmasına imkan yaradır. Bu dövrənin işi onun müqavimətinin VT5 tranzistoru- nun vəziyyətindən olan asılılığına əsaslanmışdır. Əgər bu tranzistor bağlıdırsa, VT3 tranzistoru da bağlı olur. VT5 tranzistorunun emitter keçidini şuntlayan dövrənin ümumi müqaviməti, əsasən, R3 rezistorunun böyük olan müqaviməti ilə təyin olunur. Odur ki, elementin çıxışında «0» gərginlik səviyyəsinin formalaşdırılması prosesinin başlanğıc mərhələsində VT2 tranzistorunun bütün emitter cərəyanı VT5 tranzistorunun bazasına axır və onun qoşulmasını başa çatdırır. VT5 tranzistoru qoşulduqdan sonra VT3 tranzistoru doyma rejiminə keçərək VT5 tranzistorunun emitter keçidini aşağı Omlu (müqavimətli) R4 rezistoru ilə şuntlayır. Bu VT5 tranzistorunun doyma dərəcəsini azaldır və onun sonrakı açılması zamanı baza oblastından artıq qeyri-əsas yükdaşıyıcıları kənar edən cərəyanı artırır. Hər iki amil VT5 tranzistorunda yükdaşıyıcıların sorulması müddətini azaldır ki, bu da elementin cəldliyini artırır. Məntiq elementinin çevrilməsi zamanı cərəyan bir başa onun çıxış dövrəsinə axır. Bu cərəyan bağlanan tranzistorun sorulması müddətində iki taktlı çıxış gücləndiricinin hər iki tranzistorunun doymuş vəziyyətləri ilə əlaqədardır. Bu zaman elementin enerji sərfi impuls xarakterli olur (şəkil 2.3). Odur ki, çevrilmə tezliyi artdıqca elementin sərf etdiyi cərəyanın orta qiyməti artır. Bundan əlavə, birləşdirici naqillərin yaratdığı induktivliyin təsiri ilə cərəyan impulslarının axması qonşu elementlərin səhvən işədüşmələrinin yaranmasına səbəb ola bilər. Bir başa axan cərəyanının qiymətinin məhdudlaşdırılması üçün VT4 tranzistorunun kollektor dövrəsinə R5 rezistoru qoşulur. Lakin bu rezistorun müqavimətinin həddən çox böyük olması elementdə ayrılan gücün artmasına və onun yüklənmə qabiliyyətinin azalmasına səbəb olur. Odur ki, maneələrin 47 təsirini aradan qaldırmaq üçün qida şininin məxsusi induktivliyi kiçik olmalıdır və bütün xətt boyunca kiçik parazit induktivliyə malik əlavə kondensatorlarla şuntlama aparmaq lazımdır (şəkil 2.4). Bu cür texniki həllin istifadə olunması daxili maneələrin qurğuya təsirini minimuma qədər azaltmağa imkan verir. Şəkil 2.3. TTM elementinin qida gərginliyinin və cərəyan sərfinin zaman diaqramları. Şəkil 2.4. TTM elementinin qida şininin kondensatorla şuntlanması. TTM məntiq baza elementlərinin istifadə edilməsi zamanı bir xüsusiyyətə də fikir vermək lazımdır. Elementin iş prinsipindən görünür ki, sxemin girişi siqnal mənbəyinə qoşulmayan halda, hesab etmək olar ki, onun girişinə «1» məntiq siqnalı verilir. Odur ki, təcrübədə, istifadə olunmayan girişlərin əlavə rezistor R əlavə ilə +U qida çıxışına qoşulması tövsiyə olunur. Əks halda, «1» məntiq siqnalı halında element böyük giriş müqavimətinə malik olduğundan, 48 maneələrin ona təsir etmə ehtimalı kəskin artır, elementin etibarlılığı aşağı düşür. Əlavə müqavimətin qiyməti aşağıdakı şərtdən təyin edilə bilər: R əlavə < (U qida – U 1 gir. min )/nİ 1 gir.max , n – məntiq elementinin rezistora qoşulan girişlərinin sayıdır. Son zamanlar TTM seriyasına açıq kollektorlu və üç vəziyyətə malik xüsusi sxemlər də daxil edilmişdir. Açıq kollektorlu «VƏ-YOX» elementi məntiq sxemlərini xarici icra və indikator qurğuları (işıq diodları, közərti lampası, rele sarğısı və s.) ilə razılaşdırılması üçün istifadə edilir. Bu sxem öz yükünə malik olmayan bir taktlı çıxış güc gücləndiricisi sxemi üzrə yaradılır. Belə sxemə malik məntiq elementi şəkil 2.5 - də göstərilmişdir. Bu element məntiq qurğusunun çıxışında yerləşdirildiyindən onda korreksiya dövrəsi olmur. Sxemin açıq kollektorlu tranzistoru (VT3), adətən, kollektor cərəyanının və gərginliyinin böyük buraxıla bilən qiymətinə hesablanır. Şəkil 2.5. Açıq kollektorlu «Və - yox» TTM elementinin prinsipial elektrik sxemi Standart TTM elementlərindən fərqli olaraq, burada çıxış uclarının paralel qoşulmasına icazə verilir. Bu halda hər bir element çıxış siqnalına nəzərən «VƏ» məntiq əməliyyatını yerinə yetirir: Y=y 1 y 2 …y n . Bu, iki məsələni həll etməyə imkan verir: - «VƏ» əməliyyatını yerinə yetirən əlavə elementlərin aradan götürülməsi hesabına qurğunun sxemi sadələşir. - bir neçə çıxışın bir şinə işləməsinə imkan verir, yəni məlumatın zamana görə ayrılması rejimini həyata keçirir. Üçüncü vəziyyətə (yüksək impedanslı) malik «VƏ-YOX» məntiq elementi ümumi şinə bir neçə elementin birgə işləməsini təmin etmək üçün 49 nəzərdə tutulmuşdur. Məlumdur ki, bir neçə standart TTM elementin çıxışlarını bilavasitə birləşdirmək mümkün deyildir. Əks halda, çıxış güc gücləndiricisinin tranzistorlarının sıradan çıxması baş verə bilər. Paralel qoşulmuş elementlərdən heç olmasa birinin çıxışında «0» məntiq siqnalının yaranması çıxışda «1» siqnalı formalaşdırmağa çalışır və qalan elementləri çıxışa nəzərən qısa qapanma rejiminə keçirir. Buna isə icazə verilmir. Çıxışa nəzərən üçüncü vəziyyətə (yüksək impedanslı) malik «VƏ-YOX» elementinin prinsipial elektrik sxemi şəkil 2.6-da göstərilmişdir. Bu sxem əsasən standart «VƏ-YOX» elementinin sxem texnikasını təkrarlayır. Üçüncü çıxış vəziyyətini təşkil etmək üçün «VƏ» əməliyyatını yerinə yetirən çoxemitterli VT1 tranzistoru, VT6 tranzistorunda yaradılan tranzistor açarı vasitəsilə ümumi şinə qoşulan, n-ci emitterlə təchiz olunur. Açarı idarə etmək üçün standart TTM elementinin giriş kaskadını təkrarlayan sxemdən istifadə edilir. Bu sxemə giriş VT7 tranzistoru və VT8 tranzistorundakı gücləndirici daxildir. Gücləndirici emitter təkrarlayıcısı sxemi üzrə qoşulur. VT7 tranzistorunun emitteri elementin üçüncü vəziyyətini idarə edən giriş olur (giriş z). Onun bazası R8 rezistoru vasitəsilə qida şininə, kollektoru isə VT8 tranzistorundakı gücləndiricinin girişinə qoşulur. R6 rezistorundan götürülən siqnal VT6 tranzistor açarının vəziyyətini idarə edir. VT6 tranzistorunun kollektoru əlavə olaraq, VD n+1 diodu vasitəsilə çıxış güc gücləndiricisinin VT4 tranzistorunun bazasına qoşulur. Z girişindəki idarəedici siqnalın müxtəlif qiymətlərində bu elementin iş prinsipinə baxaq. Z=1 olan halda, VT7 tranzistorunun emitter keçidi əks, kollektor keçidi isə düz istiqamətdə sürüşmüş olur. Cərəyan qida şinindən R8 rezistoru vasitəsilə VT8 tranzistorunun bazasına axaraq onu doyma rejiminə keçirir. Eyni zamanda VT6 tranzistor açarı da doyur. Bu zaman çoxemitterli VT1 tranzistorunun emitterlərindən biri ümumi şinə qoşulur. Bu, elementin girişinə «0» siqnalının verilməsinə ekvivalent olur. Odur ki, digər giriş siqnallarının qiymətlərindən asılı olmayaraq, element çıxışında «1» siqnalı formalaşdırmağa çalışır, yəni VT2 və VT5 tranzistorları bağlanır. VT4 tranzistoru da, onun giriş dövrəsi ardıcıl qoşulmuş və düzünə sürüşmüş VD n+1 diodu və doymuş VT6 tranzistoru vasitəsilə şuntlandığından, bağlı olur. Odur ki, Z=1 olduqda çıxış ikitaktlı kaskadın hər iki tranzistoru bağlı olur və element çıxış ucundan aralanmış olur. Bu vəziyyət yüksək impedanslı vəziyyətə uyğun gəlir. Bu vəziyyətdə elementin çıxış siqnalı onun giriş siqnallarının istənilən kombinasiyasında çıxış ucuna ötürülə bilmir. Z=0 olan halda, R8 rezistorunun cərəyanı VT7 tranzistorunu doyma rejiminə keçirir. VT8 və VT6 tranzistorları bağlı olurlar. Çoxemitterli VT1 50 tranzistorunun əlavə girişinə verilən siqnal elementin işinə təsir etmir. Bu halda çıxış siqnalı ancaq x 0 , x 1 , … x n-1 girişlərində olan məntiq dəyişənlərinin kombinasiyası ilə təyin olunur. Bu halda elementin işi standart TTM elementinin işinə uyğun olur. Şəkil 2.6. Üç vəziyyətə malik «Və - Yox» TTM elementinin prinsipial elektrik sxemi Download 5.01 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling