Azərbaycan Respublikası Təhsil Nazirliyi


Rəqəm qurğularının xüsusiyyətləri, növləri və işarələnmə qaydası


Download 5.01 Kb.
Pdf ko'rish
bet7/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   2   3   4   5   6   7   8   9   10   ...   157
Bog'liq
2014-2730 (2)

 
1.2. Rəqəm qurğularının xüsusiyyətləri, növləri və işarələnmə qaydası 
 
1.2.1. Rəqəm qurğularının xüsusiyyətləri. Bütün rəqəm İS-ləri sadə 
rəqəm elementlərindən təşkil olunmuşdur. Sadə rəqəm elementlərinin əsasında 
istənilən mürəkkəbliyə malik olan rəqəm qurğularını realizasiya etmək olar. 
Bütün bunlar məntiq cəbrinin əsaslarının və rəqəm siqnallarının yadda 
saxlanılması metodlarının istifadəsi hesabına mümkün olur. 
Rəqəm İS-lərinin əsas xüsusiyyətlərindən biri odur ki, məntiq 
siqnallarının səviyyələri, onlar rəqəm sxemindən keçdikdə azalmırlar. Bu onunla 
bağlıdır ki, rəqəm İS-in elementləri lazımi güclənməni təmin edir. Eyni zamanda 
məntiq səviyyələri məntiq qurğusunun çıxışında girişdəki ilə eynidir, yəni 
məntiq elementindən keçdikdə artmır. Bu onunla təmin olunur ki, rəqəm 
mikrosxemin çıxışında siqnalın səviyyəsinin məhdudlanması baş verir.


14
Rəqəm mikrosxemləri qurğularda əsasən, açar rejimində işləyirlər, bu İS-
lərin əsas aktiv elementləri olan tranzistorlar yalnız ya açıq, ya da bağlı ola bilər. 
Nəticədə ideal tranzistorda enerji səpilməsi baş verir, və bu da o deməkdir ki, 
100%-ə yaxın olan f.i.ə. əldə etmək olar. 
1.2.2. Rəqəm İS-lərinin növləri, onların şərti-qrafiki işarələnməsi və 
konstruktiv tərtibatı. Hal-hazırda aşağıda verilmiş növ məntiq elementlər 
əsasında qurulmuş rəqəm İS-ləri geniş istifadə olunurlar: 

Diod-tranzistor məntiqli (DTM); 

Tranzistor-tranzistor məntiqli (TTM, TTL); 

Şottki diodlu TTM (TTMŞ); 

Komplementar MOY tranzistorlar (KMOY, CMOS) əsasında 
məntiqli; 

Komplementar MOY və bipolyar tranzistorlar əsasında məntiqli 
(BiCMOS);
İlk vaxtlar TTM texnologiya üzrə yaradılmış rəqəm İS-ləri geniş tətbiq 
tapmışdır. Ona görə də indiyə qədər bu texnologiya üzrə qurulan, yaxud bu 
mikrosxemlərlə qida gərginliyinə, məntiq səviyyələrinə və sokollanmasına 
(işarələnməsinə) görə uyğunlaşdırılan çoxlu sayda mikrosxemlər mövcuddur. 
Mikrosxemlər iki qrupa bölünür: analoq və rəqəm mikrosxemləri. Analoq 
mikrosxemləri analoq siqnallarla, rəqəm mikrosxemləri isə uyğun olaraq, rəqəm 
siqnalları ilə işləyirlər. 
Ən geniş tətbiq olunan rəqəm qurğuları: triggerlər, sayğaclar, registrlər, 
şifratorlar, deşifratorlar, multipleksorlar, komparatorlar, DYQ və SYQ-lər, 
mikroprosessorlar və mikrokontrollerlərdir. 
Rəqəm, yaxud mikroprosessor mikrosxemi, onun elementi, yaxud 
komponenti, rəqəmli mikroyığım, onun elementi, yaxud komponenti prinsipial 
sxemlərdə uyğun standarta müvafiq olaraq şərti-qrafiki işarələrlə işarələnir. 
Sxemlərdə bu mikrosxemlərin şərti-qrafiki işarəsi çıxışlarının xətləri 
birləşdirilmiş düzbucaqlı şəklində olur və üç sahədən: əsas, və soldan və sağdan 
yerləşdirilən iki əlavə sahədən təşkil olunur (şək.1.1.). Əsas sahədə elementin 
yerinə yetirdiyi funksiyanı göstərən işarə verilir. Əsas sahənin növbəti 
sətirlərində standart üzrə məlumat yerləşdirilir. 
Rəqəm mikrosxemin şərti-qrafiki işarəsində əlavə sahələr olmaya da bilər. 
Adətən şərti-qrafiki işarədə solda girişlərə, sağda isə çıxışlara uyğun olan çıxış 
xətlərini yerləşdirirlər. Mikrosxemin çıxışının sıra sayını çıxış xəttinin üstündə 
korpusa yaxın göstərirlər. 


15
Şək.1.1. Rəqəm mikrosxemin şərti-qrafiki işarəsi 
Mikrosxemlər müxtəlif korpuslarda buraxılırlar. Ən geniş yayılmış 
modifikasiyalar şəkil 1.2-də göstərilmişdir.
a) b) c) d) 
 
Şək.1.2.. Mikrosxemlərin korpuslarının konstruktiv quruluşu. 
a- DIP (Dual Inline Package ); b- PLCC (Plastic J-leaded Chip Carrier); 
c - SOIC (Small Outline Integral Circuit); d- TQFP (Thin Quad Flat Package) 
Korpusda çıxış uclarının sayı 8,14,16,20,24,28,32,40,48, yaxud 56 ola 
bilər. Bu mikrosxemin markasından və funksional təyinatından asılıdır. Çıxış 
ucları arasındakı məsafə (addım) 2,5mm (SSRİ, Rusiya), yaxud, 2,54mm 
(xaricdə) təşkil edir. Ucların eni 0,5mm-ə yaxın olur. 
Şəkil 1.3-də mikrosxemin çıxış uclarının nömrələnmə qaydası (korpusa 
üstdən baxdıqda) verilmişdir. Mikrosxemin 1-ci ucunu tapmaq üçün 
korpusunda “açar”-ı tapmaq lazımdır.
 
Şək. 1.3. Mikrosxemin çıxış uclarının nömrələnmə qaydası 


16
DIP tipli korpuslarda olan mikrosxemlərin çıxış ucları (ayaqları) çap 
platasında açılmış uyğun deşiklərə oturdulur və lehimlənir. 
Planar mikrosxemlər – bu tip mikrosxemlərdə uclar korpusun 
yerləşdirildiyi tərəfdən çap lövhəsinə lehimlənir. 
Çıxış uclarının sayı və onların nömrələnməsi DİP tipli korpuslarda olduğu 
kimidir. Uclar arasındakı məsafə (addım) 1,25mm (SSRİ,Rusiya), yaxud 
1.27mm (xarici), ucların eni 0,33...0,51mm təşkil edir. 
Kvadrat (nadir hallarda düzbucaqlı) korpusda olan SOİC və TOFP tipli 
mikrosxemlərdə çıxış ucları korpus boyunca dörd bir tərəf üzrə yerləşdirilmişdir. 
Bu mikrosxemlər ya birbaşa planar olaraq plataya lehimlənir, ya da ki, panelə 
oturdulurlar. İkinci hala üstünlük təşkil edir. Korpusda çıxış uclarının sayı 
20,28,32,44,52,68,84 ola bilər. Uclar arasındakı məsafə (addım) 1.27mm, 
ucların eni 0,66...0,82mm təşkil edir. Digər tip mikrosxemlərdə olduğu kimi 
mikrosxemin 1-ci ucu açarın yanında olur, qalan ucların nömrəsi saat əqrəbi 
istiqamətində artır. 
TQFP tipli korpuslarda ucların yerləşməsi və quruluşu SOIC və PLCC 
korpuslarında olanların orta vəziyyət tutur.Ucların sayı 32-dən 144-ə qədər, 
addım 0,8mm, ucların eni 0,3...0,45mm olur.Ucların nömrələnməsi kəsik 
küncdən saat əqrəbinin əksi istiqamətində aparılır. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling