Azərbaycan Respublikası Təhsil Nazirliyi


Rəqəm mikrosxemlərinin giriş və çıxış cərəyanları


Download 5.01 Kb.
Pdf ko'rish
bet9/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   5   6   7   8   9   10   11   12   ...   157
Bog'liq
2014-2730 (2)

1.3.2. Rəqəm mikrosxemlərinin giriş və çıxış cərəyanları. Bu 
cərəyanlar rəqəm mikrosxemlərinin vacib parametrlərindən olub yol verilə bilən 
sərhəd qiymətləri ilə xarakterizə olunurlar. Uyğun olaraq məntiqi vahidə 
(yüksək potensiala) və sıfıra (aşağı potensiala) uyğun cərəyanlar var. Rəqəm 
mikrosxemlərində bu cərəyanların qiymətləri fərqlənir. 
Çox hallarda mikrosxemin çıxışından siqnalı eyni vaxtda bir neçə başqa 
mikrosxemlərin girişinə vermək lazım olur. Bu halda mikrosxemin çıxış 
cərəyanı çıxışa qoşulan mikrosxemlərin giriş cərəyanlarının cəmi ilə müəyyən 
olunacaq. Eyni vaxtda mikrosxemin çıxışına qoşula bilən eyni tip 
mikrosxemlərin sayı mikrosxemin yüklənmə qabiliyyətini təyin edir.
Rəqəm mikrosxemi bir neçə mikrosxemlə yüklənə bilməsi üçün giriş 
cərəyanı çıxış cərəyanından az olmalıdır. TTM mikrosxemləri üçün yüklənmə 
qabiliyyəti adətən, 10 təşkil edir. KMOY mikrosxemlər üçün isə 100-ə çatır. 
Yəni TTM mikrosxemlərin çıxışına 10-a qədər TTM mikrosxem, KMOY 
mikrosxemlərinin çıxışına isə 100-ə qədər KMOY mikrosxem qoşula bilər.
1.3.3. Rəqəm mikrosxemlərinin cəld işləmə qabiliyyətini təyin edən 
parametrləri. Rəqəm mikrosxemlərinin cəld işləməsi onların bir vəziyyətdən o 
biri vəziyyətə keçmə sürəti ilə təyin olunur. Belə ki, cəld işləmə çıxış siqnalının 
giriş siqnalına nəzərən ləngimə müddəti ilə təyin olunur. Bu vaxtı rəqəm 
mikrosxeminin çıxış impulsunun cəbhəsinin uzunluğu ilə qarışdırmaq olmaz. 
Ümumi halda ön cəbhənin (rising – artan) və arxa cəbhənin (falling – azalan) 
uzunluğu üst-üstə düşmür. Cəbhənin uzunluğu çıxış siqnalının 0,1U 
gərginliyindən 0,9U gərginliyinə qədər artması (azalması) müddəti ilə təyin 
olunur ki, bu da U – məntiqi vahid və məntiqi sıfır gərginliklərinin fərqidir. 
Şəkil 1.4-də ön (rising– artan) cəbhənin uzunluğu t
c01
, arxa cəbhənin (falling – 
azalan) uzunluğu isə t
c10
kimi işarə olunmuşdur. 
 
Şək.1.4. Çıxış impulsunun ön və arxa cəbhəsinin təyin edilməsi 
Çıxış siqnalının giriş siqnalına nəzərən ləngimə müddəti adətən, cəbhənin 
uzunluğundan çoxdur, və məhz bu parametrə rəqəm mikrosxeminin, onun cəld 


20
işləməsini təyin edən xarakteristikası qismində baxılır. Bu vaxt giriş və 
siqnallarının hüdud (astana) səviyyəsini kəsməsi nöqtəsinə görə təyin edilir. 
Rəqəm mikrosxemlərində ön cəbhənin və arxa cəbhənin ləngimə müddətləri üst-
üstə düşmürlər. Şəkil 1.5 - də verilmiş zaman diaqramlarında ön və arxa 
cəbhələrinin ləngimə müddətləri t
01
və t
10
-nin təyin olunması göstərilmişdir. 
Şək.1.5.. Rəqəm mikrosxeminin ləngimə müddətinin təyin olunması 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling